“Əliməmməd Nuriyev və bandası korrupsioner rejimin 5-ci təkərinə çevrilib” – QHT sədrindən şok ittiham
Tarix: 10-06-2022, 08:40 | Çap et
“Hazırda cəmiyyətimizin əsas problemlərindən biri budur ki, ictimai nəzarətlə məşğul olan, şəffaflıq prinsiplərinə əsaslanan həm dövlət, həm də vətəndaş cəmiyyəti nümayəndələri də ruşvət və korrupsiyaya bulaşıblar. Belə olan halda ictimai nəzarəti seçkilərlə məhdudlaşdırmaq, nəzarət prosesinə sadə insanları, vicdanlı vətəndaş cəmiyyəti nümayəndələrini buraxmamaq nəinki dövlət və hökumət orqanlarında korrupsiya və ruşvətin qarşısını almır, əksinə bu kimi cinayətlərə bulaşmış məmurların mövqelərini daha da gücləndirir, korrupsioner idarəetmə aparatında yeni mexanizmlər yaradır. Nəticədə korrupsiya və rüşvətin həcmi böyüyür”. DİA.AZ xəbər verir ki, “Milli Mədəniyyətin Təbliği İctimai Birliyi”nin sədri Jalə Cəfərova Ovqat.com-a açıqlamasında belə deyib. Onun bildirdiyinə görə, rəhbərlik etdiyi “Milli Mədəniyyətin Təbliği İctimai Birliyi ABŞ-nın FHİ360 təşkilatının tərəfdaşlığı ilə dövlət qurumlarının fəaliyyətində şəffalıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyəti institutlarının, ictimai fəal insanların iştirakçılığının artırılması üçün pilot layihəsi çərcivəsində 15 sorğu keçirib: “Sorğunun nəticələri bunu deməyə əsas verir ki, əksər vətəndaş cəmiyyəti nümayəndələri, siravi vətəndaşlar və hökümət nümayəndələri rüşvətsiz, qanunların aliliyinə çalışan vicdanlı insanların dövlət qurumlarında təmsilçiliyinin tərəfdarıdır. Amma nə yazıq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və onun rəhbəri Əliməmməd Nuriyev, həmçinin Milli QHT Forumu dövlətin aparmağa çalışdığı bu islahatların həyata keçməsinə imkan vermir”. Jalə Cəfərovanın fikrincə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Milli QHT Forumunun rəhbərliyi altında formalaşan İctimai Şuralarda adətən eyni QHT nümayəndələri təmsil olunurlar: “Bu da Əliməmməd Nuriyevin və bandasının İctimai Suralarda təmsil olunma rekordlarını qırması ilə nəticələnir. Bəs ictimai əsaslarla olan və kifayət qədər vaxt və əsəb tələb edən içtimai şuralarda təmsilçilik marağı nədən ibarətdir? Aysberqin qorunməyən hissəsinin ilkin araşdırması bunu gostərdi ki, ictimai şuralar dövlət qurumlarında xüsusi imtiyazlar əldə edir. Məsələn, QHT Forumunun rəhbərliyi Ədliyyə Nazirliyində ictimai şuranın üzvü olar olmaz “mediator” xidmətinə yiyələnib , Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında içtimai şuranın sədri Elbay Qasımzadənin rəhbərlik etdiyi “EL & EN" firması elə həmin qrumun keçirdiyi tender müsabiqəsinin qalibi olub. Mətbuatın yazdığına görə, “EL & EN" firması Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Göytəpə şəhərinin baş planı üçün komitədən 149 min 694 manat 80 qəpik pul alıb”. Həmsöhbətimizin bildirdiyinə görə, halbuki, “İctimai iştirakçılıq haqqında Qanun”un 4-cü maddəsində ictimai iştirakın ədalətli təşkili üçün müxtəlif kriteriyalar nəzərdə tutulub: qanunçuluq; könüllülük; şəffaflıq; plüralizm; bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsipləri. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu sahəni öz inhisarına alması isə sözügedən prinsiplərin həyata keçirilməsinin qarşısını alır. Beləcə, İctimai Şuralar korrupsioner rejimin 5-ci təkərinə çevrilir. Dövlət qurumlarının qapalı qalmaq, ictimaiyyətin gözündən uzaq, qeyri-şəffaf şəkildə idarəçiliklərini davam etdirmək istədiklərini bildirən Jalə xanımın fikrincə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının onlarla əlbir olması korrupsiya və rüşvət mexanizminin çiçəklənməsinə gətirib çıxarır. “Çünki bu məsələdə ictimai şuralarda təmsil olunan vətəndaş cəmiyyəti nümayəndələri öz xeyirlərinə görə dövlət qrumları ilə əməkdaşlıq edirlər. Nəticədə dövlət qurumları yanında fəaliyyət göstərən ictimai şuralar da qapalı şəkildə fəaliyyət göstərirlər və onlar xalqın mənafeyinə xidmət etmirlər. Bəzi vicdanlı QHT nümayəndələri, xüsusilə Azad İstehlakşılar Birliyinin sədri Eyyub Hüseynov, Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək ictimai birliyi sədri Məhəmmədhəsən Həsənov və bir çox ictimai şuralarda təmsil olunmayan QHT nümayəndələrindən başqa, demək olar ki, əksər İctimai Şuralar korrupsioner məmurların nəzarəti altındadır”, - Jalə Cəfərova bu qənaətdədir. Ekspertlər məsələnin həlli üçün dövlət qurumları yanında ictimai şuraların açıq tutulmasını, istənilən vətəndaş cəmiyyəti nümayəndəsinin bu platformalarda fəaliyyətinin təmin olunmasını təklif etdiyini vurğulayan J.Cəfərova “Milli Mədəniyyətin Təbliği İctimai Birliyi”nin ABŞ-nın FHİ360 təşkilatının tərəfdaşlığı ilə dövlət qurumlarına bəzi təkliflər göndərdiyini bildirib. Həmin təkliflər bunlardır: -Dövlət qurumları yanında ictimai nəzarət platforması yaradılsın, platformaya üzv olmaq sərbəst tutulsun; -platformanın idarəçiliyi içtimai nəzarət platformasının üzvlərindən seçilmiş şura və qurumun ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən həyata keçirilsin; -içtimai şura hər ay iclas keçirsin, aylıq və rubluk platforma üzvülərinə hesabat versin, platforma üzvlərinin iclaslarda iştirakına qadağa qoyulmasın; -şura seçkiləri prosesinə qatılmaq istəyən platforma üzvü olmayan digər QHT-lərin də prosesdə iştirakı təmin olunsun; -hər seçki şuraların tərkibinin ən azı 1/3 hissəsinin dəyişməsi ilə həyata keçirilməlidir ki, bu da bir başa demokratiya və şəffaflığın əsas prinsiplərinə xidmət edir; -platformaya üzvlərin qəbulu sadə şəkildə e-mail və ya kağız daşıyıcıda müraciət əsasında şura və qrumun ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən həyata keçirilsin. -platformaya idarə edilməsi bütün üzvlərin e-maillərini birləşdirən şəbəkə vasitəsi ilə həyata keçirilməsi daha effektiv ola bilər. Buna misal olaraq Şərq tərəfdaşlığı vətəndaş cəmiyyəti şəbəkəsi, MHŞT vətəndaş cəmiyyəti şəbəkəsi, Dövlət Neft fondu yanında mövcüd olmuş vətəndaş cəmiyyəti şəbəkəsi, Açıq Hökümət vətəndaş cəmiyyəti şəbəkəsi və s. qeyd etmək olar. QHT rəhbəri onu da vurğuladı ki, Milli Mədəniyyətin Təbliği ictimai birliyi ABŞ-nın FHİ360 təşkilatının tərəfdaşlığı ilə dövlət qurumlarının etdikləri təkliflərın yaxın gələcəkdə tətbiq edilməsi ilə əlaqədar bəzi idarələrdə razılıq əldə olunub. Dövlət Miqrasiya Xidməti, KOBİA , Xocali RİH kimi qurumlar bu təşəbbüsə razılıq verən ilklər arasındadır: “Layihə çərcivəsində biz maksimum dərəcədə İctimai şuralarda vətəndaş cəmiyyətinin iştirakçılığını təmin edəcəyik. İctimai şuralara seçkilərin keçirilməsi vətəndaş cəmiyyəti nümayəndələrinin ictimai iştirakçılıqda ictimai platformalarda fəalıyyətini heç də qadağan etmir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
|