DÜNYA ÜMUMERMƏNİ FONDU QARABAĞA PUL AYIRIB
Tarix: 30-05-2012, 14:17 |
Çap et
İŞĞAL OLUNMUŞ KƏNDLƏRİMİZ ERMƏNİLƏŞDİRİLİR
DİA.AZ: - Dünya Ümumerməni «Hayastan» Fondu Azərbaycanın işğal olunmuş ərazilərinin erməniləşdirilməsi istiqamətində bu günə kimi çox ciddi pullar xərcləyib və fond bu gün də separatçı rejimə maliyyə dəstəyi verməkdədir.
DİA.AZ-ın Ermənistan KİV-inə istinadən verdiyi xəbərdə bildirilir ki, fondun rəhbərliyi ilə separatçı rejimin başçısı arasında İrəvanda görüş olub və görüş zamanı qərara alınıb ki, Qarabağın kəndlərində erməni kənd icmalarının binalarının inşası məqsədilə fond tərəfindən əlavə vəsait ayrılsın.
Onu da bildirək ki, bu vaxta qədər Qarabağdakı bütün kəndlərimizin, rayonlarımızın adları ermənilər tərəfindən dəyişdirilib. Və indi də həmin kəndlərdə yeni inzibati binalar inşa etdirilir.