ŞEYX İRANA ÜSTÜÖRTÜLÜ İLİŞDİ
Tarix: 5-06-2012, 12:25 |
Çap et
“İSLAMIN ƏLİNDƏN RAKETİ ALMALIYIQ”...
“Biz bu gün islamın əlindən çomağı, raketi almalıyıq. Əvəzinə qələm, elm verməliyik”. APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə “İslam Əməkdaşlıq Təşkilatını (İƏT) modeli – 2012 beynəlxalq Təhsil proqramı” layihəsinin bağlanış mərasimində
çıxışında deyib.
A.Paşazadə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədr təyin olunmasına da münasibət bildirib. O deyib ki, yeni sədr həm də İslamla bağlı olan bir şəxsdir: “Bu məni sevindirir. Bir vaxtlar Şeyx olanda mənim də yaşım az idi. Məndən yaşımı soruşanda gizlədirdim. 30 yaşım olsa da, 35-40 deyirdim. Mən Elşad müəllimin fəaliyyətinə böyük ümidlə baxıram”.