“Azərbaycan strateji yüksəklikləri ermənilərə verib” - Sərdar Cəlaloğlu
Tarix: 11-08-2014, 10:30 | Çap et
ADP sədri Sərdar Cəlaloğlu Moderator.az saytı və “Hürriyyət” qəzetinə müsahibəsində cəbhə xəttində vəziyyətin gərginləşməsi, baş verənlərin səbəbləri və bunun nəticəsində cəmiyyətdə yaranan yeni ab-hava ilə bağlı məsələləri şərh edib. Əvvəli burda - Sizcə qismən də olsa Rusiyanın Qarabağ məsələsində mövqe dəyişəcəyinə, Azərbaycana dəstək olacağına ümid etmək olarmı? - Xeyr. Çünki Rusiya tərəfi dəfələrlə bəyan edib ki, əgər Azərbaycan problemi hərbi yolla həll etməyə çalışsa, biz Ermənistan tərəfindən vuruşacayıq. Ruslar dəfələrlə bəyan edib ki, problemin müharibə yolu ilə həlli perspektivi yoxdur. Rusiyanın siyasi xadimləri bildirib ki, Qarabağ problemi Rusiyanın siyasi iradəsi əsasında həll oluna bilər. Hətta Jirnovski də bəyan etmişdi ki, Qarabağı Rusiyaya birləşdirmək lazımdır. Bütün bunlardan sonra Azərbaycan hökumətinin hansısa hərbi əməliyyatlara başlayacağını düşünmək yanlışdır. Bunların hamısı ictimaiyyəti aldatmaq məqsədi güdür. Bəzi siyasi partiyalar, ictimai xadimlər belə müharibəyə, səfərbərliyə hazır olmaqları ilə bağlı bəyanatlar səsləndirirlər. Bunların hamısı təxribat xarakterli bəyanatlardır. Nə ölkədə səfərbərlik olacaq, nə müharibə olacaq, nə də bir qarış torpaq azad olacaq. Əksinə, yeni nazir gələndən sonra bizdə olan məlumatlara görə Azərbaycan tərəfinin əlində olan strateji əhəmiyyətli yüksəkliklərin bir neçəsi ermənilərə verilib. Bundan Azərbaycan xalqının xəbəri yoxdur. Ermənilər ərazilərimizə doğru irəliləyibdir. Z.Həsənovun bugünə qədər verdiyi bəyanatlarda ermənilərin bütün təxribatlarının qarşısının dərhal alınacağı, qaldıracaqları təyyarələrin vurulacağı və s. kimi fikirlər yer alırdı. “Erməniləri məhv edin” bəyanatı da ona məxsusdur. Sən demə Z.Həsənov bu cür bəyanatlar səsləndirdiyi bir zamanda yüksəkliklərimiz ermənilərə verilirmiş. Mən bir siyasətçi kimi bilirəm ki, bir şəxs elədiyini deyirsə, o ya siyasi baxımdan naşı adamdır, ya da etdiyinin tərsini deyir, yəni eləmədiyini söyləyir. Yüksəklikləri ermənilərə verir və ardınca da söyləyir ki, “erməniləri qırın”. Camaat da düşünsün ki, bu anti-erməni mövqeyində olan bir insandır. İndiki həssas məqamda bu kimi oyunlar oynamaq təhlükəlidir və mən bunu pisləyirəm. Rusiyanın siyasi oyunlarında yer alan bütün şəxslərə xəbərdarlıq edib bildirirəm ki, onsuz da siz niyyətinizə çatmayacaqsınız. Onsuz da Rusiya bir daha bura qayıtmayacaq. Sadəcə olaraq, siz Azərbaycan xalqının gənc övladlarını öz siyasətinizə qurban edirsiniz. Xalqı yanlış tərbiyələndirirsiniz. Xalq isə düşünür ki, guya ayağa qalxmısınız. Siz hələ ermənilərə verdiyiniz yüksəkliklərin hesabatını xalqa verməlisiniz. Izah edin görək nə olmuşdu ki, bir neçə ay ərzində bir neçə yüksəkliyi ermənilərə vermişik? Niyə xalqa bu barədə məlumat verilməyib? - Madam ki, hər şey iddia olunduğunun əksinədir, o zaman ordumuzun cəbhə xəttində təşəbbüsü ələ alması, ermənilərin bizdən 2-3 dəfə artıq itki verməsi ilə bağlı açıqlamalar nəyə lazımdır? Hakimiyyət bununla nə əldə edir ki? - Bu, camaatı sakitləşdirmək üçün edilir. Ermənilərin itkiləri şişirdilir. Birincisi, bu itkilərin, onların şişirdilməsinin nə mənası var? On nəfər erməni öldü və ya beş nəfər öldü bunun nə əhəmiyyəti, nə önəmi mövcuddur? Humanizm aspektindən yanaşsaq erməni də insandır, azərbaycanlı da insandır. Biz öldürmək uğrunda yarışmamalıyıq, biz münaqişənin həllinə çalışmalıyıq. Yüz erməni və iki yüz azərbaycanlının ölməsi, yaxud da əksinə, Qarabağ problemini həll etmir ki... Tərəflər arasında düşmənçiliyi artırır. Erməniləri və bizi ayrı-ayrılıqda Rusiyanın ətəyindən daha möhkəm yapışmağa vadar edir. Əksinə, biz çalışmalıyıq ki, bu gün nə ermənilər, nə də biz itki verək. Münaqişənin dinc yolu bu deməkdir. Biz atəşkəs dönəmində münaqişəni dinc yolla həll etmək istəyən şəxslər kimi qurbanların sayını şişirtməklə məşğuluqsa, bu o deməkdir ki, biz münaqişənin dinc yolla həllinin tərəfdarı deyilik. Burada bir siyasi oyunbazlıq gedir. Adama deyərlər ki, atəşkəs rejimi elan etmisən, amma bu gün ölənlərin sayı ilə fəxr edirsən. Soruşarlar ki, atəşkəs hara, ölən insanların sayı ilə fəxr etmək hara? Atəşkəs pozulanda Azərbaycan Minsk qrupundan tələb etməli idi ki, atəşkəs rejiminə əməl olunsun. Yoxsa daha çox erməni öldürməsi ilə öyünməsin. Daha çox erməni öldürmək İlham Əliyevin Sərkisyanla apardığı danışıqları mənasız etmək deməkdir. Rusiyanın istədiyi də məhz budur. - Cəbhə xəttində insan itkilərinin artması Rusiyanın hansı marağını təmin edir? - Rusiya istəyir ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlər elə bir düşmənçilik həddinə gəlib çatsın ki, onlar kənar müdaxilə olmadan belə dinc yolla problemin həllinə nail ola bilməsinlər. Belə bir məsəl var: ilandan quyruq, insandan övlad dağı getməz. Bu gün biz ermənilərlə ola bilsin ki, barışaq. Lakin oğlu ölən azərbaycanlı, oğlu ölən erməni, qardaşı ölən insanlar heç vaxt barışmayacaq. Onlar xəlvətə düşəndə öz övlad və qardaşlarının intiqamını alacaqdır. 1905-ci ildən başlayan münaqişə hətta sovet imperiyasının son günlərinə qədər davam etdi. Ağdamda ermənilər üç nəfər azərbaycanlını heç bir günahı olmadan məhbus maşınında, polis içəridə ola-ola diri-duiri yandırdılar. Azərbaycanlıları həmin bu nifrətə görə yandırmışdılar. Təbii ki, azərbaycanlıların da əlinə Rusiya və ya kənar bir yerdə erməni düşsə, onlar da bu nifrətə görə ermənini öldürəcək. Bu nifrətlə problemin həll etməyin nə mənası var ki? Tutaq ki, Qarabağı bizə qaytardılar və ya erməniləri Qarabağdan çıxartdıq. Bundan sonra bu nifrətlə biz iki dövlət kimi yanaşı necə yaşayacayıq? Yenə də düşmənçilik davam edəcək. Məsələnin dinc həlli o deməkdir ki, xalqlar bir-birlərini anlayaraq problemi həll etsinlər, əməkdaşlıq başlasın. Əgər problemin həlli əməkdaşlığa imkan vermirsə, bu problemin dinc yolla həlli deyil. Indiki halda ölənlərin sayı hansı əməkdaşlığa imkan verir ki? Mən bütün bunları təxribat hesab edirəm. Cəbhədə baş verənlələ bağlı informasiyaların xalq tərəfindən qəbul edilmə formasını düzgün saymıram. Xalq elə bilir ki, beş dənə erməni artıq ölsə, bu düz yoldur. Buna görə də hökumət də, bəzi adamlar da ölən ermənilərin sayını şişirtməyi alzım hesab edirlər. Ölən ermənilərin sayının artmağı Müdafiə Nazirliyinin nailiyyəti deyil. Çünki sən bir qarış torpaq qaytarmamısan, bunun əvəzində torpaqları vermisən. Bundan danışmaq lazımdır. Ermənilərə verilən strateji yüksəkliklərin itirilməsi zamanı ölənlərin olub-olmaması da bilinmir. Bəlkə də bu yüksəkliklər ermənilərə xoşluqla verilib. Ermənilərin ölümü səni niyə bu qədər maraqlandırır? Qarabağ münaqişəsi adam öldürmək üçün yaradılmayıb ki. Bu münaqişə Azərbaycandan torpaq qopartmaq üçün yaradılıb və sən də torpaqları verirsən. Erməni bir ucdan torpaqlarımızı almaqdadır. Məsələnin mahiyyəti bundan ibarətdir. Rusiya bu münaqişəni ona görə yaratmayıb ki, ermənilər azərbaycanlıları və ya azərbaycanlılar erməniləri öldürsün. Məqsəd bu deyil. Ona görə yaradıb ki, Azərbaycan və erməni xalqları düşmən hala gəlsinlər. Bunun üçün isə onların bir-birlərini öldürmələri lazımdır. Bu səbəbdən Rusiya zaman-zaman ermənilərə bizə hücum etməyi tapşırır və onlar da gəlib bizi qırırlar. Daha sonra isə bizimkilər hücum edib onları qırır və beləliklə də atəşkəs rejimində belə düşmənçilik davam edir. Halbuki, atəşkəs rejimi tərəflərin düşmənçilik mövqeyindən çəkilib bir rəqib mövqeyinə gəlməsi deməkdir. - Sizcə düşməndən rəqibə çevrilmək problemin sülh yolu ilə həllini təmin edəcək? Əlbəttə. Prosesləri bu nöqtəyə gətirib çıxartmaq rəqib mövqeyində qanunun və beynəlxalq hüququn, nüfuzun imkan verdiyi formada problemi həll etməkdir. Buna görə ölkələr və hökumətlər seçkiləri demokratik keçirməyə, demokratik islahatlar həyata keçirməyə can atırlar ki, beynəlxalq aləmdə müsbət imicə sahib olsun və sözü keçsin. Qavel bir məktub yazdı və Azərbaycanı BMT-nin İnsan Hüquqları Şurasından qovdular. Qavel Azərbaycanın buna layiq olmadığını bildirmişdi. Nüfuz budur. Azərbaycan hökuməti nə qədər səy etsə də, bütün dostlarını, tanışlarını ayağa qaldırsa da, alınmadı. Çünki Qavelin nüfuzuna bərabər bütün dünyada cəmi 2-3 adam var. O, elə düzgün siyasət apardı, sovet hökumətinə qarşı elə bir incə mübarizə ortaya qoydu ki, ortada heç bir itki olmadı. Sonradan Çexoslavakiyanın iki yerə ayrılması prosesində də bir nəfər incidilən şəxs olmadı. Tərəflər dinc şəkildə, əsl qardaş kimi ayrıldılar. Bu gün də qardaşdırlar. Sovet hökumətindən ayrılanlar isə hamısı düşməndir. Ona görə düşməndilər ki, sovet hökuməti dinc yolla ayrılmağa imkan vermir. Ukrayna ayrılmaq istəyir, amma Rusiya qoymur. Rusiya qoysaydı, bu qədər insan itkisi yaşanmayacaqdı. Əgər qan tökülməsəydi,Ukrayna ərazisi işğal edilməsəydi tərəflər düşmən olmayacaqdılar. - Demək belə çıxır ki, ermənilərlə münasibətləri gərginləşdirmək Qarabağ probleminin həllinə yaxşı heç nə vəd eləmir? - Ermənilərlə münaqişəni qanlı yolla həllinə nə qədər çox cəhd ediriksə, bölgədə uzun müddət stabillikdən, əməkdaşlıqdan, xalqların yaxınlaşmağından söhbət gedə bilməz. Bu isə nəticə etibari ilə Rusiyanın marağına uyğundur. Rusiya “itlə it boğuşanda yolçunun yolu rast gedər” məntiqi ilə fəaliyyət göstərir. Putin istisna olmaq Rusiya rəsmiləri və analitiklərinin yazılarına baxın. Rusiyada yazılan analitik yazılar Azərbaycan ictimaiyyətinin diqqətini əsl həqiqətdən yayındırmaq, xalqdan məsələnin mahiyyətini gizlətmək məqsədi daşıyır. Özlərini jurnalist, televiziya əməkdaşı hesab edən bəzi şəxslər bu yazıları sevinclə, gur-gur oxuyur. Bildirirlər ki, Rusiya bizdən qorxdu, Rusiya belə dedi və s. Rusiya tarixən Azərbaycanın düşməni olub. Əgər düşmən səni tərifləyirsə, deməli hardasa səhv buraxmısan. Bu məntiqlə işləmək əvəzinə düşmənin onu tərifləməsinə sevinir. Düşünürlər ki, deyəsən Azərbaycan düzgün yoldadır. Beləliklə də, ölən ermənilərdən tələ yemi kimi istifadə edib Azərbaycanı səhv yola təhrik edirlər. Bunu da qeyd edim ki, Rusiya özü də ermənilərə deyə bilər ki, itkilərini şişirdilmiş formada təqdim et. Təqdim et ki, Azərbaycan həvəslənsin və hücuma keçsin. Partiya sədrlərimiz də deyir ki, səfərbərliyə hazırıq. Hadisələrə bu cür səthi yanaşmaq olmaz axı. Minsk qrupunda təmsil olunan üç dövlət Qarabağ probleminin üzərində qartal öz ovu üstündə oturan kimi oturub. Necə ki, bu dövlətlər Qarabağ probleminin üzərindən qalxmayıblar, hətta Rusiyanın özü belə bunu təkbaşına həll edə bilməz. Rusiya Ukrayna məsələsində Qərbin təzyiqlərini azaltmaq üçün burda ara qatmaqla məşğuldur. Türkiyənin başının öz daxili problemlərinə qarışmasını fürsət hesab edir. Türkiyədə hakimiyyət boşluğu olmasaydı cəbhə xəttində bu olaylar yaşanmayacaqdı. Ən azından ermənilər Türkiyə faktorundan qorxub çəkinəcəkdi, Azərbaycan özü Türkiyə ilə müəyyən məsləhətləşmələr aparacaqdı. Çünki Türkiyə Azərbaycanın strateji müttəfiqidir və əgər sabah Azərbaycan Rusiya ilə vuruşsa, Türkiyə də Rusiyaya qarşı savaş açmağa məcburdur. Azərbaycan Qarabağ məsələsində Türkiyə ilə öz siyasətini razılaşdırır. Türkiyənin başı seçkilərə qarışdığı üçün Azərbaycandakı ruspərəst qüvvələr özlərini çox rahat hiss edirlər və elə bilirlər ki, doğrudan da 90-cı illərə qayıda bilərlər. Halbuki, bu, mümkünsüzdür. Bu gün Rusiyanın daxilində bir azadlıq hərəkatı var. Tatarlar Rusiyanın asılılığındna xilas olmaq istəyir. Çeçenlər, ləzgilər, başqırdlar, yakutlar və s. müstəqil olmaq istəyir. Xalqların əsarətdən qaçdığı bir dövrdə bir xalqın başqa bir xalqın əsarətində yaşamağa cəhd etməsi, buna yaxşı bir şey kimi baxması bizim xalqın faciəsidir. Bunu ağıllılar başa düşmür, indi görün sadə xalq hansı vəziyyətdədir. Dağlqı Qarabağla bağlı məlum təxribatlara uymaq olmaz. Jurnalistlərimiz məsələlərə düzgün yanaşmağı bacarmalıdır. Prokurorluq xalqa yalan məlumat verən jurnalistlərər qarşı cinayət işi qaldırmalıdır. Bir adama bir yalan deyən kimi dərhal həmin şəxsin boğazından tutub soruşurlar ki, niyə yalan məlumat vermisən. Bu da yalandır axı. Xalqa dezinformasiya verirsən. Faktiki olaraq əraziləri ermənilərə verirsən, sonra isə deyirsən ki, erməniləri qırıb-çatdıq, az qaldı Yerevana çıxaq. - Bəzi politoloqlar hesab edir ki, Azərbaycan Qarabağ məsələsində rus faktorundan çəkinməməli, lazım gələrsə Rusiya ilə savaşmağı da gözə almalıdır. Əfqan nümunəsini misal gətirən ekspertlərin fikrincə qələbə üçün lazım olan ən mühüm amil ruh yüksəkliyidir. Sizcə doğrudanmı Rusiya ilə üz-üzə gəlmək cəsarətini sərgiləməkdən çəkinmək lazım deyil? - Əfqanıstan nümunəsini bizə misal çəkənlər Azərbaycan xalqının düşmənləridir. Unutmaq olmaz ki, rus işğalından sonra keçən 30 il ərzində Əfqanıstanda dövlət adına heç nə yoxdur, orada dövlətin hər hansı bir əlamətinə rast gəlmək mümkün deyil. Ikincisi, əfqanların ruslara qarşı müqaviməti ABŞ və Qərbin dəstəyi ilə bağlı idi, bu gün ABŞ-a qarşı müqaviməti isə Rusiya, Çin və s. ölkələrin dəstəyi ilə bağlıdır. Dünənə qədər ruslara qarşı vuruşanda əfqanlara silahı amerikanlar verirdi, amerikanlara qarşı vuruşanda isə silahı ruslar verməkdədir. Xalq faktiki olaraq supergüclərin əlində bir alətdir. Qurai-Kərimdə yazılıb ki, başqa xalqların əlində alət olmayın. Əfqan xalqı təkbaşına ruslara qarşı müqavimət göstərə bilməzdi. Çünki onun silahı, maliyyə vəsaiti, fabriki, zavodu və s. yox idi. Əfqanların arxasında onlara silah və pul verən nəhəng güclər olmasaydı, əfqanlar necə vuruşa bilərdi? Taliban illərlə dağlarda, dərələrdə yaşaya-yaşaya rusların tanklarını, təyyarələrini necə vura bilərdi? Bunun üçün gərəkli olan raketləri hardan almışdı? Məgər Əfqanıstan raket istehsal edir? Bunu deyən adamlar ya özlərini avam yerinə qoyurlar, ya da xalqın başına torba salmaq istəyirlər. Əfqanıstandan ABŞ qoşunlarının çıxması hələ 2016-cı ilə planlaşdırılır. 2016-cı ildən sonra Əfqanıstana hansı dövlətin girəcəyi isə bəlli deyil. Əfqanıstan məsələsi təxminən yüz il çəkəcək. Azərbaycana belə bir gələcək təklif edirsiniz? Russonun belə bir söz var. Deyir ki, istənilən avtoritar rejim vətəndaş müharibəsindən yaxşıdır. Əfqanıstanda bu gün vərəndaş müharibəsi gedir. Səs verdikləri üçün insnaların səs verdikləri barmaqlarını kəsirlər. Belə bir Azərbaycanı kim arzulayır? Bunu arzulayanlar Azərbaycan xalqının necə dostu ola bilər? Niyə çiçəklənən, inkişaf edən bir dövləti deyil, Əfqanıstanı misal çəkirsiniz? Bəşər tarixinin harda ki, ən təhlükəli nümunəsi var onu nümunə çəkirsiniz. Azərbaycan xalqı Dağlıq Qarabağ məsələsini yalnız o halda təkbaşına həll edə bilər ki, Türkiyədən, ABŞ-dan, Avropadan birmənalı siyasi dəstək alsın. Azərbaycan hələ bugünə qədər Dağlıq Qarabağ hüquqi qiymət verilməsinə nail ola bilməyib. Məsələyə verilən siyasi qiymət də çox şübhəlidir. H.Əliyevin dönəmində Lissabon sammiytində məsələyə verilən hüquqi qiymət Dağlıq Qarabağın 50% itirilməsinə gətirib çıxartdı. Dağlıq Qarabağ Azərbaycan ərazisindən ATƏT üzvü olan ölkələr üçün mübahisəli əraziyə çevrildi. ATƏT-ə üzv olmayan dövlətlərə görə hələ ki, BMT Dağlıq Qarabağı Ermənistan ərazisi elan edə bilmir. Lissabon sammiti bugünə qədər Dağlıq Qarabağ məsələsində Azərbaycan diplomatiyasının üzləşdiyi ən böyük məğlubiyyətlərdən biridir. İ.Əliyev hakimiyyətə gələndə bildirdi ki, biz problemin həllində sıfıra qayıdacayıq, çünki bu məsələdə heç bir şey düzgün həll edilməyib. Bu zaman məndə belə bir ümid yarandı ki, ilk növbədə Lissabon sammitinin nəticələrindən başlayacaq. Dağlıq Qarabağ nə üçün digər münaqişələrdən ayrılır? Minsk qrupu buna görə yaradıldı. Qəzzada 50 ildir münaqişədir, niyə bir dənə vasitəçi missiyası daşıyan qurum yoxdur? Niyə Gürcüstan, Ukrayna məsələlərində yoxdur? Sadəcə olaraq Qərbin Azərbaycandakı iqtisadi maraqlarını təmin etmək üçün vaxt udmaq lazımdır. Bu isə o deməkdir ki, elə bir situasiya yaradırlar ki, faktiki olaraq nə müharibə, nə də sülh olur. Münaqişə dondurulur. Buna kimi nefti çəkib qurtarırlar və bundna sonra Azərbaycanı öz taleyinə buraxıb deyirlər ki, buyur get, öz problemini necə bilirsən həll elə. Minsk qrupunun mahiyyəti bundan ibarətdir. Nə qədər ki, Minsk qrupu var, nə qədər ki, münaqişə Rusiya, ABŞ, Fransanın maraqları çərçivəsində həll olunur, Azərbaycan və Ermənistanın öz talellərini müstəqil şəkildə həll etmək imkanı sıfırın altındadır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
|