İqtidar müxalifəti ”özü istədiyi halda" görüş üçün çağırır, YOXSA?.. - GƏLİŞMƏ
Tarix: 16-02-2022, 09:48 | Çap et
Ölkədə iqtidarla müxalifət arasında dialoq mövzusu son vaxtlar sanki çox arxa plana keçib. Bu mövzuda nə aktiv diskussiyalar, nə də təşəbbüslər diqqət çəkir. Mövzuları təklif edən, təşəbbüsləri irəli sürən tərəf yalnız iqtidar olduğundan ondan yeni təklif gəlmədi və müzakirələr də dayandı.
Yeri gəlmişkən, qeyd edək ki, bugünlərdə AXCP funksioneri Fuad Qəhrəmanlı iqtidarı real müxalifətlə siyasi dialoqa başlamağa çağırıb. O deyib ki, ölkədə proporsional seçki sistemi bərpa olunmalı və bu əsasda növbədənkənar, mümkün qədər demokratik parlament seçkisi keçirilməli, siyasi azadlıqların önü açılmalıdır.
“Bununla müxalifətin siyasi sistemə inteqrasiyası yolunda əngəl aradan qaldırıla, yumşaq siyasi keçidin bazası yaradıla bilər. Azərbaycanla Avropa İttifaqı arasında nəzərdə tutulan strateji tərəfdaşlıq sazişi imzalanaraq ölkədəki islahatlara beynəlxalq dəstək təmin olunmalı və Avropaya inteqrasiya istiqamətində real addımlar atılmalıdır”, - deyə o bildirib.
Təmasların dayanmasına səbəb nədir? Cəmiyyəti narahat edən aktual mövzular yoxdur, yoxsa tənqidçilərin iddia etdiyi kimi, “iqtidar müxalifəti ”özü istədiyi halda" görüş üçün çağırır. Bütün təmaslar məhz iqtidara lazım olduğu halda gerçəkləşir, yoxsa müxalifət özü də tənbəlləşib, iqtidara müzakirələr üçün mövzular təklif edə bilmir və sairə... DİA.AZ "Yeni Müsavat"a istinadla xəbər verir ki, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bu gün dialoq istəyənlərin vaxtilə hakimiyyətlə olan təmaslarından söz açdı: “İndiyə qədər iqtidarla müxalifət arasında lazımi səviyyədə danışıqlar olmayıb. Danışıqlar xaricilər vasitəsilə aparılıb. 90-cı illərin ikinci yarısından proseslər belə gedib. Bu da ayrı-ayrı məsələlərin müzakirəsi ilə bağlı olub. Müxtəlif sənədlər qəbul olunub. Seçki qanunvericiliyi də qəbul edilib. Özlərini radikal müxalifət adlandıran şəxslər həmin proseslərin içərisində olublar. Həmin şəxslərin zaman-zaman hakimiyyətlə müəyyən danışıqları olub. Müəyyən qədər istəkləri yerinə yetirilib. Həmin qüvvələr bir növ çalışıblar ki, müxalifəti inhisarda saxlasınlar. Xarici dairələr vasitəsilə hakimiyyətlə danışıb istəklərini alanlar bu gün özlərini real müxalifət kimi təqdim edirlər.
Daha çox xaricilərin ”uşağı" qismində çıxış ediblər. Təzyiqlər yolu ilə nəsə götürməyə çalışıblar. Zaman keçdikcə digər siyasi təşkilatlar da ortaya çıxdı. Sonradan göründü ki, ölkədə daha rasional düşünən siyasi qüvvələr də var. Ölkədə dinc şəkildə qarşıdurma olmadan da prosesləri idarə etmək reallığı üzə çıxdı. Bunun üçün hakimiyyətlə dialoq lazımdır. İqtidar nə qədər radikal, sərt olsa da, reallığı qiymətləndirmək lazımdır. Ölkənin mənafeyi üçün danışıqlar olmalıdır. Gedib düşmənlərimizlə danışırıq, niyə də iqtidarla danışmayaq? Onun üçün də bir sıra təşkilatlar dialoq təklifi ilə çıxış etdi. Son iki ildə hakimiyyət tərəfindən bu istiqamətdə müəyyən qədər addımlar atıldı. Onu da bildirək ki, iqtidar daxilində bu dialoqun əleyhinə olanlar var idi. Ramiz Mehdiyevin sərt xətti var idi. Bildiyiniz kimi, son illərdə münasibətlər xeyli dərəcədə yüngülləşdi. Söhbət ondan gedir ki, Azərbaycanda 1-2 siyasi təşkilat var, deyirlər ki, danışıqları bizimlə aparın. Həmin radikal xəttin əsas arzusu bu idi. Çünki onlar öyrəşiblər. Zaman-zaman deputat yerləri alıblar, başqa istəkləri yerinə yetirilib. İqtidarla bu qüvvələr arasında münasibətlərin pozulmasına səbəb odur ki, iqtidara “atıblar”. Hakimiyyət də onları sərt şəkildə cəzalandırıb. İndi dialoq təşəbbüsü ilə çıxış edirlər. Məsələlərin geniş müstəvidə həllini istəyirlərsə, biz bunun əleyhinə deyilik. Nəhayətdə ölkədə danışıqları dinc surətdə həyata keçirməliyik. Hakimiyyət də dialoq adı altında imitasiya xarakterli davranışlar sərgiləməməlidir. Burada söhbət real danışıqlardan gedir. Eyni zamanda nəhayət, müxalifət də üzünü ölkə daxilinə tutmalıdır".
Partiya sədri iqtidarla müxalifət arasında təmasların dayandığı yönündə deyilənlərlə razılaşmır: “Bilirsiniz ki, ölkədə pandemiya şəraitidir. İstəyirdik ki, hakimiyyət nümayəndələri ilə müxalifət təmsilçiləri arasında görüşlər keçirilsin. Bu görüşlərdə açıq şəkildə olsun, yəni bağlı qapılar arxasında olmasın. Hakimiyyətə də istəklərimizi demişdik. II Qarabağ savaşı başlayandan 2-3 gün keçmiş hakimiyyətlə siyasi partiyalar arasında zoom üzərindən görüş keçirildi. Ondan sonra biz istəyirdik ki, siyasi təşkilatlarla ölkə prezidenti arasında bir görüş baş tutsun. Biz nəhayətdə bir araya gəlməyi bacarmalıyıq. Təəssüflər olsun ki, hazırda Azərbaycanda sosial şəbəkələr daha çox qaragüruh, radikal qüvvələrin nəzarəti altındadır. Səhərdən axşama qədər kin, nifrət bəsləyirlər, şər-böhtan yağdırırlar. Adamların 50-70 yaşları var, iş-gücləri digər siyasi qüvvələri gözdən salmaqdır. Siz necə dialoqdan danışırsız ki, öz olduğunuz düşərgədə digərlərinə nifrət bəsləyirsiz, onlara şər-böhtan yağdırırsız? Azərbaycanın bu radikal müxalifət qanadının nəzarətində olan şəbəkələr var. Biz heç siyasi təşkilatlarla dialoq apara bilmirik, o da qala iqtidarla. Daha ağıllı, rasional düşünən qüvvələrin üzərinə ”səlib yürüşü" təşkil olunur. Kimsə indi sonradan dialoqa getmək istəyirsə, getsin. Onlara nəsə deyən yoxdur. Amma sosial şəbəkələrdə bu təhqirlərə son verilməlidir. Bunlar hamını söyürlər. Hamını söyənlərlə də necə dialoqa getmək olar?"
ALDP rəhbəri Fuad Əliyev deyilənlərlə razı deyil: “Ölkədə iqtidarla müxalifət arasında dialoq mövzusu son vaxtlar sanki çox arxa plana keçib” fikirləri ilə razı deyiləm. Başqalarını deyə bilmərəm, amma ALDP olaraq biz dialoqu davam etdiririk. Demək olar ki, ölkədə gedən bütün prosesləri, vətəndaşları narahat edən problemləri mütəmadi olaraq müzakirə edirik və öz tərəfimizdən təkliflər veririk. Pandemiyanı nəzərə alaraq bu müzakirələrin əksəriyyəti onlayn olub. Ola bilər ki, bəzi partiyalar müzakirələr etmək üçün bir mövzu tapa bilmirlər və iqtidar tərəfindən təkliflər gözləyirlər. Bu da həmin partiya sədrlərinin siyasətdə təsadüfi olduqlarının bir sübutudur. Kimlərsə iqtidar-müxalifət dialoqundan kənarda qalıbsa, bu onların problemidir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|