Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                 

“Müəllimi bu qədər hörmətdən salmayın” - ÇAĞIRIŞ
Tarix: 1-02-2022, 08:22 | Çap et
“Müəllimi bu qədər hörmətdən salmayın”
Sosial mediada orta məktəblərimizdən yayılan neqativ görüntülərin, səs yazılarının ardı-arası kəsilmək bilmir. Bunun fonunda gedən müzakirələrdə bu cür halların əvvəllər də olduğunu, sadəcə texniki imkanların bu qədər əlçatan olmaması səbəbi ilə üzə çıxmadığını deyənlər də var, indiki vəziyyətin daha acınacaqlı olduğuna əminliyini ifadə edənlər də. Bununla yanaşı, başqa bir kəsim də bütün bu olanların təhsil işçilərinə qarşı kimlərinsə əli ilə aparılan qara piar olduğu qənaətində olanlar da az deyil. Səbəbin nə, günahkarın kim olmasından asılı olmayaraq, fakt odur ki, hazırkı mənzərə heç də ürəkaçan deyil. DİA.AZ xəbər verir ki, mövzunu AYNA-ya şərh edən Əməkdar elm xadimi, təhsil eksperti Şahlar Əsgərov baş verənlərdə kənar qüvvələrin təsirini istisna etməyib: “Əvvəla, “Dallas Doktrinası” adlanan bir Qərb planı haqqında qısaca məlumat vermək istəyirəm. Bu doktrina İkinci Dünya müharibəsindən sonra ABŞ-da Allen Dallas tərəfindən hazırlanıb. Planın əsas məqsədi müharibənin qalib tərəfindən biri olan SSRİ-ni daxildən zəiflətmək və dağıtmaq olmuşdu. Bu məqsədlə ideoloji yolla SSRİ xalqlarının milli adət-ənənələrinin, mənəvi dəyərlərinin çürüməsi hədəf seçilmişdi”.

“SSRİ-nin dağılmasında bu doktrinanın oynadığı rol haqqında dəqiq heç nə deyə bilmərəm. Məlum olan budur ki, o qalib dövlət artıq yoxdur. Ancaq bilmək lazımdır ki, həmin doktrinanın müddəaları sağdır, hələ ölməyib. Güman etmək olar ki, düşmən ölkələr bu müddəalardan bizə qarşı istifadə edə bilər. Tarixi qələbəmizi dəyərdən salmaq üçün, mənəvi dəyərlərimizi, milli adət-ənənələrimizi çürütməyi hədəfə ala bilərlər”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, düşmən qüvvələr ölkədə savadsızlığın, rüşvətxorluğun, yüngül həyat tərzinin, narkomaniyanın yayılmasında maraqlıdır: “Bu mənfur niyyətləri həyata keçirmək üçün məktəb əlverişli obyekt və mühitdir. Onlar ideoloji üsullarla həm təhsilin keyfiyyətinin azalmasında, müəllimin nüfuzdan düşməsində, həm də tərbiyyənin pozulmasında maraqlıdırlar. Son günlər məktəb və müəllimlərlə bağlı hay-küylər göstərir ki, təhsil sistemində arzuolunmaz hadisələr baş verir. Sadəlöhv insanlar, bəzi jurnalistlər özləri bilmədən düşmən dəyirmanına su tökürlər. Bunları nəzərə almaq və sığortalanmaq həm lazım, həm də zəruridir”.

Əsgərov baş verənlərə jurnalistlərin yanaşmasından da danışıb: “Bir neçə il öncə bu mövzü ulə bağlı “Facebook”da bir status paylaşmışdım. Vurğulamışdım ki, müəllimi nüfuzdan salmaq üçün bir sıra jurnalistlər cahilliyə yol verirlər. Məktəbi müqəddəsləşdirmək əvəzinə, tam tərsinə hərəkət edirlər. Məktəb və müəllimi gözdən salırlar. Düşmənin istədiyini edirlər. Hər kəs başa düşür ki, aşkarlıq çox yaxşı şeydir. Ancaq bəzi sahələrdə aşkarlıq arzu olunan effekti verməz, arzu olunmayan effekt verər. Məktəb bizim bu gün müqəddəs sayıla bilən tək yerimizdir. İkinci müqəddəs yerimiz ailəmizdir. Onları gözdən salsaq, nə qazanarıq? Məktəbə, müəllimə qarşı bu münasibət milli mənafeyə ziddir. Ailəmizdə baş verən qüsurları qonşulardan gizlətdiyimiz kimi, məktəbdə baş verən bəzi qüsurları da ictimailəşdirməməliyik. Fikirləşin, bu yol bizi irəliyə, yoxsa geriyə aparır?”.

Söhbətimizi bir misalla davam etdirən Əməkdar elm xadimi uşaqların məktəbdə müəllim tərəfindən tənbeh edilməsinin onların sadəcə xeyrinə olacağını vurğulayıb: “Bu yerdə Türk sultanı İldırım Bəyazidin məktəbli oğlu ilə bağlı misal çəkmək istəyirəm. İldırım Bəyazidin oğlu Əmir Süleyman dərslərinə pis çalışırdı. Şahzadənin tənbəlliyini görən müəllim onu zoğal çubuğu ilə döyür. Şahzadə atasının yanına gedərək müəllimindən şikayət edir. Bəyazid müəllimin yanına gələrək soruşur:

- Oğlum Süleymanı niyə döydün?

- Sabah şahzadə böyük bir dövlətin başına keçəcək. Cahil qalarsa, dövləti idarə edə bilməz, çünki elmdən bixəbərdir.

Bunun qarşısında sultan “Sabah mən gəlib yenə soruşacağam, çubuqla mənə də hücum edərsiniz”, - deyə göstəriş verir. Ertəsi gün Bəyazid oğlu ilə xocanın yanına gəlir və oğlunun döyülməsinin səbəbini soruşur. Xoca zopanı götürüb padşaha hücum edəndə padşah oğlu ilə qaçır və deyir: “Oğlum xocanın qəzəbindən mən də qorxdum. Dərslərinə çalışmaqdan başqa çarə yoxdur”.

Atasının xocadan qorxduğunu görən Süleyman dərslərinə əla çalışmağa başlayır.

Bu misalda görünəndən daha böyük hikmət var. Belə ki, müəllimi hörmətdə saxlamaq üçün padşah öz hörmətini qurban verir. Tariximizdə belə misallar çoxdur. Harun ər-Rəşidin oğlu Məmunun hələ kiçik yaşıda müəllimi tərəfindən cəzalandırılması da məlumdur. Keçmiş zamanlar atalar uşaqlarını tərbiyə üçün xocaya təhvil verəndə “əti sənin, sümüyü mənim” deyərdilər. Bəşəri təcrübə göstərir ki, tənbehdən sonra adətən məktəbli düz yola qayıdır. Tərs təcrübə yoxdur”.

Ekspertin fikrincə, uşaqların tərbiyəsində tənbeh, qorxu hissinin olması da sevgi qədər əhəmiyyətlidir: “Bilmək lazımdır ki, şagirdi dəyişmək üçün qorxu zəruri hissdir. Pedaqoq Konstantin Uşinski “cəzasız tərbiyyə xuliqan yetişdirir!” deyib. Amma indi tələb edirlər ki, “uşaq tənbeh olunmasın”. Kim bu göstərişi verib? Harada yazılıb? Bu göstəriş bizim təhsil tariximizdən, Konstitusiyamızdan qidalanmır. Böyük ehtimalla, xaricdə hazırlanmış doktiranalardan qidalanır. Bildirmək istəyirəm ki, insan fəaliyyətinin ancaq iki səbəbi var: Biri qorxu, digəri maraqdır. Üçüncü səbəb yoxdur. İnsan üçün sevgi nə qədər vacibdirsə, qorxu da bir o qədər vacibdir. Qorxu hissi də məktəbdə öyrədilməlidir. İnsanın yaşaması, uzunömürlü olması, firavan həyat sürməsi qorxu hissindən də asılıdır. Qulaqburmadan hələ heç kimin uşağı şikəst olmayıb. Qulağı burulmuş şagirdlər sonra həyatda uğur qazandıqca ciddi müəllimlərini minnətdarlıq hissi ilə xatırlayırlar”.

“Gənclərin təlim və tərbiyyəsində hər iki faktordan metodoloji əsasla istifadə edilməlidir. Belə olanda əsgərimiz məğlubedilməz olar, insanlarımız ələbaxan olmaz. Atalar deyiblər ki, güldürən yanında yox, ağladan yanında otur. “Komediya məktəblər” səni 11 il güldürər, ancaq vaxtın hədər gedər, nəticədə bilik almazsan. Amma xaricdən qrant umarsan və alarsan”, - deyə Əsgərov fikrini yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru