AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                     Nazirlik 2 milyonluq tenderinin .....                     Nazirlərin Nyu-York görüşü .....                     "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək" .....                     “Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” .....                     Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü .....                     Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq .....                     Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək .....                     "Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... .....                     “Zəngəzur dəhlizi açıla bilməz...” .....                     Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir .....                     “Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək .....                     Bayraq meydanında bayrağımız yenidən dalğalanır .....                     Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: .....                     Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? .....                     “Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” .....                     Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb .....                     İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? .....                     "Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim" .....                     Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı .....                     Elarizin nəvəsi ilə “dueti” .....                     Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? .....                     ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir .....                     Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib .....                     Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi .....                     Paşinyan açıqladı .....                 

"Qarabağ məsələsi İlham Əliyevin ən güclü yeridir" - Elbəyi Həsənli AXCP sədrini hədəfə aldı
Tarix: 22-10-2023, 12:02 | Çap et
"Qarabağ məsələsi İlham Əliyevin ən güclü yeridir"
DİA.AZ: - “Çalışıram ki, Əli Kərimlinin dediklərinə münasibət bildirməyim. Bəzən o, adamı elə hövsələdən çıxarır ki, susmaq mümkün olunmur...”

DİA.AZ xəbər verir ki, bu barədə Elbəyi Həsənli özünün facebook səhifəsindəki paylaşımında yazıb. Paylaşımı bəzi ixtisarlarla təqdim edirik:

“Oradan başlayım ki, bizim müxalifətin ən böyük səhvi ondadır ki, onlar, xüsusən AXCP İlham Əliyevin Qarabağla bağlı apardığı siyasəti dönə-dönə təftiş edib. 44 günlük müharibədə əldə olunmuş möhtəşəm qələbəni sıfırlamağa çalışıb. Neçə dəfə yazmışam ki, bu, yanlış yoldur. Qarabağ məsələsi İlham Əliyevin ən güclü yeridir. Bu məsələdə xalq İlham Əliyevi ikiəlli dəstəkləyir. Qarabağ Zəfəri xalqın nəzərində İlham Əliyevə xüsusi status verib. Yəni müxalifətin Qarabağ məsələsini təftiş etməsi intihar cəhdi kimi bir şeydir. Bu yolla xalqın məhəbbətini yox, ancaq və ancaq nifrətini qazanmaq olar...

Bizim AXCP iki ayağını bir başmağa dirədi və Qarabağ məsələsindən yararlanmağa çalışdı. Yəqin ki, yadınızdadır. Deyirdilər ki, Xocalı nə oldu, Xankəndi nə oldu? Laçın dəhlizi elə, Rusiya sülhməramlıları belə. Müxalifətin çıxışlarında demaqogiya baş alıb gedirdi. İqtidar indi həmin çıxışları qoyur ortaya və o ittihamların fonunda İlham Əliyevin Xankəndindən Azərbaycan bayrağı və gerbinin görüntüləri altında çıxışını yayımlayır. Və ortada olan bu təzad müxalifəti naqolay vəziyyətdə qoyur, xalqın nəzərində onu yerdən-yerə vurur...

Sonrasın da bilirsiz. İlham Əliyev 24 saat ərzində Qarabağda erməni separatizmini bitirdi. Elə bir siyasət yeritdi ki, ermənilər könüllü şəkildə Qarabağı tərk etdilər. Bu kütləvi köçə görə beynəlxalq səviyyədə Azərbaycanı ittiham etmək üçün ermənilərin əlində heç bir ciddi arqument də yoxdur.

Kimin nə deməyindən asılı olmayaraq İlham Əliyev Azərbaycanın üzləşdiyi erməni problemini heç kimin xəyal belə etmədiyi səviyyədə xalqımızın və dövlətimizin xeyrinə aradan qaldırdı. Mən əminəm ki, İlham Əliyevin bu xidmətini heç kim tarixdən silə bilməz. Hə, bu xidməti bugünkü müxalifət kimi kiçiltməyə çalışanlar olacaq, ancaq mən heç onların da uğur qazanacağına inanmıram...

Mənim düşüncəmə görə, Qarabağ məsələsində müxalifət xalqımız kimi İlham Əliyevin yanında olmalıydı. Olmadı. Daha doğrusu, oldu görüntüsün yaradıb yenə də bu Zəfəri gözdən salmağa çalışdılar.

Nə qədər absurd olsa da Əli Kərimli indi də bu xətti davam etdirir. AXCP sədri indi də buyurur ki, İlham Əliyev deyəndə ki, Ermənistan istəsə də, istəməsə də biz Zəngəzur dəhlizini açacağıq, mən buna etiraz etdim. Bunu avantüra adlandırdım. Belə çıxır ki, bu avantüradan imtina etmək lazımdır. Dolayısı ilə Əli Kərimli Azərbaycan iqtidarını Zəngəzur dəhlizi məsələsindən imtina etməyə səsləyir. Bu çağırış haradan gəlir? Qərbdən. Əli Kərimli Azərbaycan dövlətinin, bütövlükdə Türk Dünyasının maraqlarına arxa çevirir və Qərbin sözçüsü kimi çıxış edir. Ay qurban olum sənə. Sən axı Azərbaycan siyasətçisisən. Sən Qərbin yox, Azərbaycanın marağından yana olmalısan. Fransa Azərbaycana qarşı düşmən mövqeyindən çıxış edir. Əli Kərimli hərləyib-fırladım Fransaya dolayısilə da olsa bəraət qazandırmağa çalışır...

