“Möcüzəli Naftalan”dan biabırçı görüntülər - FOTOLAR
Tarix: 23-08-2017, 14:29 | Çap et
Yerli və xarici turistlərin Naftalanda fəaliyyət göstərən sanatoriya, istirahət mərkəzlərinə marağı hələ sovet dövründən olub. Bu, sözügedən şəhərin tarixən sanatoriya-kurort şəhəri kimi məşhurlaşması ilə bağlıdır.
Neft erası bitər-bitməz, gözlərin qeyri-neft sektorunun inkişafına, xüsusən də Naftalandakı müalicəvi istirahət və sağlamlıq mərkəzlərinə dikildiyi bir vaxtda oradan gələn xəbərlər bu sahədə uğur qazanacağımızı sual altında qoyur. Qiymətlərin baha olması bir yana, həm də xidmətdən şikayətlənənlər var.
Redaksiyaya müraciət edən Rəna Əliyeva (ad şərtidir) "Möcüzəli Naftalan” müalicvəvi sanatoriyasından şikayətçidir.
Müəllim kimi putyovka ilə sözügedən sanatoriyaya yollanan şikayətçi başına gələnlər barədə bizə danışdı.
"Ondan başlayım ki, mərkəzə çatar-çatmaz gördüyüm qələbəlik məni təəccübləndirməyə bilməzdi. Çünki "Möcüzəli Naftalan” bölgədəki əvvəl yaranan, digərlərinə nisbətən kiçik sanatoriyalardan sayılır. Buna baxmayaraq, mərkəzdə gələnə yox deyilmirdi. Hətta zirzəmidə də çarpayı qoyub müştəri qəbul edirlər. Orada öyrəndim ki, sanatoriya 94 yerlikdir, amma yeməkxanada 60-dan yuxarı masa qoyulmuşdu və birində 4-6 nəfər otururdu. Bu isə 200-300 nəfər deməkdir. Yeməkxanada nəinki oturmağa, durmağa belə yer olmur. Zirzəmi və xəstələr üçün nəzərdə tutulmayan bütün yerlərdə çarpayı qoyulub. Məlumatsız adamları şəraitsiz yerlərdə qəbul edir, putyovka ilə gələnlər səs-küy saldıqda isə bir-iki gündən sonra yuxarı otaqlara yerləşdirirlər”.
Sanatoriyada verilən yeməklərin şəklini təqdim edən şikayətçi deyir ki, ət yeməkləri alaçiy, keyfiyyətsiz olurdu: "Təsəvvür edin ki, bir yeməkxana masasında əyləşən 4 nəfər üçün cəmi bir xiyar və bir pomidor qoyurlar. Otaqların şəraiti barədə isə danışmağa dəyməz. Yataq dəstləri sanki illərdir dəyişilmir. Hər gün dəyişilməli dəsmalları, yataq dəsti, prosedur üçün verilən pastellər deyəndən 10 gün sonra dəyişdirildi. Yəni deməyənə qədər dəyişmirlər. Adam o qədər çoxdur ki, prosedurlar arasında hamı qaçaqaçdadı ki, dəqiqəsi keçməsin. Dincəlmək mümkün deyil”.
R.Əliyeva sanatoriyada müalicəvi-diaqnostik aparaturaların da köhnə olduğunu deyir və bu azmış kimi ümumi ödənişdən əlavə hər xidmətə görə ayrılıqda pul tətləb olunduğunu bildirir: "İki həftəlik müalicə kursu 700 manatdır, amma göstərilən xidmətlər üçün əlavə pul verməyəndə heç kəsə baxmırlar. Ya da bütün prosedurları yarımçıq edirlər, gah da deyirlər aparat xarab olub”.
Qeyd edək ki, "Möcüzəli Naftalan” sanatoriyası on il əvvəl - 2007-ci ildə tikilib istifadəyə verilib. Bura 94 çarpayılıq korpus, yeməkxana, müalicə və idman zalı, neft vannaları otaqlarından ibarətdir. Mərkəzdə qiymətlər otaqların kateqoriyasından asılı olaraq dəyişir. 14 günlük müalicə kursunun qiyməti 500-750 manat arasındadır. Məbləğə vətəndaşların burda qalması, 3 dəfə qidalanması, müayinə və müalicə daxildir. Vətəndaşlar bura həm həmkarlar təşkilatları ilə bağlanan müqavilələr əsasında qəbul olunur. Amma edilən şikayətlərdən məlum olur ki, başqa yollarla da qəbul mümkündür. Belə olmasaydı, rəsmi sənədlərdə 94 çarpayılıq olduğu bildirilən mərkəzdə qeyri-qanuni olaraq 200-300 nəfər qəbul olunmazdı.
Şikayəti və mövsümlə bağlı sanatoriyadakı vəziyyəti öyrənmək məqsədi ilə "Möcüzəli Naftalan” sanatoriyasının direktoru Elşən Əmiraslanovla əlaqə saxladıq. Əvvəl özünün də istirahətdə olduğunu deyərək açıqlama vermək istəməyən direktor bunları söylədi: "Biz Əmək və Əhalinin Sosial Müdafiəsi ilə müqavilə əsasında işləyirik. Aya 200 nəfər göndərirlər onlara xidmət edirik”.
Çarpayı sayına gəlincə, E.Əmiraslanov bunun 180 olduğunu deyərək digər suallara cavab vermək istəmədi. Sanatoriyadan olunan şikayəti isə gözlədiyimiz kimi tamamilə cəfəngiyyat adlandırdı.
Redaksiyaya ünvanlanan şikayət və şəkillərdən orada vəziyyətn həqiqətən də ürəkaçan olmadığı qənayətinə gəldiyimiz üçün mövzunu diqqətdə saxlayacağıq.
1. Müalicə-istirahət mərkəzlərinə lisenziyanı hansı qurum verir və nəyə əsasən; 2. Lisenziya verən qurum sonradan həmin mərkəzlərdə monitorinq aparırmı; 3. Sanatoriya və müalicə-istirahət mərkəzlərinə göndərişlə (putyovka) gedəndə hansı güzəştlər olunur? Qiymətlər necə hesablanır – neçə faiz həmkarlar tərəfindən ödənilir? 4. İstirahətdən narazı qaldığı təqdirdə vətəndaşlar hansı addımlar atmalıdır? Şikayət əsasında mərkəzin lisenziyası geri alına bilərmi;
Bu və digər suallara növbəti sayımızda aydınlıq gətirməyə çalışacağıq.
///hafta.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
|