Güney Azərbaycanla bağlı türk dövlətlərinə kömək müraciəti
Tarix: 10-11-2015, 09:31 |
Çap et
Güneydə baş vermiş olaylarla bağlı bu gün toplanmış Bütöv Azərbaycan Ocaqlarının (BAO) Mərkəzi Şurası Türk dövlətlərinə müraciət qəbul edib. Müraciətin mətmi aşağıdakı kimidir:
Bütöv Azərbaycan Ocaqlarının (BAO) türk dövlətlərinə
MÜRACİƏTİ
Məlumdur ki, üç gün öncə İranın “Kanal-2” telekanalında türklər növbəti dəfə kobud şəkildə təhqir edilmişdir. Bu dövlətdə türk kimliyinin yenidən aşağılanmasına yalnız burada yaşayan türklərin problemi kimi baxmaq doğru deyil. Bu anlamda Azərbaycan Respublikası başda olmaqla bütün türk cümhuriyyətləri İranda türk kimliyinin dəfələrlə təhqir olunması məsələsinə çox ciddi önəm verməlidirlər. Şübhəsisz ki, Azərbaycan Respublikası bu məsələyə daha həssas yanaşmalı, öz rəsmi mövqeyini ifadə etməlidir. Ancaq türk kimliyinin aşağılanması bütövlükdə türk dünyasının ortaq problemidir. Ona görə də özəlliklə Türkdilli Dövlətlər Sammiti, Türkdilli Dövlətlətin Parlament Assambleyası İranda türk kimliyinin aşağılanmasıyla bağlı mövqelərini ortaya qoymalıdırlar.
Biz, Bütöv Azərbaycan Ocaqları olaraq hesab edirik ki, İranda baş vermiş təhqiramiz olay bir millətə deyil, bütövlükdə insanlığa qarşı yönəlmişdirdır.
Bütöv Azərbaycan Ocaqları