QULLUQÇU XOZEYNİN EVİNİ SOYDU
Tarix: 20-10-2011, 13:38 |
Çap et
AKADEMIYANIN VİTSE-PEREZİDENTİNİN QIZININ EVİ YAĞMALANDI
Bakının Nəsimi rayonu ərazisində məşhur şəxsin evi qarət olunub. Rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, naməlum şəxslər oktyabrın 19-da rayon ərazisində yaşayan Aytən Baxşıyevanın evindən 6600 manat pul oğurlayıb.
Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşları evdən pulu oğurlayan şəxsləri qısa zamanda ifşa edib. Məlum olub ki, A. Baxşıyevanın evini qarət edənlər evin qulluqçusu Səmaya Eyvazova və qonşu Esmira Mustafayevadır. Hər iki qadın tutulub.
Qeyd edək ki, A. Baxşıyeva Nəsimi rayon A.S.Loginov adına 8 saylı ümumtəhsil orta məktəbinin direktoru, AMEA-nın birinci vitse-prezidenti Nailə Vəlixanlnın qızıdır.