"Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                 

Ali təhsilin ACINACAQLI VİLAYƏTİ... - İTTİHAM VAR!
Tarix: 6-07-2022, 09:57 | Çap et
Ali təhsilin ACINACAQLI VİLAYƏTİ...
DİA.AZ: - "Azərbaycan dramaturgiyasının əsasını qoyan böyük Mirzə Fətəli Axundov “Sərgüzəşti mərdi xəsis” (yəni “Xəsis kişinin sərgüzəştləri”, bizə bu komediya “Hacı Qara” adı ilə daha yaxşı tanışdır), “Sərgüzəşti vəziri xani Lənkəran” və digər komediyalarında dövrünün naqisliklərini gülüş yolu ilə tənqid edərək, aradan qaldırmağa cəhd edirdi. O vaxtdan 200 il ötsə də, bu gün də ətrafımızda komediyaya bənzər sərgüzəştlər baş verməkdədir. Bu sərgüzəştlər vəzifəli şəxslərin “fəaliyyəti” ilə bağlı olduqda isə nəticəsi ətrafdakılar üçün daha acınacaqlı olur. Belə sərgüzəştlərdən biri Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyevin vəzifə fəaliyyəti ilə bağlıdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Əvvəli BURADA: Əmrullayev Texniki Universitetin başını buraxıb... - Görünəni budur...

DİA.AZ müraciətin davamını təqdim edir: "Ümumiyyətlə son 3 ildə AzTU-da qəribə və anlaşılmaz adlarla, təyinatı məlum olmayan, bir-birini təkrarlayan, çox böyük heyətə malik qurumların yaradılıb, ləğv edilməsinə heç kim təəccüblənmir, buna artıq adət etmişik. Məsələn, əvvəllər Kadrlar şöbəsi, son zamanlar isə İnsan resursları mərkəzi adlanan şöbədə əvvəllər 4-5 nəfər işləyirdi. İndi isə onun yerində daxili strukturları olan böyük departament yaradılıb və buraya çoxlu işçi qəbul edilib. Rektor deyir ki, bu departament kadrlar sahəsində tədqiqatlar aparmalıdır (???).Öz adı ilə adlandırsaq, Kadrlar şöbəsində tədqiqatlar? Qəribədir!
Rektor yarım il əvvəl deyirdi ki, mühasibatda işçi çoxdur, boş oturublar, onları ixtisar etmək lazımdır. Bu yaxınlarda isə qərar qəbul etdi ki, mühasibatın yerində böyük bir Maliyyə departamenti yaradılacaq və mühasibat da onun tərkibində olacaq. Deyir, Maliyyə departamentinin daxilində maliyyə sahəsində tədqiqatlar aparan şöbə də olacaq (???).Öz adı ilə adlandırsaq, “Mühasibat şöbəsində” tədqiqatlar? Bu da qəribədir!
Eyni zamanda, rektor tez-tez təkrar edir ki, universitetə daxil olan maliyyə vəsaitinin 90%-dən çoxu əmək haqqı ödənilməsinə sərf olunur, maaşları artırmağa imkan yoxdur. AzTU-da professor-müəllim heyətinin maaşı isə bizim tanıdığımız universitetlərin arasında ən aşağı səviyyədədir.
Bəs bu qədər qurumları o niyə yaradır? Əlbəttə ki, öz qohum-qardaşını, onun məxsus olduğu regional klanın işə qəbul etdirmək məqsədilə onun yanına göndərdiyi saysız-hesabsız adamları işlə təmin etmək üçün. Yəqin ki, o, öz regional klanının sözündən çıxa bilməz, axı onu bu vəzifəyə həmin klan təklif edib və indi də yəqin ki, onu qoruyur. Bu mənada V.Vəliyevin də vəziyyətini “başa düşmək” lazımdır. O, qapalı bir dairəyə düşüb.
Bəs rektor bu qədər adama maaş vermək üçün vəsaiti haradan almalıdır. Əlbəttə ki, professor-müəllim heyətinin maaşlarından, daha dəqiq desək, tədris prosesinə sərf edilən vəsaitdən kəsməklə. Universitet laboratoriyaları üçün müasir texniki avadanlığın alınmasından isə söhbət belə getmir. Buna görə də V.Vəliyev AzTU-ya gəldiyi gündən, ilk elmi şura iclaslarından başlayaraq, bu istiqamətdə qərarlar qəbul etdirməyə başladı. Yəqin ki, 2019-cu ilin oktyabr-noyabr ayları olardı, Texniki Universitetdə texniki tədrisin əsaslarını dibindən vuran bir qərar qəbul edildi ki, kurs işləri və kurs layihələri ixtisar edilərək, 4 tədris ili müddətində yalnız 2 kurs işi saxlanılsın ki, onlar da məcburi deyil, yəni tələbə bu işi təhvil versə, müvafiq bal alacaq, verməsə, almayacaq. O cümlədən, bu qərar mühəndis qrafikası (yəni rəsmxətt) fənnindən verilən qrafiki işlərə də şamil edildi. Bundan bir qədər sonra isə daha da “irəliyə gedərək”, qərar qəbul edildi ki, kurs işləri və kurs layihələri üçün müəllimlərə tədris yükü verilməsin və onlar bu yükü öz iş vaxtları hesabına yerinə yetirsinlər (???). Ancaq anlamırlar ki, əgər bu işlər üçün tədris yükü bölüşdürülmürsə, və konkret bir müəllimin tədris yükünə daxil edilmirsə, bəs bu işi hansı müəllimin “boynuna qoymaq” lazımdır? Bu məsələ də indiyə qədər açıq qalıb və tələbələr çox asan çıxış yolu tapıblar – sadəcə olaraq, bu işləri yerinə yetirməmək və təhvil verməmək. Bunun üçün veriləcək 10 balı da heç istəmirlər, vəssalam. O vaxt Tədris hissəsinin müdiri olan “İbtidai sinif müəllimi” ixtisası üzrə təhsil almış Qəmər İsayeva iclasdan sonra sevincək halda elan etmişdi ki, universitet üzrə görün neçə min saat tədris yükünə qənaət etdik. Ancaq, o özünün ibtidai sinif müəllimi düşüncəsi ilə anlamırdı ki, bu vəsaitə qənaət etməklə, tələbələrə verilən çox mühüm mühəndis biliklərinə qənaət etmiş olurlar. Ancaq, əlbəttə ki, bu qərar onun qərarı deyildi, Vilayət Vəliyevin qərarı idi. Belə xırda şeylər isə onu narahat etmir. Bundan əlavə, qərar qəbul edildi ki, tədris qruplarında tələbələrin sayı 30 nəfərə qədər olarsa, laboratoriya dərslərində qruplar 2 yarımqrupa bölünməsin. İndi isə hətta tələbələrin sayı 30-dan çox olduqda da qrup bölünmür. Buna qədər isə, qrupda tələbələrin sayı 22-dən çox olduqda qrup 2 yarımqrupa bölünürdü və hər yarımqrupa ayrı-ayrı müəllimlər dərs keçirdi. Bu da müəllimlərə hər tələbə ilə ayrıca, fərdi məşğul olmaq imkanı verirdi. Məlumdur ki, texniki fənlərdən praktiki biliklərin mənimsənilməsi üçün laboratoriya dərslərini əhəmiyyəti nə qədər böyükdür. 30 nəfərlik qrupda tələbələr heç laboratoriyada eksperimental qurğuya yaxın gəlib, onu əməlli görə də bilmirlər, nəinki qurğuda müstəqil işləmək. Müəllimlər də hamıya bal yazaraq, bu boyda toplumu başdan edirlər ki, onlara irad olmasın. Ancaq AzTU-nun “iqtisadçı və hüquqşünas” rəhbərliyi və rektorun gətirdiyi “yeni kadrlar” belə şeyləri başa düşməzlər. Bu “reformalar” ona gətirib çıxardı ki, Texniki Universitetin bəlkə də ən əhəmiyyətli kafedrası olan “Mühəndis qrafikası” kafedrasının tədris yükü 2 dəfə azaldı, müəllimlərin hamısı kütləvi şəkildə YARIMŞTATA keçirildi və bu, indi də davam edir. Sonra isə həmin kafedra ləğv edilərək, başqa kafedralarla birləşdirilərək, aradan çıxdı. Vəssalam. Bu da tədrisdə “yenilikçi reforma”. Nəticədə isə onu görürük ki, son 3 ildə AzTU-ya qəbul edilən tələbələr nəinki çertyoj çəkə bilmirlər və çertyoju oxuya bilmirlər (yəni certyoju başa düşmürlər), adicə boltun çertyojunun nə olduğunu başa düşmürlər. Budur Vilayət Vəliyevin hazırladığı mühəndislər, ancaq, son nəticədə əlbəttə ki, dərs deyən müəllimlər günahkar sayılacaq ki, onlar yaxşı dərs keçməyiblər. Əlbəttə ki, belə tələbələr buraxılış işi layihəsini də işləyə bilməyəcəklər. Bu, həm tələbələri, həm də dövləti aldatmaq deməkdir. Bizim bildiyimizə görə, ölkəmizin heç bir mühəndislik universitetində səviyyə bu qədər aşağı düşməyib. Son zamanlar V.Vəliyev bir neçə dəfə iclaslarda yerli, yersiz deyib ki, “mühəndis hazırlığı üçün mühəndis qrafikası, kurs işləri, kurs layihələri, çertyoju bilmək çox vacibdir, bunsuz mühəndis olmaz, buna diqqət vermək lazımdır”. Yəqin ki, o, bunu bizim əvvəllər də yazdıqlarımızın təsiri ilə, özünü sığortalamaq üçün deyir. Bunlar boğazdan yuxarı deyilmiş sözlərdir. Biz də ona deyirik, cənab rektor, vəziyyəti düzəltmək üçün sizin özünüzün qəbul etdirdiyiniz qərarları ləğv edib, əvvəlki vəziyyəti bərpa etməyə sizə nə mane olur ki?"

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14
Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru