Saleh Məmmədovun rəhbərlik etdiyi qurum .....                     Putinin DƏNİZ QORXUSU... .....                     Həyatımızı kabusa çevirən dönərlər .....                     Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir .....                     “Sərxan” Bakıdakı canilərdən daha pisdir? .....                     Müəmmalı "minimum" istehlak səbəti... .....                     "Şiva yayı" Qafqazı hədəf alır: .....                     Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi .....                     Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı .....                     Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb .....                     "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm .....                     Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb .....                     Bu, Əliyevin qələbəsidir .....                     Mənfi obrazına görə nifrət qazanan AKTYOR: .....                     “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” .....                     Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb .....                     İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi .....                     Arabir leysan olacaq .....                     "Ermənistan bu üç şərti qəbul etməsə…" .....                     Paşinyan ad çəkdi, kütləvi istefa başladı .....                     Tibbi qurum 4,6 milyon manatlıq tenderinin .....                     "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..." .....                     Göydə bircə ovuc "tüstü"sü qaldı... .....                     Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı .....                     Naxçıvanın dizini belə yerə gətirirlər... .....                     "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... .....                     Xüsusi təyinatlılar Kurskda: .....                     “Böyüklər” qitələri nizamlaya bilmirlər .....                     Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır .....                     AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                     Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                     Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat .....                     "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" .....                     Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA .....                     Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə .....                     Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... .....                     Dudanın İrəvana gətirdiyi plan: .....                     Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı... .....                     "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" .....                 

Tural Abbaslı və Ellada Məmmədlidən Müsavat rəhbərliyinə sərt mesajlar... - “Müsavatçıları söyənləri vəzifə ilə mükafatlandırırlar”
Tarix: 21-10-2014, 12:54 | Çap et
 Tural Abbaslı və Ellada Məmmədlidən Müsavat rəhbərliyinə sərt mesajlar...
Müsavatda başqanlıq seçkilərindən sonra narazılıq və polemikalar səngimək bilmir. Hər keçən günü yeni iddialar meydana çıxır. Əsas narazılıq isə hazırkı başqan Arif Hacılı və başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun tərəfdarları arasında gedir. Başqanlığa gənclərin namizədi olmuş Tural Abbaslı və onun gənc komandası bu proseslərdə susqun görünür.

Tural Abbaslı musavat.com-a açıqlamasında özünün və tərəfdarlarının proseslərdə susqun görünməsinə belə aydınlıq gətirdi: “Qurultaydan keçən 20 gün ərzində hələ də problemlərin qaldığı doğrudur. Bunlar partiya üzvlərinin sosial şəbəkələr və mətbuatda səsləndirdikləri fikirlərdə daha aydın görünür. Hər keçən gün gərginlik daha aydın şəkildə görünür. Seçkidən qabaq belə fikir var idi ki, seçkiqabağı yaranan emosional hisslərdir. Təəssüf edirik ki, 20 gündür baş verənlər səngimir. Alovlana-alovlana gedir. İstefalar olanda mən bunun qarşısının qısa zamanda alınmasını qeyd etmişdim. Bu fikirlərimizi partiya rəhbərliyinin nəzərə almadığı ortadadır. Çalışmalıyıq ki, hər bir üzvümüzü qoruyaq. Qarşıdan parlament seçkiləri gəlir. Biz buna hazır olmalıyıq. İndiki partiya rəhbərliyi bu məsuliyyəti dərk etməlidir. Biz susqun deyilik. Problemləri hamıdan gözəl bilirik. Ən çox səs toplamış namizədlərin tərəfdarları arasında “soyuq müharibə” gedir. Təəssüf ki, bu reallıqdır. Biz bu məsələnin həllinə çalışırıq. Sosial şəbəkələrdə və mətbuatda yox, partiya daxilində. Bu baxımdan mövqeyimiz susqun görünə bilər. Amma qətiyyən belə deyil. Biz narazı tərəflərlə, istefa verənlərlə görüşmüşük. İstefa qərarının yanlış olduğunu bildirmişik. Partiya daxilində görüşlər keçiririk. Çıxış yolları axtarırıq. Bunlar bizim borcumuzdur. Amma təkcə bizlər yox, partiya rəhbərliyi bu məsələdə daha aktiv olmalıdır. Narazı qüvvələrlə görüşlər keçirməli, onları gələcəyə inandırmalıdır. Seçkidən sonra artıq “mənim tərəfim” anlayışı qalmır. Müsavat başqanı bütün partiyanın başqanıdır. Bütün partiyanı qucaqlamağı bacarmalıdır. Güman edirəm ki, Arif bəy lazımı addımları atacaq. Müsavat 100 ildir öz mövcudluğunu qoruyur. Təbii ki, istəyirik daha güclü Müsavat olsun”.

Tural Abbaslı Müsavat Məclisinə düşə bilməməsi ilə bağlı bunları dedi: “Mən və tərəfdarlarım obyektiv və subyektiv səbəblərdən Məclisə düşmədik. Bu məsələni texniki anlaşılmazlıqla izah etməyə çalışırlar. Biz heç kəsə bununla bağlı etiraz bildirmirik. Seçkinin nəticəsini tanıyırıq. Amma düşünmək lazımdır ki, Müsavat rəhbərliyində partiyanı irəli aparmaq gücündə olan şəxslər təmsil olunmalıdır. Buna şərait yaradılmalıdır. Artıq “mənim tərəfim”, yaxud “mənim əks tərəfim” anlayışları ilə seçkilər keçirilməməlidir”.

Başqanlığa keçmiş namizəd oktyabrın 25-də keçiriləcək Məclisə seçkilərdə boykot ehtimalının ola biləcəyini də qeyd etdi: “Bu ayın 25-də keçiriləcək seçkilərdə iştirakla bağlı qəti qərar verməmişik. Boykot ehtimalı var. Çünki artıq insanlar seçkidən-seçkiyə narazı qalırlar. Mənəvi zədə alırlar. Bunu haqsızlıq hesab edirlər. İnsanları namizədliyini verməyə məcbur etmək də olmur. Çalışacağıq qərara gələk. 25-də Müsavat Divanında 10 yerə seçkilər keçiriləcək. Bunları yanlış hesab edirəm. Məclisdə də dedim. Partiyanın bir orqanı formalaşmadan digərinə seçkilərin keçirilməsi tamamilə yanlışdır. İnsanları fakt qarşısında qoymaq olmaz. Elə müsavatçılar var ki, Məclisə belə düşməyiblər. Amma Divanda təmsil olunmağa layiqdirlər. Son seçkilərdə 6 nəfərin Məclisə düşməyi Divan seçkilərinə bir işarədir. Güman edirəm ki, belə seçkilər davam edərsə, vəziyyət gərginləşəcək. Divana seçkilər olsa, partiyada vəziyyət heç də xoş olmayacaq. Məclisə əgər namizəd olub seçilsək, namizədliyimizi Divana verəcəyik. Mən yenə qeyd edirəm ki, Müsavatın sıravi üzvü olmaq belə mənə fəxrdir. İndiyə qədər partiyanın güclənməsi üçün etdiklərimizin artığını etmək bizim üçün daha fəxrdir. Əgər müsavatçılar bizi layiq görsələr, Müsavatın varlığını qoruması üçün yox, hakim partiya olması üçün çalışacağıq. Vəziyyətin bu yerə çatması hazırki başqanın mövqeyindən asılıdır. “Mən düz deyirəm, qarşı tərəf səhvdir” anlayışı indiki situasiya uyğun deyil. Hamı düşünməlidir ki, partiya hamımızındır. Bu, 4 illiyə hesablanmış partiya deyil. Hərə üzərinə düşəni dərk etməlidir. Dərk etmək də şərt deyil. Uğurlu addımlar atılmalıdır”.

Seçkilərdə Qubad İbadoğlunun tərəfdarlarından olmuş, Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli baş verənlərlə bağlı daha kəskin danışdı: “Seçkidən bir müddət keçməsinə baxmayaraq, hələ də pozuntularla bağlı şikayətlərə baxılmayıb. Vaxtında şikayətləri təqdim etdikdə müxtəlif bəhanələr gətirərək, onu bizdən qəbul etməmişdilər. Şikayət e-mail poçtla göndərildikdən sonra video çarxı bəhanə edirlər. Bu da şikayətlərə obyektiv baxılmasını şübhə altına alır. Verəcəkləri cavab hər şeyi müəyyənləşdirəcəkdir”.

Ellada Məmmədli kimin seçilməsindən asılı olmayaraq, Qadınlar Təşkilatı olaraq sona qədər fəaliyyət göstərəcəklərini söylədi: “Müsavat Qadınlar Birliyi Şura tərəfindən təsdiq olunmuş fəaliyyət proqramı əsasında öz işini davam etdirəcəkdir. Qurultaydan öncə Şuramızın qərarı var. Kimin seçilməsindən asılı olmayaraq, bu qurum öz fəaliyyətini davam etdirəcəkdir. Sıralarımızı genişləndirməklə”.

Müsavatçı qadınların sədri indiyə qədər yeni başqanın gördüyü işlərin qənaətbəxş olmadığından söz açdı: “Yeni rəhbərlik narazı tərəflə eyni masa arxasında problemləri həll etməlidir. Sözdə qucaq açmaq, əməldə geri çəkilmək düz deyil. Görülən işlər məni qane etmir. Gizli qrupun iştirakçıları müsavatçıları təhqir etmələrinə baxmayaraq, vəzifə ilə mükafatlandırıldılar. Belə çıxır ki, opponentlərin tərəfdarlarını kim möhkəm söysə, vəzifə alacaqlar. Gedənlərin qarşısını almaq əvəzinə onlara xəyanətkar damğası vurmaq düzgün deyil. Bu ifadə yüksək məsuliyyət tələb edir. Xəyanətlər isbat olunmalıdır”.
\\ musavat.com \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
"Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58
Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20
Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16
"Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13
Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08
Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05
Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53
Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46
İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42
Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33
"Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24
Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22
Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18
"“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12
Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05
Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55
Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51
"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47
Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru