Ermənistana gətirilən 300 PKK terrorçusunun 20-si öldürülüb – Türkiyə kəşfiyyat orqanları
Tarix: 6-10-2020, 11:13 |
Çap et
Türkiyə kəşfiyyat orqanlarının məlumatına İraqın şimalından İran vasitəsilə Ermənistana, ordan isə Dağıəq Qarabağa 300 PKK terrorçusundan 20-si öldürülüb.
Ovqat.com xəbər verir ki, Türk kəşfiyyat orqanları bu məlumatı yayıb.
İrəvanın beynəlxalq terror təşkilatı ilə əməkdaşlığını təsdiqləyən bu fakt, PKK-nın mərkəzi qərargahı halına gələn Qəndil düşərgəsi (Şimalı İraq) ilə təşkilatın Vardenis (Ermənistan) rayonundakı regional şöbəsi arasında keçən ratsiya danışıqlarının “yaxalanması” nəticəsində ortaya çıxıb.
Terrorçuların danışıqlarından aydın olub ki, Qarabağda döyüşə göndərilən dəstənin içərisində xeyli sayda erməni kökənlilər də var. Onlar bir neçə il əvvəl Türkiyəyə qarşı döyüşmək üçün İraqın və Suriyanın şimalında fəaliyyət göstərən PKK-YPG terror təşkilatına qoşulublar.
Qarabağa göndərilən dəstənin 5 üzvünün qadın olduğu bildirilir.
Məlumata əsasən, PKK-nın Vardenis şöbəsi 3 il əvvəl qurulub.
Türkiyənin “Sabah” nəşrinin bildirdiyinə görə, ratsiya ilə söhbət ötən şənbə günü saat 04:20-də baş tutub. Radiorabitədə Azərbaycanda qətlə yetirilən terrorçuların öldürülməsi "azadlıq uğrunda şəhadət karvanında qoşulmaq" kimi ifadə olunub.
Dəstə kod adı "Nübar Ozanyan" olan və YPG sıralarında öldürülən Orxan Bakırciyan adlı terrorçunun adını daşıyır.