Elə bil camaata QƏNİM KƏSİLİB... .....                     Prezident general-mayoru rütbəsindən məhrum edib .....                     “Neftçi” 2 milyona Fatih Terimi gətirir? .....                     “İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” .....                     Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır .....                     AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır .....                     Ermənistan ABŞ ilə təhlükəsizlik sisteminin modernləşdirilməsinə dair müzakirələr aparıb .....                     Paşinyanın yeni ampulasını beynəlxalq ekspertlər belə dəyərləndirir .....                     Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər .....                     182 nömrəli məktəbdə nə baş verib? .....                     Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb .....                     Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib .....                     "Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" .....                     Tibb sektorunun “mogikanı”: .....                     Ermənistan parlamenti .....                     Flora Kərimova Afətin üzrünü qəbul etmədi: .....                     Nazirlik dörd məktəbdə təmir işləri üçün 1 milyon manat ayırdı .....                     Xalq artistinin açıq-saçıq geyimdə .....                     “Paşinyan Qarabağ ermənilərinə xəyanət etdi” .....                     AZAL “AerCap” şirkətindən 6 yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür .....                     Lavrov Polad Bülbüloğluna Putinin verdiyi ordeni təqdim etdi .....                     Bölgələrdə güclü külək əsəcək .....                     Nəsimi rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb .....                     "Krokus" terrorunda ittiham olunanlar bir-birinin əleyhinə ifadə verir .....                     "İnstapower" işində YENİ DETALLAR .....                     Tehran, ABŞ və İsrailin birgə "raket şousu" .....                     Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır .....                     AMEA prezidentinə yeni müşavirlər təyin olunub .....                     Bayden Paşinyanı niyə dəstəkləyir? .....                     Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... .....                     İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb .....                     Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır .....                     “Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi .....                     Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı .....                     Daha bir fintex “lisenziya üçün sırada” dayanıb .....                     “Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını .....                     Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub .....                     “Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” .....                     Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI .....                     Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb .....                 

“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib? – ARAŞDIRMA
Tarix: 11-01-2017, 09:53 | Çap et
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
Ölkəmizdə əkin sahələrinin məhsuldarlığını artırmaq məqsədilə mütəmadi olaraq bir sıra dövlət sənədləri qəbul olunur. Bu baxımdan Prezident İlham Əliyevin “Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” 4 iyul 2016-cı il tarixli sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Sərəncama əsasən, ölkədə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq, bitki sortlarının toxumlarının təmizlənməsini, qablaşdırılmasını, etiketləşdirilməsini və saxlanılmasını təmin etmək məqsədilə müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə ixtisaslaşmış müəssisələrin tikintisi, maşın və avadanlıqla təmin olunması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 12 milyon manat vəsait ayrılıb. Həmçinin, qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ilin avqust ayında qəbul olunmuş ərzaq təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı ölkəmizdə aqrar bölməsinin dirçəldilməsində mühüm rol oynayıb (xalqqazeti.com).
Göründüyü kimi, ərzaq təhlükəsizliyi ölkə rəhbərliyinin prioritet bildiyi məsələlərdəndir və Azərbaycana müxtəlif ölkələrdən keyfiyyətli toxumların gətirilməsi üçün, külli miqdarda vəsait də ayrılır. Lakin vaxtaşırı olaraq, bəzi sahibkarların şikayətlərindən belə qənaətə gəlmək olar ki, hansısa məmurlar və ya işbazlar üçün ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli toxumla təminatı şəxsi maraqlardan daha az əhəmiyyət kəsb edir. Bu günlərdə LEGİON-a müraciət edən Arif Süleymanov adlı sahibkar bildirib ki, Tovuz rayonunda icarəyə götürdüyü 200 hektar torpaq sahəsində qarğıdalı əkiniylə məşğul olaraq ölkə iqtisadiyyatına töhfə vermək istəyib, lakin “Azərtoxum” rəhbərliyinin qərəzli münasibəti ucbatından külli miqdarda zərərə uğrayıb. “Mən bir neçə ay əvvəl “Azərtoxum”un baş direktoru Məzahir Qasımova razılaşdım ki, mənim Tovuz rayonunda icarəyə götürdüyüm 200 hektar ərazidə şərikli qaydada qarğıdalı əkiləcək, məhsul yığımının 50 faizini onlar götürəcək, 50 faizini də mən. Eyni zamanda, mən öz payıma düşən məhsulu onlara sata bilərdim.
“Azərtoxum” mütəxəsisləri gəldi, onların tələbi ilə, mən ancaq 127 hektar ərazini şumlatdırdım. Mənə kiloqramı 16 manatdan olan “Pioner” toxumlarının səpiləcəyini dedilər. Sonradan mən olmayanda “Azərtoxum” nümayəndələri gəlib 69 hektarlıq sahəyə toxum səpdilər. Toxum səpinindən əvvəl Məzahir müəllim mənə demişdi ki, “şəxsən, zəmanət verirəm, bu toxumlar ABŞ-dan gətirilib və hər hektara ən az 10 ton məhsul yığılacaq. Hər hektardan 4-5 ton məhsul yığılsaydı belə, mənə bəs edərdi.
Çünki mən 43 min, “Azərtoxum” isə Məzahir müəllimin iddiasına görə 45 min manat pul qoymuşdu. Qarğıdalının bir tonunu 300 manata hesablasaq, 690 ton qarğıdalı 207 min manata yaxın pul demək idi. Sonradan isə öyrəndim ki, sən demə, tarlaya kiloqramı 16 manatdan olan toxumlar yox, yerli bazarda 30 qəpiyə satılan keyfiyyətsiz toxumlar səpilib. Bu toxumlardan alıb səpməyə öz imkanım da çatardı. Mən aldadıldığımı bildikdə Məzahir Qasımov suallarımı cavablandırmaq istəmədi. Lakin oktyabr ayında məhsul yığımı zamanı 9 hektarlıq sahədən 11 ton qarğıdalı yığıldığını gördükdə, məhsul yığımını dayandırdım və “Azərtoxum” nümayəndələrinin gəlməsini tələb etdim. Çünki bizə dəyən ziyanın səbəbləri öyrənilməliydi.
Məzahir müəllim isə ziyanı aydınlaşdırmaq əvəzinə məni tutduracağı ilə hədələyirdi, və mənim bir daha ona zəng etməməyimi tələb edirdi. Mən müqavilənin şərtlərini ona başa salanda o mənlə danışmaqdan imtina elədi. Keyfiyyətsiz toxuma və az məhsula görə, “Azərtoxum” məsuliyyət daşıyırdı. Lakin mütəxəssislər gəlmədi, o zaman mən özüm Kənd Təsərrüfatı Nazirliyinin Tovuzdakı toxumçuluq mütəxəssislərini dəvət etdim, çəkiliş aparıldı, akt bağlandı. Uzun təkiddən sonra sahəyə gələn Məzahir müəllim bir çox insanların yanında yenidən mənə hədə-qorxu gələrək, gah tutduracağını, gah da rayona buraxdırmayacağını deyirdi.
Tez-tez də “Azərtoxum”un arxasında Zeynal Əliyevin durduğunu deyir, mənə hədə-qorxu gəlirdi. Biz onunla razılaşa bilmədik. Lakin “Azərtoxum” rəhbərliyi inadla gəlib məhsul yığımını sonlandırdı, mənə cəmi 11 ton 700 kiloqram qarğıdalı qaldı. “Azərtoxum” isə 100 ton qarğıdalını özü götürdü. Beləliklə, mənim çəkdiyim 43 min manatlıq zəhmətdən mənə cəmi 3300 manat qayıtdı. “Azərtoxum”da heç kim mənə dəymiş ziyanın hesabını vermək istəmir, dəymiş ziyanı qəbul etmir. Bilmirəm, keyfiyyətsiz toxum səpməkdə “Azərtoxum” nümayəndələri hansı məqsəd güdüblər, onlara belə işləmək sərf edir, ya yox… Amma sahibkarları müflis etməklə, “Azərtoxum” rəhbərliyi ölkə iqtisadiyyatına amansız zərbə vurur. Ona görə də oxucuların diqqətinə çatdırmaq istərdim ki, 2016 və 2017-ci illər ərzində “Azərtoxum” şirkəti ilə əlaqəli toxum səpənlər, “Azərtoxum”un rəhbərliyi ilə toxum müqaviləsi bağlasın, toxumun sertifikatını tələb etsinlər ki, sonra mənim kimi çətinliklə üzləşməsinlər. Sizdən xahiş edirəm, problemi araşdıraraq, ictimailəşdirməkdə və ölkə rəhbərliyinin diqqətinə çatdırmaqda, mənə yardım edəsiniz”, – deyə A.Süleymanov Qafqaznews.az-a bildirib.
O, həmçinin qeyd edib ki, M.Qasımov bundan əvvəl Bərdə RİH başçısının müavini olub, bir neçə il əvvəl isə vəzifəsindən azad olunub. Biz “Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımovun mobil nömrəsini taparaq, onunla əlaqə saxladıq. Özümüzü təqdim etdiyimizdə Məzahir Qasımov qəfildən coşaraq, “nə istəyirsiz yazın” deyə bağırmağa başladı. “Məzahir müəllim, mən hələ sual verməmişəm axı…
“Azərtoxum” 2016-cı ili necə başa vurub?”, – deyə soruşduq. “Çox yaxşı, çox yüksək reproduksiya ilə başa vurmuşuq”, – deyə M.Qasımov bildirdi. “Arif Süleymanov adlı sahibkar isə bildirir ki, onun torpaq sahəsində keyfiyyətsiz toxumlar əkərək, ziyana salmısınız. O deyir ki, 43 min manat o xərcləyib, “Azərtoxum” isə 45 min…”, – deyə məlumat vermək istərkən, Məzahir Qasımov sözümüzü kəsdi. “Kimdir Arif? Gedin işinizlə məşğul olun, siz müstəntiqsiniz? Məni şantaj etdiyinizə görə cavab verməli olacaqsınız”- deyə M.Qasımov bağırdı. “Biz sizi şantaj edib nə dedik, nə istədik? Sadəcə, öyrənmək istəyirik, bəlkə, Arif Süleymanov sizə böhtan atır?”, – deyə izah elədik. “Arif Süleymanova görə, bizə 70 min ziyan dəyib”, “Belə çıxır ki, “Azərtoxum” ora 45 min yox, 70 min manat xərcləyib?”, – deyə maraqlandıq.
“Gedin işinizlə məşğul olun” deyən Məzahir Qasımov əsəbiləşməyə başladı. Biz “oldu” deyib dəstəyi asmağa hazırlaşarkən, hömsöhbətimiz “gedin s…”deyə bizə söyüş söyərək dəstəyi asdı. Biz bunu eşitdikdə, adı hallanan Zeynal Əliyevlə əlaqə saxladıq. “Azəryem” MMC-nin rəhbəri olduğunu deyən Zeynal Əliyev qeyd etdi ki, bu qalmaqaldan sonra, Arif Süleymanovla görüşüb. “Mən gördüm ki, onun əməllərində dələduzluq var, qovdum və dedim ki, bir daha qapıdan buraxmasınlar. O toxumların keyfiyyətinə söz ola bilməz. O toxumları mən İsveçrədən gətizdirirəm. Məzahir Qasımov işi düzgün görüb”, – deyə Z.Əliyev bildirdi. “Zeynal müəllim, hər halda, sahibkar da istərdi ki, 69 hektar torpaqdan 11 ton yox, daha çox məhsul götürsün. Eləcə də, “Azərtoxum” daha çox məhsul götürməkdə maraqlı olmalıdır. Sahibkar bizə video da təqdim edib. Hər halda, məsələ araşdırılmalı deyildimi?”, – deyə soruşduq. “Şikayətçiylə gəlin, araşdıraq, problemin həllində kömək etməyə çalışaq”, – deyə həmsöhbətimiz cavab verdi. “Bəs niyə bundan əvvəl problemi həll etmək mümkün olmadı”, – deyə soruşduq. “Çünki Arif Süleymanov haqlı deyildi”, – deyə Z.Əliyev cavab verdi.
Təxminən, yarım saat sonra, Məzahir Qasımov daha təmkinli səs tonuyla bizə zəng etdi və bildirdi ki, Arif Süleymanov onlara yararsız torpaqları “sırıyıb”, əkinə inandırıb. “Bəs əkindən əvvəl sizin mütəxəssizləriniz olmamışdı orda?” – deyə soruşduq. “Olmuşdu. Mütəxəssislər şübhəli yanaşdı. Gəncədəki laboratoriyamız da işləmirdi. Nə isə.. Gəlin, burda danışıb aydınlaşdıraq”, – deyə Məzahir Qasımov bildirdi. “Məzahir müəllim, o “nə isə” bizə maraqlı gəldi. Əgər o torpaqlar “şübhəli” idisə, niyə toxum səpdiniz?” – deyə soruşduq.
