““MOSKVA” UNİVERMAĞININ SAHİBLƏRİ 15 AİLƏNİ AC QOYUB” – Prezidentə şikayət
Tarix: 29-03-2019, 12:28 | Çap et
“Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş yerlərini ixtisar etməsinlər… Biz Azərbaycanda mütləq iş yerlərini qorumalıyıq – həm dövlət qurumlarında, həm özəl sektorda… Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yerləri açmalıdır”. Bu fikirləri Prezident İlham Əliyev bu ilin əvvəlində keçirdiyi toplantılardan birində söyləyib.
Prezident İlham Əliyev heç bir halda sahibkarları incitməməyi, iş yerlərinin bağlanmasına səbəb olacaq addımlar atılmamasını tövsiyə edib.
Ancaq deyəsən, bəzi məmurlar kimi, bəzi iş adamları, iri ticarət mərkəzinin sahibləri də Prezidentin tövsiyələrini eşitməyiblər, ya da eşitmək istəmirlər. Hər halda dövlət başçısının tövsiyələrinin əksinə olaraq iş yerlərini bağlayan, bir qrup insanın, hətta şəhid ailələrinin belə qazanc yerlərini əllərindən alan sahibkarlar var.
Bakı şəhəri, Yeni Yamal 2, ev 7, mənzil 192-də yaşayan, kiçik sahibkarlıqla məşğul olan Bağırova Turac Zaman qızı tərəfindən “AzPolitika.info” saytına göndərilən məktubdan belə məlum olur ki, hamının “Moskva” Univermağı kimi tanıdığı “Moskva” Ticarət Mərkəzi Qapalı Tipli Səhmdar Cəmiyyətinin (QTSC) sahibləri belə bir addım atıblar.
Ölkə prezidenti İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən Turac Bağırova məktubunda bildirir ki, “Moskva” Ticarət Mərkəzinin sahibləri şəhid ailələrinin də yeganə qazanc yerinini bağlamaqla kifayətlənməyib, onların əmlakını da gizlincə çıxaraq naməlum istiqamətdə aparıb. Ən dəhşətlisi isə odur ki, bu işdə müafiq dövlət orqanları da “Moskva” Ticarət Mərkəzinin sahiblərinin istəyini yerinə yetirib. Nəyin qarşılığında, müəyyən etmək çətin deyil…
“Moskva” TM-in sahibi bizdən 2000, 2500 alırdı, sənəddə 120 və ya 180 manat göstərilirdi”
T.Bağırovanın yazdığına görə, o, 1994-cü ildən ailəsilə birgə istehsalat sahəsi açıb: “Həmin sahədə 15 nəfər işçi olmaqla mən və həyat yoldaşım fəaliyyət göstərməyə başladıq. İşə başlamazdan əvvəl “Moskva” Ticarət Mərkəzi QTSC-nin tərkibində H.B.Əliyev 14 ünvanında yerləşən 72 kv.metr səhəsi olan bir mərtəbəli tək tikili köskü 500 dollara icarəyə götürdük (sənəddə əvəl 120, sonra 180 manat göstərilirdi). Müqavilə hər dəfə müddəti 5 il olmaqla bağlanırdı. Biz həmin sahəni öz ailə büdcəmizin heabına tam təmirli bir yerə çevirdik. İcarəyə verən “Moskva” Ticarət Mərkəzinin (TM) direktoru olan Elmira Mədətova həmin köşkü gözəl, işıqlı yerə çevirdiyimi gördü və çox razılığını bildirdi. O, dedi ki, artıq 14-cü icarədar idi ki, bura gəlirdi, lakin işlədə bilməyib, icarəni də verməyib çıxırdı”.
T.Bağırova yazır ki, həmin yerdə “Sünbül” adlı un məmulatları və şirniyyat məhsulları istehsalı ilə məşğul olan kiçik müəssisə açıb: “2001-ci ilə kimi həm istahsal, həm də satış sahəsində yüksək nailiyyətlər əldə etdik. Sonra gördük ki, “Moskva” TM-ə məxsus olan həmin 72 kv.metrlik sahə bizim istehsalımız üçün kiçikdir. Biz E.Mədətovaya şifahi müraciət etdik. Sahənin az olduğunu bildirdik. O, isə bizə bildirdi ki, “istəyirsinizsə artırın, nə vaxt çıxsanız pulunu ödəyərəm”. Biz elə də etdik. Həmin köskü əvvəlcə mağazaya çevidik, sonra isə 38 kv. metr öz vəsaitim hesabına artırdıq. Bunun üçün həmin dövrdə 3 otaqlı bir evin pulunu xərclədik”.
Şikayətçi yazır ki, “Moskva” TM-in sahibi Elmira xanım mağazanın qarşısından keçəndə maşınından düşüb onların bu fəaliyyətini alqışlayıb. Ancaq sonradan icarə haqqını artırıb: “ İki ay keçmədi ki, ilk öncə 1000, sonra 1500, 2000, ən sonda 2500 manata kimi icarəni qaldırdı. Biz ona bildirdik ki, “bəs biz bura bu qədər xərc çəkmişik, siz də gedib-gəlib kirayəni artırırsınız”. O isə əvəzində dedi ki, “nə zaman çıxsanız, pulunuzu tam ödəyəcəm”. Ancaq müqavilədə hər dəfə çox kişik məbləğ göstərilirdi. Belə ki, “Moskva” TM-in sahibi bizdən hər ay 2000, son illər 2500 manat alsa da, müqavilədə 120 və ya 180 manat göstərilirdi. Etiraz etsək də, deyirdi ki, hamı belə işləyir”.
“Elmira Mədətova xəstələndi, işin başına qızı Esmira və oğlu Anar keçdi”
T.Bağırovanın sözlərinə görə, bir müddət sonra Elmira Mədətova xəstələnərək, yatağa düşüb: “Onun işini idarə edən isə qızı Esmira və oğlu Anar Babayev oldu. Onlar 2018-ci ilin avqust ayında adam göndərərək, bizim həmin istehsal sahəsindən çıxmağımızı tələb etdilər. Biz onlara bildirdik ki, qəbullarına gələrək danışarıq.
Biz “Moskva” Univermağına gəldik və oranı idarə edənlərlə, yəni Anar və Esmira Babayevlərlə görüşmək istədik. Onlarsa Mübariz və Elman adlı şəxslərlə bizlə görüşmək istəmədiklərini, sahəni boşaltmağımızı tələb etdiklərini bildirdilər. Dedik ki, “bəs biz oranı abadlaşdıraraq, 38 kv.metr sahə artırmışıq. O necə olacaq?”. Onlarsa heç bir kompensasiyanın olmayacağını və tezliklə ərazini boşaldacaqlarını bildirdilər”.
“Onların “qoçuları” gələrək işçiləri qovub, iş yerimizi bağladılar”
Şikayətçi qeyd edir ki, 2018-ci ilin sentyabr ayında bir qrup şəxs basqın edərək, onların kişik müəssisəsini bağlayıb: “Onların tapşırığı ilə “qoçular” gələrək işçiləri ordan qovub, iş yerimizi bağladılar. Hətta “plombladılar” da… Biz də öz qıfıllarımızı qapılara bağladıq. Belə 3 ay qaldı. Son zamanlarda, yəni təxminən 2019-cu ilin fevralın əvvəllərində özünü məhkəmə icraçısı kimi təqdim edən Yasamal rayon İcra Şöbəsinin icraçısı Sahib Allahverdiyev adlı şəxs mənə zəng vuraraq bildirdi ki, “tez gəlin, burada olan avadanlıqlarınıza Yasamal Rayon Məhkəməsi həbs qoymuş və saxlamaya alınmışdır, elə bunlar da burda qalacaq.”
““Moskva” univermağının rəhbəri Anar Babayev bizim əmlak və avadanlıqlarımızı oğurlayıb”
Mən şəhərdə olmadığımı, lakin növbəti gün gələcəyimi bildirdim. Növbəti gün gəldikdə sahədəki bütün avadanlıqlarımın oğurlandığını gördüm və Yasamal Rayon İcra Şöbəsinə getdim. Orada mənə bildirdilər ki, hakim Vahid Hacıyev bizim iştirakımız olmadan iclas keçirib, tez qərar çıxardaraq icraya göndərib. Bu qərardan istifadə edən “Moskva” Univermağının rəhbəri Anar Babayev də bizim əmlak və avadanlıqlarımızı həmin sahədən çıxardaraq oğurlamış, bizə məlum olmayan vasitə ilə talamışdır. Nəticədə, 15 nəfər işsiz qalmış, əmlak və avadanlıqlarımız isə məhv olunmuşdir”.
