MƏHŞURLAR ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ
Tarix: 19-06-2012, 12:10 |
Çap et
BAŞ REDAKTORUN MƏHKƏMƏSİ GÖZLƏNİLİR
Hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının növbəti məhkəmə prosesi iyunun 20-də saat 15.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək.
DİA.AZ-a daxil olan məlumata görə, bu dəfə zərərçəkmiş qismində çıxış edən şəxslər dindiriləcək. CM-nin 306-cı maddəsilə haqqında cinayət işi açılan Əvəz Zeynallıya qarşı zərərçəkmiş qismində çıxış etmək üçün məhkəməyə müğənni Nüşabə Ələsgərli, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov və KİVDF-nin prezidenti Vüqar Səfərli dəvət olunublar. Hakimin sözlərinə görə onlar bu dəfə də məhkəməyə gəlmədikləri təqdirdə, növbəti məhkəmə iclasına məcburi olaraq gətizdirələcəklər.
Xatırladaq ki, iyunun 21-də saat 15.00-da isə Bakı Apellyasiya Məhkəməsində "Bakı-Baltika" MMC -nin "Xural" qəzetinə qarşı qaldırılmış məhkəmə iddiasından "Xural" qəzetinin apellyasiya işinə baxılacaq.
http://www.youtube.com/watch?feature=player_embedded&hl=ru&v=iamVA-qbzK0
QEYD: Bütün müstəqil jurnalistlər, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəməyə dəvətlidir.