Elə bu anda hömsöhbətimiz yenidən əsəbiləşdi: “Gedin işinizlə məşğul olun… Mən sənə deyirəm ay kişi, başlamısan müstəntiq kimi suallar verməyə”. Məzahir Qasımovdan daha yeni söyüşlər eşitməmək üçün, sağollaşıb dəstəyi asdıq.

Amma araşdırmamız davam edir.


“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elə bil camaata QƏNİM KƏSİLİB... - İlk üçlükdədir...
Bu gün, 16:34
Prezident general-mayoru rütbəsindən məhrum edib - SƏRƏNCAM
Bu gün, 16:31
“Neftçi” 2 milyona Fatih Terimi gətirir? - "Onunla danışıqlar..."
Bu gün, 16:26
“İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:17
Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır - TASS
Bu gün, 16:15
AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır
Bu gün, 16:09
Ermənistan ABŞ ilə təhlükəsizlik sisteminin modernləşdirilməsinə dair müzakirələr aparıb
Bu gün, 16:09
Paşinyanın yeni ampulasını beynəlxalq ekspertlər belə dəyərləndirir - ŞƏRH
Bu gün, 16:05
Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər - Başqa cür ola da bilməz...
Bu gün, 16:02
182 nömrəli məktəbdə nə baş verib? – Şagirdlər təxliyə olundu
Bu gün, 15:58
Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb
Bu gün, 15:47
Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib - İLGİNC
Bu gün, 15:18
"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" - Ramiz Novruzun qızı
Bu gün, 15:12
Tibb sektorunun “mogikanı”: - Azəri Med ATU-nin tenderini də uddu
Bu gün, 14:00
Ermənistan parlamenti Qarabağdan gedən ermənilərə "yox" dedi
Bu gün, 13:56
Flora Kərimova Afətin üzrünü qəbul etmədi: - "Onu başa salın..."
Bu gün, 13:10
Nazirlik dörd məktəbdə təmir işləri üçün 1 milyon manat ayırdı
Bu gün, 13:06
Xalq artistinin açıq-saçıq geyimdə FOTOSU
Bu gün, 13:02
“Paşinyan Qarabağ ermənilərinə xəyanət etdi”
Bu gün, 12:57
AZAL “AerCap” şirkətindən 6 yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür - DETALLAR
Bu gün, 12:46
Lavrov Polad Bülbüloğluna Putinin verdiyi ordeni təqdim etdi - FOTO
Bu gün, 12:44
Bölgələrdə güclü külək əsəcək - Belə deyirlər...
Bu gün, 12:41
Nəsimi rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Bu gün, 12:35
"Krokus" terrorunda ittiham olunanlar bir-birinin əleyhinə ifadə verir
Bu gün, 12:29
"İnstapower" işində YENİ DETALLAR – “76 milyon manat Honkonqa KÖÇÜRÜLÜB”
Bu gün, 12:26
Tehran, ABŞ və İsrailin birgə "raket şousu" - hədəf Türkiyədir
Bu gün, 12:25
Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır - Nüşabə Məmmədovanın ŞOK ƏMƏLİ
Bu gün, 12:21
AMEA prezidentinə yeni müşavirlər təyin olunub - ADLAR
Bu gün, 12:16
Bayden Paşinyanı niyə dəstəkləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:08
Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... - İTTİHAM VAR...
Bu gün, 12:06
İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb - “The New York Times”
Bu gün, 11:59
Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır - "Təcili tədbirlər görülməsə..."
Bu gün, 11:57
“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”
Bu gün, 11:55
Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı
Bu gün, 11:52
Daha bir fintex “lisenziya üçün sırada” dayanıb – Kapitalı kəskin artırıldı
Bu gün, 11:38
“Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını 1 milyon dollar azaldır
Bu gün, 11:36
Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 11:33
“Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” - Müğənnidən qalmaqallı sözlər
Bu gün, 11:30
Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI - FOTO
Bu gün, 11:28
Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb - FOTO
Bu gün, 11:26
İranlı nazirdən hədə: - “Bölgədə müharibə başlasa...”
Bu gün, 11:23
YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış - Biznesi var, universitetdə dərs deyir
Bu gün, 11:18
Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 11:15
Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:10
Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb
Bu gün, 10:50
Paşinyan yolu açdı - Sülhün önündəki yeganə maneə qaldırılır
Bu gün, 10:46
ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib - VİDEO
Bu gün, 10:34
Nüvə silahına MARAQ ARTACAQ... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 10:29
Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? - Baş həkim də həbs olundu
Bu gün, 10:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru