Hansı məntiqlə Şuşada kazino açmaq olar? - ETİRAZ
Tarix: 9-12-2022, 08:57 | Çap et
Dövlət Turizm Agentliyi Şuşa şəhərinə turizm məqsədli səfərlərin təşkil edilməsi üçün işləri yekunlaşdırmaq üzrədir. DİA.AZ xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. O, bu barədə rəhbərlik etdiyi qurumun və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti”ndə danışıb. “Vətəndaşlarımız digər yerlərə olduğu kimi Şuşaya da turizm məqsədli səfərlər edə biləcəklər”, - deyə o qeyd edib.
“Qarabağın turizm potensialının öyrənilməsi, reallaşdırılması, tanıdılması üçün çoxistiqamətli tədbirlər icra olunur. Bu ilin mart ayında Tərtər rayonunun Suqovuşan kəndində Prezidentin iştirakı ilə turizm kompleksinin təməli qoyuldu. Eyni zamanda Ağdamda tarixi Şahbulaq qalası ətrafında turizm üzrə ilkin rekreasiya infrastrukturu qurulub. Şuşa şəhərinin və Daşaltı qəsəbəsinin, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcərin turizm imkanlarının qiymətləndirilməsi aparılıb, müvafiq inkişaf strategiyaları və fəaliyyət planlarına inteqrasiya edilib”, - deyə sədr əlavə edib.
İşğaldan azad edilmiş Qarabağda və ətraf bölgələrdə abadlıq, quruculuq işləri sürətlə davam edir. Turizm infrastrukturunun qurulması da görülən işlərin mühüm bir hissəsidir. Lakin bəzən ayrı-ayrı şəxslər tərəfindən nə məntiqə sığan, nə də qulağa xoş gələn təkliflər səslənir. Bunlardan biri də işğaldan azad edilmiş ərazilərdə kazinoların fəaliyyətinin və mərc oyunlarının təşkilidir. Kazinoların açılmasını “məsləhət görənlər” bunun turist axınına, iqtisadi inkişafa müsbət təsir edəcəyini, büdcəyə külli miqdarda gəlir daxil olacağını iddia edir. Qonşu Gürcüstanı da “örnək” gətirirlər ki, Tbilisidə kazinoların fəaliyyətinə rəsmi icazə verilməsi hətta pandemiya dövründə ölkənin gəlirlərinin artmasına səbəb oldu. Bizim bəzi kazino həvəskarları da “şəhid qanı ilə alınmış torpaqlarda kazino açmaq utancvericidir” deyənləri populizmdə günahlandırır, “bu pullar həmin rayonlarım büdcəsinə gəlir gətirəcəksə, niyə də olmasın? Bu pullarla işğaldan azad edilmiş əraziləri qısa müddətdə bərpa edə bilərik” söyləyərək ağla zərər açıqlamalarla çıxış edirlər. Guya ki, ölkəmizin maddi sərvətləri bitib-tükənib, büdcəmiz bom-boşdu, ümid qalıb kazinolardan əldə ediləcək haram pullara?! Əvvəla onu qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərin dayanıqlı inkişafına nail olunması məqsədilə müvafiq qurumlara lazımi tapşırıqlar əksini tapıb. Və Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə kazinoların açılmasına dair bircə söz, ifadə belə yoxdur. Deməli, kazinoların açılması dövlət başçısının iradəsindən kənardır. Bunu hansısa işbazlar, çirkli yollarla sərvət əldə edənlərin könlü istəyir. Könüllərindən keçir ki, Şuşada, Ağdamda kef eləyib, haram yolla qazandıqları pulları elə o cür də haram yolla kazinoda xərcləsinlər. Torpaqların müqəddəsliyinə xələl gətirsinlər.
Yazıçı-publisist, əslən şuşalı jurnalist Kərim Kərimli “Şərq”ə açıqlamasında kazino həvəskarlarının “məntiqinə” qarşılıqlı məntiqlə cavab verdi:
- Prinsip etibarilə müasir dünyada qanunla qadağan olunmayan fəaliyyətlərin əleyhinə deyiləm. Amma bir neçə haşiyə çıxmalıyam. Birincisi, niyə məhz Qarabağda, işğaldan azad edilmiş ərazilərdə kazino açılmalıdır? Kazino hansısa ərazi vahidinin büdcəsinə külli miqdarda gəlir gətirəcəksə, niyə, məsələn, Mingəcevirdə açılmır, gənclər şəhəri Sumqayıtda, ya paytaxtın özündə açılmır? Büdcə korluğu çəkən o qədər rayon, bölgə var ki. Hansı məntiqdən çıxış edərək məhz işğaldan azad edilmiş rayonlarda, Ağdamda, Şuşada açılmasını istəyirlər? Büdcə büdcədir, harda açılır açılsın, əldə olunan gəlir işğaldan azad edilmiş ərazilərə xərclənsin də. Hamımız, bütün ölkə ərazilərimizi, dağıdılmış şəhərlərimizi bərpa etmək üçün çalışmırıqmı?! İkincisi, nə Şuşanın, nə Ağdamın, nə də Qarabağın başqa bölgələrinin tanıdılması üçün kazinoya ehtiyacı yoxdur. Şuşa o günə qalıb ki, kazino hesabına tanınacaq, kazinoya görə ora axın olacaq? Bu, nə məntiqdir? Nədir, demək istəyirlər ki, Şuşanın Qafqazın konservatoriyası adlanmasından heç nə əldə etmədik, bəlkə “Qafqazın Las-Veqası” olar, bunun hesabına varlanar, tanınar?! Biabırçılıqdı bu! Üçüncüsü, əhali hələ doğma yurduna qayıtmayıb. Əhalinin köçündən əvvəl bölgədə kazinoların kök atması hansı məntiqə söykənir, düşünmək belə insanı incidir, alçaldır. Hazırda bütün qüvvələr, dövlətin bütün resursları əhalinin doğma yurdlarına qayıdışına sərf olunmalıdır. Əhali qayıtsın, evlər tikilsin, məskunlaşma prosesi sürətlənsin, sonra kazino barədə düşünərlər. Bir də ki, əhalinin qayıdışına əsas maneə ərazilərin minalanmasıdır. Deyirlər təhlükə var, aşkarlanmamış, partlamamış sursatlar təhlükəlidir. Bəs kazinolara gələnlər üçün təhlükəli olmayacaq?
K.Kərimli qeyd etdi ki, Şuşanın kazino ilə məşhurlaşmağa ehtiyacı yoxdur, bəlkə kazinonu Şuşanın hesabına populyarlaşdırmaq, yayğınlaşdırmaq istəyirlər, bu başqa məsələ:
- Şuşa kazinodan başqa hər nəylə desən məşhurdu. Eləcə də bütün cümlə Qarabağ. Təbiəti, təbii sərvətləri, maddi-mədəni xəzinəsi, mədəniyyəti, elmi, təhsili, səhiyyəsi, ictimai-siyasi xadimləri. Şuşanın hər şeyi var. Bircə kazinosu çatmır, onu da açmaq istəyirlər. Ola bilər, kimlərsə kazinonu Şuşanın, ümumilikdə Qarabağ adının hesabına məşhurlaşdırmaq, Qarabağ adından məkrli istifadə edib pul qazanmaq istəyirlər, bu başqa. Amma imkan versinlər, biz qayıdaq, sonra kazino “gələr”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Bu gün, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Bu gün, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
|