ANA TƏBİƏT Məmmədov qardaşlarının DƏDƏ MALIDIR? - İTTİHAM VAR...
Tarix: 2-02-2024, 10:51 | Çap et
Qəbələ, Oğuz meşələrinin kütləvi şəkildə qırılması ilə bağlı dövrü mətbuatda adıçəkilən rayon sakinlərinin çoxsaylı şikayətlərinə rast gəlmək mümükündür. Məlumatlarda sakinlər bu rayonlarda ekoloji vəziyyətin dözülməz olduğunu bildirirlər. Son həftələrdə isə Qəbələ, Oğuz meşələrində tez-tez yanğınların baş verməsi ilə bağlı məlumatlar yayılır. Həmçinin məlumatlarda yanğınların tez bir zamanda söndürüldüyü də bildirilir. Qəribə burasıdır ki, baş verən yanğınlarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir açıqlama vermir. Sanki bu yanğınlar hansısa başqa bir ölkədə baş verirmiş kimi. Bunun səbəbi nədir? Meşələrin mühafizəsinə birbaşa cavabdeh olan qurumun diqqətsizliyi, yoxsa… Təbiətə biganəlik haradan başlayır? Təbii ki, qeyri peşəkar idarəetmənin yol verdiyi bir çox məsələlərdən. Qeyd edək ki, bu gün bəzi rayonlarımızda meşələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarət dairəsindədir. Buraya ötən ilin dekabr ayında Akif Məmmədov rəis təyin edilib. O, daha əvvəl "Şahdağ” Milli Parkının direktoru olub. Akif Məmmədovun buraya rəis olunmasına qədər adıçəkilən rayonları meşə mühafizə idarələrində nələrin baş verdiyini xatırlatmağa ehtiyac yoxdur. Meşələri taladıqlarına görə həbs olunanalar, cərimələnənlər və sairlər hamısı 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarətində olduğu rayonlarda baş verib. Bəs yeni rəis təyin olunduqdan sonra burada nə kimi dəyişikliklər olub? Baş verən ən birinci dəyişiklik ondan ibarətdir ki, Akif Məmmədov rəis təyin olunduqdan çox keçməmiş Oğuzda meşə gözətçisi işləyən qardaşı Valeh Məmmədovu sahə rəisi təyin etdirib. Bu o Valeh Məmmədovdur ki, zonada hamı yaxşı tanıyır. Deyilənlərə görə onun meşələrdən oğurluq yolu ilə odun daşıyan maşınlarının qarşısını hələ heç kim kəsə bilməyb. Yəni Valeh Məmmədovun taxta bazarı daim açıq, işlək vəziyyətdədir. Redaksiyamıza verilən məlumatlara görə Valeh Məmmədov bir kəsilmiş ağacın diametrini hesablaya bilmir. Buna baxmayaraq qardaşı ona böyük bir ərazini həvalə edib, sahə rəisi təyin etdirib. Valeh Məmmədov isə öz növbəsində naryadları yazmağa, aktları tərtib etməyə bir işçi tutub və hər ay ona 300 manat maaş verir. Bunun da səbəbləri var. Deyilənlərə görə Valeh Məmmədov naryad yaza, akt tərtib də bilmir. Maraqlıdır, sahə rəisi özü nə qədər əmək haqqı alır ki, adam da tutub maaş verir? Valeh Məmmədov özü üçün işçi tutmağa pulu ağacların kəsilməsindən alır. Məlumatlara görə onun nəzarətində olan meşə massivlərində ağaclar kəsilərək kömür, parket, odun kimi satışa çıxarılır. Meşələrdə əsasən qoz, cökə, palıd, vələs ağacları məhv edilir. Sexlərə tikinti materialı kimi daha çox palıd və qoz ağacları satılır. Hazırda İsmayıllıda, Oğuzda və ətraf rayonlarda Məmmədov qardaşlarının ondan çox taxta-şalban və qapı-pəncərə sexinin olduğu bildirilir. Göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsini rəis Akif Məmmədov, qardaşı, sahə rəisi Valeh Məmmədov isə meşə təsərrüfatı sahəsini özlərinin bir nömrəli gəlir mənbəyinə çevirmişlər. Nəticədə meşələrin mühafizəsi və bərpası qalıb bir yana, ərazidə ekoloji sistem məhv olunur. Göründüyü kimi qardaşlar güya ərazidə meşələrin mühafizəsində dayanırlar. Amma biri nəzarət edir, digəri isə meşələrdə ağacları kəsib satır.
Buradan belə nəticəyə gəlmək olur ki, Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev Valeh Məmmədovun əli ilə ölkənin sərvətinə qənim kəsilib. Bu boyda qanunsuzluğun qarşısı alına bilmirsə, bunun başqa bir açıqlaması yoxdur. Akif Məmmədov və Valeh Məmmədov Muxtar Babayevin təşəbbüsündən istifadə edərək xidmət rəisi Hikmət Əlizadəyə arxalanaraq ekologiyanı talan edirlər. Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Ölkənin sərvətlərinə və ekologiyasına qənim kəsilən hər bir şəxs vəzifəsindən asılı olmayaraq qanun qarşısında cəzalandırılmalıdır.
Qaynar-xett.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
• Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
Bu gün, 10:00 |
|
|
|
• Azərbaycanda polkovnik vəfat etdi - FOTO
Bu gün, 09:56 |
|
|
|
|