“Son təyinatlara o konetkstdən yanaşmaq lazımdır ki...” - deputat
Tarix: 5-02-2022, 07:58 | Çap et
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə səhiyyə nazirinin bütün müavinləri - Nigar Əliyeva, Elsevər Ağayev, Rahim Əliyev və Viktor Qasımov vəzifələrindən azad olunublar. Dövlət başçısının digər sərəncamları ilə İlqar Qasımov, Nadir Zeynalov və Rasim İsmayılov səhiyyə nazirinin müavinləri təyin ediliblər.
Qeyd edək ki, keçmiş nazir müavinlərindən Nigar Əliyeva bir müddət nazirlikdə ümumi şöbənin müdiri olub. Bundan öncə isə Oqtay Şirəliyevin rəhbərliyi altında Respublika Diaqnostika Mərkəzində həkim kimi çalışıb. Elsevər Ağayev nazirlikdə əczaçılıq sahəsini kurasiya edib. Viktor Qasımovu ictimaiyyət koronavirus infeksiyası ilə bağlı Operativ Qərargahın brifinqlərindən tanıyır. Rahim Əliyev adı isə ictimaiyyətə tanış deyil.
Yeni nazir müavinlərindən Rasim İsmayılov bank sektorunda çalışıb. 2017-ci ilə qədər “Muğanbank”ın İdarə Heyətinin sədr müavini olub. İlqar Qasımov Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsindən irəli çəkilib. Nadir Zeynalov isə bu təyinata qədər nazirlikdə aparat rəhbəri, Azərbaycan Tibb Universitetinin (ATU) prorektoru işləyib.
Bu gün ölkənin səhiyyə sisteminin hansı gündə olduğu kimsəyə sirr deyil. Hətta Səhiyyə Nazirliyinin səlahiyyətlərinin xeyli hissəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yanında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (TƏBİB) verilsə də, səhiyyə sahəsində olan problemləri aradan qaldırmaq mümkün olmayıb.
Görəsən, son təyinatlar həm səhiyyə sisteminin, həm də Səhiyyə Nazirliyinin fəaliyyətində müsbətə doğru hansısa dönüş yarada bilərmi? Yoxsa digər dövlət qurumlarında olduğu kimi, bu nazirlikdə də dəyişikliklər sadəcə formal xarakter daşıyır? DİA.AZ-ın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, professor Kamilə Əliyeva AYNA-ya açıqlamasında deyib ki, son dövrlər bütün sahələrdə kadr islahatları həyata keçirilir: “Prezident İlham Əliyevin bir müddət öncə imzaladığı sərəncamla yeni səhiyyə naziri, bu gün imzaladığı sərəncamla isə nazir müavinləri təyin edilib. Bilirsiniz ki, 2018-ci ilin prezident seçkilərindən sonra inauqurasiya çıxışı zamanı cənab İlham Əliyev söylədi ki, ölkədə köklü islahatlar həyata keçiriləcək və bu islahatların mahiyyətində dövlət-vətəndaş münasibətlərinin yüksəldilməsi, idarəetməyə yeni nəfəs gətirilməsi dayanır. Bundan sonra hakimiyyətin bütün qollarında – qanunverci, icraedici və məhkəmə sistemində köklü islahatlar aparıldı. Elə bir sahə yoxdur ki, bu islahatlar prosesindən kənarda qalsın. Səhiyyə Nazirliyində həyata keçirilən son təyinatlara da məhz bu konetkstdən yanaşmaq lazımdır”.
Deputatın sözlərinə görə, Azərbaycanda səhiyyənin inkişafı dövlətin prioritet istiqamətlərindən biridir: “Bu gün nəinki paytaxt Bakıda, ən ucqar rayon və kəndlərimizdə belə, müasir avadanlıqlarla təhciz olunmuş tibb mərkəzləri tikilib istifadəyə verilib. Təkcə koronavirus infeksiyası dövründə xeyli sayda modul xəstəxanalar inşa edildi. Həkimlərin peşəkarlığının artırılması istiqamətində zəruri addımlar atılır”.
“Bəzən ölkə səhiyyəsində ciddi problemlərin olduğu, koronavirus dövründə vətəndaşların köməksiz qalması barədə məlumatlar yayılır. Tam səmimi deyirəm ki, bu informasiyalar reallığı əks etdirmir. Azərbaycan bir çox dövlətlərlə müqayisədə COVID-19 infeksiyasına qarşı çox ciddi mübarizə apardı və pandemiyanın pik dövrlərində minimum itkilər verdik. Hesab edirəm ki, Prezidentin son təyinatları səhiyyə sektorunda keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaq”, - deyə həmsöhbətimiz bildirib.
Əliyeva əlavə edib ki, Avropa protokollarının geniş tətbiqi əsas hədəflərdən biridir: “Avropada, Türkiyədə və müxtəlif dövlətlərdə təhsil almış, uzmanlıq keçmiş həkimlərimizin sayında ciddi artım var. Eyni zamanda səhiyyə menecmenti sahəsində də peşəkar kadrlarımız yetişir. İnanıram və şübhə etmirəm ki, qarşıdakı dövrdə bu sahədə daha dərin islahatların şahidi olacağıq”.
Tanınmış uzman-cərrah Vasif İsmayıl isə fərqli düşünür. O, AYNA-ya şərhində söyləyib ki, Səhiyyə Nazirliyi uzun müddət ən bərbad nazirliklərindən biri kimi fəaliyyət göstərib: “Azərbaycanda səhiyyə xidmətlərinin yarıtmaz olduğunu söyləmək olar. Düzdür, TƏBİB yaranandan sonra bu sahədə müəyyən dəyişikliklər baş verməyə başladı. Səhiyyə Nazirliyi faktiki olaraq kölgədə qaldı. Nə qədər olmasa da, bu Nazirlik tibb müəssisələrinin koordinasiyası üçün vacib bir qurumdur. Ən böyük problemlərdən biri odur ki, bizim səhiyyəmiz standart xidmət verə və bunu yaya bilmir”.
Mütəxəssisin sözlərinə görə, dövlət xəstəxanalarında rüşvət həmişə olub və bu gün də var: “Bu, ən ciddi və ağrılı problemlərdən biridir. Təbii ki, bütün bunlar aradan qaldırılmalıdır. Bildiyim qədər TƏBİB bu kimi hallara qarşı kəskin mübarizə aparır. Əvvəlki dövrlərlə müqayisədə onların sayında azalma var”.
“Bəzən bu iddialara da rast gəlirik ki, Azərbaycan səhiyyəsinə olan inamsızlıq vətəndaşların xaricə üz tutması ilə nəticələnir. Mən bu iddialarala razı deyiləm. İrana gedənlər qiymətlərin daha ucuz olması, Türkiyə və Avropaya üz tutanlar isə ölkə səhiyyəsinə etimadın olmaması ilə bu addımlarını izah edirlər. Bu səhiyyə sahəsi üçün qiymətləndirmə meyarı ola bilməz. Ölkə səhiyyəsi üzrə qiymətləndirmə yalnız vətəndaşlara göstərilən xidmətin səviyyəsinə görə aparıla bilər”, - deyə həkim vurğulayıb.
İsmayıl onu da diqqətə çatdırıb ki, yeni naziri və hər üç nazir müavinini şəxsən tanıyır: “Onların hamısı səhiyyə sahəsində idarəçilik təcrübəsinə malikdir. Bu günə qədər kifayət qədər uğurlu fəaliyyətləri olub. Eyni zamanda müasir baxışları olan kadrlardır. Bu baxımdan onların timsalında Səhiyyə Nazirliyindən gözləntilərim böyükdür”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|