Bu qurumu bəh-bəhlə yaratdılar, indi üzünə baxan da yoxdur... - NARAZILIQ VAR...
Tarix: 11-10-2016, 10:46 | Çap et
Daha bir federasiya problemlərlə üz-üzədir. Hurriyyet.org-un məlumatına görə, problemlərin yaşandığı idman qurumlarından biri də məhz Azərbaycan Reqbi Federasiyasıdır. Hətta Gənclər və İdman Nazirliyi belə onların probleminə əncam çəkmək istəmir. Reqbi olimpiya idman növü olmsına baxmayaraq, diqqətdən xeyli kənar qalıb. Federasiyanın rəhbəri Eldəgiz Rəfibəylidir. Onun özü də bir müddət bu idman növü ilə məşğul olub.
Diqqətdən kənar qalan olimpiya idman növü – ciddi maliyyə sıxıntısı...
Ölkəmizdə idmana maddi və mənəvi dəstək var. Ölkə başçısı İlham Əliyev idmançılarımızı hər zaman diqqətdə saxlayır. Bəs görəsən, niyə idmandakı aidiyyatı qurumlar bu diqqətdən sui-itifadə edir, bəzi federasiyalarımızı sıxışdırırlar? Yuxarıda bildirdiyimiz kimi, federasiya ciddi maliyyə problemləri ilə üz-üzədir. Nəsə bir yenilik etmək gücünə sahib deyil.
Nazirlik belə olimpiya idman növünü saymır?
Azərbaycan Reqbi Federasiyası İnkişaf Şöbəsinin layihələr üzrə meneceri Eldar Kərimov Hurriyyet.org-a müsahibəsində qurumun diqqətdən kənar qalması və nazirliyin biganəliyindən danışıb.
- Eldar müəllim, reqbi üzrə milli komandamız niyə bu durumdadır? - Azərbaycan Reqbi Federasiyası rəsmi olaraq 2004-cü ildən fəaliyyət göstərir. Amma federasiyanın maliyyələşməsi olmadığına görə, normal bir yığma komanda yaratmaq çətindir. Milli yığmamız var, amma məşq etməyimiz üçün şərait yoxdur. Nə meydançamız var, nə də məşq ləvazimatlarımız... Buna baxmyaraq, milli yığmamız Avropa Millətlər Kuboku yarışında iştirak edib. Bundan əlavə, bizim uşaq klubumuz da fəaliyyətə başlayıb. - Reqbi idmanı niyə belə diqqətdən kənar qalıb? - Bizim özümüzə də maraqlıdır ki, olimpiya statusu alandan sonra niyə belə diqqətdən kənardadır?! Bu günə qədər elə böyük nailiyyətlərimiz olmayıb, razıyam... Amma uğurlar olması üçün hansısa bir şərait yaradılsın. O şərait yaradılmadığına görə deyərdim ki, bizim federasiyaya aidiyyatı qurumların marağı aşağı səviyyədədir. Ümid edirdik ki, Olimpiya Oyunlarından sonra bizim fedederasiyada dəyişiklik olar, yeni rəhbər təyin edilər. Amma o da olmadı.
- Məşqləri necə keçirsiniz? - Bu il milli yığmamızın hələ məşqləri keçirilməyib. Çünki əvvəllər həftədə bir dəfə “İnter” “Şəfa” stadionunu bizə məşq keçməyimiz üçün verirdi. Amma Beynəlxalq bank məsələlərindən sonra “İnter” klubunun rəhbərliyi dəyişdi. İndi bizə deyirlər məşq keçməyiniz üçün aylıq ödəniş etməlisiniz. Bizdə də təəssüf ki, hələ o imkan yoxdur. Buna görə də millimiz məşqsiz qalıb. - Bunun üçün hansısa idman qurumuna müraciət etmisiniz? - Gənclər və İdman Nazirliyinə dəfələrlə müraciət etmişik. Hələ ki yubadırlar, heç bir cavab vermirlər. Konkret bir cavab yoxdur. Deyirlər, baxarıq, çalışarıq.
Başqa işlərlə məşğul olan idmançılar...
- Bəs idmançılarımız nə işlə məşğuldurlar? Onlara maliyyə ayrılmırsa, özlərini necə təmin edirlər? - Yığma komandalarımızın üzvləri hərəsi bir yerdə işləyir. İdman onlar üçün gəlir gətirmədiyinə görə, sadəcə, hobbidir. Həmçinin milli yığma komandanın oyunçuları artıq yaşlanıblar. Hamısının 30-dan çox yaşı var, demək olar ki, yavaş-yavaş idmandan uzaqlaşırlar. Buna görə də biz indi ilk peşəkar klub olaraq “Qarabağ” Reqbi Klubunu yaratmışıq. Özü də sırf uşaqlardan başlamışıq. Məqsədimiz peşəkar reqbiçilər yetişdirməkdir. Hazırkı milllimizdəkilər sırf reqbiçilər deyil, başqa-başqa idman növlərindən gəliblər. Ona görə də biz indi sırf bununla məşğuluq ki, əsl reqbiçilər yetişdirək, bəlkə buna görə bizə şərait yaratdılar. - Bu idmana maraq necədir? Uşaqlarını reqbiyə yazdıran valideynlər var? - Uşaqların marağı çox böyükdür. Reqbi bizim millətə, xasiyyətimizə xas olan idman növüdür. Yəni güc, dözümlülük tələb edir. Uşaqlar gəlib bir neçə məşq keçəndən sonra bu idmanda qalmaq istəyirlər. Onlar üçün reqbi çox maraqlı gəlir. Uşaqların sayı artır. Həmçinin məktəblərdə məktəb komandaları yaradırıq. Artıq demək olar ki, 4-5 məktəb bizim kluba qoşulub. Hazırda 20-30 nəfər bizim klubda məşq edir. Amma yenə də şərait olmadığına görə, bu uşaqların sayını artır bilmirik. Əslində artıra bilərik, böyük kütlə var ki, bizim komandaya qoşulmağa hazırdır. Amma yenə deyirəm, bizim onları qəbul edib məşq keçməyə şəraitimiz yoxdur. - Belə çıxır ki, ölkəmizdə reqbi yığma kimi yox, sırf klub səviyyəsində fəaliyyət göstərir? Yığmadan ümidi kəsmisiniz? - Elədir. Heç olmasa cüzi şərait olsa, yenə də yığma komandanın köhnə idmançılarını toplayıb yarışlarda iştirak etmək olar. Amma bunun perspektivi yoxdur. Biz bu idman növünü inkişaf etdiririksə, bunun gələcəyini düşünməliyik. Reqbinin də gələcəyi uşaqlardır.
Nazirliyin diqqətsizliyinin qurbanı oldular
- Gənlər və İdman Nazirliyinə təqvim planı təqdim etmisiniz? - Son iki ilə qədər təqdim edirdik. Buna görə də nazirlik yarışlara bizi ildə bir dəfə göndərirdi. Lakin Avropa Oyunları ərəfəsində bizi iki dəfə yarışlara göndərmədilər. Yarışlara da yollanmadığımıza görə, Avropa Reqbi İttifaqı bizi iki illik diskvalifikasiya etdi. Bildirdilər ki, 2 dəfə yarışa qatılmadığınıza görə, 206-cı ilin sonuna qədər turnirlərdə iştirak edə bilməyəcəksiniz. Buna görə də biz 2 il ərzində nazirliyə heç bir plan göndərmədik. Mən özüm “Qarabağ Reqbi Klubu”nun rəhbəri kimi müraciət etmişdim ki, bizə heç olmasa həftədə 3 dəfə meydança ayrılsın ki, uşaqlar məşq edə bilsin. Nazirlikdən isə bizə dedilər ki, biz sırf milli yığma komandaya nə isə edə bilərik, kluba yox... Klublarla biz işləmirik. - Bəs klub nəyin sayəsində fəaliyyət göstərə bilir? Pulu necə təmin edirsiniz? - “Qarabağ” RK-nin formalarını bizə Kapital Bank hədiyyə edir. Həmçinin bir şirkət də köməklik edir. Amma cari xərcləri və stadionun kirayə pulunu öz cibimdən ödəyirəm.
- “Qarabağ” Reqbi klubunun həm məşqçisi, həm də təsisiçisi siz özünüzüsüz? - Baş məşqçi milli komandanın təcrübəli oyunçusu Nizami Mahmudovdur. Amma ikinci məşqçi kimi mən fəaliyyət göstərirəm. Həm təsisçi rəhbər, həm də ikinci məşqçiyəm. Yığma komandamızda isə məşqçi yoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|