AMEA prezidentinə yeni müşavirlər təyin olunub .....                     Bayden Paşinyanı niyə dəstəkləyir? .....                     Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... .....                     İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb .....                     Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır .....                     “Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi .....                     Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı .....                     Daha bir fintex “lisenziya üçün sırada” dayanıb .....                     “Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını .....                     Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub .....                     “Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” .....                     Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI .....                     Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb .....                     İranlı nazirdən hədə: .....                     YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış .....                     Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... .....                     Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... .....                     Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi .....                     Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb .....                     Paşinyan yolu açdı .....                     ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib .....                     Nüvə silahına MARAQ ARTACAQ... .....                     Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? .....                     AŞ PA-nın Bakıya qarşı “taran” qərarı .....                     Saxta qızıl XAOSU .....                     Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı .....                     Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? .....                     TƏBİB-ə göz verir... TENDER VERMİR... .....                     Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu .....                     Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı .....                     Prezident İlham Əliyev real olmayanı deməz... .....                     “AzerGold”da yeni təyinat olub .....                     `Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... .....                     "Nəbadə yolunuzu burdan salasınız..." .....                     “Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb .....                     Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb .....                     Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” .....                     ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ .....                     "İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə..." .....                     "Onlar dilənçi xislətlərini heç vaxt gizlətməyiblər" .....                 

"Onlara bu haqqı-hüququ kim verib ki..." - deputat
Tarix: 14-07-2015, 11:35 | Çap et
"Onlara bu haqqı-hüququ kim verib ki..."
"Ölkə prezidentinin Nazirlər Kabinetinin ötəngünkü iclasındakı çıxışını diqqətlə izlədim. Onun antiazərbaycan kampaniyasının vacib detalları üzərində dayanması tamamilə məntiqlidir. Ölkə prezidenti birmənalı şəkildə haqlıdır. Çünki bu dövlətimizin maraqlarına, Azərbaycan xalqının bu gününə və gələcəyinə qarşı yönəlmiş olan bir kampaniyadır. Ölkə prezidenti də bütün bunları nəzərə alaraq dövlət başçısı kimi Azərbaycan xalqının iradəsini ifadə edərək öz fikirlərini ortaya qoydu. Mən tamamilə əminəm ki, bu fikirlər Azərbaycan xalqının mütləq əksəriyyətinin iradəsini ifadə etdi".

Bu sözləri milli.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın dinamik inkişafı, dünya miqyasında getdikcə nüfuzunun artması, gücünün artması, tək Cənubi Qafqazda deyil, artıq regionda lider dövlətə çevrilməsi, inkişaf etmiş bir ölkə səviyyəsinə qalxması və çox ciddi xarakter daşıyan beynəlxalq tədbirlərin həm iqtisadi, həm humanitar, həm siyasi, həm mədəni, həm də dünya miqyaslı idman tədbirlərinin Azərbaycanda çox yüksək səviyyədə keçirilməsi bəzi şəxsləri, ayrı-ayrı dövlətlərdə olan siyasətçiləri, dövlət məmurlarını son dərəcə qıcıqlandırır, onlarda Azərbaycana qarşı bir paxıllıq hissi var. Bunların içində erməni lobbisi xüsusilə mühüm rol oynayır. Onlar heç bir halda Azərbaycanın inkişaf etməsini həzm edə bilmirlər. Bu inkişafa mane olmağa çalışırlar.

"İnkişaf işğal altında olan torpaqlarımızın azad edilməsinə doğru aparan bir yoldur. Onu təmin edən vacib şərtdir. Bunu dərk edən erməni lobbisi və onların təsiri altında olan antiazərbaycan qüvvələri çalışırlar ki, Azərbaycan zəif olsun və beynəlxalq miqyasda onun nüfuzu aşağı düşsün. Bunun üçün ən müxtəlif üsullarla Azərbaycana qarşı şər-böhtan kampaniyasını davam etdirirlər", - millət vəkili əlavə edib.

F.Ağamalı bildirib ki, Avropanın özündə heç bir ölkənin Birinci Avropa Oyunlarını keçirmək cəsarəti olmadığı halda, Azərbaycan bu cəsarəti ortaya qoydu və analoqu olmayan bir səviyyədə oyunları təşkil etdi və başa çatdırdı.

"Bütün bunlar Azərbaycanı istəməyən qüvvələrin çox böyük qısqanclığına səbəb oldu. Ona görə də həm oyunlar ərəfəsində, həm oyunların gedişində, həm də indi başa çatmayan şər-böhtan kampaniyasında Azərbaycana qarşı ən müxtəlif səviyyədə təpkilər başladı. Bu hətta Avropa Şurası kimi demokratiyanı, insan haqlarını, bir çox hallarda demokratiyanın carçısı kimi özünü təqdim etməyə çalışan Avropa Şurasında məlum qətnamənin dəyişməsinə qədər gəlib çatdı. Onlar həqiqəti demək əvəzinə, ermənilərin yanında oldular, Azərbaycanın torpaqlarının işğal altında olduğunu demədilər", - deyə o vurğulayıb.

Millət vəkili Fəzail Ağamalı Avropa Parlamentinin sədri və müavininin Azərbaycanı təhdid edən, böhtan xarakterli qətnamənin qəbul edilməsinə cəhd etdiyini də xatırladıb və həmin cəhdlərin baş tutmadığını qeyd edib.

"Almaniyanın Bundestaqı öz işləri ilə məşğul olmaq əvəzinə Azərbaycanın məsələsini müzakirəyə çıxardı. Başa düşülmür ki, Almaniyanın Bundestaqı axı kimdir? Onlara bu haqqı-hüququ kim verib ki, Azərbaycanın daxili işlərinə qarışsın, Azərbaycanın həqiqətlərini deyil, şər-böhtan xarakterli qətnaməni ortaya qoysun? Bu çox narahatedici hallardır. Buna görə də ölkə başçısı haqlı olaraq öz iradəsini ortaya qoydu. Ölkə başçısı dəfələrlə deyib və biz də onun fikirlərini birmənalı şəkildə dəstəkləmişik ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasətimizdə vacib bir istiqamət var. Bu istiqamət azərbaycanyönlü siyasətdir. Bu nə qərbyönümlüdür, nə iranyönümlüdür, nə də ki, rusiyameyllidir. Bunların hamısı cəfəngiyyatdır və ayrı-ayrı ölkələrin təsiri altında olan beşinci kalonun Azərbaycan ictimai rəyinə gətirməyə çalışdığı və əsası olmayan fikirlərdir. Bu gün ölkə prezidenti Azərbaycan xalqının milli maraqlarına, qarşıya qoyulan hədəflərə uyğun olaraq öz siyasətini qurur. Bu siyasət Azərbaycana, bəlli olduğu kimi, çox böyük müvəffəqiyyətlər gətirir. Bu, azərbaycanyönümlü siyasətdir", - deyə o vurğulayıb.

Millət vəkili F.Ağamalının sözlərinə görə, bu gün Yaponiya, Cənubi Koreya, Sinqapur və digər ölkələr Avropa Şurasının, Avropa İttifaqının üzvü deyillər, lakin onların inkişafı Avropadan heç də geri qalmır. Əksinə, bir çox hallarda Avropadan önə çıxıblar. Bu gün Avropanın deyil, dünyanın üstün dəyərləri var. Azərbaycan bu üstün dəyərlərdən və təcrübədən istifadə edərək özünün dövlət quruculuğunu, iqtisadi sistemini inkişaf etdirir.

"Ölkə prezidentinin söyləmiş olduğu fikirlər həqiqəti əks etdirir. Azərbaycan xalqının iradəsinə söykənən bu fikirlər birmənalı şəkildə antiazərbaycan qüvvələrinə ciddi mesajdır", - deyə o vurğulayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AMEA prezidentinə yeni müşavirlər təyin olunub - ADLAR
Bu gün, 12:16
Bayden Paşinyanı niyə dəstəkləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:08
Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... - İTTİHAM VAR...
Bu gün, 12:06
İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb - “The New York Times”
Bu gün, 11:59
Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır - "Təcili tədbirlər görülməsə..."
Bu gün, 11:57
“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”
Bu gün, 11:55
Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı
Bu gün, 11:52
Daha bir fintex “lisenziya üçün sırada” dayanıb – Kapitalı kəskin artırıldı
Bu gün, 11:38
“Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını 1 milyon dollar azaldır
Bu gün, 11:36
Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 11:33
“Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” - Müğənnidən qalmaqallı sözlər
Bu gün, 11:30
Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI - FOTO
Bu gün, 11:28
Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb - FOTO
Bu gün, 11:26
İranlı nazirdən hədə: - “Bölgədə müharibə başlasa...”
Bu gün, 11:23
YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış - Biznesi var, universitetdə dərs deyir
Bu gün, 11:18
Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 11:15
Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:10
Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb
Bu gün, 10:50
Paşinyan yolu açdı - Sülhün önündəki yeganə maneə qaldırılır
Bu gün, 10:46
ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib - VİDEO
Bu gün, 10:34
Nüvə silahına MARAQ ARTACAQ... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 10:29
Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? - Baş həkim də həbs olundu
Bu gün, 10:23
AŞ PA-nın Bakıya qarşı “taran” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
Saxta qızıl XAOSU – “Aldığını geri qaytarmaq da mümkün deyil”
Bu gün, 10:12
Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı - MƏHKƏMƏ
Bu gün, 10:04
Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? - GƏLİŞMƏ
Bu gün, 10:00
TƏBİB-ə göz verir... TENDER VERMİR... - SAVAŞ GEDİR?
Bu gün, 09:57
Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu – Dəhliz açılsa...
Bu gün, 09:51
Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı - DETALLAR
Bu gün, 09:49
Prezident İlham Əliyev real olmayanı deməz... - Görünəni odur ki...
Bu gün, 09:46
“AzerGold”da yeni təyinat olub - ƏMR
Bu gün, 09:43
`Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... - "30 manata qane olmur..."
Bu gün, 09:40
"Nəbadə yolunuzu burdan salasınız..." - Müştərisinə tövbələtmə oxutdurdu...
Bu gün, 09:28
“Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 09:12
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” - “Hraparak”
Bu gün, 09:11
ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ - "Azərbaycan hazırlaşmalıdır..."
Bu gün, 09:10
"İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə..." - Ekspert danışır...
Bu gün, 09:04
"Onlar dilənçi xislətlərini heç vaxt gizlətməyiblər" - deputat
Bu gün, 08:59
"Siz ünvanı hara yazsanız da... onlar istədikləri yerə göndərəcək..." - BU NƏDİ BELƏ?!
Bu gün, 08:56
DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 08:47
“Azər-Türk Bank” yenə də narazılıq yaradır... - "...gərək ancaq öz bankomatına gedəsən"
Bu gün, 08:45
`Azercell` premium müştərilərini də incidir - GİLEY
Bu gün, 08:35
Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
İrəvanın gözləntisi böyükdür – ABŞ-nin siyasəti dəyişəcəkmi?
Bu gün, 08:14
Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... - VİDEOGİLEY
Bu gün, 08:09
Həm alanın, həm satanın vergi borcu var - Təmir "alış-verişi"...
Bu gün, 07:59
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir -İsrafil Kərimovun yazısı
Bu gün, 07:55
Bu hücum ABŞ-a İrana zərbə bəhanəsi verdi -- Mümtaz
Bu gün, 07:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru