İran "səssiz qaldı": .....                     “Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” .....                     Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib .....                     “Şapka Mamed”in agentliyi məhkəməlik oldu .....                     Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur .....                     İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... .....                     Ermənistanda revanşizm güclənir: .....                     Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın .....                     İsrail “Hizbullah” liderini necə məhv edə bildi? .....                     “Sizi dörd şeyə görə qısqanırlar” .....                     ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: .....                     Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib .....                     Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər .....                     Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə .....                     Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi .....                     “Azercell Telekom” yenə məhkəməyə verildi .....                     “Türkiyə bizim düşmənimiz deyil” .....                     “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                     Anar Bayramovla işçisi arasında qalmaqal .....                     Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” .....                     Heydər Əsədovun səlahiyyətlərini kim icra edir? .....                     İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq .....                     İrandan Ermənistana daha bir jest: .....                     Yaxın Şərq böhranı: .....                     İran böyük müharibəyə başlayır? .....                     İcra Hakimiyyəti üç sanitar qovşağı .....                     Bu deputatlar mandatlarından məhrum edilə bilərlər .....                     Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” .....                     Fazil Mustafa onun da ömürlük həbsini istəyir .....                     Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu .....                     Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” .....                     Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir? .....                     İran hakimiyyəti adamlarını qoruya bilmir .....                     “Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” .....                     Laçın və İrpen qardaşlaşmış şəhərlər olub .....                     Nazim Bəydəmirliyə hökm oxunub .....                     MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: .....                     Prezident bir qrup prokurorluq işçisini təltif edib .....                     “İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... .....                 

Siyasi partiyalarla bağlı mənzərəni dəyişmək lazımdır - ÇAĞIRIŞ
Tarix: 25-08-2022, 08:42 | Çap et
Siyasi partiyalarla bağlı mənzərəni dəyişmək lazımdır
Rusiyada çar rejiminin yıxılmasından sonra xalqımız Azərbaycan Xalq Cümhuriyyətini qurmaqla türk-islam dünyasında ilkə imza atdı. Milli dövlətin yaradılması Azərbaycan xalqına öz taleyinə sahiblik imkanı verərək, inkişaf yolunda son dərəcə mühüm mərhələ oldu. Parlamentdə qəbul edilən qanunlar və hökumətin qərarları insan hüquq və azadlıqlarının qorunması baxımından dövrün ən mütərəqqi qanunvericilik aktları sırasında yer almaqdadır. AXC-də qadınlara seçki hüququnun verilməsi isə nəinki müsəlman Şərqində, hətta Avropanın bir çox sivil dövlətlərində nümunəvi addım sayılırdı. Cümhuriyyət dönəmində partiyalaşma prosesinin vüsət alması, siyasi təşkilatların sayının artması da əhalinin siyasi fəallığı ilə izah olunurdu. Təəssüf ki, 1920-ci il aprelin 27-də baş verən bolşevik işğalı bu inkişafın qarşısını aldı. Azərbaycanda sovet hakimiyyətinin mövcud olduğu təqribən 70 il ərzində totalitar sistemlərə xas idarəetmə tətbiq olundu. 1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə xalqımız yenidən öz taleyinin sahibi oldu. Qısa zamanda yeni siyasi partiyalar, mərkəzçi, sağçı, milli ideyalar gündəmə gəldi. Lakin siyasi partiyaların sayı durmadan artsa da, çoxpartiyalılıq formalaşsa da, cəmiyyətin siyasi fəallığı kifayət qədər artmadı. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların 58-i rəsmi dövlət qeydiyyatındadır. Bəzi siyasi partiyalar ictimai həyatda fəal şəkildə iştirak etsə də, əksəriyyətinin fəaliyyəti yalnız kağız üzərindədir. Ekspertlərin fikrincə, ölkəmizdə partiyaların siyasi iş aparması üçün ciddi maddi-texniki bazası yoxdur. Siyasi partiyaların iş aparması üçün hüquqi baza da yetərsizdir. Hesab edilir ki, əgər proporsional seçki sistemi olsaydı, partiyaların rolu da, vətəndaşların partiyalara marağı artmış olardı. Bunların heç biri olmadığı üçün əhalinin siyasi partiyalaşma meyli çox aşağıdır. Partiyalar ölkənin siyasi sistemində ciddi rol oynamırsa, vətəndaşların da partiyalara qoşulmağı mənasız görsənir.
Dia.az-ın məlumatına görə, siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Sherg.az"a açıqlamasında deyib ki, bütün cəmiyyətlərdə siyasi partiyalar cəmiyyətin əsas barometri hesab olunur. Professorun sözlərinə görə, partiyalar cəmiyyətin hakimiyyətə və dövlətə olan münasibətlərinin siyasi inikasıdır: “Partiyalar adətən iki qrupa bölünürlər – iqtidar və müxalifət partiyaları. Amma Azərbaycanda qeyri-adi vəziyyət yaranıb. Rəsmi qeydiyyatdan 60-a yaxın partiya keçsə də, əksəriyyəti bir-iki adamdan ibarətdir. 60 siyasi partiya onminlərlə mənsublarının olduqlarını iddia edirlər. Ancaq maraqlıdır ki, Azərbaycanda onların iddia etdiyi qədər siyasi fəal yoxdur. Statistikaya görə, əhalinin 10 faizdən çoxu bu və ya digər partiyaların üzvüdür. Ölkədə üzdə olan 5-6 siyasi partiya var. Onlar da sədr və müavinlərdən ibarətdir. Milli Məclisdə təmsil olunan siyasi partiyalarda da vəziyyət eynidir. Əlbəttə, bu mənzərəni dəyişmək lazımdır. Cəmiyyətdə vətəndaşların sosial-siyasi fəallığının, həmrəyliyinin artırılması üçün ciddi addımlar atılmalıdır. Bunun üçün ilk növbədə siyasi partiyaların tutarlı ideyaları olmalıdır. Hər partiyanın nizamnaməsində konkret olaraq hansı ideyaya xidmət göstərməsi qeyd olunmalıdır. Sovet imperiyasının sonlarına doğru partiya yaratmaq niyyətində olanlar öz ideyalarını açıq şəkildə bəyan edirdilər. Məsələn, milli istiqlalçılıq, vətəndaş həmrəyliyi, müsavatçılıq və s. siyasi ideyalar gündəmə gətirilir və cəmiyyətdə aktiv təbliğ olunurdu. İnsanların siyasiləşməsi, onlarda siyasi təfəkkür formalaşması üçün cəhdlər göstərilirdi. Azərbaycan 30 ildən artıqdır müstəqildir və bu müddət ərzində ideyasız partiyaların sayı daha da çoxalıb. Mənim düşüncəmə görə, kiçik partiyalar birləşməlidir və ölkədə 3-4 siyasi partiya olmalıdır. Xatırlayırsızsa, bir neçə iqtidaryönlü partiyalar hakim Yeni Azərbaycan Partiyasına birləşmək qərarı aldılar. Müxalifətdə olan sağçılar, solçular iki-üç partiyada cəmləşə bilərlər. Kiçik cəmiyyətlərdə bu qədər fikir müxtəlifliyinə yer yoxdur. Əgər bir millətin 60 siyasi partiyası varsa, deməli, xalq arasında 60 fərqli ideya var. Elə bunun özü bu qədər siyasi ideyanın olmadığına dəlalət edir. Mərkəzçi, sağçı, solçu, bir də sosial və ekoloji məsələlərlə bağlı ayrıca partiyaların fəaliyyət göstərməsi daha məqsədəuyğun olar”.
C.Nuriyevə görə, əksər ölkələrdə keçid dövründə partiyaların sayı çoxalıb, lakin getdikcə sayları azalıb: “Azərbaycanda isə “yağışdan sonra çıxan göbələk” partiyaların sayı artıb. Yerindən duran özünə bir partiya yaradır və özünü “politoloq”, “siyasi şərhçi” kimi tanıtmağa çalışır. Əksəriyyətinin biliyi, danışığı nə müasir səviyyəyə uyğundur, nə də cəmiyyət üçün faydalıdır. Əlbəttə, müxtəlif fikirlərin olması, plüralizmin inkişafı lazımdır. Ancaq insanları mənasız və əsassız çağırışlarla aldatmaq yolverilməzdir. Çoxpartiyalığı da cəmiyyətə “demokratiya” kimi sırımaq lazım deyil”.
Professorun fikrincə, destruktiv və konstruktiv müxalifəti bir-birindən ayırmaq lazımdır: “Əgər hökumətin yanlışları obyektiv tənqid olunursa, konstruktiv müxalifət formalaşar. Hamı qəbul edir ki, cəmiyyətdə siyasi rəqabət vacib amildir. Siyasi rəqabət mühiti formalaşmalıdır ki, insanların siyasi fəallığı artsın. Ağıllı fikir söyləyənlərə, faydalı təklif irəli sürənlərə qarşı “səlib yürüşü” həyata keçirilməsini də doğru saymıram. Hamını eyni cür düşünməyə məcbur etmək olmaz. Məhz belə davranış səbəbindən siyasi proseslər solğun, yekcins və cəmiyyət üçün maraqsız hala düşüb”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran "səssiz qaldı": - Hakimiyyət ən çox nədən qorxur?
Bu gün, 19:02
“Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” - GƏLİŞMƏ
Bu gün, 19:00
Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib
Bu gün, 18:24
“Şapka Mamed”in agentliyi məhkəməlik oldu
Bu gün, 18:21
Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur - NARAZILIQ VAR...
Bu gün, 18:15
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
Bu gün, 18:07
Ermənistanda revanşizm güclənir: -Çağırış edildi
Bu gün, 18:00
Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın səhmdarlarında dəyişiklik olub
Bu gün, 17:58
İsrail “Hizbullah” liderini necə məhv edə bildi? –Təfərrüatlar AÇIQLANDI
Bu gün, 17:43
“Sizi dörd şeyə görə qısqanırlar”
Bu gün, 17:39
ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: - Ağ Evə Ermənistan daha lazım olmayacaq
Bu gün, 17:37
Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib
Bu gün, 17:34
Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər - Neftin qiyməti kəskin düşərsə...
Bu gün, 17:33
Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə ŞAHİDİ OLUR
Bu gün, 17:30
Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 17:27
“Azercell Telekom” yenə məhkəməyə verildi
Bu gün, 17:24
“Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Bu gün, 17:00
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Bu gün, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Bu gün, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Bu gün, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Bu gün, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Bu gün, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Bu gün, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Bu gün, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Bu gün, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Bu gün, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Bu gün, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Bu gün, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Bu gün, 16:22
Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Bu gün, 16:18
Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu - FOTO
Bu gün, 16:11
Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” - BU NƏDİ BELƏ?!
Bu gün, 16:09
Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir?
Bu gün, 16:05
İran hakimiyyəti adamlarını qoruya bilmir – onlar satılırlar?
Bu gün, 16:01
“Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” - Xaçikyandan SƏRT ÇIXIŞ
Bu gün, 16:00
Laçın və İrpen qardaşlaşmış şəhərlər olub - FOTO
Bu gün, 15:58
Nazim Bəydəmirliyə hökm oxunub - DETALLAR
Bu gün, 15:55
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: - Namiq Poladov məni sürgün edib
Bu gün, 15:08
Prezident bir qrup prokurorluq işçisini təltif edib - SİYAHI
Bu gün, 14:42
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... - ONA GÖRƏ DƏ...
Bu gün, 14:10
İranda həbsdə olan Fəridin anası danışdı: - “Sağlığı ilə bağlı...”
Bu gün, 14:02
Gözlənilən əməliyyat və məntiqi nəticə: - İsrail dayanmaq fikrində deyil
Bu gün, 14:00
Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı - TƏFƏRRÜAT
Bu gün, 13:56
İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı
Bu gün, 13:09
"Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" - Ekspert
Bu gün, 13:07
Mülayim cənub-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:04
Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA – İkili vətəndaşlıq ləğv olunsa, NƏ DƏYİŞƏCƏK?
Bu gün, 13:02
Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi - Elçin Alıoğlu yazır...
Bu gün, 12:59
Xalq artistindən illər sonra ETİRAF: - “Bunu bacarmadım”
Bu gün, 12:45
Əvəz Zeynallının şikayətinə bu tarixdə BAXILACAQ
Bu gün, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru