Seçki sisteminin dəyişməsi partiyaları hərəkətə gətirəcək - GƏLİŞMƏ
Tarix: 7-09-2023, 09:01 | Çap et
Ədliyyə Nazirliyi yenidən qeydiyyat üçün müraciət edən 27 siyasi partiyadan 8-ni artıq dövlət qeydiyyatına alıb. Həmin partiyalar bunlardır:
Yeni Azərbaycan Partiyası (YAP) - sədr İlham Əliyev;
AĞ Partiya - sədr Tural Abbaslı;
Vətəndaş Həmrəyliyi Partiyası - sədr Sabir Rüstəmxanlı;
Haqq Ədalət Partiyası - sədr Əli İnsanov;
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) - sədr Arzuxan Əlizadə;
Ümid Partiyası - sədr İqbal Ağazadə;
Milli Dirçəliş Hərəkatı Partiyası - sədr Fərəc Quliyev;
Ana Vətən Partiyası - sədr Fəzail Ağamalı.
Qeyd edək ki, Azərbaycanda müstəqillik dövründə 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Daha sonra onların sayı tədricən azalıb. 1993-cü ildə iki partiya ləğv edilib. 2021-ci ildə isə 6 partiya hakim YAP-a birləşdiyini elan edib. Son vaxtlaradək ölkədə qeydiyyatda olan 58 siyasi partiya qalmışdı.
Bu il “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə mindikdən sonra bu qurumların daha 31-i özlərinin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdi. Bu, əsasən yeni qanunla qeydiyyat üçün lazım olan minimum üzv sayının 5 minə qaldırılması ilə izah edildi.
Hazırda yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim etmiş 19 siyasi partiya Ədliyyə Nazirliyindən cavab gözləyir.
Siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi davam edir. “Siyasi partiyalar haqqında” Qanuna əsasən, partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı partiyaların təqdim etdiyi siyahıların bəzilərində qüsurlar, o cümlədən - üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.
Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Bir çox partiyalar üzvlük siyahılarındakı problemləri aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət edib. Artıq bir neçə partiya qeydə alınıb, bəziləri isə cavab gözləyir.
Onlardan Müsavat Partiyasının başqanı Arif Hacılı “AzadlıqRadiosu”na bildirib ki, partiyaların qeydiyyatı elə çətin prosedurlarla həll olunmalı deyil: ““Siyasi partiyalar haqqında" Qanuna edilən əlavələr və dəyişikliklər siyasi partiyaların fəaliyyətinə əlavə problemlər yaratmaq məqsədi daşıyır".
AXCP sədrinin müavini Ayaz Məhərrəmli deyib ki, AXCP-yə hələlik cavab verilməməsində qanun pozuntusu yoxdur, çünki sənədlərin göndərilməsi günündən bir ay ərzində cavab verilə bilər: “Bizdən əvvəl də hansısa partiyalara cavab verilməsi normaldır. Amma burada bir AXCP faktoru önə çıxır və görünür, partiyamızla bağlı hakimiyyət dairələrində hələlik yekdil rəy yoxdur, hansısa siyasi qərar gözləyirlər”.
Siyasi partiyalarla bağlı yeni qanunun qəbulundan sonra Azərbaycanda qarışıq (proporsional və majoritar) seçki sisteminə keçidlə bağlı müzakirələr də aktuallaşıb. Ölkəmizdə hazırda parlament seçkiləri majoritar qaydada keçirilir. Konstitusiyada təsbit edildiyinə görə qarışıq sistemə keçid üçün referendum keçirilməlidir.
Parlament seçkilərində qarışıq seçki sistemi 2002-ci ilə qədər mövcud olub. 1995 və 2000-ci illərdə keçirilən seçkilərdə parlamentin 20%-i (25 deputat) proporsional, 80%-i isə majoritar qaydada seçilib. Məlumat üçün bildirək ki, proporsional seçki sistemində seçicilər birbaşa namizədlərə deyil, partiyalara səs verir.
Partiyalar qazandıqları səslərə görə parlamentdə mandat qazanır. Majoritar seçki sistemində isə seçicilər birbaşa namizədə səs verir və ən çox səs toplayan namizəd deputat seçilir. Hər iki sistemin özünəməxsus üstünlükləri və çatışmazlıqları var.
Proporsional seçki sistemi siyasi partiyaların güclənməsinə və plüralizmin inkişafına təkan verir, majoritar sistemdə isə xalqla deputat arasında birbaşa əlaqə olur və deputat xalqın qarşısında məsuliyyət daşıyır. Türkiyə daxil olmaqla, bir çox Avropa ölkəsi tam proporsional, Böyük Britaniya, Azərbaycan, İran kimi ölkələr majoritar, Almaniya, Gürcüstan kimi ölkələr isə qarışıq seçki sistemindən istifadə edir.
Seçki sistemində proporsional qaydanın tətbiqi nələrə gətirib çıxara bilər? Partiyalar buna hazırdırmı?
DİA.AZ-ın məlumatına görə, AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, referendum keçiriləcəyi və proporsional seçki sisteminin bərpa ediləcəyi ilə bağlı uzun müddətdir söz-söhbət davam edir: “Hakimiyyətə yaxın dairələrdən də bu barədə açıqlamalar ara-sıra olur. Lakin hələ məsələ ilə bağlı praktiki rəsmi addım, qərar verilməyib. Biz referendum keçirilməsini və bu sırada proporsional seçki sisteminin bərpasını çox istəyirik. Həmçinin Milli Məclis üzvlərinin sayının artırılmasını vacib hesab edirik. Əgər biz çoxpartiyalı sistemin inkişafını istəyiriksə, ilk növbədə proporsional seçki sistemi bərpa edilməlidir. Proporsional seçki sisteminə keçid partiyaların cəmiyyətdə nüfuzunun artması, partiyalara cəmiyyətin diqqətinin artması, partiya üzvlərinin sayının artması, partiyaların daha çevik işləməsinə gətirib çıxaracaq. Ona görə də bu sistemə keçid çox vacibdir. Proporsional seçki sisteminə keçidin baş verməsi siyasətin peşəkarlaşmasını şərtləndirəcək, təsadüfi insanların parlamentə düşməsi kimi hallar aradan qalxacaq, parlament daha aktiv olacaq. Seçicilər şəxslərlə yanaşı, partiyalara səs verəcəklər. AĞ Partiya olaraq biz proporsional seçki sistemi ilə keçiriləcək seçkilərə hazırıq”.
Milli Dirçəliş Hərəkatı Partiyasının Fərəc Quliyev isə bildirdi ki, yeni qanuna görə, partiyaların qeydiyyatı partiyaların format olunmasıdır. Partiyalar sanki format olunur. Bu formatlanma partiyaların gələcək seçkilərdə uğurlu fəaliyyətinə təkan verəcək. Azərbaycan Konstitusiyasında bir sıra dəyişikliklərə, o cümlədən proporsional seçki sisteminin bərpa olunmasına zərurət var: “Artıq siyasi arenada qalan partiyalarda onlar üçün yeni dövr başlanır, meydan açılır. Təbii ki, yeni çətinliklər də olacaq. Proporsional seçkilər bərpa olunacağı halda partiyaların üzərinə daha böyük məsuliyyət, daha çox işləmək, daha çox təşkilatlanmaq, daha çox üzvləri cəlb etmək kimi böyük məsuliyyət düşəcək. Proporsional seçki sistemində insanlar fərdlərə deyil, düşüncəyə, partiyanın ideologiyasına, proqramına səs verəcək. Qarışıq sistem çox vacibdir. Referendum olacaqsa və proporsional seçki sistemi bərpa ediləcəksə, cəmiyyət, partiyalar bu dəyişikliyə səs verəcək. Proporsional seçkilər partiyaların iştirakçılığına təkan verəcək. Proporsional seçki sistemi təkcə partiyalara hüquq vermək deyil, həm də məsuliyyət verməkdir, onları yoxlamaqdır. Partiyalar yerli seçkili idarəetmə sistemində iştirakçılıq əldə edəndə cəmiyyət onların necə idarə etdiyini, bacarıqlarını əyani görəcək. Eyni zamanda proporsional seçki sistemi partiyadxili rəqabəti də artıracaq ki, bu da partiyaların güclənməsinə səbəb olacaq. Bütün bu qeyd olunanlar partiyaların proporsional seçki sisteminin şərtlərinə uyğun fəaliyyətini zəruri edəcək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
|