İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər .....                     İsrail İrana necə cavab verəcək? .....                     "Dünya yanır və nəzarətdən çıxır... .....                     İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi .....                     Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu .....                     İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? .....                     Sumqayıtda yolların təmiri 2 milyona .....                     "Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, .....                     TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... .....                     Bu il sülh müqaviləsinin imzalanması mümkündür .....                     “Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” .....                     İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır .....                     Simonyan yarımçıq sülh istəyir .....                     Aşıq Əhliman səhhətindən danışdı: .....                     Ermənistanı qorxuya salan proses: .....                     "Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." .....                     Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar .....                     Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... .....                     Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb .....                     Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib .....                     "Paşinyan ölkənin ləyaqətini alçaldır" .....                     Aslan Xasıyev “Rabitəbank”dan .....                     Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                     “Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? .....                     Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." .....                     Nizaməddin Babanlı vəzifəsindən azad olundu .....                     “AcccesBank” 8 nəfəri evdən küçəyə atır .....                     Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır .....                     Afətdən ONU QINAYANLARA: .....                     Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını .....                     İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? .....                     Beynəlxalq güclərin savaş meydanı: .....                     Hədəfdəki İran və iki plan: .....                     Rusiyada qarğıdalı qıtlığı yaranıb .....                 

“Torpağı işğal altında olan oğul hansısa separatçıya dəstək verməz” - Bərzanini dəstəkləyən laçınlı məmur
Tarix: 12-10-2017, 12:27 | Çap et
“Torpağı işğal altında olan oğul hansısa separatçıya dəstək verməz”
“Əgər yanlışım olubsa, Azərbaycan xalqından da, dövlətimizdən də üzr istəyirəm...”


Moderator.az -ın əməkdaşı son günlər bəzi media vasitələri tərəfindən adı “kürd separatçılarını dəstəkləyən məmur, laçınlı” kimi hallanmış Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevlə görüşərək xeyli müzakirələrə səbəb olmuş olayın əsl gerçəkliklərini üzə çıxarmağa çalışıb.

-Fizuli müəllim, öncə özünüz haqda qısa məlumat verin.

-Məmnuniyyətlə. Mən, Tanirverdiyev Fizuli Əmir oğlu 1979-cu ildə Laçın rayonunun Şeylanlı kəndində anadan olmuşam, milliyyətcə kürdəm. 2005-ci ildə Bakı Dövlət Univerisitetinin hüquq fakutəsini hüquqşünas ixtisası üzrə bitirmişəm. Ali təhsilliyəm. Evliyəm, iki oğlum var. Ehtiyatda olan zabitəm. Hazırda məcburi köçkün kimi Bərdə rayonunda müvəqqəti məskulaşmışıq. Yeni Azərbaycan Partiyasının üzvüyəm. 2014-cü ilin mart ayından hal-hazıradək Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışıram. İşlədiyim müddətdə heç bir qanun pozuntusuna yol verməmiş və rəhbərlik tərəfindən heç bir intizam cəzası almamışam...

-YAP-a daxil olmamışdan öncə hansısa siyasi hərəkat və ya partiyanın, yaxud digər təmayüllü təşkilatın üzvü olmamısız ki?

-YAP-a daxil olmamışdan öncə hər hansı partiya, təşkilat, hərəkat, siyasi, yaxud digər yönlü cərəyanın üzvü olmamışam. Nə də hər hansı belə bir qurumun qərargahlarına gedib-gəlmiş, nə də onların hansısa tədbirinə dəstək verməmişəm. Yalnız, səhv etmirəmsə, 1999-cu ildə bir neçə dəfə həmyerlimiz Vüqar Qədirovun rəhbərlik etdiyi Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının Qarabağla, işğal edilmiş torpaqlarımızla bağlı keçirdiyi bir neçə tədbirdə iştirak etmişəm. Hətta “Rönahi” Kürd mədəniyyət mərkəzinin harada yerləşdiyini də bu günədək bilmirəm. Digər bir kürd gənclər təşkilatı var, onların da rəhbərini tanıyıram, ancaq heç bir tədbirlərində iştirak etməmişəm. Hətta buna görə məndən iniciyirlər ki, sən bir dəfə də olsun, bizim tədbirlərə qatılmırsan...

-Necə oldu ki, YAP-a üzv oldunuz?

-2012-ci ilin dekabrından rəsmi olaraq YAP-ın üzvüyəm. Və məni kimsə bu partiyaya üzv olmağa məcbur etməyib. Bu gün Ulu Öndərimizin bizə miras qoyduğu bir dövlət var. Əgər mən indi öz balalarımla evimdə rahat yata bilirəmsə, buna görə Ulu Öndərimizə və onun siyasətini uğurla davam etdirən cənab prezidentimiz İlham Əliyevə borcluyuq. Hazırda biz Azərbaycandakı sabitliyi Yaxın Şərq və digər münaqişə zonalarındakı vəziyyətlə müqayisə etsək, dövlətimizin, onun rəhbərliyinin sayəsində dinc yaşamaq kimi hansı bir nemətə malik oldumuzu aydın dərk edərik. Məhz belə amilləri nəzərə alaraq mən YAP-a üzv oldum. Və bu gün də fəxr edirəm ki, Azərbaycanın çiçəklənməsində, qüdrətlənməsində böyük rolu olan bir partiyanın üzvüyəm...

- Konkret hansı davranış və ya çıxışınız sizin ətrafınızda məlum xoşagəlməz söz-söhbətlərin meydana çıxmasına səbəb oldu?

-Hamımız xalq olaraq azərbaycanlıyıq. Bu gün talış, tat, yəhudi, kürd, azərbaycanlı, türk və s. olmaqla biz hamımız bir ürəkdə döyünüb Azərbaycan xalqını təşkil edirik. Və hər birimiz də Azərbaycanımızı sevirik. Amma konkret milli mənsubiyyətə gəldikdə, mən kürdəm. Mən kürdlüyümü sevməsəm və desəm ki, Azərbaycanı sevirəm – elə birinci yalanı danışmış olaram. Deyir, öncə məscidin içi, sonra çölü. Mən anadan olandan Azərbaycan xalqının bir fərdi kimi böyüdülmüşəm. Hətta mən uşaqkən evimizdə atam-anam hərdən kürdcə danışanda hesab edirdim ki, öz aralarında kiçiklərə aid olmayan məsələləri müzakirə etmək üçün bir gizli dildən istifadə edirlər. Sonradan böyüdükcə anladım ki, bu, bizim ana dilimiz olan kürd dilidir və bizim ayrıca dilimiz var- kürd dili. Tədricən internet və digər vasitələrlə kürd dilini öyrənə bildim. Amma ayrıca milliyyətimiz, dilimiz olmasına rəğmən biz Azərbaycan vətəndaşı olmaqla, Azərbaycan xalqının fərdiyik...

Qaldı ki, bəzi media vasitələrinin mənim guya Şimali İraq Kürd muxtariyyətində keçirilmiş referendum mövzusunda çıxış etməyim haqda bəzi media vasitələrinin yazdıqlarına, əslində mən heç harda, heç bir tədbir və ya sosial şəbəkədə konkret bu mövzuda çıxış etməmiş və kimsəni də dəstəkləməmişəm. Vətən torpağının 20 faizi işğal olunmuş, anasının və babasının qəbri separatçıların tapdağı altında qalan bir övlad heç vaxt hansısa separatçılığı dəstəkləməz, təbliğ etməz. Çünki biz özümüz erməni separatçılığının nəticəsində bu gün öz dədə-baba torpaqlarmızdan didərgin düşmüşük. Əgər kimsə separatçılıq edirsə, onu pisləyənlərdən biri də öncə milliyyətindən asılı olmayaraq işğal altındakı torpağın sakini olmalıdır. Əlbəttə, həmin vətəndaşın qeyrəti varsa, şərəfi varsa, Vətənini sevirsə, xalqını sevirsə, anasını sevirsə, belə etməlidir. İkincisi də, mən bir hüquqşünas olaraq silahla, terrorla olan hər bir tədbirə, hərəkata qarşıyam. Bizim Xocalı boyda faciəmiz var, Laçın, Şuşa, Kəlbəcər boyda dərdimiz var. Bizim bütöv bir xalq olaraq şəhidlərimiz var. Yaxın qohumlarımız şəhid olub, itkin, əsir düşüb. Laçının 5 Milli Qəhrəmanı var. Onlardan biri də rəhmətlik Kamil əmi (Kamil Baladə oğlu Nəsibov-S.L.) kürdəsilli milli qəhrəmandır. Eləcə də aprel döyüşlərində laçınlı kürdlərdən şəhid olan Qarakeçdi kəndindən Ülvin Məmmədovdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mülki insanlar arasında da neçə-neçə şəhidimiz var. Şeylanlı kəndindən Qəmzə ana ermənilərin gəldiyini görüb, özünü Həkərinin qolu olan Ağdərə çayına ataraq özünü şəhid edib. Və biz kimsə Azərbaycan uğrunda şəhid olanda demirik ki, bu, ləzgidi, talışdı, kürddü, yaxud türkdü. Şəhid bir elin də deyil, şəhid- xalqın, dövlətin şəhididir. Şəhid- bütöv Azərbaycanındır. Şəhid- Azərbaycan adını qəlbində daşıyan hər bir kəsindir. Bütün bunları düşünərək söyləyən insan hansısa terroru və separatçılığı dəstəkləyə bilərmi?..

Azərbaycanın ərazi bütövlüyü uğrunda, ermənilərə qarşı döyüşlərdə şəhid olmuş “Kürd Mehbalı” ləqəbi ilə yazan şair Mehbalı Quliyev, Şamil Əsgərov (Dədə Şamil) və s. kürd ziyalıları daim Azərbaycandakı kürdlərin digər millətlərlə birliyinin sarsılmaz olması haqda, Azərbaycan haqda gözəl şeirlər yazıblar. Biz belə insanların ruhunda tərbiyə almışıq...

Bir faktı da deyim ki, tarixin müxtəlif dönəmlərində Azərbaycanda yaşayan bəzi xalqlar xarici güclərin təsiri altında ölkəmizdən ayrılmaq iddiasıyla baş qaldırıblar. Amma tarix boyu burada yaşayan kürdlər daim Azərbaycan xalqının yanında olublar, həmişə Azərbaycan dövlətini, dövlətçiliyini dəstəkləyiblər. Odur ki, bu gün kürd xalqının bir fərdi olaraq mənə heç kəs bu haqqı verməyib ki, yüz illlərin bu qardaşlığını, bu birliyini pozam...

Eləcə də 1991-1992-ci illərdə Azərbaycanda baş verən siyasi təlatümlər və öncə dediyim kimi, erməni təcavüzü zamanı kürd xalqı da səbir və təmkinlə müstəqil dövlətçiliyimizin keşiyində dayandı. Və nəhayət, 1993-cü ilin iyununda Ulu Öndərimiz Bakıya qayıdışı ilə Azərbaycana yeni bir ruh, yeni bir işıq gətirdi. Biz kürdlər də Ulu Öndərimiz Heydər Əliyevi daim sevmişik, onun siyasi xəttini həmişə dəstəkləmişik. Çünki Ulu Öndər bizim yaşam haqqımızı özümüzə qaytarıb. Biz bu gün yaşayırıqsa, Ulu Öndərimiz Heydər Əliyevin siyasi müdrikliyinin sayəsində yaşayırıq. Həmçinin bu gün Ulu öndərimizin siyasətini yüksələn xətlə inkişaf etdirən cənab prezidentimiz İlham Əliyevin siyasi xəttini dəstəkləyirik. Dövlət başçısı olaraq onun bizim üçün gördüyü işləri alqışlayırıq. Biz prezidentimizi sevirik, dövlətimizi sevirik, Azərbaycan xalqını sevirik. Biz Dövlətimizə, Dövlətçiliyimizə, Ulu Öndərimizin ideyalarına, cənab Prezidentimizə sadiqik və hər zamanda Vətən yolunda canımızdan keçməyə hazırıq. Mən aldığım ali təhsilə, həyatda tutduğum vəzifəyə və mövqeyə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə daim minnətdaram, Ali Baş Komandan olaraq onun Qarabağ uğrunda, Laçın uğrunda döyüş əmrini gözləyənlərin biri də mənəm...

Bu mənada bəzi müxalifyönümlü saytların barəmdə yaydığı məlumatlar yalan, böhtan və iftira olmaqla tamamilə əsassızdır. Mən Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycan Prezidentinə ömür boyu sadiq olmağımla fəxr etmişəm. Bu gün də bu sədaqət yüksələn xətt üzrə artmaqda davam edir. Barəmdə həddən artıq şişirdilmiş, diqqət cəlb etmək üçün məxsusi şəkildə qabardılmış, məqsədli şəkildə yayılmış həmin məlumatlar cəfəngiyatdan başqa bir şey deyildir və radikal müxalif düşüncəli qərəzkar şəxslərin növbəti şər və böhtanlarının tərkib hissəsidir...

-Elə isə izah edin, sizin Şimali İraq Kürd muxtariyyətinin lideri Məsud Bərzaninin fotosu və Azərbaycan dövlətinin də rəsmən tanımadığı sözügedən “referendum”a “Yes” yazısı ilə yanaşı, olan şəkliniz necə oldu peyda oldu “Facebook”da?

-“Facebook” sosial şəbəkəsində cari ilin sentyabr ayının ortalarında “Baba Pünhan” və “Hamid Turk” profilləriylə insanlar arasında çaşqınlıq yaradacaq statuslar və rəylər yazılırdı. Belə yazıların birində kürd millətinin ünvanına qeyri-etik və xoşagəlməz ifadələr yazılmışdı. Mən də buna etirazımı bildirdim. 25.09.2017-ci il tarixdə gecə saatlarında Hamid Turk öz profilindən mənim profilimə bir link göndərdi və mən də buna əhəmiyyət vermədim, hətta heç cavab belə yazmadım. 26.09.2017-ci il tarixdə isə bəzi saytlar mənim haqqımda həqiqətə uyğun olmayan yazılar dərc etdilər. Hətta mənim bununla bağlı fikirlərimi öyrənmək istəyənlər də oldu. Ancaq mən heç bir açıqlama verməyəcəyimi söylədim. Buna baxmayaraq mənimlə telefonla əlaqə saxlayan bəzi jurnalistlər açıqlama verməməyimə rəğmən telefonda danışdıqlarımı təhrif edərək öz saytlarında, öz düşünndükləri kimi açıqlamalar verdilər. Onlar məni elə təqdim etdilər ki, sanki Şimali İraq Kürd muxtariyyətində referendumu mən keçirmişəm, Kərkükü də mən işğal etmişəm, Məsud Barzani də mənim diktəmlə oturub durur... Əgər bu gün hansısa şəkil paylaşmaqla nəsə qazanmaq olursa o zaman gəlin, Cənubi Azərbaycana, Dərbəndə, Borçalıya, Göyçəyə, Vediyə, Zəngəzura, İrəvana və Qarabağa aid şəkilləri paylaşaq, beləliklə də dədə-baba torpaqlarımızı geri qaytaraq...

-Xahiş edirəm, konkret olaraq “Facebok”dakı məlum fotonuzun necə meydana çıxmasını izah edin, Füzuli müəllim?

-Bilirsiz, “Facebook”dan istifadə edənlər yaxşı bilirlər: Profil şəkillərində belə br təklif gəlir:”çərçivə əlavə edin”. Orda ingilis dilində “25” və sonra hansısa bir söz yazılmışdı(mən ingilis dilində yaxşı bimirəm) və mən həmin xidmətdən istifadə edərək öz profilimin üzərinə İraq Kürdüstanında referendum haqda şəkli əlavə etmişəm. Bunu danmıram. Amma düşündüyümə görə, bunun separatçııqla heç bir əlaqəsi yoxdur. Siyasi proseslərlə maraqlanan bir məmur, hüquqşünas kimi Şimali İraqda Kürd muxtariyyətinin referendum keçirməsi haqda xəbərləri izləmişəm. Lakin bu tədbir bizim sərhədlərimizdən kənarda keçirildiyi üçün mənim ona hər hansı bir müdaxiləm, hər hansı bir təsir vasitəm ola bilməz. İraqdakı kürdlər bu referendumu yaşadıqları ərazilərində keçirir və buna da həmin dövlət etiraz edə, yaxud dəstək verə bilər. Həmişə deyirəm ki, biz bir Azərbaycan vətəndaşı olaraq hansısa separatçı hərəkata dəstək versək, sanki Qarabağın azad edilməsi yoluna qara daşlar hörmüş olarıq. Yəni mənim kimisə dəstəkləmək kimi bir ideyam olmayıb. Sadəcə, dediyim kimi, “Facebook” xidmətində bir düymə basmışam. Əgər bu, səhv olubsa da, mənim subyektiv səhvimdir. Buna görə bütöv rayonu, bütöv xalqı günahlandırmaq doğru deyil...

-Yəni belə anladıq ki, siz “Facebook”-da İraq Kürdüstanında referendum keçirilməsinə “hə” demisiz.? Eləmi?

-Xeyr. Mən heç nəyə “hə” deməmişəm. Bilirsiz, orada “hə”, yaxud “yox” deyilməyinin mənim yaşamıma heç bir təsiri yoxdur. Əgər bu referenduma gedilməsi silah gücünə olmayıbsa, bu, xalqın suveren özünü ifadəetmə hüququ əsasında baş veribsə, onların siyasi liderləri bu yolu tutubsa, mən də bunu qəbul etmişəm ki, xalq burda azad şəkildə gedib öz fikrini bildirəcək. Daha İraq Kürdüstanının tanınıb-tanınmayacağı məndən asılı deyil. Yəni gerçək dəstək ondan ibarətdir ki, Fizuli Tanirverdiyev gedə İraqda həmin referenduma səs verə, yaxud ona maliyyə dəstəyi çatdıra. Ancaq hansısa şəkillə başqa bir ölkədəki belə bir siyasi tədbirə dəstək verməkdən danışmaq- bu, Azərbaycanın məşhur “Yuxu” filminə bənzəyir. Axı mən hardasa çıxıb birbaşa yazmadım ki, demədim ki, bu referendum keçirilsin. Ey xalq, ey camaat, toplaşın, bu referenduma gedin, səs verin. Siz səs verməsəz, bu referendum baş tutmayacaq.Və s. Belə deyək; tutaq ki, bu gün İraqda referendum keçirildi və ona “hə” dedilər. Məndə artan nəsə oldu?. Həyatım necə davam edirdisə, həmin axarla da davam edir. Həmin referenduma “yox” desəydilər də həyatım yenə həmin axarla davam edəcəkdi...

-Fizuli müəllim, baş verən bu media qalmaqalından sonra oxucularda elə təəssürat yarandı ki, guya Azərbaycanda məlum qanunsuz referendumu dəstəkləyən konkret güclər var. Eyni zamanda siz laçınlı olduğunuz üçün belə təsəvvürlər oyandı ki, guya laçınlıların çoxu həmin “referendum”u dəstəkləyir. Bu mənada özünüzü Azərbaycan xalqı, dövləti və ayrıca Lamın camaatı qarşısında mənəvi baxımdan günahkar hesab edirsinizmi?

-Bilirsiz, dövlətimiz tərəfindən mənə etimad göstərilib vəzifəyə təyin olunmuşam. Əgər etimadı doğrulmamışamsa, bu, mənim səhvimdir. Bunu, öncə dediyim kimi, bütövlükdə xalqın, rayon camaatının boynuna yazmaq doğru deyil. Amma əgər doğrudan da Azərbaycan dövlətinə, xalqımıza xəyanətim olubsa, o halda dövlətimizin verəcəyi hər cür layiqli cəzanı çəkməyə hazıram...
Eyni zamanda mənim hansısa yanlış hesab edilən söz və ya davranışım dövlətimizin, ölkəmizin şərəfinə, Laçın camaatının, ümumiyyətlə, Azərbaycan xalqının heysiyyatına toxunubsa, buna görə xalqımızdan və dövlətimizdən üzr istəyirəm. Mənim mövqeyim bundan ibarətdir...

(Müsahibə 6 oktyabr 2017-ci il tarixdə götürülüb)

P.S. Mövzu ilə bağlı oxucularımızı maraqlandıran əsas suallardan biri də bəzi saytlarda Fizuli Tanirverdiyevin adından “əgər Kürdüstana görə məni işdən çıxarsalar, Azərbaycan pasportunu yandıraram” və s. kimi cümlələr işlənməsinin haradan qaynaqlanması olub. Dövlət məmuru həmin cümlələri heç dilinə gətirməyi də özünə və tutduğu vəzifəyə təhqir hesab etdiyini söyləyərək bu haqda müsahibədə danışmamağı rica etdi. Ancaq biz oxucuların marağını və müsahibənin anonsunda işlətdiyimiz sualların cavabını verməli olduğumuzu nəzərə alaraq sözügedən məsələyə aydınlıq gətirməyi özümüzə borc bildik. Məlum oldu ki, “referendum” qalmaqalından sonra Fizuli Tanirverdiyev bir yas yerində olduğu zaman jurnalistlərdən biri zəng edib. O, hazırda açıqlama vermək imkanının olmadığını, daha sonra cavab verəcəyini söyləsə də, aramsız zənglərdən sonra emosiyalarını cilovlamayıb və jurnalistə belə cavab verib:“Mən heç bir separatçını dəstəkləməmişəm. Amma əgər doğrudan da Azərbaycan dövlətinə, xalqına xəyanət etmişəmsə, məni həbs etmək, işdən və ya ölkədən çıxarmaq lazım deyil. Xəyanəti bağışlamaq olmaz. Xəyanət etmişəmsə, sadəcə, məni də, mənə aid olan hər şeyi də; pasportumu, hərbi biletimi də yandırmaq, külümü də suya axıtmaq lazımdır ki, məni xatırladacaq heç nə qalmasın...” F.Tanirverdiyev iddia edir ki, sözügedən “Azərbaycan pasportunu yandıraram” söz-söhbəti hansısa jurnalist tərəfindən məhz bu cavabdan yozularaq yazılıb...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər - KİV
Bu gün, 06:35
İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə
Bu gün, 00:11
"Dünya yanır və nəzarətdən çıxır... - Ölkəmizi idarə edən yoxdur"
Bu gün, 00:09
İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."
Bu gün, 00:07
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 00:05
İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - KİV
Bu gün, 00:03
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Dünən, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Dünən, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Dünən, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Dünən, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Dünən, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Dünən, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Dünən, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Dünən, 17:57
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." -Katolikosun Vatikandakı nümayəndəsi
Dünən, 17:53
Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar – Çarçarovlar “iş başında”
Dünən, 17:50
Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... - onları mərhələ-mərhələ DƏYİŞDİRİBLƏR...
Dünən, 17:46
Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb - TƏFƏRRÜAT
Dünən, 17:41
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib - İLGİNC
Dünən, 17:38
"Paşinyan ölkənin ləyaqətini alçaldır" - Artsvik Minasyan
Dünən, 17:36
Aslan Xasıyev “Rabitəbank”dan UZAQLAŞDI
Dünən, 17:35
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Dünən, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Dünən, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Dünən, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Dünən, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Dünən, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Dünən, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Dünən, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Dünən, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Dünən, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Dünən, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Dünən, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Dünən, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Dünən, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Dünən, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Dünən, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Dünən, 16:14
Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Dünən, 16:09
Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər
Dünən, 16:04
ABŞ Ermənistandan niyə imtina etdi? - ŞƏRH
Dünən, 16:02
Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi
Dünən, 16:00
İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI - Sahib Məmmədov əmr imzalayıb
Dünən, 15:55
Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Dünən, 15:49
Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi - QAŞINIRLAR...
Dünən, 15:45
Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı - KİV
Dünən, 15:43
Ermənistanın ədliyyə naziri niyə istefa verib? - ŞOK TƏFƏRRÜATLAR
Dünən, 15:36
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Dünən, 15:33
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Dünən, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Dünən, 15:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru