"Onlar fürsət düşdükcə və ayaqları yer tutduqca iddialarını davam etdirəcəklər" - Partiya sədri
Tarix: 22-02-2022, 08:00 | Çap et
Ermənistan Xarici İşlər Nazirliyi 1988-ci ilin fevral hadisələri ilə bağlı bəyanat yayıb. Bəyanatda “artsaxın dirçəliş günü” kimi “qeyd edilən” tarixin - 20 fevral 1988-ci il ildönümündə növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar əks olunub. İddia olunub ki, guya, bu hadisə “insan haqları” ilə bağlı ümumerməni hərəkatının əsasını qoyub. Bəyanatda həmçinin vurğulanıb ki, 34 ildən sonra, iki dəfə qanlı müharibə olmasına baxmayaraq, “Ermənistan və artsax milli hədəflər, dövlətçilik, suverenlik, erməni haqları və beynəlxalq tanınma” istiqamətində səylərini davam etdirir. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfinin sərsəm bəyanatını cavabsız qoymayıb.
XİN-in mətbuat xidmətindən bildirilib ki, 1988-ci il 20 fevral tarixində erməni separatçılığının əsası qoyulub. Qeyd olunub ki, Ermənistanın aqressiv erməni separatçılarını dəstəkləməsi və təcavüzkar siyasəti nəticəsində Azərbaycanın ərazilərinin bir hissəsi 30 ilə yaxın işğal altında qalıb. Ermənistanın “dirçəliş” kimi qiymətləndirdiyi aqressiv separatçılıq bölgədə onilliklər ərzində davam edən genişmiqyaslı fəlakətə gətirib çıxarıb. Bu vəziyyət bölgənin uzun illər ərzində sülh və təhlükəsizlik şəraitində inkişafına ciddi əngəl törədib: “Hazırda bölgədə beynəlxalq hüququn bərqərar olduğu və iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin edildiyi bir vaxtda Ermənistan XİN-in bəyanatı bu ölkənin son hadisələrdən hələ də dərs çıxarmadığını göstərir. Belə bir destruktiv yanaşmanın heç bir gələcəyi yoxdur”.
Məlumat üçün bildirək ki, Qərbi Zəngəzurun Ermənistana verilməsindən sonra Azərbaycanın daxilində qara yara kimi yaradılan keçmiş DQMV-da ermənilər deyil, hər zaman azərbaycanlılar diskriminasiyaya məruz qalıb. Azərbaycanlıların bu torpaqlardan çıxması üçün hər vasitəyə əl atılıb. Keçmiş DQMV-də ermənilər tam şəkildə ermənidilli orta məktəblərdə təhsil alıblar, bütün reklam lövhələri, idarə adları ermənicə yazılıb.
Xankəndidə ermənilərin ali məktəbi fəaliyyət göstərib. DQMV-dəki idarə və müəssisələrdə, rəsmi qurumlarda hər zaman ermənilər birinci postu tutublar və yazışmalar ermənicə aparılıb. 1988-ci il 20 fevrala qədər əhalinin böyük əksəriyyəti ermənilər olub və onların sayı şişirdilərək 149 minə çatdırılıb. Nəinki Dağlıq Qarabağda, Azərbaycanın bütün regionlarında, əsasən də Bakıda ermənilər yüksək vəzifələrdə təmsil olunublar, ən gəlirli sahələrə rəhbərlik ediblər və yaxud orda əsas adamlardan biri olublar. Yalnız 1988-ci il hadisələrindən sonra ermənilərin Azərbaycandan növbəti dəfə torpaq qoparmaq istəyinə qarşı Azərbaycan ictimaiyyəti etirazını bildirib. Bakıda dinc aksiyalar keçirilib. Buna cavab olaraq isə ermənilərin Qarabağda azərbaycanlılara qarşı hücumu və qətliamları başlayıblar. Xocalı və Ağdaban da daxil olmaqla, bir neçə dəhşətli soyqırım həyata keçiriblər. DİA.AZ-ın məlumatına görə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev “Şərq”ə deyib ki, Ermənistanda monolit siyasi elita yoxdur. Partiya rəhbərinin sözlərinə görə, ermənilər Azərbaycan xalqı ilə yanaşı, öz aralarında da savaşır, mübarizə aparırlar:
“Ermənilərin bir sıra məsələlərə baxışı ziddiyyətlidir. Ona görə də indiki dövrdə bu formada bəyanat yaymaları o qədər təəccüb doğurmur. Ermənilər 1978-ci ildə torpaqlarımıza gəlişlərinin 150 illiyi münasibəti ilə bir abidə qoymuşdular. Yəni 1828-ci il müqaviləsindən sonra bura köçürüldüklərini özləri etiraf ediblər. Ucaltdıqları abidə ilə öz miflərini dağıtdılar. Ermənistan 44 günlük müharibədə məğlub olandan sonra artıq heç kim demək olar ki, Qarabağ haqqında, “status” barəsində danışmır. Hətta uzun müddət arxalandıqları, müəyyən qədər stimul aldıqları Fransa kimi dövlətlər də daha çox Azərbaycan-Ermənistan əməkdaşlığından, sərhədlərdəki konfliktlərdən danışırlar. Ona görə də İrəvan hökuməti Qarabağ erməniləri məsələsini gündəmdə saxlamaq üçün müxtəlif manevrlər edirlər. Qondarma rejimin “xarici işlər naziri” İrəvanda kitab təqdimatı keçirtmişdi. Orada bəyan etmişdi ki, “Kəlbəcərin itirilməsi iki “erməni respublikası”nın su ehtiyatlarına böyük zərbə vurub”. Ancaq bu kimi məsələlər ciddiyə alınmır. Ermənistan özü çox hay-küy salanda İrəvan deyirlər ki, “heç siz özünüz qondarma rejimi tanımırsız, başqasından tələb edirsiz”. Lakin belə absurd bəyanat göstərir ki, ermənilər fürsət düşdükcə və ayaqları yer tutduqca iddialarını davam etdirəcəklər”.
F.Quliyevə görə, bu məsələnin gündəmdə qalması həm daxili auditoriya, həm də xarici tərəfdarları üçün vacibdir:
“Sülh müqaviləsinin imzalanmasını yubatmaq, sərhədlərin müəyyənləşməsini gecikdirmək Qarabağ məsələsini gündəmdə saxlamağa xidmət edir. Xankəndi və ətrafında 27 minə qədər erməni yaşadığı deyilir. Onların hamısının 1988-ci ilədək doğulanlardan ibarət olması, yoxsa sonradan sürü kimi rus sülhməramlıları tərəfindən bölgəyə gətirildiyi məlum deyil. Hesab edirəm ki, Ermənistanın XİN-in absurd ittihamlarına tutarlı cavab verilməlidir, amma məsələni çox da ciddiyə almamalıyıq. Rəsmi Bakının mövqeyi və addımları düzgündür”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|