Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                 

Ramiz Mehdiyev radikal müxalifətlə birləşə bilərmi? - İLGİNC GƏLİŞMƏ
Tarix: 15-02-2022, 08:57 | Çap et
Ramiz Mehdiyev radikal müxalifətlə birləşə bilərmi?
AMEA prezidenti Ramiz Mehdiyev, nəhayət, postundan istefa verib. O, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə rəsmi ərizəsini bu gün (15 fevral) təqdim edəcəyini açıqlayıb.

AMEA-nın vitse-prezidenti, Rəyasət Heyətinin üzvü Rasim Əliquliyev bildirib ki, fevralın 14-də keçirilən iclasda Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib.

O qeyd edib ki, ərizə Rəyasət Heyəti tərəfindən qəbul olunub:

“Ramiz Mehdiy2ev bildirib ki, fevralın 15-də cənab Prezidentə ərizəsini göndərəcək. O, Akademiyanın daxilində və ətrafında yaranmış vəziyyəti nəzərə alaraq istefa verdiyini bildirib”.

Mehdiyev təmsilçisi olunduğu hakim komandaya asi çıxmaqda davam edirdi və istefası də qarşılıqlı olaraq tələb edilirdi. “Boz kardinal” isə çıxışlarında nəinki hökuməti hədəf alır, hətta onu istefaya çağıranları açıq şəkildə təhdid edir, ən müxtəlif ifadələrlə aşağılayırdı.

Onun davranışları radikal müxalifətdən heç də fərqlənmirdi. İstefasından sonra onun daha sərt mövqe tuta biləcəyi ehtimal olunur.

Ramiz Mehdiyev radikal müxalifətlə birləşə bilərmi?

İllər öncədən Mehdiyevin müəyyən kanallarla radikallarla əlaqəsinin olmasına dair söyləntilər vardı. Hətta müxalifətin keçirdiyi bəzi mitinqlərin göstərişinin “Boz kardinal” tərəfindən verildiyinə dair iddialara da rast gəlinib. Bu iddianın nə qədər doğru olub-olmadığını deyə bilmərik. Fəqət, onun bu gün hakimiyyətə qarşı ən radikal siyasi fiqura çevrildiyi göz önündədir.

Son proseslərdə bir mənzərə də diqqətləri xüsusilə çəkir. Belə ki, özlərini radikal müxalifət adlandıran qurumların rəhbərləri var ki, hələ də R.Mehdiyev məsələsinə münasibət bildirməyiblər. Halbuki bloger müxalifəti kimi özlərini aparan bu siyasətçilər hakimiyyəti tənqid etmək üçün gecə-gündüz bəhanələr, yollar axtarırlar.

ALDP rəhbəri Fuad Əliyev Mehdiyevin müxalifətlə əlaqələrini istisna etmir: “Ramiz Mehdiyevin nəinki radikal müxalifətlə, digər bəzi müxalif partiyalarla birləşməsini də istisna etmirəm. Bu partiyalar onun geniş imkanlarından yararlanmaq üçün hətta onu özləri üçün lider elan edə bilərlər. Vaxtilə Əli İnsanovla bağlı dediklərini unutmayaq. Ona korrupsionerdir, rüşvətxordur deyənlər, sonradan bunu yaddan çıxarıb onunla görüşüb əməkdaşlıq haqqında razılaşdılar. Müxalifət nümayəndələri, vətəndaşları qeyri-qanuni həbs etdirən Eldar Həsənovu müdafiə edirlər. Prinsiplərdən uzaq olan bu müxalifət nümayəndələri öz şəxsi maraqlarını həyata keçirmək üçün istənilən ”vurulmuş" korrupsioner, rüşvətxor məmurla birləşməyə hazırdırlar. Bəziləri isə çoxdan bu məmurların “cib” müxalifətidir. Ona görə Mehdiyevin bəzi müxalifət nümayəndələri ilə birləşməsini istisna etmirəm, hələ bəlkə də çoxdan birləşiblər".

AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov bu birləşməni mümkünsüz qəbul edir: “Zənn etmirəm ki, AMEA-nın prezidenti Ramiz Mehdiyev hansısa müxalifət partiyası ilə birləşsin. Akademik hələ ki təkbaşına öz işinin öhdəsindən gəlməyi bacarır. Onun müxalifətlə birləşməsi, yaxud da hansısa əlaqəyə girməsi siyasi intihara səbəb olardı. Onun hücum və özünümüdafiə taktikası çox hiyləgərcəsinə və düşünülmüş şəkildədir. Bir tərəfdən deyir ki, mərhum prezident Heydər Əliyev və onun varisi İlham Əliyevə sadiqəm, amma digər tərəfdən isə onların qurduğu siyasi sistemi açıq-aşkar hədəf alır. Parlamentə və deputatlara ”saxta" deyir, ayrı-ayrı məmurları və dövlət strukturlarını bu və ya digər şəkildə ciddi ittiham edir. Məncə, onun müxalifətlə birləşməsi hakimiyyətdaxili qruplaşmaların dəstəyindən də məhrum edə bilər. Digər tərəfdən, düşünmürəm ki, hansısa müxalifət partiyası hakimiyyətə qarşı “vabank” gedən Ramiz Mehdiyevlə əlaqə quraraq özünü zərbə altında qoysun. Yəni müxalifət düşərgəsinin də, hətta siz dediyiniz radikal müxalifətin də R.Mehdiyevlə birləşməsini mümkün hesab etmirəm. Buna baxmayaraq, bu qarşıdurmalardan yararlanıb proseslərin daha da şiddətlənməsini maraqla izləyəcəklər. Təbii ki, müxalifətin müəyyən kəsimi və maraqlı qüvvələr Ramiz Mehdiyevin daha da qızışmasına və daha sərt davranışlar sərgiləməsinə çalışacaq. Fikrimcə, akademiki radikallaşdıran həm də hakimiyyət daxilindəki bəzi qruplaşmalardır. İqtidar bu qruplaşmanın qabağını ala bilməsə hadisələr daha çirkin xarakter ala və təhlükəli fazaya keçə bilər".

REAL-ın icraçı katibi Natiq Cəfərli isə dedi: “İndi çox həssas, həm də unikal bir şans yaranıb. Postsovet məkanında çox ciddi proseslər gedir. Ukrayna hadisələri ciddi suallar yaradır ki, proseslər necə sonluqla nəticələnəcək. Bir sözlə, postsovet məkanının yenidən Rusiyanın əsarətinə keçməsinə cəhdlər olunur. Belə bir şəraitdə Azərbaycanda ”beşinci kolon"un quyusunun birdəfəlik qazılması üçün unikal bir şans yaranıb. Uzun illər davam edən iqtidar-müxalifət münasibətlərinin nəyə xidmət etdiyini iqtidar çox yaxşı bilir. İndi iqtidarın boynunun borcudur ki, bu məsələləri tam şəffaf şəkildə əhaliyə çatdırsın. Burada hakimiyyətin özü də çox maraqlı olmalıdır. 2000-ci il seçkilərində nə baş verdi? Niyə Müsavatın haqlı qələbəsi əlindən alındı? Nə üçün AXCP ilə gizli müqavilələr imzalandı? Nədən onlar parlamentə buraxıldı? Hansı anlaşmalar, danışıqlar olub? Niyə 2013-cü ildə “Milyarderlər İttifaqı” və Milli Şura Rusiyanın əlində bir alətə çevrildi? Azərbaycana təzyiq vasitəsi kimi bunlardan istifadə etdilər? Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyov namizəd göstərildi? Bütün bu sualların cavabını iqtidar yaxşı bilir. İndi unikal şans yaranıb ki, bu sualların cavablarını açıqlasınlar. Bununla da Azərbaycan siyasi səhnəsi təmizlənəcək. Görünən odur ki, son olaylarda məqsədli şəkildə hədəfin yayındırılmasına cəhdlər var. Əsasən də rusdilli mediada Qərbin burada inqilab etmək isterikası yaradılır. Rusiyanın buradakı “5-ci kolon”unun tamamilə sıradan çıxarılması şansı baltalanır. Yaranan bu şansı əldən verməməliyik".

ADP sədri Sərdar Cəlaloğlu Azpolitika.info saytına açıqlamasında bu məsələyə də dolayısı ilə toxunub: “Mehdiyev özü uzun müddət Prezident Aparatının rəhbəri olduğu üçün müxalifətdə kimin kim olduğunu ondan yaxşı bilən olmayıb. Çünki kimsə onun yanına pula gedib, bəzisi mandat almağa gedib, bəzisi vəzifə istəyib və s. Bu mənada Mehdiyev kimin kim olduğunu yaxşı bilir. Amma onun dediklərinin şəxsən mənə heç bir aidiyyəti yoxdur. ”Avtobus müxalifəti" ifadəsini işlədərkən guya bizim Şuşaya, Ağdama səfərimizi nəzərdə tutur. O dövrdə həmin yerlərə fərdi şəkildə getmək təhlükəli olduğundan biz Prezident Administrasiyasının təşkil etdiyi səfərə qatılmışıq. Tamamilə də doğru etmişik. Çünki Qarabağın işğaldan azad edilməsindən sonra bizim mənəvi haqqımız çatırdı ki, ən azından gedib həmin torpaqlarımızı görək. O torpaqlar uğrunda bizim minlərlə övladımız şəhid olub. Əlbəttə, belə məsələlər Mehdiyev üçün əhəmiyyətli olmaya bilər.

Bu gün isə istənilən vətəndaş avtobusa əyləşərək Qarabağa gedə bilir. Onda deyək ki, bizim xalqımız “avtobus xalqıdır”? Bunlar olduqca gülünc məsələlərdir".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru