7 saylı Cəzaçəkmə Müəssisəsi ilə bağlı iddialar... - ŞİKAYƏT VAR
Tarix: 24-09-2016, 10:53 | Çap et
Qəzetimizin 07.09.2016-cı il tarixli sayında “7 saylı Cəzaçəkmə Müəssisəsində “məhbuscell” tarifləri” sərlövhəli tənqidi yazı dərc olunmuşdu. Həmin yazıda, redaksiyamıza daxil olan məlumatlara əsaslanaraq, biz göstərmişdik ki, son illər ölkənin Ədliyyə Nazirliyi tərəfindən aparılan əsaslı islahatlara, eləcə də Penitensiar Xidmətin rəhbərliyi tərəfindən göstərilən səylərə baxmayaraq, paytaxtın Xətai rayonundakı 3-cü qəsəbə ərazisində yerləşən, rəis Xaləddin Əsədovun rəhbərlik etdiyi 7 saylı Cəzaçəkmə Müəssisəsində hələ də rüşvətxorluq və digər korrupsiya əməllərinin qarşısını almaq faktiki olaraq mümkün olmur. Artıq qeyd olunduğu kimi, hazırda bu müəssisədə 500 nəfərdən çox məhkum öz cəza müddətini çəkməkdədir. Məhbusların iddialarına görə, müəssisədə qanunsuzluq, özbaşınalıq, müxtəlif korrupsiya halları baş alıb gedir. Məhbusların hüquqları mütəmadi olaraq kobud şəkildə pozulur. Təqdim olunan açıqlamada məhbusların karantin müddətinin qısaldılmasından tutmuş, onların yatacaq yerlə təmin olunmalarına, telefonla danışığı imkanı əldə etmələrinə qədər bütün ehtiyaclarının təmin olunması üçün pul ödəməyə məcbur edildikləri vurğulanır. Müəssisə daxilindən mətbuata məlumat ötürən mənbələr bildirirlər ki, burada cəza çəkən məhbuslar karantin dövründə məcburi əməyə cəlb edilir. İşləmək istəməyənlər isə, 300 manat rüşvət verməli olurlar. Ən pisi də budur ki, pulu olmayan və bu qanunsuzluğa etiraz edən məhkumlara ağır, dözülməz işgəncələr verilir. Məhbusun 14 günədək tək qalması nəzərdə tutulan karantindən vaxtından əvvəl çıxıb “barak”a yerləşdirilməsinin də öz “qiyməti” var. Belə ki, bunun üçün 400-500 manat ödəmək tələb olunur. Bundan başqa, məhbuslar yaşayış “barak”ında aşağı yarusdakı çarpayıda yatmaq üçün 300 manat, yaxınları ilə telefon əlaqəsi yaratmaq üçün qısa zəngə 10-15 manat, danışmaq üçün hər dəqiqəyə görə 2 manat ödəməli olurlar. Həmçinin daxil olan məlumatlarda məhbuslar 7 7 saylı Cəzaçəkmə Müəssisəsində ərzaq təminatı ilə də bağlı ciddi problemlərin yaşandığını, habelə dustaqların asudə vaxt və məşğuliyyət məsələlərinin də müüəssisə rəhbərliyi tərəfindən əsil gəlir mənbəyinə çevirildiyini xüsusi olaraq qeyd edirlər. Bu barədə məhbuslar tərəfindən mətbuata ünvanlanan müraciətdə deyilir: “Burada məhbuslara verilən yeməklər də çox pis, keyfiyyətsizdir. Buna görə də, məhbusların qohumları görüşə gələndə 40-50 kq ərzaq gətirirlər ki, heç olmasa dustaqlar özləri nəsə hazırlayıb yesinlər. Buranın yeməyini yeməsinlər, yoxsa xəstəlik taparlar. Bunula belə, hər görüşə gələn vətəndaşdan da müəssisənin əməkdaşları çəkinmədən 100-150 manat pul alırlar. Bizə inanmayanlar gəlib 7 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında bu faktları gözləri ilə görə bilərlər. Bundan başqa, müəssisədə kompyuter oyunu, camaşırxana, hamam, kafe, çayxana, idman zalında məşq etmək, saç saxlamaq, vaxtından əvvəl uzunmüddətli görüş, həvəsləndirmə tədbiri, tibb hissəsində qalmaq, ayaqqabı təmiri, dərzi – hamısı pulludur...”
Lakin bütün bu deyilənlər heç də o anlama gəlməməlidir ki, 7 saylı müəssisədə cəza müddətlərini çəkən məhbusların yeganə qayğıları yalnız maliyyə vəsaiti tapmaqdan ibarətdir. Bu günlərdə redaksiyamıza yeni daxil olmuş növbəti məlumatda, bu müəssisədə məhbusların məruz qoyulduqları işgəncələr barədə də konkret fakt təqdim olunur. Açıqlamada bu günlərdə baş vermiş bir insident barədə xəbər verilir. Mənbə bildirir ki, məhbus Əliyev Ramin Mehdi oğlu hansısa səbəbdən yaşayış “barakında” yatmadığına görə, müəssisənin rəis müavini Mehman Əliyev tərəfindən döydürülmüş və bundan sonra da həmin məhbus bir müddət karserə yerləşdirilmişdir. Mənbə bunu da qeyd edir ki, müəssisə rəhbərliyinin məhbuslara təzyiq göstərilməsi və onların cəzalandırılması (döyülmələri) məqsədilə xüsusi adamları da vardır.
Yazının sonunda isə, bir daha, ötən materialda əks olunmuş bir fikri təkrarlamaq istəyirik. Bu fikir müəssisədə yaşanan özbaşınalıqlardan dolayı şikayət edən dustaqların cəzalandırılması barədə irəli sürülən ittihamlarla bağlıdır. Mənbələr iddia edirlər ki, şikayət edən məhbuslara 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Xaləddin Əsədov tərəfindən ağır işgəncələr verilir.
Müəssisə rəhbərliyinin də mövqeyini dərc edə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|