BNA 40 min vergi borcu olan şirkətlə müqavilə bağlayıb – Qurumun keçirdiyi tenderlərlə ilginc faktlar
Tarix: 2-06-2022, 11:09 | Çap et
 Bakı Nəqliyyat Agentliyi (BNA) aprel-may aylarında toplam dəyəri 833 497.28 AZN təşkil edən 4 satınalma müqaviləsi imzalayıb. DİA.AZ reportyor.info-ya istinadla xəbər verir ki, müqavilələr “Mobilex” MMC, “JLR Auto” MMC, “Sear Supply” MMC “Babayev Group” MMC ilə bağlanıb. Müqavilələrdə dayanma, durma və parklanma qaydalarının nizamlanması istiqamətində yaradılmış BNA-ya məxsus Mərkəzi İnformasiya Sisteminin texniki imkanlarının təkmilləşdirilməsi məqsədilə lazım olan mal, iş və xidmətlərin, agentliyin balansında olan xidməti minik maşınlarının təmiri və texniki xidmət işlərinin, Bakı şəhərinin küçə və prospektlərində piyadaların təhlükəsiz hərəkəti üçün qoruyucu tumbaların quraşdırılması işlərinin və daşınma xidmətinin satın alınması nəzərdə tutulur. Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Mobilex” MMC 18 aprel 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Rəsul Rza küçəsi, ev 15, mənzil 11/12-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abbasov Orxan Musa oğludur. Açıq mənbələrdə Orxan Abbasov barədə hər hansı məlumat yoxdur. “Mobilex” MMC haqqında da məlumatlar məhddudur. BNA-nın dövlət satınalmaları ilə bağlı apardığımız araşdırmalar zamanı məlum olur ki, qurum “Mobilex” MMC ilə sıx “əməkdaşlıq” edir. Qurum 2020-ci ildə iki dəfə satınalma müqaviləsi imzalayıb. Eyni gündə bağlanan müqavilələrin ümumi maliyyə dəyəri 786 462.55 AZN-dir. 2021-ci ildə BNA ilə şirkət arasında 425 137.1 AZN dəyərində satınalma müqaviləsi imzalanıb. “Mobilex”in veb-səhifəsində qeyd edilib ki, 2018-ci ildən etibarən şirkət BNA ilə müqavilə bağlayaraq “Mərkəzi İnformasiya Sisteminin müəyyən edilmiş qaydada fəaliyyəti üçün Sistemə göstəriləcək texniki dəstək xidməti” göstərməyə başlayıb. Lakin bu müqavilə barədə ətraflı məlumat yoxdur. BNA ilə 179 154 AZN dəyərində satınalma müqaviləsi imzalayan “JLR Auto” MMC isə 19 fevral 2021-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Qəmərli Orxan Zəlimxan oğludur. Şirkət və qanuni təmsilçisi barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur. “JLR Auto” MMC həm yeni yaranmış şirkətdir, həm də 206.3 AZN vergi borcu var. Bu şirkətin satınalma müsabiəqsində iştirakı “Dövlət satınalmaları haqqında” Qanuna ziddir. Qanuna görə müsabiqədə iştirak edən şirkətin vergi borcu olmamalı, həmçinin satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığın olması gərəkdir. Bir ilin şirkətinin bu kriteriyalara cavab verəcəyi inandırıc görünmür. BNA-nın müqavilə bağladığı “Sear Supply” MMC 22 yanvar 2016-cı ildə qeydiyyata alınıb.Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 1, mənzil 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Səlimli Rəşad Fərman oğludur. Açıq mənbələrdə sözügdən şirkət və sahibi barədə hər hansı məlumat yoxdur. Bircə o məlumdur ki, “Sear Supply” MMC BNA-nın sevimli şirkətlərindədir. MMC vaxtaşırı adıçəkilən dövlət qurumunun keçirdiyi tenderlərin qalibi olur. “Sear Supply”nin şübhəli şirkət olması onun mal və xidmətlərindən də görünür. 2021-ci ildə BNA-nın tabeliyində fəaliyyət göstərən “BakuBus” MMC-nin balansında olan xidməti avtomobillərin sürtkü materialları ilə təminatını, dövri texniki baxışı və təmir xidmətlərini həyata keçirən şirkət 2020-ci ilin sentyabrında bu quruma xüsusi geyim formaları satıb. Bunun müqabilində “BakuBus”MMC şirkətə 505 686 AZN ödəyib. 2020-ci ilin dekabrında isə BNA ilə “Sear Supply” MMC arasında “Piyadalar üçün təhlükəsizlik dirəklərinin (tumbaların) satın alınması, quraşdırılması və 1 (bir) illik texniki xidmət”in həyata keçirilməsi ilə əlaqədar müqavilə imzalanıb. Müvaviləyə əsasən qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA şirkətə 441 084 AZN ödəyib.
“Sear Supply”MMC-nin həm geyim formaları, həm sürtkü materialları, həm təhlükəsizlik dirəkləri satması, üstəgəl avtomobillərə texniki baxış həyata keçirməsi maraqlıdır. Ola bilər ki, şirkət çoxprofillidir. Amma belə bir şirkət haqqında hər hansı məlumatın olmaması onun fəaliyyətində qaranlıq məqamların olmasına şübhələri artırır. Yeri gəlmişkən, “Sear Supply” MMC-nin bu günə olan vergi borcu 47 062.47 AZN təşkil edir. “Babayev Group Company” MMC-yə gəlincə, şirkət 6 noyabr 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Babayev Raman Şaiq oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|