“Bir qrup məmurun əlində futbol topuna dönmüşük…” - GİLEY
Tarix: 10-04-2019, 11:57 | Çap et
Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi ev 22-də yaşayan Rəhimova Göyçək Aslan qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən şikayətçi yazır:
“Hörmətli Mehriban xanım!
Mən Rəhimova Göyçək Aslan qızı, bizə qarşı edilmiş haqsızlıqlarla bağlı 2014-cü ildən ərizələrlə Sizə, hörmətli Prezidentimiz cənab İlham Əliyevə və Azərbaycanın bütün səlahiyyətli orqanlarına dəfələrlə müraciətlər etmişik. Lakin bu müraciətlərimizin heç bir nəticəsi olmayıb. Məmurlar bizə qarşı etdikləri qanunsuzluqları ört-basdır etməklə bu işi bağlı saxlayaraq, bizim haqqımızı və hüquqlarımızı kobudcasına pozurlar. Ona görə də mətbuat vasitəsi ilə müraciət edərək, ailəmin xususi mülkiyyətinin zəbt olunması ilə, bizə qarşı olunmuş haqsızlığı Sizə catdırmaq istəyirəm. Bu qanunsuzluqlarda zəncirvari iştirak edən məmurların adlarını indiki müraciətimdə açıqlayacam.
Ailəmin mülkiyyətində olan Mirqasımov küçəsi 22-də yerləşən ev 1901-ci ildə şəxsi mülkiyyət kimi inşa olunmuşdur. 1967-ci ildə həmin evi anam Hacıyeva Zümrüd Əhmədağa qızı alaraq, mülkiyyətə sahib olmuşdur. Anamın beş uşağı var. Mülk paylı mülkiyyətçilərə məxsusdur. 2000-ci ildə anam Hacıyeva Zümrüd Əhmədağa qızı evimizin zirzəmisini küçə tərəfdən qazdıraraq qapı qoydurmuşdur. 2012-2014-cü illərdə həmin zirzəmini müqavilə əsasında Cəlilabad rayon Ocaqlı kənd sakini Şahbazov Emin Gülbaba oğluna icarəyə vermişdir. 2014-cü ildə icarəçi Emin Şahbazov bir qrup vəzifəli şəxslərlə əlaqəyə girərək, həmin zirzəmiyə saxta sənət düzəltdirib.
Belə ki, 120 kvadrat metrlik ərazisi olan zirzəminin Nəsimi rayon 13 saylı Mənzil İstismar sahəsi və Nəsimi rayon Mənzil-Komunal Təsərrüfat Birliyinin balansında olması haqqında saxta sənəd tərtib edərək, Emin Şahbazova satmışlar. Həmin saxta sənəd əsasındada Emin Şahbazov digər qurumlara rüşvət verərək, xususi mülkiyyətimizdə olan zirzəmiyə ona məxsus olması ilə bağlı Ş-2 sənədi almışdır. Bu sənəd 2014-cü ildə verilsə də Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov 2013-cü ildə cinayət əməli törədərək, bzim xususi mülkiyyətimizdə olan zirzəminin Emin Şahbazova mənsub olması ilə bağlı saxta texniki pasport və reyestrdən çıxarış vermişdir.
Saxta yolla verilmiş texniki pasportun və çıxarışın ləğv olunması ilə bağlı Nəsimi rayon məhkəməsinə müraciət etsək də həmin məhkəmənin hakimləri Şahin Abdullayev, Rəşid Səmədov və Emin Mehdiyev Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilovun 13 saylı Nəsimi rayon MİS-nin indiki rəisi Elşən Mürvələdov, Nəsimi rayon MKTB-nin keçmiş rəisi Laçın Mustafayevin hal-hazırda olan rəisi Elman Yəhyayevin birliyin mühəndisi Elnur Həsənovun hüquqşunası Nəsib Niftullayevin etdikləri saxtakarlıqları ört- basdır etmək üçün saxta sənədi olan Emin Şahbazovun xeyrinə qərarlar veriblər.
Bakı Apellyasiya Məhkəməsinin hakim Xuraman Məhərrəmovanın sədrliyi ilə məhkəmə bizim iddiamızı obyektiv araşdıraraq ədalətli qərar verdi. Lakin Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov tərəfindən təkrar baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə qaytarıldı. Bakı Apellyasiya Məhkəməsinin hakimi Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmə iclaslarının sonunda yenə də bizim iddiamız təmin olundu. Lakin yenə də qarşı tərəf bu qərardan Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti verdi. Ali Məhkəmənin Mülki Kollegiyasında işə baxan hakim Ənvər Şadıyevə biz subutlarımızı təqdim etsək də, o, təkrar baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərdi. Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun sədrliyi ilə keçirilən məhkəmə iclaslarının sonunda qarşı tərəfin saxta sənədlərinə bəraət verərək, onun xeyrinə qərar verdi. Bizim bu qərardan verdiyimiz kassasiya şikayətini isə Ali Məhkəmənin Mülki kollegiyasının hakimi İlqar Dəmirov əsassız olaraq təmin etməyərək, Elnur Həsənovun verdiyi qərarı qüvvədə saxladı. Biz bu qərardan Plenyum Məhkəməsinə müraciət etsək də, iddiamız təmin olunmadı. Bizim faktın müəyyən olunması ilə bağlı Nəsimi rayon Məhkəməsində qaldırdığımız iddia isə təmin olunmur.
Hörmətli Mehriban xanım!
Bizim xususi mülkiyyətimizin əlimizdən alınmasında Əmlak Komitəsi Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilovun və Nəsimi rayon MİS-nin və Nəsimi rayon MKTB-nin vəzifəli şəxsləri günahkardırlar. Bu ölkədə qanun atlı olub, biz piyada. Nə qədər cəhd göstəririksə, qanunu tuta bilmirik. Biz bu ölkədə öz hüquqlarımızı necə bərpa edək? Bu hərəkətləri ilə məmurlar nə etmək istəyirlər? Dərdimizi kimə deyək? Hakimlər bizim hüquqlarımızı müdafiə etməli olduqları halda, cinayətkarların əməllərini ört-basır edərək, əsassız və qanunsuz qərarlar verirlər. Bu qərarları ilə Avropa Məhkəmələrində olkəmizi biabır edirlər. Neçə illərdir bir qrup məmurun əlində futbol topuna dönmüşük. Məhkəmələrə müraciətimiz isə sonda həmin məmurların tapşırıqları, ya da pulları hesabına araşdırma aparılmadan əsassız olaraq iddiamız təmin olunmur.
Mənzil Komunal Təsərrüfat istismar Sahəsinin 2014-cü ildə verdiyi sənəd əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilovun imzası ilə 2013-cü ildə Texniki pasport və çıxarış verilir. Bu necə ola bilər? Çünki Azərbaycan qanunvericiliyində bütün sənədlər qaydasında olduqdan sonra Daşınmaz Əmlak Dövlət Reyestr Xidməti həmin mülkiyyəti qeydiyyata alaraq çıxarış verməlidir. Belə çıxır ki, Rafiq Cəlilovun daşınmaz əmlak üzrə təcrübəsindənsə, münəccimlik qabiliyyəti var. Bu qabiliyyətlə də bir-iki il sonra vətəndaşların harda mülkiyyətə sahib olacaqlarını öncədən görür və onlara sənəd verir. Məhkəmələr isə “İyo-kiyo” baba kimi sehirli sözlər oxuyaraq, Rafiq Cəlilovun və digər vəzifəli şəxslərin bu cinayət əməllərinə bəraət verirlər”. Hurriyyet.org
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|