Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır .....                     AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi .....                     Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb .....                     Xankəndini bir də belə görün .....                     "Anam belə dünən bilib... .....                     Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər .....                     Məhkəmə MÜƏMMASI .....                     "Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" .....                     Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR... .....                     “Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib .....                     Pezeşkian Zəngəzurdan NİYƏ DANIŞMIR Kİ? .....                     Sahib Məmmədova müşavir TƏYİN EDİLDİ .....                     Yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var .....                     Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi .....                     Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb .....                     Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... .....                     “Azera Holdinq”də yeni təyinat .....                     Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı .....                     "Elmar Qasımov maaşlarımızı gecikdirirdi, pulları həyat yoldaşının adına yazırdı" .....                     Tanınmış aktrisa bacısını itirdi .....                     Əlillik dərəcəsi ala bilmir, müalicəsi üçün BÖYRƏYİNİ SATIR... .....                     Yens Stoltenberq NATO-nun Baş katibi vəzifəsini tərk edib .....                     Zay məhsulu satmaları bir yana... .....                     Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi .....                     İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb .....                     “Gümrü-Qars dəmir yolu...” .....                     Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR .....                     Burada təhsildən daha çox puldan danışılır... .....                     Ermənistanın ədliyyə naziri istefa verib .....                     KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq .....                     “Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” .....                     Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? .....                     Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır .....                     "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib .....                     KAPİTAL BANK müştəriləri belə risqə atır... .....                     Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? .....                     İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər .....                     Pənah Hüseyn niyə istefa vermədi? .....                     Bu şirkət nizamnamə kapitalını yenə azaltdı .....                     “BazarStore”da yeni təyinat .....                 

Ramiz Mehdiyev "cib müxalifəti" dedi, onlar isə... - Deputatın partiyasından reaksiya
Tarix: 12-02-2022, 09:24 | Çap et
Ramiz Mehdiyev "cib müxalifəti" dedi, onlar isə...
DİA.AZ: - Milli Cəbhə Partiyası AMEA-nın Mətbuat Xidmətinin adından yayımlanan, əslində isə akademiyanın prezidenti Ramiz Mehdiyevin özünə məxsus olan məlumatı dövlətçilik maraqlarımıza zidd, xalqın milli birliyinə xələl gətirən və bir çox başqa yönlərdən təxribat yaratmağa cəhd kimi qiymətləndirir.

Partiyanın mətbuat xidmətindən DİA.AZ-a daxil olan bəyanatda qeyd olunur ki, əvvəla həmin yazı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin tənqidə (özü də məhz haqlı tənqidə!) son dərəcə dözümsüz olmasını göstərir:

“Onun barəsində edilən tənqidlər əsasən, akademiyaya rəhbərlik etdiyi dövrləri əhatə edirdi, hətta tənqidçilərin arasında həmin elm ocağının alimləri, professorları da var.

Ramiz Mehdiyev bəzi deputatları "saxta deputat", siyasi partiyaları "cib müxalifəti" ifadələri ilə hədələyərkən əslində özünü ifşa edib. Ona gorə ki, həmin termin və ifadələr həmişə ölkədə sabitliyi pozmağa çalışan, xarici pozucu qüvvələrə alət olan radikal zümrə tərəfindən dilə gətirilirdi. Artıq bu gün o ifadələrin və ehtiva etdiyi mahiyyətin məhz Ramiz Mehdiyevin dilindən deyilməsi, məsələnin mənbəyinin onun özü olmasını sübut etdi.

Onun indi "cib müxalifəti", "avtobus müxalifəti" adlandırdığı partiyalar 44 günlük Qarabağ savaşında dövlətin yanında olan, dövlətin, xalqın strateji maraqları naminə əməli şəkildə birlik nümayiş etdirən qüvvələrdir. Ramiz Mehdiyev bu partiyalara hücum etməklə, onların dövlət maraqları naminə lazım gələndə iqtidarla dialoqa getməsini öz şəxsi hikkəsi ilə "fəlakət" hesab edir.

Etiraf etməsə də, həmin yazı onun özünə məxsusdur və akademiyaya topladığı, elmdən uzaq kadrların qeyri-peşəkarlıqla, tələsik guya Mətbuat Xidmətinin adı ilə yayımladığı səriştəsiz özünüifşa mətnidir.

Ramiz Mehdiyev bu ölkədə ən yüksək vəzifələrin birində uzun illər işləyib, necə deyərlər qılıncının qəbzəsinin də kəsən vaxtlar olub. Amma bu illər ərzində bircə dəfə xalqın səsinə səs verməyib, xalqın arasında olmayıb, hətta yazılan minlərlə yalvarış ərizələrinə, müraciətlərə belə cavab verməyib. Həmişə məzlum və çarəsiz təbəqədə xof, qəzəb, qorxu abu-havası yaradıb”.

“Uzun illər Prezident Administrasiyasında rəhbər vəzifəsində çalışsa da, onun fəaliyyəti xalqın rifahının yüksəlməsinə deyil, özünün, yaxınlarının və qohumlarının rifahına xidmət edib. Ramiz Mehdiyev vəzifə səlahiyyətlərinin verdiyi imkanlardan sui-istifadə edərək ölkədə bürokratik sistemi gücləndirib, gənclərin sıxışdırılmasına və dövət başçısı ilə xalq arasında uçurum yaranmasına bilavasitə səbəb olub. Onun akademikliyi, yazdığı kitablar, məqalələr də vəzifə imkanları hesabına əldə edilib. Bunu onun yayımladığı sözü gedən yazısı qeyd-şərtsiz sübut edir. Çünki həqiqi elm sahibi, əsl alim qətiyyən o fikirlərə sahib olmaz, imza atmazdı. Bu gün saxtakarlıqdan danışan Ramiz Mehdiyev siyasi sistemdə saxtakrlığı öz üzərində tətbiq etmiş şəxsdir.

"Saxta deputat" ifadəsi ilə dağıdıcı, dövlət əleyhinə olan, xaricdən mayalanan qüvvələrin dili ilə danışır, bir növü parollarla dövlətə qarşı təhdid nümayiş etdirir, mesaj verir. "Rus dilli məktəblər" mövzusuna toxunaraq ona qarşı olan iddiaları zahirən boynundan atmaq cəhdi göstərsə də, əslində haradan güc aldığının işarəsini verir. AMEA-nın alimlərinin onu istefaya çağırmasına baxmayaraq öz vəzifəsini şərəfindən üstün bilir. AMEA-da elmin inkişafına deyil, yalnız cılız siyasi oyunlarla məşğul olaraq elm mərkəzini siyasi təsir rıçaqına, öz şəxsi maraqlarının alətinə çevirib.

Ramiz Mehdiyev işlətdiyi bir çox ifadə və fikirlərlə, "saxta deputat", "cib müxalifəti", "avtobus müxalifəti" kimi təbirlərlə nəinki müxalifət və iqtidara qarşı, hətta dövlətə və dövlətçiliyə qarşı müxalifətə olduğunu bariz nümayiş etdirir və xalqın, dövlətin elm ocağından səngər, qalxan qismində istifadə edir.

Akademiyadan uzaqlaşdırdığı alimləri guya yeyintidə ittiham edərək həbs etdirməklə qorxudur və təsir altına salmaq üçün şantaj edir.

O, əvvəlki vəzifəsində icra başçılarına və böyük ranqlı məmurlara qarşı istifadə etdiyi sovet metodlarını indi də akademiyadakı işçilərinə qarşı sınaqdan keçirmək istəyir.

Heç də təsadüfi deyil ki, işğalda olan torpaqlar məhz onun Prezident Administrasiyasının rəhbərliyindən uzaqlaşdırılmasından sonra baş verdi. Heç də təsadüfi deyil ki, rüşvətxor nazir və icra başçıları məhz Ramiz Mehdiyevin aparat rəhbərliyindən getməsindən sonra məsuliyyətə cəlb edildi, təmizləndi. Bu faktlar kifayət edir ki, korrupsiyanın, vəzifə saxtakarlığının, məmur özbaşınalağının himayədarı kim imiş...

Hesab edirik ki, Ramiz Mehdiyevin AMEA-nın resurslarını özünün şəxsi maraq və hikkəsinə alət etməsi, siyasi partiyaları, deputatarı təhqir və təhdid etməsinin kökündə təxribat və dövlətçilik, milli birlik mövzusunda onun dağıdıcı mənafeyi durur. Vaxtilə onun məhz özünün küncə sıxıb min cür məşəqqətlərə məruz qoyduğu, inkişafına imkan vermədiyi, xalqa, dövlətə fayda verməsinə əngəl törətdiyi qurumlar, partiyalar, ziyalılar indi onu tənqid edəndə dözümsüzlük göstərməsi anlaşılan deyil” - deyə bəyanatda bildirilir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır
Bu gün, 13:18
AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi - VİDEO
Bu gün, 13:14
Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb – “Bloomberg”
Bu gün, 13:12
Xankəndini bir də belə görün - VİDEOREPORTAJ
Bu gün, 13:05
"Anam belə dünən bilib... - Heç kimə demədim"
Bu gün, 13:02
Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər - FOTO
Bu gün, 12:57
Məhkəmə MÜƏMMASI – Həkimlər niyə həmişə “haqlı” ÇIXIRLAR?
Bu gün, 12:52
"Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" - Eldəniz Quliyev
Bu gün, 12:45
Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR... - Məktəblərə XƏBƏRDARLIQ OLUNDU
Bu gün, 12:42
“Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib - ƏMR
Bu gün, 12:40
Pezeşkian Zəngəzurdan NİYƏ DANIŞMIR Kİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:34
Sahib Məmmədova müşavir TƏYİN EDİLDİ - FOTO
Bu gün, 12:32
Yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:30
Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi
Bu gün, 12:27
Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
Bu gün, 12:25
Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... - Proses pozuldu
Bu gün, 12:14
“Azera Holdinq”də yeni təyinat - FOTO
Bu gün, 12:11
Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı
Bu gün, 12:08
"Elmar Qasımov maaşlarımızı gecikdirirdi, pulları həyat yoldaşının adına yazırdı" - Sığorta şirkətinin direktorunun məhkəməsi
Bu gün, 12:03
Tanınmış aktrisa bacısını itirdi
Bu gün, 12:01
Əlillik dərəcəsi ala bilmir, müalicəsi üçün BÖYRƏYİNİ SATIR... - "...qanunsuz olaraq imtina cavabı verilir"
Bu gün, 11:59
Yens Stoltenberq NATO-nun Baş katibi vəzifəsini tərk edib
Bu gün, 11:46
Zay məhsulu satmaları bir yana... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:42
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi - MƏQALƏ
Bu gün, 11:29
İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb
Bu gün, 11:28
“Gümrü-Qars dəmir yolu...” - Erməni nazirin müavini
Bu gün, 11:27
Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR - FOTO
Bu gün, 11:24
Burada təhsildən daha çox puldan danışılır... - Və yaxud Əmrullayevin YIXDIĞI EV...
Bu gün, 11:21
Ermənistanın ədliyyə naziri istefa verib - KİV
Bu gün, 11:15
KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq - DETALLAR
Bu gün, 11:10
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” - NARAZILIQ VAR...
Bu gün, 11:04
Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? - “Ay xanım, siz kimsiniz, məni niyə narahat edirsiniz?”
Bu gün, 11:01
Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:54
"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
Bu gün, 10:40
KAPİTAL BANK müştəriləri belə risqə atır... - BU DA FAKT!!!
Bu gün, 10:39
Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? - ETİRAZ VAR...
Bu gün, 10:30
İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər - Ekspert danışır...
Bu gün, 10:19
Pənah Hüseyn niyə istefa vermədi? - Özü açıqladı
Bu gün, 10:16
Bu şirkət nizamnamə kapitalını yenə azaltdı - bu dəfə 1,2 milyon manat vəsait geri çəkildi
Bu gün, 10:14
“BazarStore”da yeni təyinat - FOTO
Bu gün, 10:14
Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... - NARAZILIQ VAR...
Bu gün, 10:06
"Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" - REAKSİYA
Bu gün, 10:01
Bıçaqlanan məktəb direktoru ilə katibə arasında məhkəmə çəkişməsi davam edir
Bu gün, 09:58
23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar barədə qərar açıqlanıb
Bu gün, 09:57
Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan iş adamının şirkəti ilə bağlı qərar verdi
Bu gün, 09:56
"Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." - deputat
Bu gün, 09:54
Nazir rektorun oğluna yeni vəzifə verdi - ƏMR
Bu gün, 09:50
Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB - AKTUAL
Bu gün, 09:46
İsrailin bu hücumda iki cari hədəfi var... - İNCƏLƏMƏ
Bu gün, 09:44
Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib... - DƏYİŞƏN HEÇ NƏ YOXDUR...
Bu gün, 09:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru