Mehdiyevin istefası nə zaman rəsmiləşəcək - qanunun tələbi NƏDİR?
Tarix: 17-02-2022, 08:40 | Çap et
AMEA prezidenti Ramiz Mehdiyev “sindromu” davam edir. O, postundan istefa verdikdən sonra yenə də akademiyada iş başındadır. Baku TV-yə açıqlamasında deyib ki, ərizəsini prezidentə təqdim edəcək, ondan sonra AMEA ilə vidalaşacaq.
Göründüyü kimi, o istəyir ki, işdən prezident sərəncamı ilə çıxarılsın.
Qeyd edək ki, Mehdiyevin istefasını tələb edənlərin sayı durmadan artır. Hətta vaxtilə ona yaxın olan, komandasının üzvü olduğu deyilən şəxslər də dilə gəliblər. Onlar da israrla “Boz kardinal”dan getməyi tələb edirlər.
İndi necə, Mehdiyevin istefasından sonra yenidən iş başında görünməsi barədə onun gedişini arzulayanlar nə düşünürlər? Bunun izahı nədir? Adam dedi istefa vermişəm, evdə oturacam, kitab yazacam, amma dediyindən geri çəkilmiş görünür...
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın sözlərinə görə, rəsmi prosedur belədir ki, AMEA prezidenti ölkə başçısının rəsmi sərəncamı ilə təyin olunur: “Elmlər Akademiyasında seçilsə də, təyinat olur. Sərəncam verilməlidir ki, işdən azad olunsun. Akademiya dövlət orqanıdır. Dövlət orqanında da bir şəxs ərizə yazanda onun ərizəsi qəbul olunana, hər hansı bir şəkildə sərəncam çıxmayana qədər konkret həmin sahədə məsuliyyət daşıyan şəxs kimi fəaliyyət göstərir. Çünki oranın idarə edilməsində məsuliyyətin kimin üzərində olması artıq müəyyən olunub. Mütləq şəkildə istefa ərizəsi prezidentə təqdim olunur, ölkə başçısı da müvafiq sərəncam verir və məsələ də bununla həllini tapır. Həmin ərizə olmayana qədər həmin şəxs orada məsuliyyət daşıyır. İstefa ərizəsinin qəbul olunub-olunmayacağı prezidentin səlahiyyətinə aid bir məsələdir. Burada söhbət hüquqi prosedurdan gedirsə, mən onun hüquqi izahını verə bilərəm. İndi burada hansı niyyət güddüyü, hansı məqsədlə etdiyi bir qədər məlumat tələb edir. Ortada olan odur ki, istefa verilib. Burada hər hansı bir şəkildə istefadan geri çəkilməyin özü mənəvi problem yaradır. Rəyasət Heyətində həmin şəxs öz iradəsini ortaya qoyub. Milli Məclisdə bir millət vəkili istefa verirsə, bu protokola düşürsə, onun istefası qəbul olunmuş sayılır. Amma burada belədir ki, prezident sərəncamı ilə təyin olunduğuna görə istefa ilə bağlı mütləq şəkildə sərəncamı verən instansiyaya müraciət etməlidir. Ondan sonra qeyd etdiyimiz prosedur başladılır. Akademiya prezidenti seçilənə qədər həmin vəzifəni I vitse-prezident icra edir. Bir sözlə, hüquqi prosedurda istefa səsləndirmək yetərli deyil”.
Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli AMEA rəhbərini çıxarmaq səlahiyyətinin yalnız dövlət başçısına aid olduğunu bildirdi: “AMEA prezidentini vəzifəyə ölkə prezidenti təyin edir, eyni zamanda azad etmə səlahiyyəti də yalnız ona məxsusdur. Rəyasət Heyəti ilə də müəyyən məsləhətləşmələr aparılır. AMEA prezidenti istənilən zaman istefa verə bilər. Amma istefa verməyin özü onun vəzifədən kənarlaşması anlamına gəlmir. Mütləq şəkildə ərizə prezident tərəfindən qəbul olunmalıdır və qeyd edilməlidir ki, filankəs istefa ərizəsi verdiyinə görə Milli Elmlər Akademiyasının rəhbəri vəzifəsindən azad olunur. Nə qədər ki, belə sərəncam yoxdur, istefa verən şəxs işini davam etdirməlidir. Burada təbii ki, hakim komandaya qarşı meydan oxuma elementləri olmamış deyil. Amma məhz iş başına gəlməsi hesab edirəm ki, meydan oxuma deyil. Dediyim kimi, istefa qəbul olunandan sonra hüquqi qüvvəyə malik olur”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Boz kardinal”ın təhlükəli oyunçu olduğunu qeyd etdi: “Ramiz Mehdiyevə qarşı çoxsaylı mövqelər bildirilib. Biz hər zaman onun hədəfində olmuşuq, o da bizim hədəfdə. Zaman-zaman onu tənqid etmişik, mövqelərimizi səsləndirmişik. Son zamanlar hiss olundu ki, o, bir kampaniyaya qoşulub. Ramiz Mehdiyev çox təhlükəli bir oyunçudur. Vəziyyətin getdikcə gərginləşdiyini gördü, ortamı sakitləşdirməyə çalışdı və bunun üçün də istefa vermək xəttini seçdi. Bütün media orqanları da bunu tirajladı. Bir çox adamlar da o istefadan sonra Ramiz Mehdiyevin əleyhinə danışmağa başladı. Amma bir şeyi unutdular ki, Ramiz Mehdiyev bu sahədə çox təcrübəli adamdır. Onu vəzifəsindən yalnız prezident azad edə bilər. Hansı qərarın veriləcəyini yəqin ki, qarşıdakı günlərdə görəcəyik. Zaman etibarı ilə Ramiz Mehdiyev Azərbaycanın keçmişidir. O getməlidir və gedəcək də. Bir məsəl var ki, ictimai rəy o rəydir ki, heç kəs onu nəzərə almır. Əsasən bu, Azərbaycana aiddir. Bizim rəydə Ramiz Mehdiyev getməyib. Amma zaman baxımından o gedəcək. İndiki halda fakt odur ki, o, işinin başındadır. Onun istefasını prezident qəbul edə də bilər, etməyə də. İstefanın bir müddət sonra da qəbul olunması mümkündür”. //musavat.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|