“Vaxtilə mərhum Prezidentimiz Heydər Əliyevə sui-qəsd etməkdə ittiham olunmuşdurlar”
T.Bağırova daha sonra məktubunda “Moskva” Univermağının hazırki sahibləri Anar və Esmira Babayevlərin kim olduqları barədə məlumat verir: “ Bu insanlar maştağalı hacı Seyfəlinin qardaşı uşaqları, “SAB” ticarət nişanı ilə ət və süd məhsulları istehsal edən «Zəhmət-Ruzi» MMC-nin sahibi, Hacı Sabir kimi tanınan Sabir Ataməli oğlu Babayevin övladlarıdır. Onu da qeyd edim ki, bu ailə hazırki iqtidara müxalif olmuş insanlardır.
Belə ki, bu ailənin bəzi üzvləri mütəqilliyimizin ilk vaxtlarında mərhum Prezidentimiz Heydər Əliyevə sui-qəsd etməkdə ittiham olunmuşdurlar. Hacı Seyfəl Sabunçu körpüsünü partlatmağa cəh etmiş quldur dəstəsinin başçısı olmuşdur”.
“15 ailəni çörəyə möhtac qoyublar, bizə kömək edin”
T.Bağırova sözügedən ailənin yenə də ölkə rəhbərliyinin siyasətinə qarşı çıxdığını iddia edir: “Bu günkü gündə də ənənəni davam etdirirlər. Anar və Esmira Babayevlər bütün univermağın hər kv.metrini yüksək qiymətə kirayə verib. Ancaq müqavilədə çox aşağı qiymətlər göstərərək, dövləti aldadırlar. Orada ticarət edən qızıl ticarətçilərinin başına min oyun açırlar. Bu azmış kimi bizim kiçik müəssisənini da bağlayaraq, 15 ailəni çörəyə möhtac qoyublar. Aralarında şəhid ailələrinin olmasını da nəzərə almayablar.
Bütün bunları nəzərə alıb, saytınız vasitəsi ilə bizim səsimizi ökəmizin Prezidentinə, vitse-prezidentinə və digər adiyyatı olan qurumlara çatdırmağınızı xahiş edirəm. Bizim kiçik istehsal müəssisəmizin və oğurlanmış əmlakımızın geri qaytarılmasında bizə köməklik göstərmələrini xahiş edirik. Hazırda orada çalışan və işsiz qalan 15 ailə çox ağır vəziyyətdə yaşayır. Övladlarımızın gündəlilk tələbatını ödəməkdə çətinliklə üzlımişik.
Ümidimiz möhtərəm Prezidentimizə və hörmətli vitse-prezidentimizədir. Bizə kömək edin! Əvvəlcədən öz təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, hazırda iş mahiyyətcə baxılması üçün Nəsimi Rayon 1 saylı İqtisat məhkəməsinə göndərilib. Ancaq T. Bağırovanın yazdığına görə, İqtisad Məhkəməsində baxılmalı olan işlə bağlı bundan əvvəl Yasamal rayonunun hakimi Vahid Hacıyev, Apellyasiyanın hakimi Vüqar Həsənov “Moskva” Univermağının sahibinin maraqlarına cavab verən qərarlar çıxarıblar. Yasamal rayon Məhkəmə icraçılarının rəisi Rəşad Abbasov “Moskva” Univermağının sahibinin istəyilə bu qərarları dərhal yerinə yetirib. Bununla bağl T.Bağırovanın müraciətini isə növbəti yazıda işıqlandıracağıq.
Turac Bağırovovanın müraciətində səsləndirdiyi iddialarla bağlı “Moskva” Univermağının hazırki sahibləri Anar və Esmira Babayevlərin də mövqeyini işıqlandırmağa hazırıq./AzPolitika.info/
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|