AVROPA BİRLİYİ DƏ NARAHATDIR
Tarix: 9-06-2012, 12:56 |
Çap et
ATƏŞKƏS QƏRB ÜÇÜN NƏ MATAH ŞEY İMİŞ BELƏ...
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton son üç gün ərzində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı hadisələrlə bağlı narahatlığını bildirib.
APA-nın məlumatına görə, Ketrin Eştonun mətbuat katibi Maykl Menn açıqlamasında bildirib ki, Ali Nümayəndə hər iki tərəfi son bir neçə ay ərzində pisləşən vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün atəşkəsə sadiq qalmağa, təmas xəttində və ictimai açıqlamalarda təmkinli davranmağa çağırıb. Açıqlamada bildirilir ki, güc tətbiqi, təhdid, həmçinin mövcud status-kvo vəziyyəti münaqişənin həllinə töhfə vermir.
Ketrin Eşton Ermənistanı və Azərbaycanı Madrid prinsipləri üzrə razılaşma əldə etmək üçün səyləri artırmağa və prezidentləri ATƏT-in Minsk Qrupu çərçivəsində öz üzərinə götürdükləri öhdəlikləri tam yerinə yetirməyə çağırıb.