Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var .....                     Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... .....                     Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib? .....                     Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı .....                     Malalamaqla deyil, bu nazir dəyişməlidir… .....                     “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib .....                     13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... .....                     “City Leasing Group”a direktor təyin olunub .....                     Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                     Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... .....                     Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM .....                     Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların .....                     Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? .....                     ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb .....                     Açıq-aşkar ZAY MƏHSUL satırlar... .....                     “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                     70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... .....                     Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? .....                     Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər .....                     "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər .....                     "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." .....                     1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? .....                     QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                 

“Pandemiya ilə bağlı cərimələrin artırılmasının əleyhinəyəm” - deputat
Tarix: 19-08-2021, 08:03 | Çap et
“Pandemiya ilə bağlı cərimələrin artırılmasının əleyhinəyəm”
Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayında son günlərin rekord göstəricisi- 4 129 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 968 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 20 nəfər isə vəfat edib. Göründüyü kimi, koronavirusa yoluxma sayında artımlar hər keçən gün daha da çoxalır.

Bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarlar verəcəyi istisna edilmir. Ehtimal edilir ki, oktyabrın 1-dək vaksinasiyadan keçməyənlərin ictimai yerlərdə karantin qadağasını pozduğu aşkar edilərsə, bir neçə dəfə artıq cərimə edilməsi gözlənilir...

Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev mövzu ilə bağlı “Yeni Müsavat”a son epidemioloji vəziyyətlə bağlı narahat olduğunu deyib: “Hazırda ölkədə yayılan bu pandemiya məni çox narahat edir. Xeyli insan da artıq peyvənd olunub. Vaksinasiya aparılmasına baxmayaraq yenə də tempin artmasını görürük. Təbii ki, bu bizi nəinki narahat etməlidir, həm də hər hansı addım atmağa da sövq edə bilər. Deməzdim ki, vətəndaşlarımız çox məsuliyyətsizdir, maska taxmaq istəmir, qorunmaq istəmir. Düzdür, əməl etməyənlər də var, amma bu, kütləvi deyil. Ola bilsin ki, toylarda, yas yerlərində insanlar, birində qəmdən, birində şadlıqdan vəziyyətə uyğun olaraq maska taxmırlar. Burada təhlükəlı vəziyyət ola bilər. Amma cərimələri artırmaqla insanları məsuliyyətə dəvət etmək və düşünmək ki, cərimələri artıran zaman insanlar buna əməl edəcək, bu yanlış dəyərləndirmədir. Mən hökumət orqanlarını da bu dəyərləndirmədən vaz keçməyə səsləyirəm. Birincisi, yüz, iki yüz manat heç də balaca rəqəm deyil. İnsan var ki, iki yüz manatı bir ay ərzində qazanır. Bu insanın 100 manatını cərimə ilə 500 manat edəndən sonra maska taxacağını düşünmək ağılabatan deyil. Yəni bu çıxış yolu deyil. Ümumiyyətlə, cərimələrin artırılmasının əleyhinəyəm. Sadəcə olaraq düşünürəm ki, təbliğat vasitələrini bir az dəyişmək lazımdır. Bizdə insanları bir tərəfdən qorxudurlar ki, xəstəlikdən öləcəksən, bəziləri də antiarqument qoyur ki, koronavirus yoxdur, yalandır, siyasətdir. Antitəbliğat təbliğatı çox üstələyir. Təbliğatı qorxu yolu ilə yox, başqa formada həyata keçirmək lazımdır. Operativ Qərargah ağıllı, peşəkar mütəxəssisləri, piarla, reklamla məşğul olan şəxsləri, şirkətləri cəlb etsin. Onlarla məsləhətləşin ki, insanlara necə çatdıraq ki, anti-təbliğat bizim təbliğatımızı üstələməsin. Antitəbliğat təbliğatı üstələdiyinə görə hazırda bu problemləri yaşayırıq”.

İnfeksionist-hepatoloq Mərdan Əliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Artıq gördüyünüz kimi, yoluxma sayında xeyli artım müşahidə edilir və vaksinasiya olunanlar da yoluxur. Vaksinasiya əslində yoluxmadan qorumur, yəni belə görünür. Amma xəstəlik yüngül və orta ağırlıqda keçir, ölümcül olmur. Sadəcə, xəstəxana şəraitini əksər hallarda tələb eləmir. Vaksinasiyanın bir üstünlüyü bundan ibarətdir. Yoluxub-sağalanlarda isə təkrar yoluxma halı az qeydə alınır. Bu, vaksinasiyadan daha effektli görünür, yəni təbii immunitet yaranır. Bu da onu deməyə əsas verir ki, karantin tədbirləri gücləndirilməlidir. İri marketlərə giriş maskasız qadağan olunmalıdır və toylar ləğv olunmalıdır, böyük toplantılara, yas məclislərinə də ciddi nəzarət olunmalıdır. Orada maska taxılması tələb edilməlidir. Vaksin olunmayanlara qarşı da müəyyən tədbirlər görülməlidir. Təbii ki, onların hüququnu pozmamaq şərtilə bunu etmək lazımdır”.

İnfeksionist deyib ki, məktəblərdə əyani dərslərin keçirilməsi mümkün olmayacaq: “Təbii ki, əyani təhsilə keçmək məsələsi mümkün olmayacaq. Çünki bizdə 18 yaşdan aşağı şəxslərə peyvənd vurulmasına hələ başlanmayıb, amma başlanılacaq. Bundan əlavə, 15-12 yaşından aşağı uşaqlara peyvənd vurulması məsələsi də hələ ki yoxdur. Bu səbəbdən əyani təhsilin keçirilməsi bu payız mümkün olmayacaq”.

Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus (COVİD-19) əleyhinə 66 519 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 661, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 858 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 932 734, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 526 467, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 406 267 təşkil edir.

Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda nazirliyin mütəxəssisi dosent, invaziv kardioloq Qalib İmanov isə vətəndaşları xəbərdar edib. O qeyd edib ki, ürək xəstələrinin koronavirusa yoluxandan sonra xəstəliyi digər şəxslərlə müqayisədə 5 qat daha ağır keçirmək riski var: “Dünyadakı statistikaya görə, bu cür xəstələr daha ağır keçirir, daha çox reanimasiyaya düşür. Xəstəliyin ağır keçməsinə səbəblərdən biri də müalicədə istifadə olunan dərmanların yan təsiridir. Ürək xəstələrində virusa yoluxma ilə bağlı simptom olan kimi həkimlə məsləhət etməsini tövsiyə edirik, ilkin etapda həkimə xəbər vermək çox vacibdir. Ürək xəstəliyi olanlarda koronavirusa yoluxma zamanı xəstəlik daha da ağırlaşır”.

Həkim bildirib ki, hətta ürək xəstəliyi olmayanlarda belə virusa yoluxduqda ən çox aritmiyaların yaranması, ürək ritmi pozulması, ürək əzələsinin iltihablaşması, kəskin infarkt riski olur. Onun sözlərinə görə, ürək çatışmazlığı varsa, üzərinə koronavirus gəldikdə tromb riski yaranır və infarkt riski daha da artır: “Ürək-damar xəstələri yüksək risk qrupunda olduğu üçün daha çox vaksin olunmasını istəyirik. Bizə ən çox müraciətlərin sayı da vaksin vurdurub-vurdurmamaqla bağlıdır. Birmənalı olaraq bu cür xəstələr gecikdirmədən vaksin vurdurmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru