“Femina” xəz dəri qalereyası müştəriləri necə aldadır?
Tarix: 18-01-2014, 16:29 | Çap et
Xəz-dəri məmulatlarına tələbat hər zaman böyük olub. İstər dünyada, istərsə də ölkəmizdə bu məhsullar hər zaman dəyişməz geyim brendləri hesab olunub. Qiymətlərinin baha olmasına baxmayaraq, bu xəz-dəri məhsulları heç zaman alıcı sarıdan korluq çəkməyib. Bu isə istənilən halda işbazların sözügedən sahəyə meylini artırıb və bu bir sıra hallarda xoşagəlməz faktların ortaya çıxmasıyla nəticələnib.
Belə ki, kifayət qədər gəlirli biznes sahəsi olduğundan xəz-dəri ticarətinə hər zaman axın olub. Elə bu gün də sözügedən problem kifayət qədər aktualdır. Hər halda şikayətçilərin “Unikal”a ünvanladığı müraciətlərin çoxluğu belə düşünməyə əsas verir. Mövzunun aktuallığını nəzərə alaraq, saxta xəz dəri biznesinin gizlinlərinə işıq salmaq məzqsədilə kiçik araşdırma apardıq. Araşdırmalarımız zamanı bəlli oldu ki, bu gün Azərbaycana Çindən xəz-dəri məmulatları gətirən və onu yunan malı kimi çox baha qiymətə alıcılara təqdim edən şəbəkə mövcuddur. Bu qalmaqalda adı hallandırılan müəssisələrdən biri isə “Femina” xəz-dəri qalereyasıdır. Belə ki, Yunanıstan istehsalı kimi təqdim edilən “Femina” xəz-dəri geyimləri, əslində, Çin istehsalı imiş. İstehlakçıların aldadılmasından isə “Femina” son 4-5 ayda milyonlarla gəlir əldə edib. Saxta və keyfiyyətsiz xəzlər satan “Femina” xəz-dəri qalereyası ictimaiyyətə geniş şəkildə reklam edildiyindən, buranın müştərilərinin sayının əvvəllər çox olduğu bildirilir. Amma artıq müştərilərin aldıqlarının əslində Çin malı olmasına əminliyindən sonra mağazanın satışında da ciddi axsamaların müşahidə olunduğu bildirilir. Məsələ bundadır ki, artıq xeyli zamandır müəyyən texnologiyalara yiyələnmiş Çin istehsalçıları tərəfindən beynəlxalq bazarlara çıxarılan məhsulları görkəminə görə yüksək keyfiyyətli Avropa mallarından ayırmaq heç də asan deyildir. Hətta xüsusi analizlər həyata keçirilmədən bəzi mütəxəssislər belə saxta malı orijinaldan ayırmaqda çətinlik çəkirlər. "Femina " xəz-dəri mağazası tərəfindən həyata keçirilən bu möhtəşəm “əməliyyat”ın əsas sığortaçısı isə Azərbaycanın iqlim şəraiti olmuşdur. Belə ki, uzun illərdən bəri, Qərbi Avropa ölkələri və Rusiya ilə müqayisədə, ölkəmizdə qışın kifayət qədər mülayim keçməsi Çin istehsalı olan xəz-dəri məmulatlarının da öz keyfiyyətlərini nisbətən qorumasına səbəb olurdu. Lakin havaların nisbətən şaxtalı keçdiyi bir neçə gün Azərbaycan istehlakçısına Avropa brendləri kimi təqdim olunan kürklər və gödəkçələr üçün də əsl imtahana çevrildi. Təəssüflər olsun ki, məhz "Femina " xəz-dəri mağazasından alınmış əksər məmulatlar tez bir zamanda öz sahiblərini məyus etmiş oldu. Geyim olaraq, əsas funksiyası kimi soyuqdan qorunmağa xidmət edə bilmədiklərilə yanaşı, bu məmulatlar, həm də ilkin gözəl görkəmlərini tez bir zamanda itirmiş oldular. Bu dəfə, necə deyərlər, sərt Bakı küləyi özü imtahançı qismində çıxış etdi. Bununla bağlı redaksiyamıza müraciət edən şikayətçilər iddia edir ki, yeni alınmış mallar, ən azından, 4-5 qış mövsümündən çıxmış kimi görünməklə, istehlakçıların bütün etibarını itirib. Nəzərə alsaq ki, bu məmulatların satış qiymətləri, bəzi məlumatlara görə, min manatlarla ölçülür, o zaman "Femina " sahiblərinin yol verdiyi maxinasiyaların miqyasını, təxmini də olsa, təsəvvür etmək olar. Araşdırmalarımız zamanı o da məlum oldu ki, “Femina” xəz-dəri qalereyasının 10-15 min AZN-ə müştərilərə təqdim etdiyi geyimlər, əslində, Çindən 3-5 min dollara alınaraq ölkəyə gətirilib. Redaksiyamıza verilən məlumatda isə bildirilir ki, “Femina” xəz-dəri qalereyasının rəhbərliyi yüksəkçinli məmurların adından istifadə edərək, özləri haqda onları guya böyük güclərin himayə etməsi görüntüsünü yaratmağa çalışırlar. Biz mövzu ilə bağlı növbəti yazımızda həmin məmurların adlarını və doğurdan da onların “Femina” xəz-dəri qalereyası ilə əlaqəli olub-olmadıqlarını araşdıracağıq. Araşdırılmalı olan digər bir məqam isə Çindən gətirilən saxta malların brend adı altında Azərbaycan bazarlarına necə yol tapması, Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Agentliyinin buna ögey münasibəti, həmçinin Vergilər Nazirliyinin əməkdaşının “Femina”ya müsbət münasibətinin olmasıdır. Hacı olduqları iddia edilən şəxslərin bu maxinasiyadan konkret olaraq nə qədər qazanc götürməsi də araşdırılmalarımızın tərkib hissəsi olacaq. Növbəti saylarımızda bu və ya digər suallarla bağlı ekspert rəyləri ilə də tanış ola biləcəksiniz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
• Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02 |
|
|
|
• Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00 |
|
|
|
• Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52 |
|
|
|
• Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44 |
|
|
|
• Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43 |
|
|
|
• Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41 |
|
|
|
• Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40 |
|
|
|
• “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28 |
|
|
|
• FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25 |
|
|
|
• Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23 |
|
|
|
• Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17 |
|
|
|
• Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08 |
|
|
|
• Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03 |
|
|
|
• BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00 |
|
|
|
• Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55 |
|
|
|
• "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54 |
|
|
|
• Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49 |
|
|
|
• "Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48 |
|
|
|
• Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40 |
|
|
|
• Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "Ümidimiz tək Sizsiniz..."
Bu gün, 10:37 |
|
|
|
• Naxçıvan rəhbərliyinin “B” planı - İki qəlibçiyə görə elan veriblər
Bu gün, 10:25 |
|
|
|
• Zəngəzura nəzarət belə olacaq - Əsas mexanizm açıqlandı
Bu gün, 10:12 |
|
|
|
• Cəlilabadda iki məktəbin bir direktoru var?! - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10 |
|
|
|
• Ermənilər YENİ SAVAŞ tədarükündə... - NƏ ETMƏLİ?
Bu gün, 10:06 |
|
|
|
• Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı - QALİB ŞİRKƏT
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycanda dörd universitetə akkreditasiya verilib - SİYAHI
Bu gün, 09:58 |
|
|
|
• Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi - DETALLAR məlum oldu
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda qanunsuz əməllər törətməkdə ittiham olunan vəkilin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 09:51 |
|
|
|
• Zaur Mikayılovun Biləsuvardakı adamları BELƏ SUVARIR... - İTTİHAM VAR...
Bu gün, 09:49 |
|
|
|
• Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır? - ETİRAZ VAR...
Bu gün, 09:45 |
|
|
|
• AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32 |
|
|
|
• Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27 |
|
|
|
|