"Biz bütün həmyerlilərimizi Abbas Abbasovun təxribatlarına əhəmiyyət verməməyə çağırırıq" - Çağırış
Tarix: 12-02-2015, 08:52 |
Çap et
dia-az.life bildirir ki, Ryazanda yaşayan azərbaycanlılar Moderator.az-a müraciət göndəriblər. Müraciətdə deyilir:
"Əziz həmvətənlər!
Biz Ryazan vilayətinin azərbaycanlıları Rusiya cəmiyyətinin əhəmiyyətli hissəsi və layiqli üzvləri olaraq, ölkənin hərtərəfli inkişafı və rifahı naminə hər cür səylərə əl atırıq. Hazırkı geosiyasi qarşıdurmanın çətin dövründə Azərbaycan diasporu Rusiyanın maraqlarını və ölkənin sabitliyini pozmaq cəhdlərinə qarşı mübarizə aparır. Biz sülh və dinclik şəraitində yaşamağa çalışırıq.
Lakin Rusiyanın azərbaycanlı icmasında olan son vəziyyətə görə narahatlıq keçiririk. AzərRos diaspor təşkilatında yaranmış problemlər məhz Abbas Abbasov tərəfindən məharətlə təşkil edilmişdir. Bu insan öz məqsədinə - soydaşlarımızın ayrılmasına nail olmaq üçün əlindən gələn hər şeyi etdi. O, öz çəkişmələrinin qurbanı oldu. A.Abbasov şəxsi maraqlarını milli maraqlardan üstün tutur və bu, öz növbəsində, Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərir.
Abbasovun Azərbaycanda keçirilən prezident seçkiləri zamanı populist şərhləri, gözə çarpan "Milyarderlər İttifaqı" təşkilatının yaradılması, Azərbaycan və Rusiya rəhbərliyinin diqqətini cəlb etmək üçün önəmli məsələ olan Rusiya Federasiyasının böyük Azərbaycan diasporu məsələsinin oynadılması cəhdləri hələ də unudalmayıb.
Biz azərbaycanlılar Rusiyaya və Vətənimiz Azərbaycana böyük hörmətlə yanaşırıq və xalqlarımız arasında olan strateji münasibətlərin inkişafında maraqlıyıq. Biz bütün həmyerlilərimizi ümumi məqsədlərə xidmət etməyə və Abbas Abbasovun heç bir təxribat hərəkətləri və manipulyasiyalarına əhəmiyyət verməməyə çağırırıq."