"Ermənistanla vasitəçisiz təmaslara keçmək lazımdır" - Partiya sədri
Tarix: 9-02-2022, 08:15 | Çap et
Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan və Ermənistanın rəhbərliyi arasında baş tutmuş növbəti görüşdə dövlət başçısı İlham Əliyev rəsmi Bakının mövqeyini bir daha ortaya qoydu. Görüşdə səsləndirilən fikirlər Azərbaycanın mövqeyi ilə üst-üstə düşdü. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatı da Azərbaycanın lehinə oldu. Bəyanatda Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə uyğun olaraq Minsk qrupuna istinad yer almadı. Digər tərəfdən sənəddə “Dağlıq Qarabağ münaqişəsi” də əks olunmadı.
Görünür, mövcud reallıq artıq həmsədr Fransa tərəfindən də qəbul olunmaqdadır. Fransa görüş təşəbbüsünü Minsk qrupunun həmsədri kimi yox, Avropa İttifaqının sədri kimi irəli sürmüşdü. Bu isə onu göstərir ki, Brüsseldə təsbit olunmuş sülh gündəliyi davam edir. Həmin gündəliyin əsasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələləri özündə ehtiva edir. Yeganə problem, Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliyə əməl etməməsidir. DİA.AZ-ın məlumatına görə, Azərbaycan-Ermənistan rəhbərliyi arasındakı təmaslar, aparılan müzakirələr, İrəvanın cığallığı və bölgədə baş verənlərlə bağlı “Şərq”ə danışan Aydınlar Partiyasının sədri, sabiq millət vəkili Qulamhüseyn Əlibəyli deyib ki, qısa zamanda köklü dəyişikliyə nail olmaq imkansızdır. Partiya rəhbərinin sözlərinə görə, uzun müddət davam etmiş gərgin münasibətlər normallaşma prosesinin başlanmasını da yubadır...
- Qulamhüseyn bəy, rəsmi Bakının İrəvanla danışıqlarını, aparılan müzakirələri necə dəyərləndirirsiniz? Nəticələr sizi qane edirmi?
- Azərbaycan iqtidarının Ermənistanla bağlı siyasəti uğurludur. Sadəcə, Ermənistanın bic siyasəti normallaşma prosesinin sürətlənməsinə, öhdəliklərə əməl olunmasına imkan vermir. Amma Ermənistanın qaçışı yoxdur. Əvvəl-axır rəsmi Bakının tələblərinə boyun əyməli olacaq. Müharibə vəziyyəti başa çatıb. Ermənistan Azərbaycanla bir coğrafiyada, qonşu ölkə kimi yaşamağa məcburdur. Regiondan nə Ermənistan, nə də biz köçüb başqa yerə gedəsi deyilik. Cənubi Qafqazda sabitliyin yaranması, normal əməkdaşlığın təmin olunması üçün istənilən danışıqlara hazır olmalıyıq. Eyni zamanda fərqli variantları da gözdən keçirməliyik. Siyasi mövqeyimiz və davranışlarımız qənaətbəxşdir. Çalışırıq ki, məsafəni addım-addım qət edək və problemləri mərhələli şəkildə çözək. Təbii ki, bütün məsələləri qısa zamanda və bir dəfədə həll etmək imkansızdır. Uzun müddət erməni cəmiyyətində anti-türk, anti-Azərbaycan mövqeyi hakim olub. Münasibətlər düşmənçilik səviyyəsində saxlanılıb. Əlaqələrin normallaşması, düşmənçiliyin aradan qaldırılması istiqamətində Azərbaycanın iradəsi ortadadır. Ermənistan nə qədər üzərinə götürdüyü öhdəliklərdən qaçsa da, məsuliyyətini təkzib etsə də, beynəlxalq təşkilatlar vasitəsi ilə, yaxud birbaşa özümüz müəyyən yollarla İrəvana təzyiq göstərməliyik. Ermənistanı razılaşmaya əməl etməyə məcbur buraxmalıyıq.
- Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən boyun qaçırır. Belə bir rejimlə müzakirələr nə qədər effektli olacaq?
- Ermənistanın siyasi elitası, hökumətləri idarə edən qruplar 30 il müddətində Azərbaycana, o cümlədən Türkiyəyə düşmən ölkələr kimi baxıblar. Eyni zamanda erməni cəmiyyəti anti-Azərbaycan, anti-Türkiyə mövqeyinə köklənib. 44 günlük müharibədə məğlub olsalar da, onlara təlqin edilən “həqiqətlərin” mif və puç olduğunu görsələr də, beyinlərinə hopdurulmuş nifrət siyasətindən ayrıla bilmirlər. Şübhəsiz, qısa dönəmdə erməni cəmiyyətindəki əhval-ruhiyyəni dəyişmək çox çətindir, hətta qeyri-mümkündür. Ermənistandakı revanşist qüvvələr, “Qarabağ klanı”na məxsus siyasilər də prosesin qarşısını almaq üçün əllərindən gələni edirlər. Əhalinin düşüncəsini qarışdırır, müxtəlif təxribatlarla düşmənçiliyin qalmasına xidmət göstərirlər. Müəyyən kəsim hələ də acı məğlubiyyəti qəbul etmək istəmir. Zənn edirlər ki, hansısa ölkənin dəstəyi ilə yenə də Azərbaycan torpaqlarını işğal etmək mümkündür. Ermənistan cəmiyyətində vahid mövqe yoxdur. Vahid mövqe olmadığına görə, ölkədə müxtəlif, bir-birinə zidd olan yanaşmalar, baxışlar hökm sürməkdədir. Biz bunların hamısını nəzərə alırıq. Lakin gec-tez sağlam düşüncə qalib gəlməli, hökumətlə ictimaiyyət işıq gələn tərəfə üz tutmalıdır.
- Azərbaycan-Ermənistan rəhbərliyi arasında təmaslar ya Rusiyanın, ya da Qərb ölkələrinin vasitəçiliyi ilə həyata keçirilir. Sizcə, hansı tərəfin vasitəçiliyi, hansı format bizim üçün daha sərfəlidir?
- Ən azından indiki şəraitdə Azərbaycan və Ermənistan arasında vasitəsiz birbaşa təmaslar bir qədər çətindir. Daha doğrusu, bu çətinlik sırf ermənilər üçündür. Məğlub olan və düşmənçiliyi pik həddə çatdıran Ermənistan Azərbaycanla birbaşa danışıqlarda, ikili müzakirələrə özünü “hazır” hiss etmir. Rəsmi Bakı isə dəfələrlə bəyan edib ki, Ermənistanla heç bir vasitəçi olmadan danışıqlara, müzakirələrə hazırdır. Mən də düşünürəm ki, Azərbaycan-Ermənistan arasında birbaşa dialoqlara üstünlük vermək lazımdır. Çünki istənilən vasitəçi dövlət, üçüncü ölkə prosesdə öz maraqlarını da güdəcək. Hər bir ölkənin geosiyasi və iqtisadi maraqları var. Rusiyanın bölgə ilə bağlı öz maraqları varsa, eyniylə ABŞ-ın, Avropa ölkələrinin də maraqları mövcuddur. Fransanın, Prezident Makronun niyyəti bizə bəlli deyilmi?! Bütün vasitəçilər tərəflər hesabına öz maraqlarını təmin etmək məqsədi güdürlər. Vasitəçisiz təmaslara keçmək lazımdır.
- Qarabağda “sülhməramlı” missiyanı icra edən Rusiya hərbi kontingenti ilə bağlı ölkə ictimaiyyətində narazılıq artmaqdadır. Rus qoşunlarından xilas yolu nədir?
- Torpaqlarımıza “sülhməramlı” adı ilə daxil olan rus hərbçiləri öz missiyalarından başqa hər cür işlə məşğul olurlar. Açıq şəkildə ermənilərin müdafiəsini təşkil edir, onları təxribata hazırlayır, qol-qanad açmalarına, “legitimləşməsinə” nail olmağa çalışır. Aydın məsələdir ki, “sülhməramlılar” öz mandatlarına uyğun olmayan əməllərlə səlahiyyətlərini dəfələrlə aşıblar. Bunun da səbəbi odur ki, Rusiya hərbi kontingentinin Azərbaycandakı hüquqi statusu müəyyən olunmayıb. Azərbaycan hökuməti rəsmi şəkildə Moskvaya müraciət etməlidir ki, rus “sülhməramlılarının” statusu mütləq rəsmiləşdirilsin. Bu məsələ tənzimlənməlidir ki, rus “sülhməramlıları”nın qanundan kənar addımları dərhal müəyyən edilsin və qarşısı alınsın. Onların özbaşına hərəkətləri səlahiyyətin qeyri-müəyyən olmasından irəli gəlir. Hamıya bəllidir ki, rus əsgəri girdiyi yerdən öz xoşuna çıxmaq istəmir. Amma bu yaxınlarda Qazaxıstanda yaşananları müşahidə etdik. KTMT adı altında Orta Asiya ölkəsinə daha çox rus qoşunları daxil olmuşdu. Lakin bir həftə ərzində rus hərbçiləri Qazaxıstanı tərk etdilər. Ümid edirik, 4 il ərzində Azərbaycan Qarabağda nəzarəti öz üzərinə götürəcək. Xankəndi və ətraf bölgədə suverenliyimiz bərpa olunandan sonra rus qoşunların Qarabağdan çıxmasını tələb etməliyik. Daha doğrusu, “sülhməramlıların” torpaqlarımızda qalma müddətinin uzadılmasından imtina etməliyik. Azərbaycanın buna gücü çatır.
- Şuşa Bəyannaməsinin hər iki ölkə tərəfindən rəsmən təsdiqlənməsi bölgədəki proseslərin gedişinə, Azərbaycan-Ermənistan danışıqlarına necə təsir göstərəcək?
- Şübhəsiz, bütün proseslərə əhəmiyyətli təsir göstərəcək. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə arasında rəsmi hərbi müttəfiqliyi təsdiqlədi. Qardaşlığımızın, mənəvi bağlarımızın bir daha hüquqi müstəvidə rəsmiləşdirilməsidir. Həmçinin, Türkiyənin regional proseslərdə hərbi iştirakı hadisələri lehimizə çevirən mühüm amildir. Şuşa Bəyannaməsi sadəcə hərbi gücümüzün artması, təhlükəsizliyimizin təmini deyil, eyni zamanda Cənubi Qafqazda və türk dünyasında sülh və sabitliyin təşkil olunmasıdır. Hər baxımdan çox əlverişli, faydalı sənəddir. Bundan sonrakı mərhələdə hərbi əməkdaşlığın istiqamətləri, hərbi bazanın yaradılması, birgə müdafiə dəstələrinin təşkil olunması, ortaq təlimlərin keçirilməsi müzakirə olunacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|