“Bu strukturla səhiyyə sahəsində dönüş yaradılması çətindir” - deputat
Tarix: 8-02-2022, 08:26 | Çap et
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamı ilə səhiyyə nazirinə yeni müavinlər təyin olunub.
İlqar Qasımov 1965-ci ildə Bakıda anadan olub. Moskvada Mərkəzi Travmatologiya İnstitutunda tibb elmləri namizədliyi və tibb elmləri doktoru elmi dərəcələrini alıb. 2006-cı ildən 2017-ci il tarixinədək Bakıda bir neçə özəl klinikada fəaliyyət göstərib. 2017-ci ildə Səhiyyə Nazirliyinin göndərişi əsasında Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsinə təyin olunub. Eyni zamanda 2019-cu ildən Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun “Travmatologiya və ortopediya” kafedrasının müdiri vəzifəsində çalışır.
Nadir Zeynalov 1976-cı il təvəllüdlüdür. Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2015-2016-cı illərdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2016-2019-cu illərdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru işləyib. 2019-2021-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatının rəhbəri olub.
Rasim İsmayılov 1973-cü ildə Bakı şəhərində anadan olub. Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialında və Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. Respublika Gigiyena və Epidemiologiya mərkəzində müxtəlif vəzifələrdə çalışıb. 2017-2018-ci illərdə Polşada xarici ticarətlə məşğul olan Fertiz S.A şirkətində baş direktorun maliyyə məsələləri üzrə müşaviri vəzifəsində işləyib. 2018-ci ilin oktyabr ayından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə baş idarəsinin rəis müavini vəzifəsində çalışıb. Muğanbank ASC-nin İdarə Heyəti sədrinin müavini olub.
Bəs, görəsən, kadr islahatları səhiyyə sistemində nələri dəyişəcək? Cəmiyyət onu maraqlandıran suallara, nəhayət, cavab ala biləcəkmi? Vətəndaşlar üçün yüksək səviyyəli tibbi xidmət əlçatan olacaqmı? Qiymətlərlə bağlı tənzimləmə mexanizmi işə düşəcəkmi? İcbari tibbi sığorta sistemi özünü doğruldacaqmı?
DİA.AZ-ın məlumatına görə, həkim Rəşad Sultan “Yeni Müsavat”a bildirdi ki, problem şəxslərdə deyil, sistemdədir: “Bu gün əsas suallar bunlardır: bu insanlara yetərli şərait yaradılacaqmı? Lazımi təşkilati dəstək veriləcəkmi? Və ən əsası, səhiyyənin maliyyələşdirilməsi, icbari tibbi sığortanın maliyyə tərəfində şəffaflıq və dürüstlük olacaqmı? Əsas problemlərdən biri tibbi təhsilin standart olmamasıdır. Öncül vəzifələrdən biri isə korrupsiyanın qarşısının alınması olmalıdır”.
DİA.AZ-ın məlumatına görə, millət vəkili Fazil Mustafa mövzu ilə “Yeni Müsavat”a bildirdi ki, son zamanlar kadr dəyişiklikləri intensiv baş verir: “Ölkə başçısı durğunluq müşahidə olunan, inkişafa ehtiyac duyulan sahələrə yeni kadrlar cəlb etməyə çalışır. Sözsüz ki, hər hansı sahədə islahatlar problemlərin həll olunacağına ümid yaradır. Ümidimizin özünü nə dərəcədə doğruldacağını isə zaman göstərəcək. Bu strukturla səhiyyə sahəsində dönüş yaradılması çətindir. Bu sahədə parçalanma elə səviyyədədir ki, heç kim tam məsuliyyəti üzərinə götürmək istəmir. Nəticədə həkimlər də, xəstələr də əziyyət çəkir. Buna görə də hesab edirən ki, bu sahədə struktural islahata ehtiyac var. Bu gün Azərbaycanda kimin, nəyə görə məsuliyyət daşıdığı bilinmir. Pandemiya dövründə bunun şahidi olduq. Yeni qurumların yaradılması ilə, kadr islahatları ilə hər şeyin yaxşı mənada dəyişəcəyinə ümid etsək də, daha çox geriləmə görünür. Yeni müavinlərdən birini tanıyıram. İlqar Qasımov yüksək səviyyəli mütəxəssisdir. Digərlərini tanımadığım üçün danışmaq istəmirəm. Ümid edirəm, onlar Prezidentə səhiyyənin bugünkü vəziyyəti ilə bağlı real proqram təklif edəcəklər və bu sahədə ciddi islahat başlayacaq. Çünki vətəndaşların ən çox əziyyət çəkdiyi sahə səhiyyədir. Biganəlik, səlahiyyətsizlik, maddi təchizatın aşağı səviyyədə olması, xəstəxanaların bir çox hallarda həkimlərin cibindən maliyyələşməsi ciddi problemlərdir. Yazıq həkimlər çox ağır vəziyyətdədirlər. Sistem elə qurulmalıdır ki, həm dövlət təminatı güclü olsun, həm də vətəndaşlara xidmət yüksək səviyyədə olsun. Bu istiqamətdə cəmiyyətin də səhiyyə sahəsindəki islahatlara dəstək verməsi yaxşı olardı”.
Qeyd edək ki, Prezident ötən həftə Nigar Əliyeva, Elsevər Ağayev, Rahim Əliyev və Viktor Qasımovu nazir müavini vəzifəsindən azad edib. Elsevər Ağayev 1999-cu ildən bu vəzifədə çalışıb. O, 2007-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Əczaçılıq kafedrasının müdiridir. Həmçinin nazirliyin Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədridir. Nigar Əliyeva 2009-cu ildən səhiyyə nazirinin müavini kimi çalışıb. Bu vəzifəyə qədər isə Səhiyyə Nazirliyində Ümumi şöbənin müdiri vəzifəsində işləyib. Viktor Qasımov 2020-ci ilin mart ayında nazir müavini təyin olunub. Bu vəzifəyə qədər isə Səhiyyə Nazirliyinin Sanitariya və epidemioloji nəzarət sektorunun müdiri olub. Rahim Əliyev 2018-ci ildən səhiyyə nazirinin müavinidir. 2012-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müxtəlif vəzifələrdə, o cümlədən 2015-2018-ci illərdə rezidentura şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
|