Qərb Azərbaycanda İNQİLAB ETMƏK İSTƏYİR? - NƏ BAŞ VERİR?
Tarix: 16-02-2022, 09:09 | Çap et
“İlham Əliyevin 17 illik hakimiyyəti dövründə - həm 2005, 2013, 2015-ci illərdə Qərb hakimiyyətin gözdən salınması, rəngli inqilabların təşkil olunması, çoxsəviyyəli narazı elektoratın formalaşdırılması üçün ardıcıl və sistemli fəaliyyət həyata keçirib. Bunları isə müxtəlif fondlar QHT-lərin dəstəyi ilə reallaşdırmağa çalışıblar”. DİA.AZ “Yeni Müsavat”a istinadla bildirir ki, haqqın.az portalında dərc edilən araşdırma yazısında belə deyilir. Məqalədə qeyd olunur ki, Qərb QHT-lərinin fəaliyyətinin qadağan olunması və inqilabçı-liberal layihələrin maliyyələşməsinə qarşı fəal mübarizə sayəsində Bakıda çoxillik siyasi sakitlik bərqərar olub: “Siyasi mübarizə əvvəlki nüfuzlarını itirmiş marginal ”cəbhəçilər" və onların tərəfdarları istisna olmaqla, fərqli və hətta antaqonist qüvvələrin təmsilçiləri dinc və nisbətən sivil parlament müstəvisinə daşındı".
Bildirilir ki, Qarabağ müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazdakı maraqlarını və mövqelərini gücləndirmək niyyəti Qərbin hazırladığı strategiya ilə ziddiyyət təşkil edir: “Bunu ABŞ-ın aparıcı QHT-si olan, postsovet məkanda daha çox mistik �?’NED’’ abbreviaturası ilə tanınan Milli Demokratiya Fondunun sonuncu hesabatı da təsdiqləyir. ABŞ xüsusi xidməti tərəfindən soyuq müharibənin ”Qızıl əsri"ndə yaradılmış bu təşkilat qarşısına dünyada demokratiyanın yayılması kimi xoşməramlı və humanist məqsəd qoyduğunu bəyan edir. Əslində isə XXI əsrin ximerasına - idarə olunan xaosa xidmət edir. Və ABŞ Konqresi tərəfindən maliyyələşir. Məhz �?’NED’’ Soros institutları ilə birlikdə “Ukrayna iğtişaşı”, “Ermənistan qarışıqlığı”, “Qırğızıstan parlament inqilabı”, “Yaxın Şərq apokalipsisi” kimi proseslərin maliyyələşdirilməsinə cəlb olunub. Bunu isə ABŞ-ın aparıcı QHT-si olan Milli Demokratiya Fondu (NED) üzərinə götürüb".
Haqqin.az-ın məlumatına görə, �?’NED’’ Azərbaycan hakimiyyəti əleyhinə təxribat strategiyasını maliyyələşdirmək üçün xüsusi proqram hazırlayıb. Təşkilat hesabatında Azərbaycandakı yeni etirazçı QHT-lərin fəaliyyət göstərəcəyi istiqamətləri açıqlayıb. Hakimiyyət mənbələrindən alınan məlumata görə, amerikalılar etirazçı qüvvələrin əvvəlki, 2010-2015-ci illərdəki maliyyələşmə sistemini bərpa etməyi planlaşdırır, intellektual və yaradıcı gənclikdən yeni inqilabi sosial baza formalaşdırmaq, bölgələrdə siyasi aktivliyi artırmaq məqsədi güdür, “korrupsiya ilə mübarizə” kimi populyar sosial şüarla mübarizəni gücləndirməyə və yalançı faktoloji baza əldə etməyə, tenderlər üzərində nəzarəti artırmağa və bununla da yeni yaradılan vətəndaş cəmiyyəti üçün “korrupsiyaçı və anti-xalq hakimiyyətlə ədalətli mübarizə”nin yeni gündəliyini, ideya-siyasi əsasını hazırlamağa çalışır" deyə, qeyd olunur. İddia olunur ki, �?’NED’’ təşkilatın 2022 planlarında Azərbaycan üçün xüsusi vəsait ayrılıb. “Amerika pulları Gürcüstanda nağdlaşdırılır və oradan Bakıdakı müxalifətçilərə daşınır”, - deyə sonda bildirilir.
Bildirilir ki, bu planlarda “NED”lə yanaşı Azərbaycan əleyhinə fəaliyyəti ilə tanınan liberal “Freedom House”, habelə etirazların nüvəsinin - gəncliyin siyasi aktiv kəsiminin - fəallaşdırılması və ardınca hakimiyyətin dəyişdirilməsi ssenarisini hazırlamaq işinə cəlb edilən Çexiyanın PIN təşkilatı iştirak edir. ABŞ xüsusi xidmət orqanları ilə sıx əlaqədə olan məhz bu üç Qərb QHT-si dekabrın 10-da, Vaşinqtonda ilk “Demokratiya sammiti” keçirilən vaxt Belqradda Azərbaycandakı vəziyyətlə bağlı müşavirə təşkil edib. Tədbirin sponsoru NED, təşkilati dəstəkçiləri isə “Freedom House” və PIN olub. Diqqət çəkən odur ki, tədbir də, dinləmələr də KİV və sosial şəbəkələrdə əksini tapmayıb, məsləhətləşmələr isə daha çox məxfi xarakter daşıyıb.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 2-də gənclərlə görüşündə bu məsələlər barədə ümumi fikirlər bildirmişdi. Prezident demişdi ki, Azərbaycanda siyasi vəziyyəti gərginləşdirməyə çalışanlar “yeni üsullar axtarır və hədəf gənclərdir”. “Çünki gəncləri yoldan çıxarmaq hesab edirlər ki, daha asandır. Bu səylər davam edəcək. Nə qədər ki, biz dövlətçiliyin keşiyində dayanmışıq, müstəqil siyasət aparırıq, bu, davam edəcək. Azərbaycan gəncləri əminəm ki, bu fitnələrə heç vaxt uymayacaq. Azərbaycan gəncləri həm mülki həyatda, həm orduda, həm sərhəddə - hər yerdə öz böyüklüyünü dəfələrlə göstərmişlər və əminəm ki, dövlətimizin ləyaqətinin qorunması işində bundan sonra da fəal və uğurlu olacaqlar”, - deyə dövlət başçısı bildirib.
Bizim siyasətçilər, mütəxəssislər bu haqda nə düşünür? Məqalədə deyilən iddialarda həqiqət payı varmı? DİA.AZ-ın məlumatına görə, YAP üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması ilə bağlı xarici dövlətlər və təşkilatlar tərəfindən zaman-zaman addımlar atılıb, amma uğur qazanmayıb, onlardan biri də “NED” olub. “Bu təşkilatın nümayəndələri ayrı-ayrı fəal gənclər təşkilatlarını maliyyələşdirirdi, öz maraqlarına uyğun addımlar atırdılar. Onların məqsədi qarışıqlıq yaratmaqdır. Xatırlayıram ki, Bakıda keçirilən icazəsiz aksiyalarda ”NED"in akkreditasiya edilmiş üzvləri də iştirak edirdilər, hətta o zaman fotoları yayılmışdı. Sonra məlum oldu ki, bu təşkilat heç də gəncliyin inkişafına, demokratik dəyərlərə dəstək vermir, öz niyyəti üçün ayrı-ayı ölkələrdə yerləşib", - deyə hüquq müdafiəçisi bildirdi. Ç.Qənizadənin sözlərinə görə, sözügedən təşkilatın fəaliyyəti Azərbaycanda dayandırılıb: “İndi ”NED" gəncliklə bağlı yeni layihələr olacağını açıqlayır, amma ölkəmizdə QHT-lərə Dövlət Dəstəyi Agentliyi hər il təşkilatlara maliyyə ayırır. Azərbaycanı sevməyən bu cür təsisatlarla əməkdaşlıq yolverilməzdir, ona görə onlarla heç bir təşkilat işləməməlidir".
AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, adıçəkilən təşkilatın demokratik dəyərlərin inkişafına töhfə verməsi ilə heç bir bağlantısı yoxdur. Onun sözlərinə görə, “NED” və digər beynəlxalq təşkilatların demokratiyaya dəstək verdiyinə əvvəllər özləri də inanıblar: “O dövrdə biz də elə bilirdik ki, gəncliyin yetişməsi, siyasi institutlara maliyyə ayrılması demokratiya naminədir. Amma təcrübə göstərdi ki, bu təşkilatlar öz ölkələrinin və maliyyə qaynaqlarının maraqlarını üstün tuturlar”. A.Əlizadə qeyd etdi ki, həmin maraqlardan çıxış edərək bəzi ölkələrdə inqilabların baş verməsinə nail olublar: “Hətta öz adamları vasitəsilə prosesi nəzarətdə saxlayıblar. Azərbaycan qanunvericiliyi isə xaricdən qrant almağı məhdulaşdırır. Bu da bəzi QHT-lərin qonşu ölkələrə gedərək maliyyəni qeyri-leqal yolla gətirməsinə və radikal müxalifətə yönləndirməsinə səbəb olub. Amma bu işin qarşısı alınıb. Ona görə dövlətin birinci vəzifəsi milli təhlükəsizliyi ən yüksək səviyyədə qorumaqdır. Bu təşkilatlar ölkələrdə qaranlıq məqsədlərə maliyyə ayırır, odur ki, onlardan yararlanan QHT-lər müəyyən edilərək prosesin qarşısı alınmalıdır. Eyni zamanda qanunlarda dəyişiklik edilməlidir, parlamentə düşməyən partiyaların da maliyyələşməsi həyata keçirilməlidir. Demokratiyaya dəstək vermək istəyən büdcədən maliyyələşməlidir ki, şübhəli qaynaqlardan vəsait almaq cəhdləri olmasın. Kəsəsi, dövlət özü bunda maraqlı olmalıdır”.
REAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin fikrincə, “NED”in fəaliyyətinə skeptik yanaşmaqdansa, onların Bakıda fəaliyyət göstərməsi üçün qanunvericiliyə dəyişiklik etmək lazımdır. N.Cəfərli hesab edir ki, “NED” əvvəllər də Bakıda işləyib: “2014-cü ilə qədər, yəni QHT-lərlə bağlı qanunvericiliyə sərt dəyişiklik olunanadək beynəlxalq donorların Azərbaycanda ofisləri var idi. Onların ölkədə fəaliyyəti daha yaxşıdır, nəinki buraxılmaması... Qlobal dünyada bu cür təcrid siyasəti nəticə verə bilməz. Əksinə, hökumət də nəzarət edəcək, vergilərin vaxtında ödənilməsi üçün görüşlərin keçirilməsi mümkünləşəcək. Bir sözlə, qapatmaq çıxış yolu deyil”.
Qeyd edək ki, 1983-cü ildə yaranmış ABŞ-ın Milli Demokratiya Fondu dünyanın 90-dan çox ölkəsində demokratiya naminə QHT-lərin layihələrinə dəstək məqsədilə hər il 1000-dən artıq qrant hazırlayır. Qeyd edək ki, Rusiya hakimiyyəti qərargahı Vaşinqtonda yerləşən və ABŞ Konqresi tərəfindən maliyyələşdirilən Milli Demokratiya Fondunun 2015-ci ildən ölkədəki fəaliyyətini dayandırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|