Başçı vətəndaşları küçə söyüşləri ilə təhqir edir... - "Mənim özümə Bakıya şikayət yazdığım üçün “küçük” deyib"
Tarix: 17-05-2019, 11:03 | Çap et
“İcra hakimiyyətindən məni “Kapitakbank”ın Saatlı rayon filialına göndərdilər. Dedilər, get, ordan maaş kartını götür. Soruşdum, mən harda işləyəcəm? Dedilər, kart veririk, hər ay da içində pul olacaq, get, başını saxla, iş yoxdur”. Saatlı sakini Vüsal Axundov danışır ki, 2015-ci ilin yanvar ayında hərbi xidmətdən qayıdandan sonra rayon Məşğulluq Mərkəzinə, yerli icra hakimiyyətinə iş üçün rəsmi müraciətlər edib. Bu qurumlardan müsbət cavab almadıqda ölkə başçısına və onun xanımına rayondakı işsizlik problemlərindən yazıb.
”Adamlar acından torpaqlarını satır”
“Adamlar acdır, elələri var ki, xəstəsini müalicə etdirmək üçün pay torpağını satıb. Adamlar acından qab-qacaqlarını, evinin əşyalarını aparıb Bakıda gedirlər. Mən də ölkə başçısına bunları yazıram. Özüm ailəliyəm, 10 aylıq körpəylə ortalıqda qalmışam. Yoldaşımın ayaqları qanqrenadır, çünki pulsuzluqdan əməliyyatı gecikib. Evim yoxdur, kirayədə qalıram, nə ünvanlı sosial yardım, nə başqa gəlirimiz var. 4 ildən çoxdur istədiyim işlə təmin olunmaqdır, onu da eləmirlər. İş üçün gedəndə şərləməklə hədələyib qovurlar. Başçı vətəndaşları küçə söyüşləri ilə təhqir edir, mənim özümə Bakıya şikayət yazdığım üçün “küçük” deyib, icra hakimiyyətinin qapısından qovub. Hələ bu, başçının leksikonundakı ən “abırlı” söyüşdür,” – Vüsal Axundov danışır.
Vüsal Axundovun deməsinə görə, məhz bundan sonra yerli icra hakimiyyəti ilə problemləri başlayıb:
“Bir dəfə icra hakimiyyətinə çağırdılar, dedirlər, sənə sonuncu xəbərdarlığımızdır, başçı sənin əlindən yığıb, yazmağı dayandır, yoxsa səni oğurluqla, narkotiklə atdıracaq həbsə… Nə İlham Əliyev, nə Mehriban Əliyeva səni çağırıb iş verən deyil, ancaq o dərəcəyə çatdırma ki, başçı sənə başqa “iş” verdirsin…” “Həyat yoldaşımın cüzi maaşı kreditlərə ödənilir”
Vüsal Axundov 3 ay əvvələdək köhnə maşını ilə Saatlıdan Bakıya taksi xidməti göstərirmiş. Ancaq həyat yoldaşının səhhəti ağırlaşdıqca, müalicəyə pulu olmadığından maşını da satmalı olub. Orta məktəbdə ibtidai sinif müəlliməsi işləyən həyat yoldaşının cüzi maaşı isə bir neçə bankdan götürülmüş kreditlərin aylıq ödənişlərinə gedir:
“Sənətim traktorçuluqdur. Əlimdən elektrik, santexnik işləri gəlir. Ya məsələn, qaz idarəsində iş versin, boru daşıyım, işıq idarəsində iş versin, şunur daşıyım, su idarəsində iş versin, şlanq daşıyım… Axır ki, hər nə iş olur, fərq eləməz, təki körpəm ac qalmasın, evin kirayəsini verə bilim…”
“Kart var, maaş var, iş yoxdur”
Bu yaxınlarda Vüsal Axundovu yenə yerli icra hakimiyyətinə çağırıblar. Ona bildiriblər ki, iş yoxdur, ancaq maaş kartı var, götürsün və bir daha işsizliklə bağlı ölkə rəhbərliyinə şikayətlənməsin:
“Youtube kanalı vasitəsilə prezidentə növbəti video-müraciətimdən sonra – ötən həftə başçının köməkçisi Zaur Əsədov məni çağırıb dedi, get, “Kapitalbank”da sənin adına kart var, götür… Mən də “Kapitalbank”ın rayon şöbəsinə getdim, yaxınlaşıb dedim, burda mənim kartım olmalıdır. Kartı verdilər, dedim, bu nə kartdır? Dedilər, “DOST” İş Mərkəzinin verdiyi maaş kartıdır. Qalan şeyləri get, icra hakimiyyəti ilə aydınlaşdır. Kartda 173 manat vardı, gəldim icra hakimiyyətinə, Zaur Əsədova dedim, bəs mən harda işləyəcəm? Bu pulu mənə kim, niyə verir? Dedi, iş yoxdur, get, otur evində, hər ay maaşın köçürüləcək karta. Mayın 3-də kartdan 173 manatı çıxartdım, elə həmin gün yoldaşımı xəstəxanaya apardım. Ancaq mən belə “maaşı” istəmirəm. Mən iş tələb edirəm. Evdən çıxım, gedim, işləyim, çörəyimi zəhmətimlə qazanım”. “Təklif olunan işlərdən imtina edib”
Dövlət Məşğulluq Mərkəzindən bildirilib ki, işlə bağlı müxtəlif qurumlara müraciət edən Vüsal Axundov Saatlı rayon Məşğulluq Mərkəzinə dəvət olunsa da, gəlməyib. Mərkəzin əməkdaşları Vüsal Axundovla telefon əlaqəsi yaradaraq ona 200 manat əməkhaqqısı olan Ağcəbədi Regional Meşə Təsərrüfatı Mərkəzində iş təklif ediblər. Bundan başqa, Vüsal Axundova “MKT Saatlı” Pambıq İstehsalı və Emalı Zavodunda günəmuzd əməkhaqqısı olan iş yerləri təklif ediblər. Ancaq Vüsal Axundov təklif olunan iş yerlərinin yaşadığı yerdən uzaqda yerləşdiyini səbəb gətirərək, hər iki işdən imtina edib: “Biz də Vüsal Axundova yeni iş yerləri ilə bağlı məlumat əldə etmək üçün rayon Məşğulluq Mərkəziylə mütəmadi əlaqə saxlamağını tövsiyə etmişik”.
Vüsal Axundova “DOST İş Mərkəzi” MMC-nin xətti ilə verilmiş maaş kartına gəlincə, mərkəzdən bildirilib ki, məsələni araşdıracaqlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|