AZƏRBAYCAN XİN-DƏN TEHRANA İSMARIC
Tarix: 23-05-2012, 12:29 | Çap et
“AZƏRBAYCAN MÜSTƏQİL BİR ÖLKƏDİR”
İranın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirini dəvət edərək bu ölkənin Azərbaycandakı səfirinin yalnız məsləhətləşmələr xatirinə Tehrana çağırıldığını və hər hansı problemin olmadığını bildirib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Turan-a müsahibəsində bildirib.
O, təəssüflə qeyd edib ki, digər tərəfdən də müxtəlif dairələr bunu böyüdərək hansısa bir reaksiya kimi göstərməyə cəhd edir. “Mənə elə gəlir ki, hər bir şəxs, o cümlədən İrandakı o qüvvələr də bilməlidir ki, Azərbaycan müstəqil bir ölkədir. Azərbaycanla bağlı hər hansı bir basqı, hər hansı bir təzyiq, Azərbaycanın siyasətini dəyişdirməyə cəhd faydasızdır və bunu Azərbaycan dövləti heç zaman yaxına buraxmaz və qəbul etməz”, - o vurğulayıb.
Mətbuat katibinin fikrincə, Azərbaycan dünyaya açıq, müasirliyə, modernləşməyə meylli bir ölkədir:“Azərbaycan dünya sivilizasiyasına öz töhfəsini vermiş, zəngin mədəniyyətə və tarixə malik bir ölkədir. Biz heç bir zaman ölkəmizin hansısa ölkə tərəfindən istiqamətləndirilməsinə yol vermərik. Bu baxımdan Azərbaycanın qonşu ölkələrlə yaxınlaşması çox aydın və konkretdir. Bizim yaxınlaşmamız qarşılıqlı hörmət və bir-birinin daxili işinə qarışmamaq prinsipinə söykənir”.
E.Abdullayev İranda Azərbaycan əleyhinə keçirilən etiraz aksiyalarında səslənən fikirləri qəbul etmir: “BuradaAzərbaycan dövlətçiliyi əleyhinə səsləndirilən ifadələr çox mənfi və qəbuledilməzdir. Təbii ki, buna qarşı mövqeyimiz birmənalıdır və adekvat reaksiyamızı da verdik. Bu cür şüarların səsləndirilməsinə heç zaman biganə qala bilmərik və mövqeyimizi də ortaya qoyduq”.
O, İranda “Eurovision” əleyhinə və guya Bakıda gey-paradın keçirilməsini pisləyən bəyanatları absurd hesab edir. “Biz dəfələrlə qeyd etmişik ki, belə paradlar Azərbaycanda keçirilməyəcək və ümumiyyətlə keçirilməsi nəzərdə tutulmur”, - o bildirib.
“Eurovision” mahnı müsabiqəsinə gəlincə, o deyib ki, bu, Avropa səviyyəsində möhtəşəm bir musiqi müsabiqəsidir. Azərbaycan qalib ölkə kimi bu müsabiqəyə ev sahibliyi edir. Müəyyən dairələrin və ya şəxslərin Azərbaycana qarşı ifadələrinə gəlincə, bunu qısqanclıq kimi qəbul etmək olar. Bunu Azərbaycanın inkişafını, dünyaya inteqrasiyasını həzm etməmək kimi qəbul etmək olar. Azərbaycan bu gün bir çox ölkələrə inkişaf, açıqlıq, çoxmədəniyyətlilik, dünyəvilik baxımından nümunədir.
E.Abdullayevin dediklərinə görə, Azərbaycan hər zaman qonşuları ilə münasibətlərinə çox böyük əhəmiyyət verib və qonşu ölkələrə ehtiram nümayiş etdirərək onlarla münasibətlərinin inkişafına çox ədalətli mövqedən yanaşıb. “Biz qonşu ölkələrlə münasibətlərin inkişafında hər zaman maraqlı olmuşuq və onların daxili işlərinə heç bir zaman qarışmamışıq. Onların da bizim daxili işlərimizə qarışmamasını tələb etmişik. Azərbaycan qonşu ölkələrlə hər zaman bərabərhüquqlu, eyni səviyyəli münasibətlərin davam etdirilməsində maraqlı olub. Əminik ki, münasibətlərimiz bu cür də davam edəcək. Bir daha qeyd etmək istəyirəm ki, kiminsə daxili işlərimizə qarışmasına heç zaman imkan verməyəcəyik”, - o bildirib.
E.Abdullayev “Azərbaycan İranla bağlı siyasətinə yenidən baxa bilərmi?” sualının cavabında deyib ki, rəsmi Bakı hər hansı bir ölkə ilə münasibətlərini davam etdirərək ilk növbədə ölkənin, xalqın, dövlətin milli maraqlarını rəhbər tutur: “Bu milli maraqlar baxımından ölkələrlə münasibətlərimizi davam və inkişaf etdiririk. Bu baxımdan Azərbaycanın yanaşması çox aydındır. Biz müstəqil xarici siyasət həyata keçiririk. Bu müstəqil siyasətdə isə önəmli yer alan xalqımızın milli marağıdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir? - SİYAHI
Bu gün, 19:00 |
|
|
|
• Rayon rəhbəri Azad Qaraqoyunlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 18:58 |
|
|
|
• ABŞ siyasətində YENİ DÖNƏM – Ukrayna sülhə məcbur edilir, İran və Çin isə...
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib - SƏRƏNCAM
Bu gün, 18:15 |
|
|
|
• Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb - FƏRMAN
Bu gün, 18:13 |
|
|
|
• Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis bölməsində olub - VİDEO
Bu gün, 18:10 |
|
|
|
• Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymurlar – Azərbaycana gələn fransızların sayı artır
Bu gün, 18:04 |
|
|
|
• Sabahdan məktəblilərin 17 günlük tətili başlayır - DİQQƏT
Bu gün, 18:02 |
|
|
|
• "Qara siyahı"-nın ləğv olunması absurddur - BU NƏDİ BELƏ?..
Bu gün, 18:01 |
|
|
|
• İrəvan Bakı ilə intensiv əlaqələrin tərəfdarıdır
Bu gün, 17:54 |
|
|
|
• Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Aşağı Qapanlı kəndində keçirilib
Bu gün, 17:52 |
|
|
|
• Makron hakimiyyətinin rəzaləti – fransalı nazirin sayıqlaması
Bu gün, 17:47 |
|
|
|
• Azərbaycana qarşı iddia geri götürülür? – İrəvandan açıqlama
Bu gün, 17:45 |
|
|
|
• İri holdinqin rəhbəri dəyişdirilib - DOSYE
Bu gün, 17:42 |
|
|
|
• Natəvan Əmirova sertifikatsız çalışırmış - Klinika cəzalandırıldı
Bu gün, 17:39 |
|
|
|
• Bayram günlərində leysan yağacaq - belə deyirlər...
Bu gün, 17:35 |
|
|
|
• Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi HARA BAXIR? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:51 |
|
|
|
• Amerika Birləşmiş Ştatlarındakı seçkilər niyə çərşənbə axşamı keçirilir? - Adət-ənənə, seçici fəallığı hesabı...
Bu gün, 16:40 |
|
|
|
• Nazir onu müşavir vəzifəsindən azad etdi - Səftər Rəhimli hara vəzifəyə gedir?
Bu gün, 16:36 |
|
|
|
• "Hər an uçmaq təhlükəsi var..." - BU NƏDİ BELƏ?..
Bu gün, 16:21 |
|
|
|
• Gözdən əlil olan şikayətçi illədir ev növbəsindədir, amma... - “Mənə deyirlər ki, 1 otaqlı ev yoxdur”
Bu gün, 16:01 |
|
|
|
• İrandan Trampın prezident seçilməsinə REAKSİYA
Bu gün, 15:58 |
|
|
|
• Tanınmış aparıcının SEVGİ MEYARI: - “Kişidə baxış, gözlər, bir də…”
Bu gün, 15:53 |
|
|
|
• “Bank VTB Azərbaycan”ın rəhbərliyinə təyinat olub - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Gəncə alüminium zavodunda nə baş verir? – İŞÇİLƏR BƏZİ RƏHBƏR ŞƏXSLƏRDƏN NARAZILIQ EDİR...
Bu gün, 15:44 |
|
|
|
• “Azərbaycanda yeni qiymətləndirmə standartları hazırlanacaq” - Vüqar Oruc
Bu gün, 15:38 |
|
|
|
• Bu il banklar 6,2 milyard dollar valyuta alıblar - SİYAHI
Bu gün, 15:36 |
|
|
|
• Sülh planı müzakirəyə çıxarılır - “The Wall Street Journal”
Bu gün, 15:33 |
|
|
|
• Avropa “qəflət yuxusu”ndan ayıla biləcək? - Bakunetwork
Bu gün, 15:30 |
|
|
|
• “Nar”ın sərfəli “TouristSIM” tarifləri ilə Azərbaycanı kəşf et!
Bu gün, 15:25 |
|
|
|
• Şarl Mişel COP29-da iştirak edəcək - AÇIQLAMA
Bu gün, 15:20 |
|
|
|
• Tramp Əliyev və Ərdoğana görə bunu etməyəcək - Ermənilərə xəbərdarlıq
Bu gün, 15:00 |
|
|
|
• “İrşad” müştəriyə satdığı qüsurlu malı dəyişdirmədiyi üçün cərimələndi
Bu gün, 14:55 |
|
|
|
• İran Zəngəzur dəhlizinə qarşı: - Ermənidən çox erməniçilik edir
Bu gün, 14:52 |
|
|
|
• Trampın qələbəsi Azərbaycana nə vəd edir? - AKTUAL
Bu gün, 14:10 |
|
|
|
• Azərbaycan-Ermənistan sülh danışıqları üçün hansı platforma daha səmərəlidir?
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin bütün bəndləri razılaşdırılıb - Bir məsələ qalır
Bu gün, 14:00 |
|
|
|
• İrəvan COP29-da iştirakı ilə bağlı hələ də qərar verməyib - KİV
Bu gün, 13:37 |
|
|
|
• Sabahdan Azərbaycanda altıgünlük bayram tətili başlayır - DİQQƏT
Bu gün, 13:34 |
|
|
|
• “Oleq Bakinski” haqda - Yeni qərar
Bu gün, 13:12 |
|
|
|
• “Toylarda geyinənlərə yox, soyunanlara çox pul verilir”
Bu gün, 13:09 |
|
|
|
• Botanika İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Bu gün, 13:00 |
|
|
|
• ABŞ Ədliyyə Nazirliyi Trampa qarşı cinayət işlərinə son qoymaq istəyir – NBC
Bu gün, 12:57 |
|
|
|
• Ukrayna Azərbaycan və Türkmənistan qazını almaq istəyir - GƏLİŞMƏ
Bu gün, 12:49 |
|
|
|
• Tovuzda EKOLOJİ TERROR: Kənd sakinləri susuz qaldı... - ÖZBAŞINALIQ...
Bu gün, 12:46 |
|
|
|
• Zəngəzur dəhlizinin açılmasını istəmirik - Sübhani
Bu gün, 12:41 |
|
|
|
• İran Qarabağdan əl çəkmir: "ekspertləri" Ermənistanda... - “Miran Press”
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Meqa Həyat Sığorta"ya müddətsiz lisenziya verdi! - FOTO
Bu gün, 12:33 |
|
|
|
• Nevroloq Natavan Mustafayevanın klinikasında nöqsanlar aşkarlandı - CƏRİMƏLƏNDİ
Bu gün, 12:30 |
|
|
|
• Baş həkim iş adamına uduzdu - TƏFƏRRÜAT
Bu gün, 12:23 |
|
|
|
|