Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                 

Milli Məclisdə unudulmuş mandatlar: müxalifət tələb edir, hökumət tələsmir - NƏ BAŞ VERİR?
Tarix: 7-02-2022, 10:31 | Çap et
Milli Məclisdə unudulmuş mandatlar: müxalifət tələb edir, hökumət tələsmir
2020-ci il fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar seçkilərdən sonra Mərkəzi Seçki Komissiyası (MSK) 4 dairənin nəticələrini ləğv etdi. Belə ki, MSK-nın 13 fevral 2020-ci il tarixində keçirilən iclasında qəbul olunan qərara əsasən, 80 saylı İmişli-Beyləqan seçki dairəsində, 74 saylı Lənkəran kənd seçki dairəsində, 35 saylı Xətai üçüncü seçki dairəsində və 33 saylı Xətai birinci seçki dairəsində nəticələr ləğv olundu. Ötən il avqustun 4-də Fəttah Heydərovun vəfat etməsi və Eldəniz Səlimovun həbs edilməsi ilə Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 6-ya çatıb.

Artıq üzərindən 2 il vaxt keçməsinə baxmayaraq, boş qalan deputat yerləri üzrə hələ də yeni seçkilər təyin olunmayıb. Bu, həmin dairələr üzrə seçicilərin hüquqlarının qanunvericiliyin tələblərinə uyğun qorunub-qorunmamasını sual altına alır. Mövcud qanunvericilik parlament seçkilərinin təyin olunması səlahiyyətini Prezidentə, keçirilməsi vəzifəsini isə MSK-a verib. Sözügedən səlahiyyət və vəzifə müvafiq olaraq, Konstitusiyanın 109-cu və Seçki Məcəlləsinin 25-ci maddələri ilə müəyyənləşdirilib. Seçki Məcəlləsinin 176-cı maddəsinə əsasən, hansısa deputat mandatından məhrum edildiyi halda, Milli Məclisə əlavə seçkilər təyin olunur.

Hansısa səbəb üzündən deputatın mandatdan məhrum olunduğu hallar Konstitusiyanın 89-cu maddəsində öz əksini tapıb. Həmin maddədə qeyd olunur ki, seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda, deputat ölkə vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), özü imtina etdikdə, Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini, deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda mandatdan məhrum olunur. Deputatın mandatdan məhrum olunması haqda qərar MSK və ya müvafiq məhkəmə tərəfindən verilir. Deputatın bu qərardan məhkəməyə müraciət edə bilmə hüququ da qanunda tanınır.

Seçki Məcəlləsinin 176.4-cü maddəsinə əsasən, deputat mandatının boş qalmasından sonra 1 ay müddətində müvafiq seçki dairəsi üzrə yeni seçkilər təyin edilməlidir. Milli Məclisə təkrar seçkilər isə Seçki Məcəlləsinin 172-ci maddəsi ilə müəyyənləşdirilib. Həmin maddəyə əsasən, Dairə Seçki Komissiyası (DSK) və ya MSK birmandatlı seçki dairəsi üzrə seçkiləri etibarsız sayarsa və ya Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq etməzsə, MSK təkrar seçkilər keçirir. Həmçinin, deputat qanunvericiliklə ondan tələb olunan sənədləri 60 gün ərzində MSK-ya təqdim etməsə, MSK həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət edir və təkrar seçkilər keçirir.

Bununla belə, qanunvericilikdə təkrar seçkilərin təyini üçün hər hansı müddət müəyyənləşdirilməyib. Prezident əlavə seçkiləri 1 ay müddətində təyin etməli olduğu halda, təkrar seçkilərin təyini ilə bağlı belə bir müddət nəzərdə tutulmayıb. Prezident hətta Milli Məclisin hazırkı çağırış müddətinin bitməsinə qədər təkrar seçkiləri təyin etməyə bilər.

Xatırladaq ki, boş qalan dairələr üzrə seçkilərin 2021-ci ildə baş tutacağı daha çox gözlənilirdi. Çünki ötən ilin dövlət büdcəsi ilə bağlı layihədə "seçkilərin keçirilməsi və statistika tədbirləri" haqqında bölümdə 19 milyon 631 min 038 manat vəsait nəzərdə tutulmuşdu. Belə bir vəsaitin hansı məqsədə sərf ediləcəyi açıqlanmasa da, bunun boş qalan dairələrlə bağlı olduğu təxmin edilirdi. Amma 2021-ci il arxada qaldı və seçki keçirilmədi.

Ötən ilin dekabr ayının ortalarında MSK sədri Məzahir Pənahov boş qalan dairələrə seçki keçiriləcəyi ilə bağlı açıqlama verdi. MSK sədri açıqlamasında seçkilərin yaxın vaxtlarda baş tutacağını və bunun Azərbaycan üçün taleyüklü məsələ olduğunu vurğuladı.

Bu il yanvarın 20-də isə Pənahov jurnalistlərin bu barədə sualına belə cavab verdi: "Niyə narahat olursuz? Seçki elan olunanda eşidəcəksiniz. Ondan sonra bir yerdə işləyəcəyik".

Azərbaycanda siyasi partiya liderləri hesab edirlər ki, boş qalan yerlərə seçkilərin tezliklə keçirilməsi lazımdır. Və iddia edirlər ki, 6 dairə üzrə seçkilərin təşkili hökumət üçün elə də çətin deyil. DİA.AZ xəbər verir ki, AYNA məsələyə siyasilərin münasibətini öyrənib.

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, seçkilərin keçirilməməsi üçün heç bir əsas yoxdur: "Mən inanmıram ki, 6 dairədə seçkinin keçirilməsi bu qədər çətin olsun. Hesab edirəm ki, boş qalan dairələrə seçkinin keçirilməməsi, qərar verilməsinin bu qədər uzanması anormaldır. Bilmirəm, niyə keçirmədiklərinə dair məlumatım yoxdur. Amma seçkilərdən 2 il keçir və hələ də dairələrin deputatsız olması normal deyil".

Ağazadə rəhbərlik etdiyi partiyanın seçkilərdə iştirakda maraqlı olduğunu söyləyin: "Seçkilərin tarixi bəlli olsun, partiya qərar verəcək. Seçkidə iştirak mənim yox, Ümid Partiyasının verəcəyi qərardan asılıdır. Onu deyə bilərəm ki, partiyamız seçkilərə qatılmağın tərəfdarıdır".

Müsavat Partiyasının başqanı Arif Hacılı isə deyib ki, boş qalan dairələrə yox, ümumiyyətlə, növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac var: "Hesab edirəm ki, nəinki boş qalan 6 dairəyə seçki keçirilməsinə, Milli Məclisin bu çağırışını buraxmağa, yeni, demokratik seçkilərin keçirilməsinə lüzum var. Çünki bu çağırış Milli Məclis də əvvəlki çağırışlar kimi antidemokratik yolla formalaşıb".

"Qaldı ki, boş qalan yerlərə seçkilərin keçirilməsi çətin deyil. Bunun üçün şərait də, resurs da var", - deyə o vurğulayıb.

Müsavat Partiyasının boş qalan dairələrə seçkilərdə iştirak edib-etməyəcəyinə gəlincə, Hacılı qeyd edib ki, bu, partiyanın aidiyyəti strukturlarının qərarından asılıdır: "Partiya Divanı nə qərar verərsə, ona uyğun addım atılacaq".

Respublikaçı Alternativ Partiya (REAL) da deputatsız qalan dairələrə seçkilərin tezliklə keçirilməsinin tərəfdarıdır. Partiyanın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli hesab edir ki, 6 dairədə seçki keçirmək üçün uzun zaman gözləmək lazım deyildi: "Artıq iki il keçir ki, nəticəsi ləğv edilən dairələrə seçki keçirilməyib. Bu, absurddur. Pandemiya bəhanə gətirilməməlidir. Pandemiya dövründə bir çox ölkələrdə seçkilər keçirilib, həm də ləğv edilmiş dairələrə yox, söhbət ölkə miqyaslı seçkilərdən gedir. Koronavirusun tüğyan etdiyi dövrdə prezident, parlament seçkiləri keçirilmiş ölkələr var. Dediyim odur ki, bu, bəhanə olmamalıdır".

"MSK sədri bu yaxınlarda boş qalan dairələrə seçkilərin keçiriləcəyini bildirdi. Güman edirəm ki, yaz aylarında seçkilərin keçiriləcəyi barədə qərar verilə bilər", - deyə siyasətçi bildirib.

REAL-ın iştirakına gəlincə, Cəfərlinin sözlərinə görə, təmsil olunduğu təşkilat hər zaman seçki tərəfdarı kimi çıxış edir: "Dəyişikliklər, demokratikləşmə, inkişaf seçkilərdən keçir. Əlbəttə, seçkilərdə iştirak edəcəyik".

Öz növbəsində Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də o fikirdədir ki, parlamentdə boş qalmış yerlər üzrə seçkilər keçirilməlidir: “Boş qalan yerlərə ədalətli və demokratik seçkilərin keçirilməsi Azərbaycanın imici üçün də yaxşı olardı. Konstitutsiyaya görə Milli Məclisdə 125 deputat olmalıdır. Parlamentdə 5 nəfər yoxdur, bir nəfərin işi də məhkəmədədir. Hazırda Milli Məclisdə 6 boş yer var. Qanuna görə, altı boş yerə seçki keçirilməlidir".

O, fikrini belə davam etdirib: "Əvvəl koronavirus tüğyan edirdi, başa düşdük. Sonra müharibə şəraiti oldu, bunu da başa düşdük. Amma indiki halda 5-6 yerə seçki keçirmək elə də problem olmamalıdır. Dairələrdə seçkilər tam demokratik, şəffaf keçirilməlidir".

Lakin hakim Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, deputat Elman Nəsirov tələsməyə lüzum görmür: “MSK sədri bu yaxınlarda boş qalan dairələrə seçkilərlə bağlı açıqlama verdi, yaxın zamanlarda seçkilərin keçiriləcəyini bildirdi. Bilirsiniz, 2 ildir ki, təkcə Azərbaycan yox, dünya pandemiyanın cəngindədir. Bu müddətdə nə qədər dövlət tədbirləri təxirə salındı, işlər məsafədən həyata keçirildi. Seçki elədir ki, səsvermə zamanı sıxlıq olur. Pandemiya şəraitində seçki keçirmək insanlarımız üçün risklidir".

"Boş qalan dairələrə seçkilərdə YAP iştirak edəcəkmi" sualına Nəsirov belə cavab verib: "YAP avanqard təşkilat olaraq bütün seçkilərdə favorit olub. Əlbəttə, seçkilər təyin olunacağı təqdirdə, YAP toplantısını keçirəcək, qərar qəbul edəcək. Qərara uyğun olaraq da addım atılacaq. Çox güman ki, YAP seçkilərdə iştirak edəcək".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru