İsrail İrana necə cavab verəcək? .....                     "Dünya yanır və nəzarətdən çıxır... .....                     İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi .....                     Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu .....                     İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? .....                     Sumqayıtda yolların təmiri 2 milyona .....                     "Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, .....                     TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... .....                     Bu il sülh müqaviləsinin imzalanması mümkündür .....                     “Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” .....                     İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır .....                     Simonyan yarımçıq sülh istəyir .....                     Aşıq Əhliman səhhətindən danışdı: .....                     Ermənistanı qorxuya salan proses: .....                     "Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." .....                     Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar .....                     Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... .....                     Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb .....                     Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib .....                     "Paşinyan ölkənin ləyaqətini alçaldır" .....                     Aslan Xasıyev “Rabitəbank”dan .....                     Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                     “Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? .....                     Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." .....                     Nizaməddin Babanlı vəzifəsindən azad olundu .....                     “AcccesBank” 8 nəfəri evdən küçəyə atır .....                     Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır .....                     Afətdən ONU QINAYANLARA: .....                     Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını .....                     İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? .....                     Beynəlxalq güclərin savaş meydanı: .....                     Hədəfdəki İran və iki plan: .....                     Rusiyada qarğıdalı qıtlığı yaranıb .....                     ABŞ Ermənistandan niyə imtina etdi? .....                 

“Bu gün İslam aləmi bir-birini necə qırırsa, Azərbaycan müxalifətində də həmin proseslər gedir” - İsgəndər Həmidov
Tarix: 30-03-2015, 10:56 | Çap et
“Bu gün İslam aləmi bir-birini necə qırırsa, Azərbaycan müxalifətində də həmin proseslər gedir”
İstiqlalçı deputat, “bozqurd”ların lideri, sabiq daxili işlər naziri İsgəndər Həmidovdur həmsöhbətimiz. Əslində doğum günü ərəfəsində bir az fərqli söhbət etmək niyyətindəydik. Ancaq ovqatını təlx görəndə ölkə, əhali, ümumən dünyada gedən proseslərlə bağlı daha çox pessimist düşüncələrini eşidəndə müsahibənin ruhu da tam dəyişdi. Kəsəsi, ad günü ovqatında deyildi həmsöhbətim. Odur ki, necə deyərlər, dünyanın, Azərbaycanın dərdlərindən danışası olduq...

- İsgəndər bəy, son zamanlar Azərbaycanı gözləyən təhlükə xəbərdarlıqları barədə Azərbaycanın istiqlalçı millət vəkili və elə bu gün də ölkənin taleyi üçün məsuliyyət daşıyan müxalifət liderlərindən biri kimi siz baş verənlər barədə nə deyə bilərsiniz?

- Azərbaycan heç vaxt bu qədər təhlükə altında olmayıb. Dünyada gedən proseslərə fikir verirsinizsə, artıq iki qütblülük əmələ gəlib. Rusiya, Çin, İran bir tərəfdədir, Qərb, Amerika digər tərəfdə. Artıq Azərbaycanı seçim qarşısında qoyublar. Deyirlər ya Qərb demokratiyasını seç, ya da imperiyanı. Artıq balanslı siyasətin üzərindən cızıq çəkilib, Azərbaycan seçim qarşısındadır. Bu gün dünya qaynayır, çalxalanır. Tam məsuliyyətlə deyirəm, biz üçüncü dünya müharibəsi ərəfəsindəyik. Yavaş-yavaş Amerika Çin sərhədlərində bazalar qurur. Ukraynaya da NATO qoşunları girmək istəyir. Almaniyanın da öz oyunu var. Ərazisindəki NATO bazasını çıxartmaq istəyir deyə, Ukraynanı bərk müdafiə edir. Krım artıq yaddan çıxıb, söhbət Ukraynanın qalan ərazilərindən gedir. İkili standartlar Rusiyanın əlinə bəhanə verib, Qərbə deyir ki, sən İslam ölkələrinə müdaxilə edirsən, mən də postsovet məkanına müdaxilə edəcəyəm. Azərbaycan isə təhdid arasında qalıb, bir tərəfində İran, o biri tərəfində Rusiya. Digər tərəfdə isə Qərb demokratiyası var. Azərbaycan ilk gündən Qərb demokratiyasını seçsəydi, Gürcüstan kimi asudə nəfəs alardı.


- Buna nə dərəcədə əminliyiniz var? Ehtiyatlı yanaşmanın vacibliyindən danışanlar Qərbin dəfələrlə onun yanında olmaq istəyənləri təhlükə ilə baş-başa qoyduğunu, İslam ölkələrində baş verənləri xatırladırlar...

- Bunu hamı bilir ki, ən böyük mason dövlətləri İngiltərə, ABŞ, Fransadır. Mason doktrinasının əsasında İslam ölkələrin arasında dini münaqişələr salıb onları zəiflətməsi dayanır. Necə ki, Yəməndə gedən proseslərə bir tərəfdən Səudiyyəni, digər tərəfdən İranı cəlb edirlər. Sünni-şiə yaxınlığı yaranmışdı, ancaq bu yaxınlığa zərbə vuruldu. Ancaq Azərbaycanın alternativ yolu yoxdur. Rusa yaxınlaşmaq Dağlıq Qarabağı bizdən tamamilə uzaqlaşdırır. Çünki dünyada nə olur-olsun Rusiya öz forpostu olan Ermənistanı müdafiə edəcək. Çünki rusun bazası NATO dövləti olan Türkiyənin sərhədlərindədir. Bəzi dini təriqətlər Qərbin əlində alət olduğu kimi, erməni də həmişə rusun əlində alətə çevrilib. Rusiyadan başqa bir təhlükə də gözləməliyik. Kreml şimal bölgəmizi qarışdıra bilər. İmperiyanın gücləndirilməsi yollarında biri də budur ki, məqsədli şəkildə xarici düşmən seçilir. Necə ki, Putinin reytinqi sıfıra düşmüşdü, ancaq Ukrayna hadisələrindən sonra Putini müdafiə edənlər 81 faizə qalxdı. Rus xalqının psixologiyası belədir, onun kartofu və arağı olsun, bəsdir. Putin də ölkədə rublun öldüyü, iqtisadiyyata zərbə vurulduğu bir vaxtda arağın qiymətini aşağı saldı. Bununla da ruslar onun başına and içməyə başladılar. Azərbaycan həm rusa, həm Qərbə yaxınlaşmaq istəyir. Avropaya neft, qaz verir, Rusiya ilə bağlı AŞPA-dakı səsvermədə Moskvaya dəstək olur. Lakin belə olanda onların hər ikisi narazı qalır, deyirlər “seçimini et”. Qərb bizim kimi unutqan deyil, bütün bu kimi faktları kompüterin yaddaşına yazıb saxlayır.

- Demək siz rəsmi Bakının ehtiyatlı siyasətini qəbul etmirsiniz?

- Yox. Biryolluq seçim olmalıdır. Ehtiyatlı siyasət müəyyən bir vaxta kimi lazım idi. Artıq seçim qarşısındayıq.

- Ancaq Gürcüstan və Ukrayna “dərisi boğazından çıxmış qardaşı” xatırladır...

- Yox, burda bir nüans var. Gürcüstan Qərbi seçəndən sonra hamı dedi ki, Abxaziya və Cənubi Osetiyanı itirdi. Onsuz da itirmişdi. Amma o hadisələrdən sonra bütün dünya Gürcüstanın ərazi bütövlüyünü tanıdı. Deməli, istənilən vaxt Gürcüstanın hüququ var ki, Abxaziya və Cənubi Osetiyada hərbi əməliyyatlar keçirib torpaqları azad etsin. Eləcə də Ukraynanın. Amma Azərbaycanla bağlı vəziyyət belə deyil. 25 ilə yaxındır ATƏT-in Minsk qrupu fəaliyyətdədir, hələ bir metr torpaq azad olunmayıb, heç bir irəliləyiş yoxdur. Artıq vaxt çatıb, Minsk Qrupundan imtina etmək lazımdır.

- Alternativ variant nədir?

- Alternativ var. Bu gün ölkədə haqsızlıq, aclıq, rəzalət, rüşvətxorluq, korrupsiya, yerlipərəstlik, monopoliya tüğyan edir. Bütün bunların hamısına qarşı qəti mübarizə apararaq, xalqın məhəbbətini, etimadını qazanaraq çəkinmədən hərbi əməliyyatlara başlamaq lazımdır. Bütün müharibələrin sonu masa arxasında başa çatır. Amma indi erməninin danışıq tonu ayrıdır axı. Çünki qələbə qazanıb. Dörd rayonu azad etsək, erməninin danışıq tonu da dəyişər, biz də şərtlərimizi diktə edə bilərik. Ancaq indi erməni şərt qoyur.

- İndiki şərtlər daxilində arxasında imperiya varisi olan düşmənə qalib gəlməyimiz nə dərəcədə realdır?

- Buna ən gözəl cavabı Napaleon verib. “Müharibə etmək üçün üç əsas şey nədir” sualına hər dəfə “pul” cavabını verib. Bu hakimiyyət ölkənin pullarını öz şəxsi mənafeyinə işlədir. Azərbaycanda hətta 7-10 milyard xərc çəkməklə muzdlu, yaxud peşəkar ordu yaradıb uğurlu əməliyyatlar keçirib qələbə qazanmaq olar. Demirəm gedib İrəvana çıxacağıq. Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayılı azad etmək mümkündür. Buna Qərb də qarışa bilməz, çünki bu beş rayonu Azərbaycan ərazisi sayır, o cümlədən Kəlbəcər və Laçını. Uğurlu hərbi əməliyyatlar keçirəndən sonra artıq Kəlbəcər və Laçını danışıq yolu ilə almaq olar. Ancaq hərbi əməliyyatların keçirilməsi labüddür. Əks təqdirdə, heç nə əldə edə bilməyəcəyik. Əgər Azərbaycan torpaqlarını azad etmək qərarı versə, rus da qarışmayacaq, ən azı 1-2 ay gözünü yumacaq. Çünki Rusiyanın Azərbaycanla da işbirliyi var, Bakı bəzi məsələlərdə güzəştə gedir. Adını müharibə yox, antiterror əməliyyatı qoy. De ki, İsgəndər Həmidov Ağdama getmək istəyir. Bundan dəhşətli hadisə olarmı, Dilqəmlə Şahbaz ata-babasının qəbri üstünə gedib, tutub ağır cəza veriblər. Sənin vətəndaşını öz dədə-baba torpağında tutub həbsə atırlarsa, deməli, səni saymırlar. Bunun bir cavabı var - hərbi əməliyyatlar.

- Gələn ay Kəlbəcərin işğalının 22-ci ildönümüdür və bu ərəfədə Kəlbəcərə gedənlərə də ağır cəza veriblər. Onları xilas yolunu nədə görürsünüz?

- Mənimçün ən ağır gün işğal günləridir. Torpaqlarımızı, qəbirlərimizi itirmişik. Amma mənə daha çox təsir edən odur ki, aparıb bir daşın qabağında əklil qoyurlar, deyirlər Kəlbəcəri anırıq. O əklil hansı günümüzə yaraşır? Mənim ürəyim ağrıyan, gözümdən yaş axan gün niyə erməninin gözündən yaş axmasın? Niyə hərbi əməliyyatlara başlamayaq? Kəlbəcər və kəlbəcərlilərə gəldikdə, dünyada ən çətin şey vətənsiz olmaqdır. Azərbaycan bizim böyük vətənimizdir, ancaq hər birimizin ana yurdumuz var. Biz əməliyyat keçirib onları niyə dəyişmirik ki? Azərbaycanda bir məmurun bir ayda aldığı rüşvətlə Dağıstandan 10 erməni tutub həbs edə bilərik və onları Dilqəmgillə dəyişə bilərik. Nə bunu edirlər, nə də etmək istəyənləri qoyurlar. Hər şey pulun başındadır. Şahbazgilin indiki durumu mənə belə təsir edirsə, görün balalarına, ailələrinə necə təsir edir?

- İsgəndər bəy, bu il seçki ilidir. Siz bu prosesi müşahidə edirsiniz, yoxsa həm də iştirakçısınız?

- Təbii ki, prosesdə varıq. Xahiş edirəm bu fikrimi dediyim kimi yaz, bu gün İslam aləmi bir-birini necə qırırsa, Azərbaycan müxalifətində də həmin proseslər gedir. Üçüncü qüvvə diqqəti hədəfdən, mübarizə predmetindən yayındırıb, bir-biri ilə çəkişmə önə çıxıb. Milli Düşüncə Mərkəzində hər həftə yığışıb çox dərin analitik təhlillər aparırıq. Təhlillərimizin nəticəsində belə bir razılığa gəlmişik ki, müxalifət 125 yerin hamısına namizəd verməməlidir. Özümüzü aldatmayaq, müxalifət elə bir vəziyyətdədir ki, onun bütün dairələrdə mübarizə aparmağa gücü çatmayacaq. Müxalifətin maddi resursları da yoxdur ki, bunu təmin etsin. Üçüncüsü, müxalifət elə pərakəndə haldadır ki, qabaqkı kimi bütün dairələrdə mübarizə aparmaq imkanında deyil. Hakimiyyətin aktiv müdaxiləsi, maneçiliyi, Məzahir Pənahovun seçki qutusunun başında durub “sən kimə səs verirsən ver, xeyri yoxdur” deməsi günümüzün reallığıdır. Ona görə də müxalifət birləşib təqribən 20 dairədən mübarizə aparmalıdır. Ölkə üzrə 15 müxalifətçi parlamentə seçilsə də, böyük nailiyyətdir. Düşüncə Mərkəzində ümumi qərar bu olub ki, seçkidə iştirak etmək lazımdır. Ona görə yox ki, seçilib deputat olmaq üçün. Seçki ən azı müxalifətə təbliğat imkanı yaradır. Amma seçkiyə birlikdə gedəsən.


- Namizəd olacaqsınız?

- Bəri başdan deyirəm, mən namizəd olmayacağam. Xahiş edirəm, dediyimi olduğu kimi yaz. Paşasoyu müdafiə edək, fərqi nədir? İsgəndər camaatı yorubsa, nəyə görə yenidən ortalığa çıxmalıdır, elə Paşasoyu müdafiə edək də. Xalqı fəallaşdıraq, hərəkat özü lider seçəcək. Ona görə də İsa bəyin sədri olduğu Düşüncə Mərkəzində birmənalı olaraq bu qərara gəlmişik ki, müxalifətin birliyinə nail olub seçkilərdə iştirak etməliyik. Boykot bizi dar çərçivəyə salacaq. Gedib Salyanda camaatla görüşüb-danışmağımızın nə ziyanı var? İsa bəy iki dəfə getdi, Lənkərana buraxmadılar. Amma ordan namizəd verəndən sonra Lənkərandakı görüşlərə getsə, kim ona mane ola bilər?

- İqtidar və müxalifət partiyalarının toplantısında siz də iştirak etmirsiniz.

- Yox, nə mən, nə İsa bəy, nə də Əli bəy bu görüşlərdə iştirak etmir. İştirak edənlərin rəyinə hörmətlə yanaşıram, amma görüşlərdən heç nə gözləmirəm. Ona görə də vaxtımı sərf etmək istəmirəm.

- Amma bayaq da dediniz ki, hətta bütün müharibələrin sonu danışıqla bitir...

- Düzdür, amma neçə dəfə danışmaq olar? Danışıqların faydası o zaman olar ki, birinci şəxs aparıcı partiyalara, şəxslərə müraciətlə deyər “gəlin, oturaq, söhbət edək”.

- Hər halda Əli Həsənov da prezident köməkçisidir, dövlət başçısının sözünü deyir...

- Prezident köməkçisi sonra təyin olundu. Amma günün birində hakimiyyətin birinci, ikinci, üçüncü şəxsi deyə bilər ki, onunla nə danışıbsınız, özünüz bilərsiniz, biz başqa cür düşünürük. Bir də ki, adam nə qədər danışıb aldanar? Birdəfəlik bilmək lazımdır ki, nə qədər ölkədə tayfabazlıq, qohumbazlıq, rüşvət, korrupsiya, qanunsuzluq var, məhkəmə azadlığı yoxdursa, heç bir danışıq nəticə verməyəcək. Uzaqbaşı deyirlər get, məhkəmə ver. Məhkəmələr nə zaman ədaləti bərpa edib? Əli bəy seçildi, parlamentə buraxmadılar, İsa bəy seçildi, buraxmadılar. Məhkəmə ədaləti tanıdımı?

- Aprelin 10-da doğum gününüzdür, 67 yaşınız tamam olacaq. Təbrik edirik. Ad gününüzlə bağlı planınız varmı?

- Yox. Mən təmtəraqlı ad günlərinin tərəfdarı deyiləm. Təmtəraqlı tədbirlər hansı günümüzə yaraşır? Yığışıb otursaq, söhbət Qarabağdan, Dilqəmdən, Şahbazdan düşəcək, müxalifətin vəziyyətindən düşəcək. O da yubiley olmayacaq, matəmə dönəcək. Sadəcə uşaqlar bir tort alıb gətirirlər, sadə qaydada xatırlayırıq. Qəzetinizin yaratdığı imkandan istifadə edib Tofiq bəyi təbrik edirəm. Həmin gün Tofiq Qasımovun 77 yaşı tamam olacaq. Mən bütün ailə üzvlərimiz adından Tofiq bəyi təbrik edirəm, o da istiqlalçı deputatdır. Tofiq Qasımovu unutmaq olmaz...

Çay masası arxasında davam edən söhbətimiz boyu xeyli adam yaxınlaşıb sabiq nazirlə salamlaşdı, hal-əhval tutdu. İsgəndər bəylə şəkil çəkdirmək istəyində olanların arasında məşhur “Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri və yaradıcısı Murad Rzayevi görmək isə çox xoş oldu...(musavat.com)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə
Bu gün, 00:11
"Dünya yanır və nəzarətdən çıxır... - Ölkəmizi idarə edən yoxdur"
Bu gün, 00:09
İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."
Bu gün, 00:07
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 00:05
İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - KİV
Bu gün, 00:03
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Dünən, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Dünən, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Dünən, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Dünən, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Dünən, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Dünən, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Dünən, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Dünən, 17:57
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." -Katolikosun Vatikandakı nümayəndəsi
Dünən, 17:53
Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar – Çarçarovlar “iş başında”
Dünən, 17:50
Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... - onları mərhələ-mərhələ DƏYİŞDİRİBLƏR...
Dünən, 17:46
Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb - TƏFƏRRÜAT
Dünən, 17:41
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib - İLGİNC
Dünən, 17:38
"Paşinyan ölkənin ləyaqətini alçaldır" - Artsvik Minasyan
Dünən, 17:36
Aslan Xasıyev “Rabitəbank”dan UZAQLAŞDI
Dünən, 17:35
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Dünən, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Dünən, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Dünən, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Dünən, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Dünən, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Dünən, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Dünən, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Dünən, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Dünən, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Dünən, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Dünən, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Dünən, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Dünən, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Dünən, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Dünən, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Dünən, 16:14
Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Dünən, 16:09
Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər
Dünən, 16:04
ABŞ Ermənistandan niyə imtina etdi? - ŞƏRH
Dünən, 16:02
Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi
Dünən, 16:00
İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI - Sahib Məmmədov əmr imzalayıb
Dünən, 15:55
Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Dünən, 15:49
Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi - QAŞINIRLAR...
Dünən, 15:45
Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı - KİV
Dünən, 15:43
Ermənistanın ədliyyə naziri niyə istefa verib? - ŞOK TƏFƏRRÜATLAR
Dünən, 15:36
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Dünən, 15:33
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Dünən, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Dünən, 15:20
Milli Məclis komitələrinin tərkibi bəlli olub - SİYAHI
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru