Tibb sektorunun “mogikanı”: .....                     Ermənistan parlamenti .....                     Flora Kərimova Afətin üzrünü qəbul etmədi: .....                     Nazirlik dörd məktəbdə təmir işləri üçün 1 milyon manat ayırdı .....                     Xalq artistinin açıq-saçıq geyimdə .....                     “Paşinyan Qarabağ ermənilərinə xəyanət etdi” .....                     AZAL “AerCap” şirkətindən 6 yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür .....                     Lavrov Polad Bülbüloğluna Putinin verdiyi ordeni təqdim etdi .....                     Bölgələrdə güclü külək əsəcək .....                     Nəsimi rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb .....                     "Krokus" terrorunda ittiham olunanlar bir-birinin əleyhinə ifadə verir .....                     "İnstapower" işində YENİ DETALLAR .....                     Tehran, ABŞ və İsrailin birgə "raket şousu" .....                     Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır .....                     AMEA prezidentinə yeni müşavirlər təyin olunub .....                     Bayden Paşinyanı niyə dəstəkləyir? .....                     Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... .....                     İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb .....                     Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır .....                     “Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi .....                     Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı .....                     Daha bir fintex “lisenziya üçün sırada” dayanıb .....                     “Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını .....                     Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub .....                     “Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” .....                     Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI .....                     Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb .....                     İranlı nazirdən hədə: .....                     YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış .....                     Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... .....                     Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... .....                     Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi .....                     Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb .....                     Paşinyan yolu açdı .....                     ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib .....                     Nüvə silahına MARAQ ARTACAQ... .....                     Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? .....                     AŞ PA-nın Bakıya qarşı “taran” qərarı .....                     Saxta qızıl XAOSU .....                     Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı .....                 

“Etbar Məmmədov Azərbaycan müxalifətinin başına necə daş salmağından söz açsın“
Tarix: 5-08-2015, 09:58 | Çap et
“Etbar Məmmədov Azərbaycan müxalifətinin başına necə daş salmağından söz açsın“
DİA.AZ Politoloq Zərdüşt Əlizadənin strateq.az-a müsahibəsini təqdim edir

- Zərdüşt bəy, 90-cı illərdə Azərbaycan siyasətinin önəmli firqurlarından biri idiniz və cəmiyyət daim çıxışlarınıza, təkliflərinizə, ümumiyyətlə fəaliyyətinizə hər zaman diqqət edirdi. Amma birdən siyasətdən getdiniz. Nə baş verdi? Niyə getdiniz? Özünüzü niyə lazmsız hesab etdiniz?

- Bu, ilk gedişim deyil ki... Məsələn, 21 il üzv olduğum Kommunist Partiyasından getmişəm. Görəndə ki, bu partiya öz nizamnaməsində nəzərdə tutulan məsləyinə cavab vermir, getdim. Daha sonra Xalq Cəbhəsindən getdim. Elə ki, gördüm Xalq Cəbhəsinin platforması, proqramı qaldı bir tərəfdə, proseslər tamam başqa istiqamətə yön aldı, oradan da getdim. Sosial-Demokrat Partiyasında da nəticə eyni oldu - bölüşdüyüm məqsədlərin bir kənarda qaldığını, əməli fəliyyətdə isə tamam başqa işlərin görüldüyünü duyan kimi, getdim... Nəticələri təhlil edəndə, görürəm ki, xalqımın hələlik düzgün qərar qəbul etmək potensialı çatmır və uzunmüddətli maariflənmə mərhələsini keçməsinə ehtiyacı var. Mən də maarifçiliklə məşğulam.

Bir də mənə siyasətçi deyəndə, bir şeyi unutmayın - siyasətçi vəzifə, hakimiyyət istəyir. Mənsə heç vaxt vəzifə, hakimiyyət istəyində olmamışam. İmkanlar yaransa da, imtina etmişəm. Cavan vaxtımda - 24-25 yaşımda Moskvada mayor rütbəsində hərbi nəşriyyatda vəzifə, Moskva qeydiyyatı təklif etdilər, istəmədim. 30 yaşımda Xarici Ticarət Nazirliyində iş təklif edəndə də istəmədim, sonra Təhlükəsizlik Komitəsində, “Novosti” agentliyində iş təklif etdilər, yenə imtina etdim. Sonuncu dəfə Xarici Ticarət Nazirliyində iş təklif edən adam əslən qubalı cuhud idi, SSRİ xalq ticarət nazirinin yaxın dostu idi. O mənə dedi ki, axı mən bu təklifi səsləndirsəm, Azərbaycanın yarısı qaçaraq gələr, sən niyə etiraz edirsən? Mən də dedim ki, Bakı ilə çox bağlı adamam, Moskvada yaşaya bilmərəm... Sonra - 90-cı illərdə mənim Azərbaycanda prezident olmaq şansım vardı, istəmədim, imtina etdim.

- Doğurdanmı, belə bir şans olub və Siz imtina etmisiniz?

- Bu, sirr deyil, AXC prezident seçkilərində iştirakdan imtina etdi. Çünki 20 yanvardan sonra AXC çox zəifləmişdi, öz qələbəsinə inanmırdı. “Demblok” deyilən qrupda birləşmiş 25 nəfər səs qazanmışdı və bilirdilər ki, kimi namizəd versələr, prezident seçkilərində keçməyəcək. Mən istəməyə-istəməyə, partiyadan məcbur etdilər ki, prezidentliyə namizəd olum. Amma şərt kəsdim ki, seçkiləri saxtalaşdırmağa imkan verməyəcəyəm. 10 gün qalmış namizədliyimi geri götürdüm. Sonradan hadisələr kəskin dəyişməyə başladı. İkinci çıxışımdan sonra hörmətli Heydər Əliyev Naxçıvandan bir qasid göndəridi. Qasid Heydər Əliyevdən belə bir xəbər gətirmişdi: “Mən elə bilirdim, bu, yalançı müxalifətdir, amma çıxışlarından sonra gördüm ki, həqiqi müxalifətdir... Bilirəm ki, 10 gün qalmış namizədliyini geri götürəcək. Təklif edirəm ki, namizədliyini götürməsin. Bu, sentyabrın 8-də Ayaz Mütəllibov üçün sürpriz olacaq. O, qalib olacaq. Mən gəlib onunla əməkdaşlıq etməyə hazıram”. Hətta partiyamızda bunu bəyənənlər də oldu. Dedim, siz reallıq hissini itirmisiniz, 250 nəfərlik kiçik bir qrupuq, bizə qarşı çox böyük partokrat dəstəsi, Xalq Cəbhəsi, xarici qüvvələr var - mən bunu idarə edə bilmərəm. Gərək, çalışaq ki, milli barışıq yolu ilə Kommunist Partiyası hakimiyyətdə qalsın, müəyyən bir təkamül yolu keçsin və Azərbaycan bu təhlükəli mərhələni adlasın.

Mən əvvəldən istəməmişəm ki, hansısa bir vəzifə sahibi olum. Heydər Əliyev gələndən sonra da, 1994-cü ildə mənə nazir vəzifəsi təklif elədi. O vaxt Milli Münasibətlər Komitəsi yaradılmışdı. Komitənin yaradılması barədə fərman varıydı. Komitənin rəhbəri vəzifəsinin icrası tapşırılmışdı Baş nazirin müavini Abbas Abbasova. Onun da bir neçə vəzifəsi vardı. Təklif olundu ki, bu Komitəni özüm yaradım, 7 rayonun icra başçısı mənə tabe olsun, başımın üstündə də Hidayət Orucov və Heydər Əliyev olacaqdı. Bu təklifi də qəbul etmədim...

- İmtinanıza səbəb nə idi?

- Çox sadə səbəb -özüm-özümü dəyişdirə bilmərəm. Hansısa qərarlar olacaqdı, bir dəfə razılaşmayacaqdım, ikinci dəfə razılaşmayacaqdım, üçüncü dəfədən sonra çağrılacaqdım kabinetə və yola salınacaqdım, 10 nəfər də üzmə duracaqdı. Heydər Əliyev məni yaxşı tanıyırdı. 94-cü ildə iqtisadi müşavirələrinə dəvət edirdi. Mən iki dəfə bu müşavirələrdən reportaj, təhlil yazmışam.

2000-ci ildə mənə Yasamal rayonundan deputat seçilmək təklif etdilər. Dedim yox, istəmirəm və bu seçkiləri qeyri-legitim sayıram.

Yəni, hakimiyyət, vəzifə istəməmişəm. Çünki hakimiyyətdə olan zor işlətməlidir, mənsə uşaqlıqdan zor işlətməyin əleyhinə olmuşam.

- Qəribə səslənir: siyasətlə məşğul olmusunuz, siyasətə gəlmisiniz, amma iqtidar olmaq istəməmisiniz, vəzifələrdən imtina etmisiniz... Bəs onda niyə siyasətə gəlmişdiniz, Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunmuşdunuz...?

- Xalq Cəbhəsinin proqramı gözəl, maarifçi, mütərəqqi bir proqram idi. Bu proqramı xalqa izah etmək üçün bir neçə il böyük təbliğat işi aparmışam. Sonra Azərbaycan üçün sosial-demokratiya inkişaf yolu ilə təbliğat aparmışam...

Mən də əminəm ki, Ayaz Mütəllibov zor işlətsəydi, biz bu günə düşməzdik. Vaxtilə ona deyəndə ki, Xalq Cəbhəsinin liderlərini həbs elə və məhkəmə prosesi olsun, o bildirmişdi ki, “nə deyirsiniz, mən onların hamısını qırmalıyam?”. Deyirdilər ki, yox, onların üzərində açıq məhkəmə prosesi keçirilsin, televiziya yayımlasın və siz də soruşun onlardan bu qanunları niyə pozursunuz, məgər sizin proqramınızda, məramnamənizdə belə fəaliyyətlə məşğul olmaq nəzərdə tutulubmu, dövlət orqanlarına qarşı belə təxribatla məşğul olmaq varmı? Azərbaycanın başına nə gəldi – indi göz qabağındadır.

- Yenidən siyasətə qayıtmağı düşünürsünüzmü?

- Yenə əvvəl gördüyüm işi görür, təbliğat aparır, həmin təklifləri verirəm. Ənənəvi müxalifətdən, vaxtilə cəbhədaş olduğum insanlardan tamamilə ümidimi kəsmişəm, heç bir şey gözləmirəm. Onlarla işləməyi də mənasız sayıram. Ağlına, intellektinə hörmət etiyim bir neçə şəxs var - REAL Hərakatının uşaqlarını qeyd edirəm, çalışıram ki, onlara kömək edəm.

Həm də hər şeyin öz dövrü var. Artıq 70 yaşı haqlamışam. Soruşanda ki, niyə belə cavan görünürsən? Deyirəm ki, mənə olan iradları heç zaman urəyimə salmıram, saxlamıram, vəssalam. Mənim üçün bel rahatdır. Riyakar ola bilmirəm.

Roma imperiyasında baş vermiş bir hadisəni danışım sizə... Əsgərlərin hakimiyyətə gətirdiyi imperator Dialektian yorulur və hakimiyyətdən könüllü şəkildə əl çəkrək, gedib bostançılıqla məşğul olur. Sonra ölkə qarşır, üsyanlar olur, əsgərlərin komandiri onun yanına gəlir və deyir ki, qayıt, təzədən imperator ol. Dialektianın cavabı isə olduqca ibrətamizdir: “Siz mənim yetişdirdiyim kələmləri görsəniz, bu sözləri mənə deməzsiniz”. İndi mənim də həyatımda mənim üçün olduqca maraqlı hadisələr baş verir: kitab yazır, tərcümə edirəm... Elə bu yaxınlarada ərəbcədən tərcümədə Nobel mukafatçıları silsiləsindən Nəcib Bəhlulun 5 əsəri çap olundu. İki əsərin müqəddiməsini mən yazdım. Moskvada nəşr olunan “İkinci respublikanın süqutu” kitabımı Azərbaycan dilinə tərcümə edirəm. Yəqin, payızda nəşr olunar. Daha 3-4 kitabım isə kompüterdə yatır. Çalışacam, onları da nəşr etdirəm... Dünya malında gözüm yoxdu, şan-şöhrəti sevmirəm. Ona görə heç bir vəzifə tutmaq istəmitəm.

Şah baş kəsməyi bacarmalıdır. Mənsə baş kəsməyi bacarmır və sevmirəm. Kim ki, baş kəsməyi bacarır, hətta heç lazım olmayanda da kəsir. Məsələn, İsa Qəmbər – ikicə ay prezident səlahiyyətlərini icra etdi, neçə nəfərin ölüm hökumünə qol çəkərək icra elətdirdi. Halbuki, hökmün icrasını özündən sonraya da saxlaya bilərdi...

- Zərdüşt bəy, postsovet məkanı ölkələrinin əksəriyyətində ənənəvi müxalif cinahda liderlər, siyasi rəhbərlik dəyişdi. Azərbaycanda bu prosesin çox ləng getməsi, bunun isə ziyanlı olması vurğulanır. Ümumiyyətlə, bu mövzuda tez-tez müzakirələr açılır. Siz nə düşünürsünüz bu haqda?

- Mən o fikirlə razı deyiləm ki, köhnələr hər şeyi atsınlar və getsinlər, cavanlar gəlsin. Köhnələrin haqqı var qalsınlar. Əgər həqiqətən də potensialı, ağlı olan cavanlar gəlsə, köhnələr elə tarixin təbii axarıyla gedəcəklər. Vaxtilə Mərkəzi Komitənin katibləri, şöbə müdirləri vardı, indi onların heç biri qalmayıb. Əgər yenilər gəlsələr, yeni bir proqram qoysalar, yeni bacarıq, iradə, qabiliyyət, ümid qoysalar, uğur qazanacaqlar.

- Nədi axı bu yeni proqram, fəaliyyət? Hamı danışır, amma heç kim bu haqda konkret heç nə demir?

- Yeni yanaşma olmalıdı. Xalq ictimai ədalətə təşnədir. “Bacarana baş qurban” prinsipi üzərində qurulan quruluş süquta məhkumdur. Əgər kimsə uğur qazanmaq istəyirsə, xalqa deməsin ki, gəl, mənim yanımda dayan - özü getsin, xalqın yanında dayansın. Azərbaycan xalqının çoxlu qayğıları var: çörək, iş, təhsil, səhiyyə, ədalət qayğısı və s. Bu qayğıları sən ona izah etsən, ona kömək etsən, o, sənin yanında dayanacaq. Yoxsa, yuxarıda dayanıb, çağırsan ki, demokratiya belə, Avropa İttifaqı elə... Avropa İttifaqı özü dağılır, hara gedirsən? Sən ora çatanda, görəcəksən ki, Avropa yoxdur...

- Bu məsələdə fikirləriniz hakimiyyətin mövqeyi ilə üst-üstə düşür...

- Avropa məsələsində üst-üstə düşə bilər, digər məsələlərdə yox... Azərbaycan son 23 ildə öz elmi potensialını itirib. Sovet Azərbaycanı 67 ölkəyə cihaz və dəzgah ixrac edirdi, indisə Azərbaycan cəmi iki məhsul ixrac edir - neft və qaz...

- Razılaşaq ki, Azərbaycanda daha çox bunları ehtiva edən sol ideyalar, hərəkatlar da populyarlıq qazana bilmədi...

- Mən sizə deyim nəyə görə... “Sovet sosializmi” adlanan quruluş kapitalizmə çox böyük hədiyyə idi. Həqiqi sol ideyaları bədnam elədi, vurdu. Xalqda bir ikrah yaratdı sol ideyalara qarşı. İndi Azərbaycanda xeyli sayda solçu gənclər var. Sosial şəbəkələrdə də aktivdirlər, idealist adamlardı. Düzdür, onların da bir neqativ cəhəti var ki, xalqın yanında dayanmırlar. Sən xalqın yanında dayansan, xalqın gündəlik qayğıları ilə yaşasan, xalq sənə inanacaq.

- Xalqın qayğılarından söz açdınız. Axı bütün siyasi qüvvələr tələb edirlər ki, “çörək olsun”. Onlar da sosial tələblər səsləndirirlər...

- Şüar, tələb başqa. Xalqın yanında olmaq o deməkdir ki, sən ona şüar söyləməməlisən. Seymur Baycanın bu yaxınlarda bir yazısı vardı, orada deyilirdi ki, “Sən sual verirsən, sənə şüarla cavab verirlər”. Yəni insan, Məhəmmədhəsən əmi bilməlidir ki, Əli Kərimli, yaxud Erkin Qədirli onun yanındadır, onunla birlikdə gedecəklər konkret məsələsini həll etməyə. Bu konkret məsələ həll olunduqdan sonra Məmmədhəsən əmi deyəcək ki, mən bu kişilərə inanıram. Yalnız belə olan halda bu kişilərə inanların sayı çox olacaq və get-gedə artacaq. Hərəsi gedib bir insanın yanında işləsələr, sonra da bir proqram qoysalar ki, insanlar bunun ətrafında təşkilatlansınlar, onda yavaş-yavaş real qüvvəyə çevrilmək imkanı ola bilər. Amma şübhəsiz, bu, asan olmayacaq. Rusiyada 19-ci əsrin oratalarında “narodovolçular” vardı. Gəlirdilər kəndə, deyirdilər ki, torpaq onu əkənə məxsus olmalıdır. Kəndli tutub onu döyürdü və aparıb verirdi mülkədara. Yaxud İranda 20-ci əsrin oratalarında inqilabçılar gəlib deyirdilər ki, torpaq sənin olmalıdır, Allahın verdiyi torpaqdır, ərbabın deyil. Onları da kəndlilər aparıb verirdilər, ərbaba, yaxud dövlət orqanına. Bu, birdən-birə alınan şey olmasa da, bu çətin yolu siyasətçilər keçməlidirlər. Xalqın etimadın qazanmaq üçün bu yolu mütləq keçmək lazımdır. Yoxsa bizdəkilər oturub gözləyirlər ki, hansısa bir kənar qüvvə - oliqarx və ya xarici qüvvə kömək edəcək, bunlar da hakimiyyətə gələcək. Onlar bunu edə bilərlər, amma bədəlini səndən istəyəcəklər.

- Sizin təklifiniz bir də təkrar başa dönmək kimi çıxır. Artıq partiyalar yaranıb, formalaşıb, müəyyən siyasi təcrübə qazanılıb. İndi yenidən heç nə olmayıbmış kimi, təkrar başamı dönək?

- Məsələ ondadır ki, Azərbaycanda, həqiqətən, siyasət olmayıb. Azərbaycanda demokratik hərəkatın süqutu 90-cı illərin sonunda baş verib. O zaman xalq özü institutlarda, kafedralarda, zavodlarda, müəsissələrdə təşkilatlanırdı. Bunların özlərinin proqramı vardı ki, biz nəyi dəyişək. Məni dəvət etmişdilər Montinə - 1989-cu ildə Xalq Cəbhəsinin konfransından sonra 7 saylı təmir-tikinti trestinin dayaq dəstəsinin təsis konfransına. Orada proqram hazırlamışdırlar və müzakirə edirdilər ki, nəyə necə qənaət edək? Sanitariya qaydalarına necə əməl edək? Əmək haqqının aşağı olması, həmkarlar ittifaqının işinin yaxşılaşdırılması məsələlərini fəhələlər öz iş paltarlarında müzakirə edirdilər. Sonra Xalq Cəbhəsi gəldi, başlandı “Harda görüdün erməni, vur başına gülləni”, “Bakıda hava soyuqdu, ermənilər toyuqdu” və s. kimi populist davranışlar. Bu kimi şüarlarla camaatın fikirini yönəltdilər intiqam və ədavətə, həmçinin hökumətə qarşı. İslahatlara yox ha, məhz hökumətə qarşı... 1991-ci ildə Ağsuda ASDP-nin şöbəsinin konfransına getmişdik. Orada rayonun iqtisadi göstəriciləri müzakirə olunurdu. Xalq Cəbhəsi icra hakimiyyətinin başçısının kimliyini fikirləşirdi, bunlar isə düşünürdülər ki, necə edək, kənd təsərrüfatı ilə bağlı göstəricilər yaxşılaşsın. Budur xalqı düşünmək.

Azərbaycanda hazırda siyasətlə Prezident və ətrafı, bir də oliqarxlar məşğul olurlar. Bu da daxili intriqalarda öz əksini tapır. Onların əsas məqsədi xalqı savadsız saxlamaq, maariflənməsinə imkan verməmək və qorxutmaqdır.

İndiki partiyalar isə sünidirlər və karton oyuncağı xatırladırlar. Onların heç biri xalqın yanında dayanıb gündəlik qayğısını çəkə bilmir. Gəlib qaçqının, işsizin və s. probleminin həlli ilə məşğul olmurlar. Siyasi məhbusların məhkəməsinə gələnlərə baxın. Onların neçəsi real olaraq siyasi məhbusların problemi, insan hüquqları ilə məşğul olur? Çox az hissəsi!

Bəli, sosial şəbəkələrdə fəallıq böyükdür, ancaq real hərəkətə, aksiyalara gəlmək məsələsində çox az adam olur. Qorxurlar. Biganədirlər. Biganəliyi aşmaq üçünsə nümunə olmalıdır - uğur nümunəsi. Azərbaycanda uğur tarixçəsinə ehtiyac var. Düzdür, ayrı-ayrı dönəmlərdə xalqın qələbələri olub, ancaq bunlar “Pirr qələbəsi” sayılıb. Sonda uduzmuşuq, əzilmişik...

- Müxalif cinahda uzun illər partiyalara rəhbərlik etmiş liderlərin gedişindən sonra bu təşkilatlarda çox geniş miqyasda qopma, parçalanma proseslərini müşahidə edirik. Bu məsələ də çoxlarını düşündürür. Uzun illərdir ki, fəaliyyət göstərən partiyalar, bu təşkilatlarda cəmləşən insanlar, doğurdanmı, yalnız bir şəxsə görə bir araya gəlmişdilər? Doğurdanmı, ideoloji məsələlər bu qədər əhəmiyyətsiz olub?

- Azərbaycanda gözəl musiqi mədəniyyəti, mətbəx mədəniyyəti olsa da, siyasi mədəniyyət yoxdur. Bir misal çəkim: İsveç kiçik ölkədir, dünyanın nümunəvi dövlətlərindən biridir. Təxminən, 9 milyon əhalisi var, adam başına düşən gəlir 35 min avrodur. Çox güclü iqtisadiyyatı, dünyaca məhşur brendləri var - gəmiqayırma sənayesi, “Volvo” avtomobili, "Elektrolyuks", “İkea” mebeli və s. Mən İsveçdə 4 dəfə olmuşam, qanunun aliliyi olan çox gözəl ölkədir. Belə bir xalq nümunəvi ölkə qurub - İsveç sosializmi dünyada məhşurdur. Bir anlıq təsəvvür edin ki, möcuzə baş verib, isveç xalqı Azərbaycana gəlib, azərbaycanlılar isə İsveçə gedib. Azərbaycanlılar gedib, gözəl İsveç evlərində yerləşiblər. Bir ildən sonra İsveç nə günə düşəcək, Azərbaycan necə olacaq? Azərbaycan olacaq nümunəvi demokratik ölkə - neftin gəlirləri tam şəffaf olacaq, xalqın, dövlətin ehtiyaclarına xərclənəcək. Bir ildən sonra Azərbaycan dünya bazarına elm tutumlu məhsullarla çıxacaq. Bir ildən sonra İsveçin sənayesi isə dağılacaq, İsveç olacaq Avropanın “xəstə adamı”, rüşvətə, zülmə görə birinci yerə çıxacaq. Avropa Şurasının komissiyası gəlib tənqid edəcək, İsveç isə deyəcək ki, biz müstəqil dövlətik, bizim daxili işlərimizə qarışmayın... Mən 27 ildi siyasətdəyəm, əsas uğursuzluğumuzun - Azərbaycanın məğlubiyyətləri, Qarabağ məsələsi və s. - hamısının səbəbi siyasi mədəniyyətin yoxluğunda, yaxud kallığında, orta əsr səviyyəsində olmasındadır. Ona görə, Azərbaycanı sevən adam kimi, maarifçiliklə məşğulam.

Ənənəvi müxalifət də şüarçılığı buraxıb , yerli tanınmış iqtisadçılarımızın tədqiqatlarını, təhlillərini öyrənməli və hər gün hökumətdən bu təkiflərin həyata keçirilməsini tələb etməlidirlər. Eyni zamanda, hüququn verdiyi imkanlardan istifadə etməli, hansısa bir məhkəmə iddiaları qaldırmalı, bunu mediada işıqlandırmalıdırlar.

Məsələn, bəllidir ki, bzim müxaifət Qarabağ dalğasında yaranıb. Mən, Arzu Abdullayeva ASDP-də olanda, bizdən başqa heç kim ortaya gerçək tənzimləmə modeli qoymayıb. Bunu bircə biz eləmişik - Qarabağ İctimai Şurası. Amma digər müxalif partiyaların Qarabağ münaqişəsində mövqeyi hakimiyyətin mövqeyi ilə eynidir. Ermənistanda da belədir. Bu isə Rusiyanın sifarişidir.

- Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı zaman-zaman real təşəbbüslər olur və amma hələ ki, nəticə yoxdur. Belə fikirlər səslənir ki, Rusiya razılıq vermir, Qərb dəstəkləmir və s. Necə düşünürsünüz, bu elə belə də davam edəcəkmi?

- Əbədi heç nə yoxdur. Amma bu münaqişə çox uzun müddət davam edə bilər. Fələstin münaqişəsinə baxın, hələ də sonu görünmür. Qarabağ münaqişəsi ilə bağlı da bu proseslər təkrarlana bilər. 89-ci ildə sentyabr ayında təklif etdim ki, gəlin, sözü verək Nəriman Qasımoğluna, o, Fələstin Azadlıq Hərəkatından müdafiə edib, qoy Fələstin-İsrail münaqişəsi ilə Azərbaycan-Ermənistan münaqişəsini müqayisə etsin. İdarə Heyətində əksəriyyət mənə dedi ki, yəhudilər bizdən inciyər, lazım deyil. Gələn mitinqdə Bakı yəhudilərinin nümayəndəsi çıxış etdi, Xalq Cəbhəsi ilə birlikdə olduqlarını bəyan etdi. Hamı da feyziyab oldu. Amma ədaləti qorumayan bir xalq, beynəlxalq münasibətlərdə elə bununla da rastlaşacaq. Xöşbəxtlikdən Azərbaycan hökuməti Fələstin məsələsində fələstin xalqının hüquqlarını müdafiə edir...

Qısaca deyim ki, indi Azərbaycanda ermənilərə qarşı etnik nifrətin qızışdırılması Rusiyanın işinə yarıyır. Onlara lazımdır ki, ədavət daha da böyüsün və onlar da tərəfləri idarə etsinlər.

- Çoxumuz Rusiyanı ittiham edirik, ancaq son zamanlar bu məsələdə Qərbin də sərt tənqidinə rast gəlirik. Açıqca deyilir ki, Qərb ümumiyyətlə Azərbaycanda demokratik proseslərin dəstəklənməsində maraqlı deyil. Hətta daim Qərbyönümlü siyasi kurs tutan AMİP lideri Etibar Məmmədov belə, bizə müsahibəsində etiraf etdi ki, Qərb Azərbaycanda siyasi partiyaların ön plana çıxmasında maraqlı deyil, siyasi partiyaların səhnəni tərk etməsinə çalışır və elə bu səbəblə də QHT-ləri irəli çəkir...

- Etbar Məmmədov özündən, Azərbaycan müxalifətinin başına necə daş salmağından söz açsın. Azərbaycan xalqının 89-cu ildə çox gözəl müxalifəti vardı. Həmin təşkilatlanmış, təkamül yolu ulə getmək istəyən müxalifətin başını divara vuran elə Etibar Məmmədov kimi radikallar oldu. Qərb o zaman yoxuydu, SSRİ-yə təsir edə bilmirdi. Amma indi Qərb baxır görür ki, Azərbaycanda real qüvvə iqtidardır, onunla da işləyir. Belə dağınıq, pərakəndə, məqsədi-məramı bilinməyən zəif partiyalara niyə dəstək verməlidir ki?









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tibb sektorunun “mogikanı”: - Azəri Med ATU-nin tenderini də uddu
Bu gün, 14:00
Ermənistan parlamenti Qarabağdan gedən ermənilərə "yox" dedi
Bu gün, 13:56
Flora Kərimova Afətin üzrünü qəbul etmədi: - "Onu başa salın..."
Bu gün, 13:10
Nazirlik dörd məktəbdə təmir işləri üçün 1 milyon manat ayırdı
Bu gün, 13:06
Xalq artistinin açıq-saçıq geyimdə FOTOSU
Bu gün, 13:02
“Paşinyan Qarabağ ermənilərinə xəyanət etdi”
Bu gün, 12:57
AZAL “AerCap” şirkətindən 6 yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür - DETALLAR
Bu gün, 12:46
Lavrov Polad Bülbüloğluna Putinin verdiyi ordeni təqdim etdi - FOTO
Bu gün, 12:44
Bölgələrdə güclü külək əsəcək - Belə deyirlər...
Bu gün, 12:41
Nəsimi rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Bu gün, 12:35
"Krokus" terrorunda ittiham olunanlar bir-birinin əleyhinə ifadə verir
Bu gün, 12:29
"İnstapower" işində YENİ DETALLAR – “76 milyon manat Honkonqa KÖÇÜRÜLÜB”
Bu gün, 12:26
Tehran, ABŞ və İsrailin birgə "raket şousu" - hədəf Türkiyədir
Bu gün, 12:25
Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır - Nüşabə Məmmədovanın ŞOK ƏMƏLİ
Bu gün, 12:21
AMEA prezidentinə yeni müşavirlər təyin olunub - ADLAR
Bu gün, 12:16
Bayden Paşinyanı niyə dəstəkləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:08
Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... - İTTİHAM VAR...
Bu gün, 12:06
İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb - “The New York Times”
Bu gün, 11:59
Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır - "Təcili tədbirlər görülməsə..."
Bu gün, 11:57
“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”
Bu gün, 11:55
Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı
Bu gün, 11:52
Daha bir fintex “lisenziya üçün sırada” dayanıb – Kapitalı kəskin artırıldı
Bu gün, 11:38
“Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını 1 milyon dollar azaldır
Bu gün, 11:36
Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 11:33
“Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” - Müğənnidən qalmaqallı sözlər
Bu gün, 11:30
Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI - FOTO
Bu gün, 11:28
Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb - FOTO
Bu gün, 11:26
İranlı nazirdən hədə: - “Bölgədə müharibə başlasa...”
Bu gün, 11:23
YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış - Biznesi var, universitetdə dərs deyir
Bu gün, 11:18
Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 11:15
Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:10
Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb
Bu gün, 10:50
Paşinyan yolu açdı - Sülhün önündəki yeganə maneə qaldırılır
Bu gün, 10:46
ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib - VİDEO
Bu gün, 10:34
Nüvə silahına MARAQ ARTACAQ... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 10:29
Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? - Baş həkim də həbs olundu
Bu gün, 10:23
AŞ PA-nın Bakıya qarşı “taran” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
Saxta qızıl XAOSU – “Aldığını geri qaytarmaq da mümkün deyil”
Bu gün, 10:12
Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı - MƏHKƏMƏ
Bu gün, 10:04
Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? - GƏLİŞMƏ
Bu gün, 10:00
TƏBİB-ə göz verir... TENDER VERMİR... - SAVAŞ GEDİR?
Bu gün, 09:57
Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu – Dəhliz açılsa...
Bu gün, 09:51
Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı - DETALLAR
Bu gün, 09:49
Prezident İlham Əliyev real olmayanı deməz... - Görünəni odur ki...
Bu gün, 09:46
“AzerGold”da yeni təyinat olub - ƏMR
Bu gün, 09:43
`Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... - "30 manata qane olmur..."
Bu gün, 09:40
"Nəbadə yolunuzu burdan salasınız..." - Müştərisinə tövbələtmə oxutdurdu...
Bu gün, 09:28
“Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 09:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru