Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır .....                     AMEA prezidentinə yeni müşavirlər təyin olunub .....                     Bayden Paşinyanı niyə dəstəkləyir? .....                     Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... .....                     İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb .....                     Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır .....                     “Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi .....                     Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı .....                     Daha bir fintex “lisenziya üçün sırada” dayanıb .....                     “Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını .....                     Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub .....                     “Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” .....                     Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI .....                     Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb .....                     İranlı nazirdən hədə: .....                     YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış .....                     Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... .....                     Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... .....                     Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi .....                     Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb .....                     Paşinyan yolu açdı .....                     ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib .....                     Nüvə silahına MARAQ ARTACAQ... .....                     Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? .....                     AŞ PA-nın Bakıya qarşı “taran” qərarı .....                     Saxta qızıl XAOSU .....                     Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı .....                     Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? .....                     TƏBİB-ə göz verir... TENDER VERMİR... .....                     Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu .....                     Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı .....                     Prezident İlham Əliyev real olmayanı deməz... .....                     “AzerGold”da yeni təyinat olub .....                     `Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... .....                     "Nəbadə yolunuzu burdan salasınız..." .....                     “Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb .....                     Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb .....                     Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” .....                     ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ .....                     "İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə..." .....                 

“Pribaltikadan öncə Naxçıvan SSRİ-dən ayrılmışdı” - Ən yaxın tarix
Tarix: 16-07-2015, 09:16 | Çap et
“Pribaltikadan öncə Naxçıvan SSRİ-dən ayrılmışdı”
SSRİ-nin süqutu zamanı bu imperiyadan ayrıldığını bəyan etmiş ilk subyektlər kimi Baltikyanı ölkələrin adı çəkilir. Son günlər Rusiya Baş Prokurorluğunun 1991-ci il sentyabrın 6-da qeyri-konstitusion qurum hesab edilən SSRİ Dövlət Şurası tərəfindən həmin respublikaların müstəqilliyinin tanınmasının legitimliyini araşdırdığı bir zamanda bu məsələ daha da aktuallaşıb.

Doğrudur, Baltikyanı respublikalar Azərbaycandan öncə suverenliklərini bəyan ediblər. Postsovet məkanında ilk olaraq 16 noyabr 1988-ci ildə Estoniya, ardınca Litva (18.04.1989) və Latviya (28.07.1989) suverenlik haqqında Konstitusiya qanununu qəbul etmişdir. Azərbaycan SSR Ali Sovetinin suverenlik haqqında 23 sentyabr 1989-cu ildə qəbul etdiyi qanun onun ayrılmaz hissəsi olan DQMV və Naxçıvan MSSR-ə də şamil olunurdu. SSRİ tərkibindən çıxmağın bəyan edilməsinə gəldikdə bunu ilk olaraq Litva (11.03. 1990), sonra Latviya (4.05.1990) və Estoniya (20.08.1991) etmişdir. Azərbaycan isə Estoniyadan cəmi 10 gün sonra ittifaqdan ayrıldığını bəyan etmişdir. Ancaq 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya yeridilərək dinc əhaliyə qarşı qətliam törətdiyi gecə ərəfəsində Naxçıvanda baş verən olaylar sübut edir ki, keçmiş sovet subyektləri arasında faktiki olaraq ilk dəfə (Litvadan 3 ay, Latviyadan 5 ay öncə) SSRİ-dən ayrıldığını bəyan edərək, bu haqda rəsmi qərar verən məhz Naxçıvan MSSR-in Ali Soveti olmuşdur. Düzdür, bundan bir neçə ay sonra həmin sənəd Moskvanın təzyiqi ilə ləğv edilmişdi. Amma 1990-cı ilin noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilmiş sessiyasında Naxçıvanın rəsmi adından “Sovet Sosialist” sözləri çıxarılaraq qurumun “Naxçıvan Muxtar Respublikası” adlanması barədə qərar qəbul edilmiş və ilk dəfə üçrəngli Azərbaycan Bayrağı iclas salonuna gətirilmişdir. Lakin hələ 1990-cı il 20 Yanvar faciəsindən sonra Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyində sovet rəhbərliyi əleyhinə sərt bəyanatlar verdiyi ərəfədə - sovet qoşunlarının Bakıya daxil olmasından 8 saat öncə ermənilər güclü hücuma keçərək, Sədərək rayonunun Kərki kəndini işğal edirlər. Beləliklə, torpaqlarını itirmək təhlükəsi qarşısında və blokadada qalan Naxçıvan SSRİ-dən ayrılaraq müstəqil olduğunu bəyan etməyə məcbur olur.
Həmin proseslərin fəal təşkilatçısı və iştirakçısı olmuş ADP sədri Sərdar Cəlaloğlu bizimlə söhbətində o günlər dünya çapında böyük əks-səda doğurmuş bu olayın maraqlı məqamlarını nəql etdi:

“Pribaltikadan öncə Naxçıvan SSRİ-dən ayrılmışdı”
“Afiyəddin Cəlilova dedilər ki, Qorbaçov sizinlə danışmaq istəmir”...

“1990-cı il yanvarın 18-20-də həyatımda ən önəmli hadisələrdən biri baş verdi... Naxçıvanda AXC-nin qərargahında idim. O zaman həm AXC Ali Məclisinin üzvü, həm də Naxçıvan XC-nin rəhbərlərindən biri kimi fəaliyyət göstərirdim. Sədərək cəbhəsində vəziyyətin ağır olduğu, ermənilərin hücumu nəticəsində bizimkilərin xeyli itki verməsi barədə məlumat aldıq. Düşündük ki, şəhidlərin meyitləri Naxçıvan şəhərinə gəlsə, camaat arasında böyük panika yaranacaq. Nəsə tədbir görmək gərək idi. Məlumatı dəqiqləşdirmək üçün Sədərəyə yollandım. Meydana minlərlə adam yığışmışdı, heç birinin də silahı yox idi. Dedilər ki, dağda vuruşanlardan kimsə şəhid olan kimi birimiz gedib onun silahını götürüb döyüşürük, başqa əlacımız yoxdur. Dağdan məlumat aldım ki, postlarda duranların bir neçə silahı olsa da, patron ehtiyatı demək olar ki, tükənib, ərzaqları da yoxdur. Aydın oldu ki, düşmən bir güclü həmlə etsə, postdakıları məhv edib, qəsəbəni tam işğal edəcək. Silah-sursat və ərzaq problemlərini həll etmək üçün təcili Naxçıvana qayıtdım. Çoxları guya hakimiyyəti götürmək məqsədilə bəzi AXC rəhbərləri tərəfindən Bakıya çağırıldığı üçün təşkilatın Naxçıvan rəhbərliyində cəmi 4 nəfər qalmışdıq; mən, Sülhəddin Əkbər, Elman Cəlilov və Cabbar Cəlilov. İki gün öncə Naxçıvan MSSR Partiya Komitəsinin I katibi mərhum Afiyəddin Cəlilovla söhbət zamanı ona Naxçıvanın müdafiəsi üçün silah tədarükü lazım olduğunu söyləmişdim. O da məni inandırmışdı ki, partiya komitəsi binasının zirzəmisini silah-sursatla doldurmuşuq. Qayıdıb Afiyəddin müəllimlə görüşüb Sədərəyə silah-sursat göndərməyin vacib olduğunu deyəndə o dedi: “Heç bir silah-filan yoxdur. İnciməyin, mən o vaxt xalq arasında panika olmaması üçün elə demişdim. Bakı bizi tamam unudub, heç bir kömək-filan yoxdur. Yol da bağlıdır, hərdən bir təyyarə gəlir, vəssalam”...

Oradan tez Naxçıvan MSSR daxili işlər naziri Namiq Həsənovun yanına getdim ki, bəlkə o kömək edə. Nazir isə bildirdi ki, cəmi 450 patronumuz var, onu da biz verə bilmərik, çünki daxildə də nəsə iğtişaş-filan ola bilər. Yenidən qayıtdım Afiyəddin müəllimin yanına. Soruşdu ki, sən nə məsləhət görürsən, nə edək. Dedim ki, siz rəhbər kimi Naxçıvandakı SSRİ daxili qoşun hissələrinin rəhbərliyi ilə danışa bilərsiz. Heç olmasa, iki alay müvəqqəti Ermənistanla sərhəddə dursa, biz o vaxtacan xaricdən-filandan silah-sursat toplaya bilərik. Afiyəddin Cəlilov Qorbaçova zəng etdi, onun katibi cavab verdi ki, Qorbaçov sizinlə danışmaq istəmir. Sonra SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkova zəng etdi. Dedilər ki, Nazirlər Sovetinin iclasıdır, onunla yalnız 4 saatdan sonra danışa bilərsiz. Bu dəfə Afiyəddin müəllim SSRİ Ali Sovetinin sədri Lukyanova telefon açdı. Ona vəziyyət barədə ətraflı məlumat verdi və xahiş etdi ki, daxili qoşunların iki alayının ermənilərlə sərhəddə yerləşdirilməsini təmin etsin. Lukyanov dedi ki, yaxşı, mən daxili işlər naziri ilə danışaram. Cəlilov özü də SSRİ Daxili Qoşunlarının baş komandanı, general Şatalovla danışıb ona məsələni çatdırdı. Şatalov cavab verdi ki, Lukyanov kimdir, silahlı qüvvələrlə bağlı göstəriş verə...

“Pribaltikadan öncə Naxçıvan SSRİ-dən ayrılmışdı”

“Deyəsən, Moskva Naxçıvanı da boşaltdırıb ermənilərə vermək istəyir”

Artıq məsələ aydın oldu... Bu halda Afiyəddin müəllim dedi ki, nə bacarırsız edin, artıq mənim əlimdən bir iş gəlmir, deyəsən, Moskva Naxçıvanı da boşaltdırıb ermənilərə vermək fikrindədir”... Təklif etdim ki, Afiyəddin müəllim, AXC neçə aydır, mitinqlərində SSRİ-nin tərkibindən çıxmaq barədə qətnamələr verir, gəlin Moskvaya təzyiq etmək və Naxçıvanı ermənilərə vermək fikrindən daşındırmaq üçün bu məsələni gerçəkləşdirək. Yəni SSRİ-dən çıxmaq barədə bir ultimatum verək. Cəlilov razılaşdı, ancaq dedi ki, bu barədə qərarı Naxçıvan Ali Soveti verməlidir. Oradan tez Ali Sovet sədri Səkinə Əliyevanın qəbuluna getdim. Səkinə xanım söylədi ki, bizə fövqəladə sessiya çağırıb belə bir qərar vermək üçün hansısa bir əsas, yəni məsələn, bir nüfuzlu ictimai qurumun müraciəti lazımdır. Soruşdum ki, AXC-nin müraciəti kifayət edər. Dedi ki, bəli. Təcili qərargaha gəlib formal da olsa, Naxçıvan XC-nin ali məclisini çağırdıq və SSRİ-dən çıxmaq barədə Ali Sovetə müraciət ünvanladıq. Əsaslı şəkildə yazdıq ki, SSRİ konstitusiyasının müvafiq maddələrinə uyğun olaraq sovet silahlı qüvvələri vilayət əhalisinin təhlükəsizliyini təmin etmədiyi üçün Naxçıvan MSSR Moskva və Qars müqavilələrini də əsas tutaraq SSRİ tərkibindən çıxmalı və bunun üçün Ali Sovetin fövqəladə sessiyası çağırılmalıdır. Müraciəti Ali Sovet sədrinə təqdim etdim. O da deputatların toplanması üçün göstəriş verdi. Artıq fövqəladə sessiya məsələsi həll edilsə də, bu, kifayət etmirdi. Dərhal xarici ölkələrə, ən azı, qonşu Türkiyə və İrana nümayəndə göndərib müstəqil Naxçıvan dövlətinin yaradılması barədə məlumat çatdırmaq lazım idi. Bizim o vaxt heç bir telefon əlaqəmiz də yox idi.
Naxçıvanda isə vəziyyət daha da gərginləşir, cəbhədən həyəcanlı xəbərlər gəlməkdə davam edirdi. Dizə qədər qar olmasına baxmayaraq, camaat meydanda tonqal qalayıb, gecə səhərədək otururdu. Çünki Naxçıvanın taleyi təhlükə qarşısında idi...
Bundan sonra Sərdar Cəlaloğlu və silahdaşları şəxsi təşəbbüsləri ilə sərhədi keçib İrana və Türkiyəyə getmək üçün müəyyən tədbirlər görməyə məcbur olurlar.

“Pribaltikadan öncə Naxçıvan SSRİ-dən ayrılmışdı”
“Pribaltikadan öncə Naxçıvan SSRİ-dən ayrılmışdı”
“Nazirlərdən biri mənə tapança verdi ki, yolda lazım olar”

“Xaricə getmək məsələsini müzakirə edəndə Naxçıvanın o vaxtkı tikinti naziri Ağababa Abdullayev də Afiyəddin müəllimin yanında idi. O, məni kənara çəkib bir tapança verdi ki, təhlükəli yola çıxırsan, hər şey ola bilər, hətta özünü öldürməyə də məcbur olarsan. Bunu deyəndə Ağababa müəllimin gözləri yaşardı. O vaxt nazirlər, məmurlar arasında da belə vətənpərvər adamlar var idi...
Xülasə, Naxçıvan axundu da daxil olmaqla, 5 nəfərlə birgə sərhədi Nehrəmdən keçməyə qərar verərək oraya yollandıq. Lakin sovet hərbçiləri sərhədə çatmamış qarşımıza çıxdığından Nehrəmdən keçmək baş tutmadı. Məcbur olub gecə saat 1-də Culfanın Yaycı kəndinə gəldik və səhər saat 6-da oradan böyük çətinliklə qayıqla o taya keçə bildik. Yaycıda “Azadlıq” radiosundan eşitdik ki, sovet qoşunları Bakıya daxil olub. Səhərədək yatmadıq...
S.Cəlaloğlunun başçılıq etdiyi nümayəndə heyəti İrana keçməyə cəhd edən günlər Naxçıvanda AXC üzvləri və bir qrup deputat 1921-ci ilin martında SSRİ ilə Türkiyə arasında bağlanmış Qars və həmin ilin oktyabrında imzalanmış Moskva müqavilələrinin iclasın gündəliyinə salınmasına nail olurlar. Həmin müqavilələrə əsasən tələb olunur ki, Naxçıvanı işğal təhlükəsi gözlədiyindən Türkiyədən hərbi kömək istənilsin. Sessiyanın gedişində rus qoşunlarının artıq Bakıya daxil olduğunu və kütləvi qətliam barədə xəbərlər gəlir. Bunu eşidən deputatların əhvali-ruhiyyəsi daha da radikallaşır. Nəticədə Naxçıvanın SSRİ-nin tərkibindən çıxması təklifi ortaya atılır və parlament tərəfindən qəbul edilir.
Sərdar bəyin sözlərinə görə, onlar Culfada olarkən Naxçıvandan deputatlardan ibarət daha bir nümayəndə heyətinin İrana göndərildiyini eşidirlər. Lakin...

“Pribaltikadan öncə Naxçıvan SSRİ-dən ayrılmışdı”
“Sərhəddə Sülhəddin Əkbər də bizə qoşuldu”

“Culfada məlum oldu ki, Naxçıvan Ali Soveti SSRİ-dən çıxmaq barədə ultimatum verdikdən sonra cəbhəçilər telestudiyanı ələ keçirib və Naxçıvanın müstəqilliyini elan ediblər. Bundan əlavə, parlament Eldar İbrahimov da daxil olmaqla 8 nəfər nümayəndə heyətini də İrana göndərib. Onlar Culfadan qanuni yolla keçməyə cəhd ediblər. Ruslar deyib “olmaz”, ona görə də qayıdıb getməyə məcbur olublar. Yalnız Sülhəddin Əkbərlə bir yoldaş gəlib bizə qoşula bilmişdi.

“Pribaltikadan öncə Naxçıvan SSRİ-dən ayrılmışdı”
“İran Naxçıvana silah verməsə də, Moskvaya ünvanlanmış ciddi bəyanat verdi”

Xülasə, 8 nəfərlik heyətlə çətinliklə də olsa, Təbrizə gələ bildik. Orada Tehrandan gəlmiş hökumət nümayəndələri ilə danışıqlar apardıq. İran tərəfi bəyan etdi ki, biz sizə silah-sursat verə bilməsək də, siyasi dəstək verərik. İran o günlər belə bir bəyanat verdi ki, Naxçıvan ermənilər tərəfindən işğal ediləcəyi təqdirdə biz İrandakı azərbaycanlıların kömək məqsədilə kütləvi şəkildə o taya keçməsinin qarşısını alacağımıza qarant vermirik. Bu, çox ciddi bir bəyanat idi. Həmin günlər Pakistanın parlament sədri də İranda idi. Biz onunla da əlaqə yaratdıq. Pakistan da bir bəyanat verdi ki, biz müsəlman ölkəsi olaraq Naxçıvanda etnik təmizləmə aparılmasına laqeyd qala bilmərik, sovet rəhbərliyi bunun qarşısını almaq üçün tədbir görməlidir. Liviya da oxşar bir bəyanat verdi.

“Sovet Naxçıvanı” qəzeti müstəqillik haqqında qərarı 40 min tirajla dərc edir...

Araşdırmalarımız zamanı Sərdar Cəlaloğlunun söyləmədiyi bir neçə diqqətəlayiq məlumat da əldə edə bildik. Naxçıvandan yollanan nümayəndə heyəti İranda olan zaman «Sovet Naxçıvanı» qəzeti muxtar respublikanın SSRİ-dən ayrılaraq müstəqil olmasıyla bağlı qərarı dərc edir və ilk dəfə çox böyük tirajla - 40 min nüsxə ilə satışa çıxır. Naxçıvan televiziyası isə bu barədə xəbərləri bir neçə xarici dildə yayımlayır.

“Pribaltikadan öncə Naxçıvan SSRİ-dən ayrılmışdı”

“Naxçıvanın xilasında ən əsas rolu Türkiyənin bəyanatı oynadı”

ADP sədrinin sözlərinə görə, məsələyə xarici rəsmi reaksiyalar arasında ən əsas rolu Türkiyə parlamentinin bəyanatı oynayıb.
“Türkiyədəki çalışmalarımız nəticəsində qardaş ölkə çox əhəmiyyətli bir bəyanat verdi. Bəyanatda Moskva və Qars müqavilələrinə görə Türkiyənin də Naxçıvan üzərində hüququ olduğu vurğulandı. Sovet rəhbərliyi bir daha anladı ki, Türkiyənin razılığı olmadan Naxçıvanı ermənilərə verə bilməz.

“Hökumət binalarında üçrəngli bayrağımız dalğalanırdı”

Beləliklə, Naxçıvan hüquqi baxımdan SSRİ-dən ayrılmışdı. Hökumət binalarında üçrəngli bayrağımız dalğalanırdı...
Lakin 1990-cı il yanvarın 28-29-da Moskva 8 generalın başçılığıyla Naxçıvana xüsusi qoşun yeritdi. Meydanı mühasirəyə alaraq silah gücünə bizi inzibati binalar üzərindən üçrəngli bayraqları endirməyə məcbur etdilər. Ancaq Naxçıvanın müstəqilliyinin rəsmi ləğvi yalnız 3 aydan sonra oldu. Məcburən Naxçıvan Ali Sovetinin sessiyasını çağırtdıraraq o dövrdə, yəni 20 Yanvar ərəfəsində yaranmış vəziyyəti bəhanə gətirərək müstəqillik aktını ləğv etdirdilər. Bununla belə, həqiqət budur ki, keçmiş sovet ərazi subyektləri arasında ilk olaraq Naxçıvan SSRİ-dən ayrılaraq 3 ay ərzində de-yure müstəqil oldu.

“Pribaltikadan öncə Naxçıvan SSRİ-dən ayrılmışdı”

“İmperiya qəfəsindən qanadlanan ilk quş...”

O vaxt yadımdadır ki, Avropanın müxtəlif ölkələrindən jurnalistlər Türkiyədən sərhədi keçərək Naxçıvana gəlirdilər. Məndən bir Finlandiya jurnalisti müsahibə almışdı. Və Finlandiya qəzetlərindən birində belə başlıqlı bir məqalə vermişdilər: “İmperiya qəfəsindən qanadlanan ilk quş”. Yazıda vurğulanırdı ki, əgər Naxçıvan kimi kiçik bir muxtar qurum SSRİ tərkibindən çıxa bilirsə, deməli, digər 15 respublika və subyektlər də asanlıqla bu imperiyadan ayrıla bilər. Həqiqətən bu Naxçıvan olayları SSRİ-nin süqutuna böyük təkan verdi. Cəmi 3-4 ay sonra Pribaltika respublikaları ardıcıl olaraq sovet ittifaqından ayrıldıqlarını bəyan etdilər. 1991-ci ildə isə Azərbaycan Naxçıvan da daxil olmaqla, bütövlükdə müstəqilliyini elan etdi.
Və Azərbaycanın ayrılmaz hissəsi olaraq Naxçıvan xalqının, hərəkatçıların yazdığı tarix yaddaşlarda silinməz izlər qoydu”.

“Naxçıvandan sonra anladım ki, SSRİ-nin axırı çatıb”...

Naxçıvanın SSRİ-dən ayrılması olayı o zaman keçmiş sovet məkanında geniş əks-səda doğurub. Müxtəlif siyasi lider və ziyalılar bu barədə maraqlı fikirlər ifadə ediblər. Belə açıqlamalardan ən çox yadda qalanı Sankt-Peterburqun sabiq meri, mərhum Anatoli Sobçakın söylədikləri olub: “…1990-cı ilin yanvarında Azərbaycanın tərkibində olan kiçik Naxçıvan Muxtar Sovet Sosialist Respublikası SSRİ-nin tərkibindən çıxdığını bəyan edəndən sonra başa düşdüm ki, İttifaqın axırı çatıb”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır - Nüşabə Məmmədovanın ŞOK ƏMƏLİ
Bu gün, 12:21
AMEA prezidentinə yeni müşavirlər təyin olunub - ADLAR
Bu gün, 12:16
Bayden Paşinyanı niyə dəstəkləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:08
Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... - İTTİHAM VAR...
Bu gün, 12:06
İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb - “The New York Times”
Bu gün, 11:59
Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır - "Təcili tədbirlər görülməsə..."
Bu gün, 11:57
“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”
Bu gün, 11:55
Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı
Bu gün, 11:52
Daha bir fintex “lisenziya üçün sırada” dayanıb – Kapitalı kəskin artırıldı
Bu gün, 11:38
“Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını 1 milyon dollar azaldır
Bu gün, 11:36
Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 11:33
“Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” - Müğənnidən qalmaqallı sözlər
Bu gün, 11:30
Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI - FOTO
Bu gün, 11:28
Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb - FOTO
Bu gün, 11:26
İranlı nazirdən hədə: - “Bölgədə müharibə başlasa...”
Bu gün, 11:23
YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış - Biznesi var, universitetdə dərs deyir
Bu gün, 11:18
Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 11:15
Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:10
Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb
Bu gün, 10:50
Paşinyan yolu açdı - Sülhün önündəki yeganə maneə qaldırılır
Bu gün, 10:46
ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib - VİDEO
Bu gün, 10:34
Nüvə silahına MARAQ ARTACAQ... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 10:29
Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? - Baş həkim də həbs olundu
Bu gün, 10:23
AŞ PA-nın Bakıya qarşı “taran” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
Saxta qızıl XAOSU – “Aldığını geri qaytarmaq da mümkün deyil”
Bu gün, 10:12
Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı - MƏHKƏMƏ
Bu gün, 10:04
Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? - GƏLİŞMƏ
Bu gün, 10:00
TƏBİB-ə göz verir... TENDER VERMİR... - SAVAŞ GEDİR?
Bu gün, 09:57
Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu – Dəhliz açılsa...
Bu gün, 09:51
Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı - DETALLAR
Bu gün, 09:49
Prezident İlham Əliyev real olmayanı deməz... - Görünəni odur ki...
Bu gün, 09:46
“AzerGold”da yeni təyinat olub - ƏMR
Bu gün, 09:43
`Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... - "30 manata qane olmur..."
Bu gün, 09:40
"Nəbadə yolunuzu burdan salasınız..." - Müştərisinə tövbələtmə oxutdurdu...
Bu gün, 09:28
“Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 09:12
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” - “Hraparak”
Bu gün, 09:11
ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ - "Azərbaycan hazırlaşmalıdır..."
Bu gün, 09:10
"İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə..." - Ekspert danışır...
Bu gün, 09:04
"Onlar dilənçi xislətlərini heç vaxt gizlətməyiblər" - deputat
Bu gün, 08:59
"Siz ünvanı hara yazsanız da... onlar istədikləri yerə göndərəcək..." - BU NƏDİ BELƏ?!
Bu gün, 08:56
DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 08:47
“Azər-Türk Bank” yenə də narazılıq yaradır... - "...gərək ancaq öz bankomatına gedəsən"
Bu gün, 08:45
`Azercell` premium müştərilərini də incidir - GİLEY
Bu gün, 08:35
Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
İrəvanın gözləntisi böyükdür – ABŞ-nin siyasəti dəyişəcəkmi?
Bu gün, 08:14
Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... - VİDEOGİLEY
Bu gün, 08:09
Həm alanın, həm satanın vergi borcu var - Təmir "alış-verişi"...
Bu gün, 07:59
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir -İsrafil Kərimovun yazısı
Bu gün, 07:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru