"İnşaat Konstruksiyaları" MMC-nin şefi QURTULDUMU? - İLGİNC İDDİALAR...
Tarix: 25-04-2022, 09:19 | Çap et
Bakıda başabəla bir tikinti şirkəti rəhbəri var. Ölkədə onlarla dələduz MTK rəhbəri həbs olunsa da, təkcə ona ya batan yoxdur, ya da çox güclü himayəçisi var. Ona görə paytaxtın həm Yasamal, həm Nizami rayonlarında yüzlərlə ailənin başına açdığı oyunların qarşılığında ona "gözün üstə qaşın var" deyən olmur. DİA.AZ anaxeber.info-ya istinadla bildirir ki, söhbət "İnşaat Konstruksiyaları" MMC sahibi Rauf Əliyevdən gedir. Əslində, bu şəxs zəncirvari bir fırıldaqçı şəbəkənin başında gedənlərdən biridir. Şirkət rəhbəri ənənəvi dələduzluğa yol verərək bir mənzili bir neçə nəfərə satıb. Ayrı-ayrı müqavilələr imzalansa da, mənzil sahiblərinə sonda məlum olub ki şərikləri var və aldadılıblar. Bu saxtakarlığa rəğmən hüquq-mühafizə orqanları Rauf Əliyevin indiyə qədər azadlıqda gəzməsinə imkan yaradırlar. Nəticədə R. Əliyev Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında 17 mərtəbəli binanın tikintisini 6 ildir ki, başa çatdırmır və buna görə heç kəsə hesabat vermir. Yüzlərlə sakin isə evsiz-eşiksiz, ümidsiz vəziyyətdədir. Onların keçirdiyi çoxsaylı aksiyalar, teleqramlar, müraciətlər bugünədək nəticəsiz qalıb. Nizami rayonu, Mehdi Abbasov küçəsi, 25/38 ünvanında yeni tikilən binadan ev alan 240 nəfərə yaxın sakin də uzun müddətdir mənzillərinə köçə bilmir. Səbəb yenə də binanın tikintisi ilə məşğul olan "İnşaat Konstruksiyaları" MMC-nin deyilən müddətdə tikilini təhvil verməməsidir. Göründüyü kimi, Rauf Əliyev iki ünvanda binalar inşa etməli, təhvil verməlidir, bu məqsədlə payçılardan külli miqdarda pul alıb, amma tikintini yekunlaşdırmır. Çox qəribədir, Rauf Əliyevə hansı yüksək ranqlı məmurlar havadarlıq edir ki, iki rayonda yüzlərlə sakini aldadıb, amma həbs etmirlər?! Əcəba, bilmədiyimiz hansı səbəblər var? Nə üçün sakinlərin etirazlarına adekvat reaksiya verilmir? Yeri gəlmişkən, əldə etdiyimiz son məlumatlara görə, Rauf Əliyev nə aldatdığı adamların qabağına çıxır, nə telefonları açır. Şirkət rəhbəri hamıdan qaçır və gizlənir. Görünür, bu vaxta qədər onun cəzasız qalmasının səbəbi məhz yüksək rütbəli şəxslər səviyyəsində qoruyucularının olmasıdır. Hazırda sakinlərin problemi olduğu kimi qalıb və hakimiyyət daxilində dayaqları hesabına Rauf Əliyev şad-xürrəm, azad gəzir. O da çox qəribədir ki, hələ 2018-ci ildə "İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxslərinin qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb. Amma 4 ildir ki, Rauf Əliyev məsuliyyətə cəlb olunmur. Bundan əlavə, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb. Bu qədər adı qalmaqallarda hallanmış, barəsində cinayət işi açılmış şirkətin rəhbərinin həbs olunmaması suallar doğurur. Həmçinin pilot layihələri çərçivəsində Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən 2 nömrəli arxitekturalı bina sökülüb. Binada yerləşən 46 mənzilin sakinləri “İnsəşaat Konstruksiyaları" MMC ilə alqı-satqı müqavilələri bağlayaraq evlərini tərk ediblər və kirayə mənzillərə köçürülüblər. Sakinlərə bildirilib ki, onların mənzillərinin yerində “pilot layihə” çərçivəsində yeni 18 mərtəbəli yaşayış binası inşa ediləcək və onlara da həmin binada mənzillər veriləcək. Lakin söküntüdən uzun müddət keçməsinə baxmayaraq, həmin ünvanda bina tikintisi həyata keçirilməyib. Faktiki şirkət üç ünvanda layihələri yarımçıq həyata keçirib, hər birində yüzlərlə ailənin pulu batıb. Halbuki ölkədə bir daşı daş üstünə qanunsuz qoyan adamın başına min oyun gətirirlər, məişət səviyyəsində bir quldurluq, yaxud fırıldaq olanda dərhal həbs edirlər, amma Rauf Əliyev üç ərazidə insanları aldadıb, haqqında cinayət işi var, di gəl, öz kefindədir. İndi vətəndaşlar digər dələduz tikinti firmalarının sahibləri kimi, Rauf Əliyevi də dəmirbarmaqlıqlar arasında görmək istəyir...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Bu gün, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
|