Deputat kimə qulluq edir, Rusiya dövlətinə, yoxsa dünya erməniliyinə? - ZATULİN ADINDA LƏKƏ...
Tarix: 14-10-2019, 17:23 | Çap et
Bir neçə gün əvvəl erməni işğalı altında olan Qarabağda qondarma “respublikanın” beynəlxalq miqyasda tanınması ideyasının azsaylı, aztanınan və elə də ciddi nüfuza malik olmayan lobbiçilərinin yığıncağı keçirildi. Bu yığıncağa səs-küylü “forum” adı vermişdilər.
Doğrudur, erməni KİV-ləri qəribə şəkildə erməni diasporunun ənənəvi toplantısını separatçı “dqr”in “müstəqilliyini tanıyan” (?!) 30 ölkənin nümayəndələrindən ibarət “forum” kimi təqdim etdilər. Təəcüblü xəbərdir, axı indiyə qədər heç bir hökumət, o cümlədən bizim regionumuzda adı pis mənada hamıya tanış olan dövlət bu bədxassəli psevdosiyasi törəməni tanımayıb.
Qarabağ məsələsində beynəlxalq cameə və bütün ikiqütblü siyasi dünya nadir həmrəylik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünü heç vaxt şübhə altına almayıblar. Tutaq ki, Abxaziya, Cənubi Osetiya və Şərqi Ukrayna məsələsində Rusiya problemin kompromislər yolu ilə həlli ideyasını heç yaxına da buraxmır, Kosovonun taleyi isə Qərb üçün artıq çevriliş səhifədir (Fələstin və ya Kəşmir münaqişələri haqda hələ danışmırıq), amma Qarabağ məsələsində aparıcı dünya dövlətləri və beynəlxalq hüququn subyektləri Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prizmasından vahid mövqe nümayiş etdirirlər. Və şübhəsiz ki, bu Azərbaycan diplomatiyasının böyük uğurudur.
Dünya dövlətlərinin bu cür konsolidə edilmiş mövqeyinə İlham Əliyevin dəqiq işlənib hazırlanmış və ciddi məzmunlu, qarşılıqlı münasibətlər və geosiyasi qüvvələr balansı əsasında qurulmuş xarici siyasət konsepsiyası sayəsində nail olmaq mümkün olub.
Və dünya ictimaiyyətinə başqa ölkənin ərazisinə müdaxiləni etnik azlıqların öz müqəddəratını təyin etmə hüququ altında sırımaq cəhdləri tam iflasa uğrayıb.
Ermənistanın isə işğal zonasında süni şəkildə yaradılmış kvazi-dövləti dəstəkləməklə imitasiyadan başqa yolu qalmır. Hərçənd bəzən siyasi liderlərin əsəbləri dözmür, Qarabağ siyasətinin işğalçı xarakter daşıdığını və özlərinin faşist əqidələrini açıq nümayiş etdirirlər: Robert Köçəryan vaxtilə ermənilərin və azərbaycanlıların etnik baxımdan birgəyaşayışının mümkün olmadığını demişdi, Serj Sərkisyan isə Xocalıda dinc azərbaycanlıların güllələnməsində iştirakını etiraf etmişdi. Paşinyan isə xalqların öz müqəddəratını təyin etməsinə dair ilkin versiyanı bir kənara ataraq yeni işğalçı fabulanı elan etdi-“Qarabağ Ermənistandır, nöqtə”.
Xankəndində keçirilən forum Azərbaycan cəmiyyətinin diqqətini orada Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin görünməsi ilə cəlb etdi. Biz dəfələrlə həmin deputatın qızışdırıcı, kobud təxribat xarakteri daşıyan və açıq-aşkar təhdidkar mahiyyət kəsb edən şərhlərinə toxunmuşuq. Zatulin Rusiyadakı “Taşir” erməni holdinqinin və şəxsən oliqarx Samvel Karapetyanın xidmətindədir. Quldur keçmişə və Moskvada kriminal biznesə malik olan, “Moskva ticarət və əməkdaşlıq bankı” adlı dələduzluq sxeminə rəhbərlik edən, rusiyalıları 140 mənzil udmağa inandırıb onlara 23 milyon lotereya bileti satan fırıldaq sxeminin müəllifi olan deputat...
“MDB ölkələri İnstitutu” kimi dəbdəbəli lövhəciyin arxasında gizlənən Zatulin təəsüf ki, özünün qorxunc kriminal keçmişindən uzaqlaşmaqda acizdir. Fırtınalı 90-cı illərdən ona çox miras qalıb. Və budur, 2000-ci illərin əvvəllərində Zatulin bütün MDB məkanında özünün siyasi cinayətləri ilə ad çıxarmağa başladı. Ukraynada, Abxaziyada, Qarabağda...
Bütün şüurlu həyatını Rusiyanın MDB ölkələri ilə münasibətlərinə nifaq salmağa, suyu bulandırmağa həsr edən Zatulin bu yaxınlarda öz institutunun adını dəyişdirib, diaspor və inteqrasiya İnstitutu edib. İndi Zatulinə Dövlət Dumasının MDB işləri komitəsini tərk etmək qalır. Amma burada hansı diaspordan və inteqrasiyadan söhbət gedə bilər?! Axı rusiyalı deputat bütün fəaliyyətini Ermənistana və Qarabağa istiqamətləndirib. Zatulin Ermənistanda nə axtarır, bir halda ki, orada rusdilli əhali praktiki olaraq qalmayıb, Paşinyanın qərbyönümlü hökumətinin hakimiyyətə gəlişindən sonra isə rus dilinin sıxışdırılması və rus mədəniyyəti ilə sistemli mübarizə başlayıb. Rusiyalı deputat üçün kimin maraqları daha önəmlidir-rus dünyasının və rus ruhunun, yoxsa dünya erməniliyinin?
Axı məntiqlə Zatulinin fəaliyyət sahəsi Azərbaycandadır, Ermənistanda deyil. Məhz Azərbaycanda Ermənistanın əksinə olaraq, rus dili əhalinin böyük hissəsi üçün ikinci doğma dildir. Ermənistanda deyil, məhz Azərbaycanda yüz minlərlə rus sərbəst yaşayır. Və nəhayət məhz Azərbaycan Rusiyanın Cənubi Qafqazda iki ölkə liderləri Putinlə Əliyevin qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli şəxsi münasibətləri ilə möhkəmlənmiş ən mühüm strateji və hərb-siyasi müttəfiqi statusunu saxlayır.
Rusiyanın diaspor və inteqrasiya İnstitutunun direktoru öz dövlətinin maraqlarından çıxış edərək diqqətini Azərbaycana yönəltməli idi. Və o diqqəti yönəldir, amma hansı formada? Azərbaycan-Rusiya tərəfdaşlığının yüksək ruhunu hər cür zədələməklə. Sözün əsl mənasında Zatulin Azərbaycan ictimai rəyini əmin etməyə çalışır: Moskvaya inanmayın, biz sizinlə yox, Ermənistanlayıq! Deputat indiki halda muzdludur və Rusiyanın Azərbaycanda siyasi nüfuzunu məhdudlaşdırmağaalışan, iqtisadi və sosial-mədəni inteqrasiyanı zəiflətməyə çalışan Rusiya erməniliyinin əlində təhlükəli alətdir.
Əlbətdə ki, Moskvada deyə bilərlər-axı Zatulinlə yanaşı ermənipərəst lobbiçilərin yığıncağında iki amerikalı konqresmen də iştirak edib. Lakin Amerikanın siyasi sistemi ilə suveren Rusiya demokratiyası arasında böyük fərqlər var, elə deyilmi?! Amerikalı konqresmenlər Ağ evin və ya dərin dövlətin siyasi iradəsinin ifadəçiləri, onların düşündüklərini dilə gətirənlər deyil. Zatulin haqda isə bunu demək çətindir-axı o, hakim partiyanın nümayəndəsi və “Krımnaş” inteqrasiya həştəqinin müəlliflərindən biridir.
Çoxlarının tanımadığı amerikalı konqresmenlər Trampa impiçment də tələb edə bilərlər, Pompenu istefaya da çağırarlar və hətta öz prezidentlərini Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edərlər, üstəlik o da bir yana qalsın ki, ABŞ Konqresində MDB işləri komitəsi hələ yaradılmayıb. Rusiya siyasi gerçəklikləri isə başqa məsələdir, üstəlik Azərbaycanın Rusiyanın regional təhlükəsizlik sistemindəki rolu.
Bakı səbrsizliklə Zatulin adlı kazusun həllini gözləyir. Zatulin pis və düzgün olmayan tendensiyadır. Xüsusən də Valday forumundan sonra ortaya çıxan gözəl kətan üzərindəki hansısa ləkədir. Həqiqətin gözünə dik baxaq-Zatulinin şəxsiyyəti indiki halda sevgiyə və beynəlmiləl borca yoluxmuş mübarizin alovlu qəlbi versiyasına yer buraxmır. Zatulinin dilində “çe” erməni sözü heç də Çe Qavara mənasını vermir.
Və Bakıda səbrsizliklə gözləyirlər ki, Zatulin kimi deputatlar Kremlin dünyagörüşünü əks etdirsinlər və Rusiyanın maraqlarına xidmət etsinlər... Eynulla Fətullayev Virtualaz.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
|