“Real Estate” şirkəti bu dəfə “Paşa Holding”in adı ilə vətəndaşlara kələk gəlməyə çalışır - Ziya Məmmədovun “qoçuları” yenidən fəallaşıb
Tarix: 28-03-2019, 11:41 | Çap et
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun vaxtilə biznes imperiyasının şəbəkəsi olan “Royal Estate” şirkəti keçmiş əyyamdakı nüfuzunu artırmaq üçün bu dəfə feodalcasına qəddarlıq nümayiş etdirərək, önə çıxmağa çalışır. Bakının tən mərkəzində, “Cəfər Cabbarlı Meydanı”nda yeraltı keçiddə yerləşən “Ticarət Mərkəzi”ndə orta əsrlərdəki quldarlıq rejimi prinsipləri əsasında fəaliyyətlərini gücləndirmək üçün səfərbər olunub. Burada hər qarışda pul qoparmaq adı ilə icarədarlara qarşı şirkət tərəfindən tətbiq olunan xüsusi qəddarlıq bunun təzahürüdür. Sənədlərdə də qeyd olunduğu kimi, Ziya Məmmədovun qohumları və vaxtilə Nəqliyyat Nazirliyində işləmiş “nəqliyyat nəzarətçiləri” (yəni qoçular) indi “Royal Estate” şirkətinin statusu ilə icarədarlara qarşı amansızcasına qəddarlıq edirlər.
Anar Novruzovun feodalcasına “qoçuluq” iştahı
Ziya Məmmədov vaxtilə nəqliyyat naziri vəzifəsinə təyin olunan zaman vağzal oğrularını və dəmiryolu stansiyalarında çapqınçılıq edənlərə “nəqliyyatda nəzarətçilər” statusu verərək, qoçuluğu rəsmiləşdirmişdi. Onlardan biri də yaxın qohumu Anar Novruzov idi. Z. Məmmədovun oğlu Ana Məmmədov A. Novruzovun “sədaqəti”ni dəyərləndirərək, onu “Royal İstate”nin rəhbəri təyin etmişdi. Ölkə KİV-lərində “Cəfər Cabbarlı Meydanı”ndakı yeraltı keçidin “Ticarət Mərkəzi”ndə yaşanılan rəzalətlə bağlı dəfələrlə yazılar getsə də, sanki heç nə dəyişməyib. Çünki Anar Novruzov və onun rəhbərlik etdiyi “çete” öz davranışlarını davam etdirirlər. 2009-cu ildə dövlət büdcəsi hesabına abadlaşdırılan bu yeraltı keçidin açılışında şəxsən prezident İlham Əliyev iştirak edib və burada fəaliyyət göstərəcək “Ticarət Mərkəzi”nə xeyir-dua verib. Ziya Məmmədov və onun çetesi buranı - dövlət əmlakını qanunsuz yolla icarədarlara satıblar. İndi də öz dədə-baba mülkü kimi hələ də istifadə edirlər. Burada yerləşən 82 mağazanın hər birinin icarədarlarından orta hesabla 40-60 min dollar rüşvət aldıqları yetməmiş, hər ay onlardan əlavə “icarə haqqı” yığırlar. Bununla yanaşı hər il icarə haqlarını artırırlar. Çünki Anar Novruzovun tamahı və iştahı belə tələb edir.
Yeraltı “Ticarət Mərkəzi” təhlükə mənbəyinə çevrilib
“Ticarət Mərkəzi”ndə mühəndis-texniki qurğuları Anar Novruzovun tamahı ucbatından demək olar ki, tamamilə sırdan çıxıb. Burada elektrik enerjisi ilə təmin edən “işıq otağı” da ticarət məqsədilə istifadəyə verilib. Həmin ərazi yüksək gərginlikli elektrik mərkəzi olsa da, Anar Novruzov “işıq otağı”ndan tamahı ucbatından bu addımı atıb. Halbuki, yüksək gərginlikli elektrik insanlar üçün təhlükə mənbəyi sayılır. Elektrik cərəyanının sayəsində yaranan radiasiya istənilən ən ağır xəstəliyə səbəb olur. Amma satıcılar işləmək və ailəsinə bir tikə “çörəkpulu” aparmaq məcburiyyətində qaldıqları üçün şirkətin feodalları tərəfindən beləcə istismar olunurlar. “Ticarət Mərkəzi”ndə layihəyə görə burada çalışanlar üçün ayrıca istirahət və soyunub-geyinmə otaqları da Anar Novruzov tərəfindən ləğv edilərək mağazaya çevrilib. İndi mağazaları işlədənlər və fəhlələr əyinlərini dəyişmək problemi ilə üz-üzə qalıblar. Anar Novruzov buradan da “pul qırxır”. Layihəyə görə, ticarət mərkəzinin işçiləri üçün ayrıca yeməkxana mövcud idi. Anar Novruzov buranı ən natəmiz məkana çevrib. Sanitar qaydalara demək olar ki, əməl olunmur.
Ləğv olunan nasosxana
“Cəfər Cabbarlı Meydanı”nda yeraltı keçiddə yerləşən “Ticarət Mərkəzi”nin nasosxanası faktiki olaraq işləmir. Anar Novruzov oranı ləğv edərək mağazaya çevirib. Çünki onun tamahı belə tələb edir. Beləliklə sahəsi 3 min kvadrat metr olan yeraltı keçid istənilən anda ekoloji bəla məkanına çevrilə bilər. Halbuki, yeraltı qrunt sularının və yağmurların sayəsində yeraltı keçid fəlakət zonasına çevrilmək təhlükəsi ilə üz-üzə qalarsa, ən çox zərər 82 mağaza sahibinə dəyəcək. Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Sanitariya və Epidemologiya Mərkəzi və müvafiq dövlət orqanlarının gözləri hara baxır? Nə üçün buradakı anormal vəziyyətə nəzarət etmirlər? Axı yeraltı keçidlər insan həyatı üçün təhlükəli vəziyyətlər yarananda həm də sığınacaq məkanı sayılır. Bu yeraltı keçiddəki mühəndis- texniki qaydalara görə nasosxananı Anar Novruzov hansı prinsiplərlə ləğv edib? Sabah leysan yağışlar yeraltı keçidi ağuşuna alanda buradakı ticarətçilərin ümumi hesabla milyonlarla manatlıq mallarına ziyan dəyəndə kim bunun üçün məsuliyyət daşıyacaq? Axı onlar həm də dövlətimiz qarşısında potensial vergi ödəyiciləridirlər. Anar Novruzovun bu qanunsuz əməllərinə kim dur deyəcək?
Qoçular burada adam döyürlər
Anar Novruzovun rəhbərliyi ilə “Cəfər Cabbarlı Meydanı”nda yeraltı keçiddəki “Ticarət Mərkəzi”ndə çalışanlar onun qoçuları tərəfindən hətta döyülürlər. Bu yaxınlarda mağaza işlədən Mahmud adlı birisi hamının gözü önündə Anar Novruzovun qumar oynamasına qarşı çıxdığı üçün onun qoçuları tərəfindən döyülüb. Mağaza sahibləri A. Novruzovun təhdidlərinə görə “susmaq” zorunda qalıblar. Çünki istənilən an icarə müqaviləsini ləğv edə bilər. Ərazidə ictimai asayişə cavabdeh olan nəqliyyat polisinin əməkdaşlarının da A. Novruzov və qoçu dəstəsinin əməllərindən xəbəri var. Mühafizə polisinin əməkdaşı Rəşad (rütbəcə çavuşdur) adlı birisi qeyri-rəsmi şəkildə A. Novruzovun cangüdəni kimi fəaliyyət göstərir. A. Novruzovun Ərəstun adlı yaxın qohumu əsl qoçu (reket) timsalında yeraltın keçidin rəmzinə çevrilib. İstədiyi şəxsi “şil-küt” etmək üzrə bu qoçu ixtisaslaşmış mütəxəssis sayılır. Bununla yanaşı, Nəqliyyat Nazirliyinin keçmiş qoçularından Novruz, Cabbar və digərləri A. Novruzovun xüsusi olaraq himayəsindədirlər. A. Novruzovun əmri ilə döyülən icarədar Mahmuddan intiqam almaq üçün hətta onun mağazasının işıqlarını söndürüb.
Anar Novruzov Ziya Məmmədova necə atıb?
28 May Metrosunun yaxınlığında tikilmiş yeni göydələnin sahibi Ziya Məmmədovdur. O bu binada bir sıra mənzilləri və obyektləri satışa çıxarmaq məcburiyyətində qalanda A. Novruzov keçmişdəki makler məharətini işə salaraq onun əbədi himayədarı olan Ziya Məmmədova yüzminlərlə manat dəyərində pul atıb. Belə ki, əmlakın qiymətini saxta yolla ucuzlaşdırmaqla həmin binanın 1-ci mərtəbəsini asanlıqla ələ keçirib. Azından Z. Məmmədova 300 min manat pul atdığı bildirilir. Halbuki, A. Novruzov Z. Məmmədovun baldızının kürəkənidir. A. Novruzovun əməllərindən Ziya və Anar Məmmədovların heç xəbərləri belə yoxdur.
Yeni icarə oyunu
“Royal Estate” şirkəti “Cəfər Cabbarlı Meydanı”nda yeraltı keçiddəki “Ticarət Mərkəzi”ni saxta yolla özəlləşdirməsi barəsində sənədlər ortaya qoyaraq, müqavilə müddəti bitmiş icarədarların başına oyun açır. Belə ki, şirkətin rəhbəri Anar Novruzov icarə müddətinin bitməsini bəhanə edərək, icarədarlarla yeni müqaviləni daha baha qiymətə bağlamaq siyasətini yürüdür. Müqavilə şirkətlə deyil, öz adına imzalanır. Müqavilələr mağazanın ərazisinə görə müəyyən olunur. İcrarə haqları 800-4000 manat arasındadır. İcarədarların çoxu icarə haqqını ödəmək imkanında olmadıqları üçün, onlar bir otağı bir neçə mağazaya çevirmək məcburiyyətində qalıblar. Arada ən çox qazanan tərəf təbii ki, A. Novruzovdur. Çünki A. Novruzov hər bir mağazanı əvvəlcə icarədara 40-50-60 min manata satır və sonra hər ay üçün əlavə icarə haqqı tələb edir. Dövlətə məxsus ticarət mərkəzində baş verən qanunsuz əməllərdən Vergilər, Maliyyə, İqtisadi İnkişaf və digər nazirliklərin xəbəri varmı?
Dövriyyədə “Paşa Holding” taktikası
Anar Novruzov mağaza sahiblərini və icarədarları qorxutmaq üçün bildirir ki, onun aldığı pulların hamısı “Paşa Holding”in cibinə gedir. Guya “Cəfər Cabbarlı Meydanı”nda yeraltı keçiddəki “Ticarət Mərkəzi”nin yeni sahibi “Paşa Holding” şirkətidir. Beləliklə, icarədarları aldadaraq yeni fırıldaqlarını da işə salıb. Kimin icarə müqaviləsinin müddəti bitibsə, hər mağazaya görə aylıq 4 min manat icarə haqqı toplayır. Öncələr aylıq icarə haqqı min manat olduğu halda nədən bu qədər görməmişlik etdiyini özündən savayı kimsə bilmir. Bütün hoqqalarını “Paşa Holding”in üzərinə yıxır. Əvvəllər icarəyə verilən mağazalara görə, hər birindən 40-50 min manat toplayaraq onları aldatmışdı. Guya mağazalar özəlləşdiriləcəyi təqdirdə, icarədarlara yardım edəcəkdi. 2012-ci ildən indiyə kimi aradan 7 il ötsə də, özəlləşdirmə barəsində heç bir xəbər yoxdur. A. Novruzovun yeni aldığı “Lexus 572018” maşının bazar qiyməti 400 min manatdır. 10 AS – 089 dövlət nişanlı bu maşının yanacağını isə xüsusi çənlərlə xaricdən gətizdirir.
Ziya Məmmədovun “ayaqyolu biznesi”
Yeraltı keçiddəki ayaqyolundan gündəlik 3-4 min nəfər istifadə edir. Giriş qiyməti 20 qəpik olduğu üçün müştərilər oranı seçmək zorundadırlar. Ancaq həmin ayaqyolundakı natəmizlik, üfunət dəhşət saçır. Ayda 1800-2400 manat gəlir əldə etdiyi ayaqyolunun suyu və elektrik enerjisi də qaçaq yolla istifadə olunur. Vergi müfəttişləri yoxlamaya gəldiklərində dərhal ayaqyolu bağlanılır. Ayaqyolu məsələsində sorumlu A. Novruzovun sağ əli, yəni qoçu kimi tanınan Ərəstun adlı birisidir. Axşam saat 21.00-dan sonra icarədarların yır-yığış etmək, malları çeşidləmək, yüngül təmir işlərini aparmaq hüquqları yoxdur. Çünki, A. Novruzov bunun üçün icarədarlardan bunun üçün azından min manat, təmir işlərinə görə isə, 15 min manata qədər pul tələb edir. Qanunsuz yerə yığılan pulların sayəsində Anar Novruzov “Space TV” kanalının yaxınlığında 1 milyon 200 min manata yeni dönərxana açıb... Hurriyyet.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
|