"Ola bilər ki, insan əqidəsinə görə, həqiqi hərbi xidmət keçmək iqtidarında olmasın" - deputat
Tarix: 2-03-2024, 08:48 | Çap et
"Alternativ xidmətə keçmək haqqında fikirlər vaxtaşırı səsləndirilir və xeyli müddətdir ki, bu məsələ gündəmdədir. Bununla əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət əmək mükəlləfiyyəti keçməsi qaydası haqqında bir əsasnamə var. Bu əsasnamə Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin 31 iyul 1992-ci il fərmanı ilə imzalanıb və əsasnamədə alternativ xidmət keçmənin qaydaları, prinsipləri və şərtləri göstərilir və sonrakı dövrdə də bu məsələ parlamentdə bir çox deputatlar tərəfindən səsləndirilib. Ancaq Azərbaycan müharibə şəraitində olduğundan və torpaqlarımızın 20 faizi düşmən əsarətində olduğundan, bu məsələnin geniş şərhi və hər hansısa bir sənədin qəbul olunması mümkün olmamışdı". Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputat vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, vətənin müdafiəsi üçün hərbi xidmətdə olmaq hər bir vətəndaşın borcudur. Ancaq alternativ xidmətdə göstərilir ki, əgər vətəndaşların əqidəsi həm həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.
“Biz düşmənlə uzun illər müharibə şəraitində yaşadıq. Sözsüz ki, həmin dövrdə bu mövzuda qərarın alınması mümkün deyildi. Müharibə bir daha göstərdi ki, ölkədə hər bir vətəndaş vətəni qorumaq üçün can atır və onun əqidəsi də, niyyəti də bir məqsədə köklənib, o da vətəni düşməndən xilas etmək, suverenliyimizi bərpa etmək və Azərbaycanın torpaqlarını azad, firavan görməkdir. 44 günlük müharibə bütün dünyaya bəyan etdi ki, dinindən, əqidəsindən, mənsubiyyətindən, siyasi partiyasından aslı olmayaraq hər kəs vətən torpaqlarının azad olunması üçün döyüşə atıldı və öz şücaətini göstərdi. Çətin döyüşlər zamanı bir nəfər də olsun ordumuzda fərari tapılmadı. Ancaq erməni ordusundan nəinki minlərlə əsgər, eləcə də zabitlər fərarilik etdilər və döyüş meydanını qoyub, qaçdılar. Bu da onu göstərdi ki, xalq, insanlar ali baş komandan İlham Əliyev ətrafında sıx birləşib əqidəsindən asılı olmayaraq, hər bir kəs vətən üçün döyüşməyə hazırdır”-deyə Tahir Rzayev bildirib. Deputat qeyd edib ki, torpaqlar düşməndən azad olunandan və sərhədlərimiz möhkəmlənəndən sonra alternativ xidmət haqqında məsələnin gündəmə gətirilməsi təbii hesab olunmalıdır. Çünki bu, bir təklifdir və bu təklif dəstəklənərsə, belə bir məsələnin müzakirə olunub, haqqında qərar qəbul edilməsi mümkün olar.
Deputatın fikrincə, bunun özü də bir xidmətdir.
“Ola bilər ki, insan əqidəsinə görə, həqiqi hərbi xidmət keçmək iqtidarında olmasın. Onlara müəyyən qaydada güzəştlər edilməsi vacibdir. Belə bir halda, alternativ xidmətə keçmək mümkündür. Bunun özü də bir xidmətdir. Çünki bu xidmətə yönəldilənlər, bu xidməti keçənlər çox vacib məsələlərin, tikintilərin, təmir-bərpa işlərinin, yaşayış evlərinin, sosial, mədəni müəssisələrin və digər vacib olan işlərin görülməsində yaxından iştirak edə bilərlər. Bunun xüsusi qaydaları müəyyənləşdirilməlidir. Bu xidmət sahələrinin obyektləri dəqiq müəyyən olunmalıdır. Burada bu insanlar sıravi işlərdə çalışmalıdırlar. Özlərinin qüvvəsini quruculuq, tikinti və abadlıq işlərinə yönəltməlidirlər. Sovetlər dövründə də hərbi xidmətdə olanların bir çoxları, məhz belə işlərə cəlb olunurdular. Onlar dəmir yollarının çəkilməsində, hərbi obyektlərin tikintisində, müəyyən sərhəd zastavalarının, buraxılış məntəqələrinin, avtomobil magistrallarının və yaşayış evlərinin tikintisində bir fəhlə kimi çalışırdılar. Müəyyən qaydada əmək haqqı alırdılar. Alternativ xidmətdə bu məsələləri özündə cəm edə bilər”-deyən Tahir Rzayev əlavə edib ki, Azərbaycanda "soyuq müharibə"yə tam son qoyularsa və sülh müqaviləsi imzalanarsa, bundan sonra bu barədə düşünməyə dəyər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|