ERMƏNİLƏRİN DİVERSİYASININ QARŞISI ALINIB
Tarix: 4-06-2012, 13:33 |
Çap et
3 ERMƏNİ GƏBƏRİB, 5-İ İSƏ YARALANIB
Cəbhə xəttində Ermənistan Ordusunun diversiya cəhdinin qarşısı alınıb.
APA-nın məlumatına görə, ötən gecə Ermənistan-Azərbaycan dövlət sərhədində, Ermənistanın Tavuş əyalətinin Çinari-Berdavan kəndləri istiqamətində Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Ordusunun təxribat qrupu aşkarlanıb.
Həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan Ordusunun 3 hərbçisi öldürülüb, 5 nəfər isə yaralanıb.
Ermənistan Müdafiə Nazirliyi atışmada öldürülmüş əsgərlərin adlarını da açıqlayıb. Məlumatda bildirilib ki, ötən gecə baş vermiş döyüşdə Ermənistan Ordusunun Muşeq Nurbekyan, Zoqrab Balabekyan və Karen Davtyan adlı əsgərləri həlak olub. Müdafiə Nazirliyi sayı açıqlamasa da, yaralananların olduğunu da təsdiqləyib.
Qeyd edək ki, cari ilin əvvəlindən bu günədək cəbhədə Azərbaycan hərbçilərinin həyata keçirdikləri tədbirlər nəticəsində öldürülmüş erməni əsgərlərinin sayı 20-dən çox olub.