Azərbaycan niyə Zəngəzur dəhlizi məsələsində təkid edir? Çünki Zəngəzur dəhlizi olmadan Türk Dünyasının toparlanması, bir araya gəlməsi ciddi maneələrlə üzləşir...

Ümumiyyətlə, Qərbə Zəngəzur dəhlizi lazımdırmı? Lazımdır. Ancaq bu məsələdə bir əmma var. O da ondan ibarətdir ki, Qərb Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmir. Bəs nə istəyir? İstəyir ki, o dəhliz beynəlxalq nəzarət altında və ya Ermənistanın nəzarəti altında olsun. Hamı bilir ki, “beynəlxaq nəzarət” elə Qərbin nəzarəti deməkdir. Ermənistanın da Zəngəzurdan keçəcək yollara nəzarət etməsi yenə də Qərbin bölgəni kontrol etməsi anlamına gəlir...

Zəngəzur dəhliz statusunda olması o deməkdir ki, mən, sən, o, Zəngilandan maşını birbaşa Naxçıvana sürə və ya qatarla eyni yolu gedə bilərik. Eləcə də yüklər hər iki istiqamətə ermənilərin nəzarəti olmadan keçib gedə bilər. Və sən bunu avantüra adlandırırsan. Bu, hətta, avantüra olsa belə biz bunu müdafiə etməliyik. Niyə? Çünki Ermənistan heç vaxt bu qədər zəif, Azərbaycan isə heç vaxt bu qədər güclü olmayıb. İlham Əliyev yüz ildə bir dəfə ələ düşə biləcək bu fürsətdən maksimum şəkildə yararlanmağa çalışır. Sən də Qərbin sifarişi ilə bu işə qulp qoyursan, etiraz edirsən...

Bir şeyi də deyim. Əli Kərimli durub-oturub iddia edir ki, Azərbaycan Rusiyadan asılı bir ölkədir. Rusiyanın bütün əmr və göstərişlərin Azərbaycan həmən icra edir. Mən əminəm ki, Əli Kərimli bu tezisi də məhz Qərbin sifarişi ilə tez-tez səsləndirir. Mən Qərb mətbuatını izləyirəm. Dünən Kanadanın Toronto şəhərindən yayımlanan “geopoliticalmonitor.com” saytında gedən “Why Azerbaijan should join NATO” (Azərbaycan niyə NATO-ya üzv olmalıdır?) adlı yazısını təqdim etmişdim. Götür, oxu. Orjinalına da bax. Müəllif yazır: “Rusiya ilə işgüzar münasibətləri saxlamasına baxmayaraq, Azərbaycan həmişə Qərb üçün əvəzolunmaz strateji tərəfdaş olub”. Və bu fikir Qərb mətbuatında qırmızı xətlə keçir.

Yeri gəlmişkən, həmin məqalədə deyilir ki, Paşinyanın rəhbərlik etdiyi Ermənistan İrandan dronları alır və Rusiyaya ötürür. Rusiya da o silahlarla Ukraynada günahsız insanları məhv edir. Bir də Qərb mətbuatı yazdı-yazmadı, fakt budur ki, Rusiyapərəst dediyin İlham Əliyev Ukraynaya indiyə qədər 30 milyon dollarlıq yardım göndərib. Yalnız Rusiya ilə üz-göz olandan sonra, bu yaxınlarda Nikol öz xanımını Ukraynaya ezam etdi. Təbii ki, bu da daldan atılan daş kimi bir şey idi...”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Bu gün, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Bu gün, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Bu gün, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Bu gün, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Bu gün, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Bu gün, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Bu gün, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Bu gün, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Bu gün, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Bu gün, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Bu gün, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
Dünən, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Dünən, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Dünən, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Dünən, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Dünən, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Dünən, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Dünən, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Dünən, 16:02
“Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Dünən, 16:00
Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Dünən, 15:56
Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Dünən, 15:51
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
Dünən, 15:41
“Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” - Abramyan
Dünən, 15:30
Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb
Dünən, 15:27
İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? - AKTUAL
Dünən, 15:23
"Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim"
Dünən, 15:21
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Dünən, 15:14
Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Dünən, 15:10
Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? - NƏ BAŞ VERİR?
Dünən, 15:07
ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir - FAKT BUDUR!
Dünən, 15:00
Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib - ISNA
Dünən, 14:45
Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi - "Spiegel"
Dünən, 14:10
Paşinyan açıqladı – Əliyevin tələbi yerinə yetiriləcək
Dünən, 14:07
ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
Dünən, 14:01
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
Dünən, 14:00
Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər - GƏLİŞMƏ
Dünən, 13:59
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir - MƏQALƏ
Dünən, 13:54
Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir - FAKT BUDUR!
Dünən, 13:29
Bu insanlara sərhəddə güzəşt edilməlidir! - Deputatın təklifi reallaşa bilərmi?
Dünən, 13:27
Qərb Gürcüstana niyə “ögey övlad” kimi DAVRANIR?
Dünən, 13:23
Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi - "Heç kim heç nədən sığortalanmayıb"
Dünən, 13:14
İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib
Dünən, 13:09
“AFB Bank”ın rəhbərliyinə təyinat - FOTO
Dünən, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru