Renkanın tədbirdə paltarı yandı .....                     Paşinyanın köhnə rəqibi üzə çıxdı .....                     “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...” .....                     Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… .....                     İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... .....                     AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... .....                     Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar .....                     AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                     Nazirlik 2 milyonluq tenderinin .....                     Nazirlərin Nyu-York görüşü .....                     "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək" .....                     “Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” .....                     Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü .....                     Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq .....                     Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək .....                     "Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... .....                     “Zəngəzur dəhlizi açıla bilməz...” .....                     Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir .....                     “Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək .....                     Bayraq meydanında bayrağımız yenidən dalğalanır .....                     Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: .....                     Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? .....                     “Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” .....                     Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb .....                 

“Siyasi partiyaların QHT-lərdən bir fərqi olmalı idi” - Fərəc Quliyev
Tarix: 15-09-2023, 11:56 | Çap et
“Siyasi partiyaların QHT-lərdən bir fərqi olmalı idi”
“Cümhuriyət”-in suallarını Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, istiqlalçı deputat Fərəc Quliyev cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

“Siyasi partiyaların QHT-lərdən bir fərqi olmalı idi”

-Fərəc bəy, müsahibəyə elə partiyaların təkrar qeydiyyat prosesindən başlamaq istəyirdim. Proses necə keçdi? Ümumi olaraq razı qaldınızmı?

-Bu proses bir günlük və yaxud bir aylıq məsələ olmadı. Uzun müddət seçki, partiyalararası münasibətlər, iqtidar-müxalifət münasibətiləri ilə bağlı aparılan islahatların nəticəsi oldu. Prezident Administirasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə Ədalət Vəliyevin təyinatından sonra ölkədə siyasi mühit tamamilə dəyişdi. Partiyalarla dialoq mühitinin yaradılması, münasibətlərin normallaşması, bütün siyasi partiya rəhbərlərinə danışmaq imkanının yaradılması çox mühüm addım oldu.

Bu, həm iqtidar-müxalifət, həm də müxalif partiyalarının bir-biri ilə münasibətlərinə müsbət təsir etdi. Zaman baxımından da çox yaxşı vaxta düşdü. Müharibədən əvvəlki dövrdə dialoq mühiti yarandı. Müharibə dövründə də bütün partiyalar birlikdə əlini “daşın altına” qoydu. Bu, onu göstərdi ki, müxtəlif dünyagörüşlü insanların vətən məsələsində bir yerdə olması mümkündür. Eyni zamanda, siyasi palitiranın rəngarəngliyi də lazımdır. Amma siyasi partiyaların QHT-lərdən bir fərqi olmalı idi. Hər 5-3 nəfərin yığılıb bir partiya yaratması doğru deyildi. “Siyasi partiyalar haqqında” Qanunun müzakirəsində üzv sayı məsələsində tərəddüdlər var idi.

Amma o vaxt da bildirmişdim ki, say məsələsi doğrudur. Bir partiya hakimiyyətə iddialıdır və dövləti idarə etmək istəyir, onun 5-10 min üzvünün olması çox kiçik rəqəmdir. Bir partiyanın ideoloji bazası, kadrları olmalıdır. Sonra bu say 10 min nəfərdən 5 minə qədər azaldıldı. Sənədlərin Ədliyyə Nazirliyinə verilməsi ərəfəsində yazırdılar ki, bəzi partiyalar üzv toplamağa başlayıb. Amma bizim üzvlərimiz var idi, sadəcə olaraq onların reyestrə hazırlanması prosesini aparırdıq. 5 min tələb var idi, biz 10 min 202 nəfərn siyahısını hazırlayb Ədliyyə Nazirliyinə təqdim etdik. Ədliyyə Nazirliyi tərəfindən çox şəffaf yoxlama aparıldı. Bu proses partiyaların da xeyrinə oldu.

Sənədlərimiz geri qaytarılanda gördük ki, 200 nəfərə yaxın vəfat edən üzvümüz var, biz onların qeydiyyatını aparmamışdıq. Bir neçə nəfərin adı təkrar yazılmışdı, bir neçə partiya üzvü kimi görünənlər var idi, ya bizdən gediblər, ya da başqa partiyadan bizə gəliblər. Yəni bu proseslə partiyalar da özünün “tozunu” silkələmiş oldu, təmizlənmə mərhələsi başladı. 6289 nəfərlə qeydiyyata alındıq. Ədliyyə Nazirliyindən bizə göndərilən sənəddə yazılmışdı ki, nə lazım olsa, kömək etməyə hazırıq. Çox dürüst bir mərhələ oldu və artıq qeydiyyatdan keçmişik. Hesab edirəm ki, Ədliyyə Nazirliyinin əməkdaşları da bu prosesdə çox əziyyət çəkdi. Biz prosesdən tamamilə razıyıq.

-Partiyanın növbəti mərhələ üçün plan və proqramları nələrdir?

-Nizamnamə dəyişiklikləri nəzərdə tutulur. Yeni “Siyasi partiyalar haqqında” Qanuna uyğun olaraq nizamnamədə kiçik dəyişikliklər olacaq. Yaxın günlərdə yəqin ki, qurultay keçirəcəyik. Proqramımızda dəyişiklik yoxdur, belə bir tələb də yoxdur. Qanunda göstərilib ki, proqram varsa, təqdim edin, yoxdursa, tərtib edib verin. Məramnaməmiz 1998-ci ildə məhbəsdə yazdığım “Yeni dünya düzənində Azərbaycanın yeri və rolu” kitabıdır. 2002-ci ildən onun əsasında fəaliyyətimizi qururuq. Partiyada “Qərbi Azərbaycan”, “Güney Azərbaycan”, “Türk Dünyası”, “Borçalı”, “Qarabağ” departamentləri yaratdıq.

Qarabağ məsələsi artıq həll olunub, Qərbi Azərbaycan İcmasının yaranması bizim təkliflərimizdəndir. Güney Azərbaycanla bağlı məsələ qaldıranda bizə qəribə baxırdılar, indi artıq bu məsələ də prioritet siyasətin bir hissəsidir.

“Parlamenti iki palatalı sistemə keçirmək də mümkündür”

-Referendumun keçirilməsi, seçki sisteminə dəyişikliklə bağlı fikirlər səslənir. Sizin fikrinizcə, referendum olacaqmı və deyilən dəyişikliklər ediləcəkmi?

- Referendum olsa da, olmasa da biz dünyada olan klassik yanaşmanı dəstəkləyirik. Yəni seçki bitən kimi yeni seçkiyə hazırlaşmaq. Əgər bir partiya yaranıbsa, deməli, hakimiyyətə talibdir və bunun da yolu seçkidir. Bəzən Azərbaycanda seçkini boykot edib yaxasını kənara çəkənlər, əli xarici qüvvələrin cibində olanlar müxtəlif bəhanələr edirlər. Amma sən partiya yaratmısansa, hakimiyyət iddiasındasansa, hakimiyyətə seçki ilə gələrlər. Seçkidə iştirak etmirsənsə, deməli, başqa yolla hakimiyyətə gəlmək istəyirsən.

Bütün partiyalar seçkiyə hazırlaşmalıdır. Biz də hazırlaşırıq. Referendum olarsa -düzü mənim də bu məsələdən məlumatım yoxdur, sizin kimi mətbuatda oxuyuruq- seçki məsələsinin də ora salınması yaxşı olardı. Əgər partiyalarla bağlı islahatlar gedirsə, seçki sistemi də proporsional olarsa, artıq partiya siyahı ilə seçkiyə gedəcək və bu da hansı zehniyyətin iş başına gəldiyini göstərəcək. İndi fərdi qaydada seçkilərə qatılır, xarizması, öz şəxsi keyfiyyətləri ilə seçilir, amma hansı zehniyyətin iş başına gəldiyi bilinmir. Məsələn, Türkiyədə keçirilən son seçkilərdə məlum oldu ki, millətçi kəsim 25-27 faiz arasında gücə, elektorata malikdir. Azərbaycanda da bu müəyyən olacaq.

Eyni zamanda, həm siyasi palitrayaya maraq artacaq, insanlar siyasətə üstünlük verəcək, həm də partiyadaxili rəqabət mühiti yaranacaq. Çünki partiya siyahısı veriləndə daha üzdə olan fiqurlar yazıldığından, partiyadaxili rəqabət də partiyaları gücləndirəcək. Partiyaların güclənməsi Azərbaycanda siyasi mühitin güclənməsidir. Ya qarışıq, ya da proporsional seçki sisteminin olması çox vacib şərtlərdən biridir. Amma olmasa belə, biz növbəti seçkilərə hazırlaşırıq.

-Parlamentdə yerlərin sayının artırılacağı , 151 və ya 175-ə çatdırılacağı deyilir...

-Bu da vacib məsələdir. Çünki parlamentin formalaşdığı dövrdəki əhalinin sayı ilə indiki əhali sayı fərqlidir. Yeni dairələrin yaradılması məsələsi ortaya çıxacaq. Ümumiyyətlə, idarəetmə sisteminə bir əl gəzdirmək lazımdır. Məsələn, bələdiyyələrlə bağlı dəyişiklik vacibdir, icra hakimiyyətlərinin səlahiyyətlərini bələdiyyələrə verməklə onların səlahiyyətlərini artırmaq lazımdır. İdarəetmədə seçkili qurumlara üstünlük verlməlidir. Yəni seçki sistemində dəyişiklik təkcə parlamentdə yerlərin sayının artırılması deyil, bələdiyyələrlə bağlı da xeyli islahatlara ehtiyac var. Parlamentdə yerlərin sayının artırılması detaldır, daha çox yanaşmanı dəyişmək lazımdır. Azərbaycan parlamentini iki palatalı sistemə keçirmək mümkündür. Bu, daha operativ və günlük işləyən sistem ola bilər.

“Qanuna etiraz edənlər isə daha çox antimilli qüvvələr idi”

-“Siyasi partiyalar haqqında” Qanun hələ müzakirə mərhələsində olanda, buna yanaşma birmənalı deyildi. Yeni qanunu təndiq edənlər də var idi və bu gün onlar da Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Hətta bu gün qeydiyyatdan keçən partiyalardan bu qanuna etiraz edənlər var. Bu yanaşmalara da münasibət bildirməyinizi istərdik, niyə etiraz edirdilər?

- Çünki yanaşmaları qərəzli idi, məsələlərə doğru yanaşmırdılar. Bir az da bəzi partiyalar özlərini şişirtmişdilər. Cəmiyyətdə özlərini “ana müxalifət” kimi təqdim etməyə çalışırdılar. “Radikal müxalifət”, “konstruktiv müxalifət” kimi təsnifatlar var idi. Mənim təsnifatım isə belədir ki, Azərbaycanda milli-demokratik, bir də antimilli düşərgə var. Milli-demokratik düşərgədə olanlarla əməkdaşlıq etməyə, onların fikirlərinin həyata keçməsinə dəstək verməyə hər zaman hazırıq. Qanuna etiraz edənlər isə daha çox antimilli qüvvələr idi.

Özlərinin böyük sayda üzvlərinin olduğunu deyirdilər, amma sonra gördülər ki, gücləri çox zəifdir. Liderləri belə qurultaylarında, sosial şəbəkələrdə çağırışlar etdilər ki, məni, bizim proqramı qəbul etməsəniz də, partiyaya üzv olun sayımız düzəlsin. Cəmiyyət də gördü ki, bunlar 5-10 nəfər yığışıb Azərbaycana yaraşmayan bəzi adamlarla, azlıqlara küçələrə çıxırdılar. Sonra da başladılar ki, bu qanun partiyalara qarşı təqib mexanizmidir. Amma sonra gördülər ki, məsələ belə deyil, Ədliyyə Nazirliyi çox yaxşı işlədi. Hətta o partiyaların liderləri də etiraf etdilər ki, Ədliyyə Nazirliyinin iş prinsipindən narazı deyillər.

Yəni işləməmisənsə, cığallıq etməyin yeri yoxdur. Arada bunların səs-küy salmağına baxmayaraq, müzakirələrdən sonra üzvlük sayının 10 mindən 5 minə salınması böyük güzəşt idi. Hesab edirdim ki, 10 min rəqəmində dayanmaq lazımdır. Çünki partiyasan, iddialısan və hakimiyyətə talibsən. Bu rəqəmlərdə də sənin tərəfdarların olmalıdır. Ona görə də sonrakı gedişat da göstərdi ki, yanaşma da, bu qanunun qəbulu da doğru idi.

-Partiyanız bütün seçki dairələrini əhatə edə bilirmi? Bütün rayonlar üzrə şöbələriniz varmı?

-Bizim bütün rayon şöbələrimizdə bazamız var. Üstəlik də bizin keçən parlament seçkilərində 65 dairədən namizədimiz qeydə alınmışdı. Bütün dairələrdən namizəd vermişdik, amma 65-i qeydə alınmışdı. Yəni YAP-dan sonra ən çox namizəd verən biz idik. Yenə seçki olacaqsa, əgər proporsional olarsa, siyahı üzrə, majoritar olacaqsa, yenə də bütün dairələri əhatə etmək imkanımız var. Elə dairələr ola bilər ki, bizim hörmət etdiyimiz, güvəndiyimiz namizəd olar, o dairədən namizəd vermərik. Amma ümumilikdə bütün dairələri əhatə etmək fikrindəyik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Renkanın tədbirdə paltarı yandı - FOTO
Bu gün, 12:48
Paşinyanın köhnə rəqibi üzə çıxdı - “Bu, sirr qalsın”
Bu gün, 12:42
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Bu gün, 12:09
Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… - GƏLİŞMƏ
Bu gün, 12:06
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Bu gün, 11:42
AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... - NƏ ETMƏLİ?
Bu gün, 11:34
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Bu gün, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Bu gün, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Bu gün, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Bu gün, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Bu gün, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Bu gün, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Bu gün, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Bu gün, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Bu gün, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Bu gün, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Bu gün, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Bu gün, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
Dünən, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Dünən, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Dünən, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Dünən, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Dünən, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Dünən, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Dünən, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Dünən, 16:02
“Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Dünən, 16:00
Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Dünən, 15:56
Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Dünən, 15:51
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
Dünən, 15:41
“Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” - Abramyan
Dünən, 15:30
Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb
Dünən, 15:27
İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? - AKTUAL
Dünən, 15:23
"Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim"
Dünən, 15:21
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Dünən, 15:14
Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Dünən, 15:10
Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? - NƏ BAŞ VERİR?
Dünən, 15:07
ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir - FAKT BUDUR!
Dünən, 15:00
Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib - ISNA
Dünən, 14:45
Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi - "Spiegel"
Dünən, 14:10
Paşinyan açıqladı – Əliyevin tələbi yerinə yetiriləcək
Dünən, 14:07
ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru